Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə27/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   23   24   25   26   27   28   29   30   ...   72
Ədəbiyyat
1. F.Veysəlli. Eksperimental fonetika. Bakı, 1980.

2. F.Yadigar. Fonetika və fonologiya məsələləri. Bakı, 1993.

3. F.Veysəlli. Seçilmiş əsərləri. I cild. Bakı, 2009.

4. Н.Д.Андреев. Об одном эксперименте в области русской орфоэпии. «ВР». вып. 4, М., 1963



A.M. ƏSGƏROVA
QƏDİM PAREMLƏRDƏ İŞLƏNƏN BƏZİ ÇOXMƏNALI SÖZLƏRİN TARİXİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: türkologiya, çoxmənali, fellər, leksika

Ключевые слова: тюркология многозначные глаголы, лексика

Key words: turkology, polisemantic, verbs, lexica
İctimai hadisə olan dilin hər bir vahidində, o cümlədən sözdə tarixi inki­şafin izləri müşahidə olunur. yəni zamanla sözün həm məna, həm də for­masında dəyi­şiklik baş verə bilir. bu inkişaf xüsusiyyətləri tarixi abidələrdəki sözlə­rin diaxron üsul­la təhlilində daha aydin nəzərə çarpir.

Azərbaycan dili zəngin qrammatik və leksik-semantik quruluşa malik ol­du­ğu üçün, «söz və onun məna qabığı» məsələsi dilçiliyimizin bütün dövrlə­rində ak­tu­al olmuş, leksikoloqların tədqiqat obeyktinə çevrilmişdir. Dildə hər bir sözün mə­nası vardır. Lakin hər leksik vahidin məna dərinliyi, çaları eyni deyil.

Dilin inkişaf strukturu göstərir ki, təkmənalı sözlər çoxmənalılığa meyl­lidir. Yəni çoxmənalılıq bir mənaya malik sözün sonradan bir neçə əşya, keyfiy­yət bildirmək xüsusiyyətləri kəsb edərək çoxlu mənalar ifadə etməsidir.

Çoxmənalı sözlərdə sözün məna çalarlığı nə qədər zəngin olsa da, bunlar­dan biri ilkin-əsas, digərləri isə ondan törəmə mənalardır. Və bu məna çalarları fikrin ifadəsində dəqiqləşir, yəni sözün müxtəlif mənalara malik olmasına bax­ma­yaraq, məhz mətn onun real mənasını konkretləşdirir.

Çoxmənalılıq bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də hələ qədim dövrlərdən mövcud olmuş və dilimizin qanunauyğunluqlarından birinə çev­rilmişdir. XVI-XVII əsrin yazılı nümunəsi olan «Oğuznamə»də də çox­mənalı sözlə­rə aid onlarla misal vardır. Həmin misallar kəmiyyət etibarilə daha çox ismə, sifətə və felə aid olduğu üçün bu nitq hissələri üzrə qruplaşdır­mağa çalışdıq:


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin