1942-ci il sentyabrın 25-i hücum etmək planı hazırlamışdı. Sənədli
filmdən də göründüyü kimi Hitler öz generallarının əhatəsində açıq-
aydın olan qələbəni bayram edir. “Qələbə tortu” üzərində “Bakı”
yazılan seçilmiş tikə Hitlerə verilir. “Xəzər dənizi” digərləri
tərəfindən bölünür. Müttəfiqlər isə öz növbəsində Hitlerin Xəzər
dənizini ələ keçirmək iddiasından xəbərsiz deyildilər. Ingilislər
hətta əgər Hitler şəhəri ələ keçirəcəyi təqdirdə neft mədənlərini
dağıtmaq məqsədilə Bakının “Qara Şəhərinin” neft mədənlərinə
atılacaq bombaların dəqiq hədəflərini nəzərdə tutan plan
hazırlamışdılar.
Xoşbəxtlikdən 1942-ci ilin qışı iradəli alman qoşunlarını
Şimali Qafqazın izolə edilmiş dağlarında dayanmağa məcbur etdi.
Əgər Hitler Bakını ələ keçirsə idi, onda Sovet ordusu özünün əsas
yanacaq təchizatından məhrum olmuş olardı və müharibə tamamilə
başqa sonluqla bitmiş olardı. Çox adam müttəfiqlərin nasist
Almaniyası üzərindəki qələbədə Azərbaycanın oynadığı rolu
layiqincə qiymətləndirmir.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra
Azərbaycan xalqı yenidən öz milli neft ehtiyatlarından yararlanmaq
şansını əldə etdi. 1994-cü ilin sentyabr ayında dünyanın aparıcı
korporasiyaları olan beynəlxalq şirkətkərlə 20-yə yaxın neft mü-
qaviləsi imzalandı. Nəticədə ölkə iqtisadiyyatına milyonlarla dollar
investisiya yatırıldı.
Bu gün Azərbaycanda həyat hələ də neft ilə çox bağlıdır.
Azərbaycanlılara yeni iş yerləri açmağa yardım edən neftdən gələn
gəlirlər şəhərin memarlığını da dəyişmişdir. Bütün şəhər ərazisində
yüzlərlə yeni binalar, marketlər, restoranlar və bağlar tikilir və
salınır. Yenidən Azərbaycan Qafqazın iqtisadi və siyasi mərkəzinə
çevrilir və buna təkanverici qüvvə əsrlər boyu olduğu kimi yenə də
neftdir.
Dostları ilə paylaş: