(Deniz Rasim, 1, səh. 8)
Şeirin ilk bədni və ya bəndləri yoxdur, qafiyəsində də pozuqlar var.
YAYLALAR
Hanı yaylam, hanı sənin əzəlin,
Güz olanda bağlar dökər xəzəlin,
Səndə mehman olmuş mənim gözəlim,
Yarım köçüb, viran qalan yaylalar.
Yaylada yayarlar qoyunla-qoçu,
Dalında hörmüşdü qırx hörük saçı,
Yüklənip barxana, gedipdi köçü,
Yarım köçüb, viran qalan yaylalar.
Yayla səndə vəfa olsaydı,
Yar köçünü sinən üstə salsaydı,
Beçarə İrfani mehman olsaydı,
Yarım köçüb, viran qalan yaylalar.
(Onk Nizamettin, səh. 8689)
Ensar Aslan nəşr etdirdiyi “Yaylalar” qoşmasının ikinci bəndinin son misrası və üçüncü bəndi aşağıdakı kimidir:
Gözümə görünür talan yaylalar.
Güz gələndə bağlar çıxar xəzəldən,
Mən onu sevmişdim əzəl əzəldən,
Həsrət qaldım sevdiciyim gözəldən,
Lalası, sümbülü solan yaylalar.
Üç araşdırıcının da nəşr etdirdiyi “Yaylalar” şeirini ilk bəndi və ya bəndləri yoxdur, qafiyəsində də pozuqlar var. Rasim Denizin məqaləsindəki şeir Nizamettin Onkun nəşr etdirdiyi ilə eyni olduğundan ixtisar etdik.
YETİŞ
Dərdimin dərmanı, yaram ilacı,
Mədət, bu dərd məni almadan yetiş!
Yetişir ağlatdın bu mən möhtacı,
Dərdəmiz səd həzar olmadan yetiş!
Qurudu damarda, ilikdə qanım,
Hicr ilə yanarım, nara, giryanım,
Vədəm erişmədən, çıxmadan çanım,
Əcəl peymanəsi gəlmədən yetiş.
Əlbət böylə olur təqdirin işi,
Axıtdı didədən qan ilə yaşı,
Aldı İrfaniyi eşqin atəşi,
Həsrət qiyamətə qalmadan yetiş.
Dostları ilə paylaş: |