Azərbaycan miLLİ elmlər akademiyasi


===============================================================



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə20/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   16   17   18   19   20   21   22   23   ...   143
=============================================================== 
 
 
               
Naxçıvan Muxtar Respublikasının Bəzi AzyayılmıĢ 
Üzüm Sortlarında Çiçəklərin Tökülməsi və  
Gilələrin NoxudlaĢması Dərəcəsi 
 
 
M.R. Qurbanov, C. S.Nəcəfov
1
 
1
AMEA Naxçıvan Bölməsi Bioresurslar  İnstitutu 
 
Çiçəyin  tozlanması  və  mayalanması  bir-biri  ilə  fizioloji  cəhətdən  sıx  əlaqədardır. 
Çiçəklərin  həyatilik    müddəti  20  sutkadan    da    artıqdır,  lakin  onların  yaranması  dövründə 
havaların kəskin soyuması, güclü yağmur, həm də əksinə olaraq havanın və torpağın kəskin 
quraqlığı, qida maddələrinin kifayət qədər olmaması kimi faktorlar tozlanma və mayalanma 
proseselərinin  normal  gedişinə  mənfi  təsir  göstərməklə,    məhsuldarlığı  çox  ciddi  şəkildə 
aşağı salır (Гуляев, 1977). 
Çiçəklərin həddindən artıq tökülməsi salxımlarda seyrəkliyin yaranmasına və nəticə 
etibarı  ilə  məhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olur.  Salxımda  gilələrin  noxudlaşması 
(meyuzlu  gilələr)  öz  növbəsində  yenə  də  məhsuldarlığı  aşağı  salır,  yetişdirilən  sortların, 
xüsusən də süfrə sortlarının  salxımlarını görkəmsiz hala salır, onların əmtəəlik keyfiyyətinə 
ciddi  şəkildə  zərər  vurur  (Abbasova,  2007;  Amanov,  Səlimov,  Əliyeva,  2006;  Səlimov, 
2002). 
Şiriyeva L.Ə., Həsənov N.Ə., Qasımova H.A., Juravel M.L. və b. apardıqları çoxillik 
təcrübələr və labarotoriya analizləri nəticəsində müəyyən etmişlər ki,  müxtəlif vaxtlarda 
yetişən bu və ya digər üzüm sortunun  gilələrində toxumun miqdarı nə qədər çox olarsa, 
şəkərin toplanması bir o qədər yavaş gedir. Bu isə öz növbəsində salxımda gilələrin eyni 
vaxtda yetişməməsinə  səbəb olur. Məlumdur ki, hər hansı sortun salxımlarında toxumsuz 
gilələr tez yetişirlər. Toxumsuz sortlar elə bil ki, məcburi olaraq irsən onlara verilmiş 
müddətdən tez yetişirlər. Belə ki, qida maddələri toxumların formalaşmasına sərf olunmur. 
Müəlliflər qeyd edirlər ki, hazırda üzümün tez yetişən sortlarından biri toxumsuz kişmişi 
sortudur ( Şiriyeva, Həsənov, Qasımova və b., 2000; Журавел, 1962). 
Biz  isə  belə  hesab  edirik  ki,  mövcud  üzüm  sortlarında  gilənin  yetişmə  müddəti 
birbaşa  onun  bioloji  xüsusiyyətləri  ilə  əlaqədardır  və  bu  onun  dəyişilməz  və  genetik  irsi 
əlamətidir.  Fikrimizi  aydın  etmək  üçün  deyə  bilərik  ki,  Naxçıvan  MR-in  yerli  toxumsuz 
Əsgəri,  Ağ  kişmişi,  Qırmızı  kişmişi,  Mərməri  kişmişi,  Çardaqlı  kişmişi  sortlarının  hamısı 
giləsində  1-3  və  bəzən  də  4  toxum  olan  Ağ  kürdəşi,  Qara  kürdəşi,  Ağ  xəlili,  Qara  xəlili, 
Hüseyni və s. sortlarından ən azı 12-15 gün gec yetişirlər. 
Öyrənilən üzüm sortlarında çiçəkləmə 3 ildən orta hesabla may ayının 27-si başlayır 
(Tula gözü) və iyun ayının 18-də qurtarır (Bəndi). Çiçəkləmənin başlanması və onun davam 
etməsi müddəti ayrı-ayrı sortlarda, onların  bioloji xüsusiyyətləri ilə əlaqədər olaraq kəskin 
fərqlənir. Ayrı-ayrı üzüm sortlarında çiçəkləmənin davam etməsi müddətləri 6-13 gün təşkil 
edir. Lakin, sortlar arasında çiçəkləmə müddətlərinin bu qədər fərqli olmalarına baxmayaraq 


 
 
əksər  sortlarda  bu  prosess  eyni  vaxtda  gedir  və  bunun  da  çiçəyi  funksional  dişi  tipli  olan 
Naxçıvan Qızıl üzümü kimi sortlar üçün, tozlayıcı sortların seçilməsinin də böyük praktiki 
əhəmiyyəti vardır. 
 
Tədqiqat nəticələrindən göründüyü kimi əksər sortlarda çiçək qönçələrinin tökülmə 
faizi kifayət qədər yüksək olmuşdur. Məsələn, Nəxşəbi  sortunda çiçək qönçələrinin 68,00 
%, Naxçıvan Qızıl üzümü sortunda 77,10 %, Zalxa sortunda 73,30 %, Sarı aldərə sortunda 
70,80 %, Şahtaxtı sortunda 72,10 %, qalmış sortlarda isə 60,10 %-71,30 % arasında çiçək 
qönçəsi mayalanmadan tökülmüşdür (cədvəl). 
 
Çiçək  salxımında  çiçək  qönçələrinin  miqdarından  asılı  olaraq  onun  tökülmə  faizi, 
yuxarıda  göstərildiyi  kimi  çox  fərqli  ola  bilər.  Ümumiyyətlə  salxımda  çiçək  qönçələrinin 
tökülməsi səviyyəsi deyil, onda qalıb formalaşanların  miqdarı  əsas rol oynayır. Vacib şərt 
ondan  ibarətdir  ki,  çiçəkləmədən  sonra  yaranmış  gilələrin  miqdarı  bu  və  ya  digər  sortun 
optimal  səviyyəsinə  uyğun  gəlməsi  və  tənəyin  onları  yüksək  keyfiyyətlə  yetişdirməsinə 
imkan verməsidir. Məsələn, Naxçıvan Qızıl üzümü sortunda  çiçək qönçələrinin 77,1 %-nin  
tökülməsinə baxmayaraq, qalmış 96 ədəd gilənin orta kütləisi 3,3 q, salxımın orta çəkisi 259 
q olmaqla, onun məhsuldarlığı 214,40 sen/ha olmuşdur.  
Bizim  öyrəndiyimiz  sortlarda  gilələrin  noxudlaşma  dərəcəsi  o  qədər  də  böyük 
olmamış  və    ayrı-ayrı  sortlar  üzrə  cəmi    gilələrin  4,0  %-dən  12,7  %-ə  qədərini  təşkil 
etmişdir. 
 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin