AKSEL HELMŞTADTER (ALMANİYA)
Marburq Universitetinin professoru, Beynəlxalq
Əczaçılıq Tarixi Cəmiyyətinin Baş Katibi.
Hörmətli Dr. Ələkbərli,
Asudə vaxtı mən bütün konfrans iştirakçılarına paylanan Sizin
"Medical Manuscripts of Azerbaijan" (“Azərbaycanın tibbi əlyazmaları”)
kitabınızla tanış oldum. Zənnimcə, o, Qərb dünyasına məlum olmayan
məlumatlarla zəngindir, və gələcək tədqiqatlar üçün böyük əhəmiyyət kəsb
edir. Bundan əlavə, mən hiss edirəm ki, alimlər sizin əlyzmalar kolleksiyası
haqqında xəbər tutandan sonra bir çox dərs vəsaitləri yenidən yazılmalı
olacaq.
Mən bu yaxınlarda Bakıda keçirilmiş konfrans və sizin əlyazmalar
kolleksiyanız haqqında «Pharmazeutische Zeitung» jurnalı üçün bir məqalə
yazmaq istəyirəm. PZ Almaniyada əczaçılar üçün ən qabaqçıl jurnaldır.
Mən məqaləmə sizin kitabınızdan 2-3 şəkil əlavə etmək istəyirəm, o
cümlədən 240-cı səhifədə verilmiş distilyasiya apparatının şəklini. Zənnim-
cə, hələ heç kim VIII əsrə aid su ilə soyudan distilyasiya apparatını gör-
məmişdir. Şəkillərdən istifadə etməyi icazə verirsinizsə, zəhmət olmasa,
mənə xəbər verin. Mən məqaləmdə sizin kitabınıza dəqiq istinad edə-
cəyəm.
Ondan əlavə, istəyərdim sizdən xahiş edim ki, əgər mümkün-
dürsə, kitabınızın əlavə bir nüsxəsini də mənə göndərəsiniz – o, Marburq
Universitetinin Əczaçılıq İnstitutunun kitabxanasına gedəcək. Orada, orta
əsrlər sahəsində çalışan bir neçə alim var, və onlar sizin əsərinizlə
maraqlana bilərlər.... Siz kitabı mənə göndərə bilərsiniz, mən isə onu dərs
dediyim Marburq universitetinə apararam.
Hörmətlə,
Dr. Aksel Helmştadter
Dr. Axel Helmstädter, 20 June 2006
Dostları ilə paylaş: