Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə7/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   2   3   4   5   6   7   8   9   10   ...   72
İ.Y. CƏFƏRSOY
AVROPA DİLLƏRİNDƏ İNCİL MƏNŞƏLİ ŞƏXS ADLARI VƏ ÖN ASİYANIN ÖLÜ DİLLƏRİNDƏ ONLARIN ARXAİK VARİANTLARI
Açar sözlər: Elissa, İzebel, İlona, Anna, Didona, Artemida

Ключевые слова: Элисса, Изебел, Илона, Анна, Дидона, Артемида

Key words: Eliza, Izebel, Ilona, Anne, Didone, Artemide
Mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri və inteqrasiyası yeni hadisə deyil. Ta­­rix boyu dövlətlərin maraqları toqquşmuş, nəticədə etnosların şərqdən qərbə, qərb­dən şərqə miqrasiyaları baş vermişdir. Finikiyadan, Misirdən, Troyadan Av­ro­paya köçən etnoslar özləri ilə adətlərini, inanclarını və təbii ki, adlarını da apa­rır­dılar.

Belə adlardan biri Elissadır. Elissa Kənan nəslindən olub, İzebel kultunun ka­hini və Tir şahının bacısı idi. O, hakimiyyət uğrunda mübarizədə qardaşına məğ­lub olub, Şimali Afrikaya qaçdı və indiki Tunis yaxınlığında Karfagen şə­hə­ri­ni saldırdı. Publi Maron Vergilinin “Eneida” eposu ilə onun adı İtaliyaya keçdi və Eliza, Elza variantlarında bütün Avropaya yayıldı.

Elissaya Finikiyadan qaçıb gəldiyinə görə, Didona “qaçqın”da deyirdilər. Tro­yanın işğalından sonra Siciliyaya, oradan Liviyaya gələn Eney Didona ilə se­vi­şərək onunla bir mağarada evləndi. Eney üç il sonra Didonanı ataraq İtaliyaya gəl­di. Bu vəfasızlığa dözə bilməyən Didona xəncərlə özünü öldürdü. “Eneida”, “Pun müharibəsi”, “Georqika” poemalarını oxuyub təsirlənən avropalılar öz qız­la­rı­na Didona adı qoydular.

Avropada ən geniş yayılmış adlardan biri Annadır. Anna teofor adının arxaik variantı Bibliyada Ena, “İliada”da Bay Ana formasında yazıya alınmışdır. Ana Kənan nəsillərinin, Bay Ana troyalıların Venerası olub, sevgililəri və körpə uşaq­la­rı himayə edirdi.

Qədim yunanlar ilahə Ananı Afrodita adı ilə öz panteonlarına daxil etdilər. Afrodita “dəniz dalğaları üzərindəki ağ köpük” deməkdir. Buna uyğun olaraq “Yaratılış” dastanıda Ağ Ana obrazı var. Ağ Ana dalğaların üzərindəki ağ kö­pük kimi Tanrının gözlərinə görünür. Tanrıya ilham verir ki, dünyanı yaratsın.

Avropa və bəzi Azərbaycan tədqiqatçıları belə hesab edirlər ki, türk və El­la­da folklorundakı süjetlər bir-birinə zahirən oxşayır. Əslində isə bu uyğunluqlara tə­sadüf kimi baxmaq olmaz. Həmin dastan süjetləri xalqların miqrasiyaları nəticə­sin­də Asiyadan Avropaya aparılmışdır.

Avropada geniş yayılan Bibliya mənşəli adlardan biri İzabeldir. İzebel Kə­nan nəslindən Finikia hökmdarının qızı idi. Çar Solomonun ölümündən sonra o, zə­ifləmiş İudeyanı daha da zəiflətmək üçün Samaria sarayına ərə verildi. Təbiətən çox gözəl və fitnəkar İzebel tezliklə İudeyanı Finikiyanın vassalına çevirdi. İn­san­lar onun qorxusundan aşkarda Kənan ilahəsi Aşqliyə, gizlində öz tanrıları Yax­ve­yə sitayiş edirdilər.

Bibliya əfsanələrindən İzebelə məftun olan avropalılar arzulayırdılar ki, qız­la­rı gözəllikdə və qətiyyətdə İzebelə oxşasın. Həmin səbəbdən İzebelin adı İzabel, İza­bella və Zabella variantlarında Avropaya yayıldı.

İzebelin nəslinin sevgi ilahəsi Aşqlinin (Хоренский 1808.28; Шопен 1866.41; Тураев 1903.88; Грець 1907.41) adı Azərbaycan folkloruna Əsli, Volqa Bul­qarıstanına Aslı deyimində gəldi.

Çuvaşlar xristianlığı qəbul edənədək sevgi ayini zamanı Kərəm adlanan bu­laq başında paklıq və bakirəlik ilahəsi Aslı İraya ağ qaz qurban kəsərdilər (Ро­ди­о­нов 1983.21-22). İlahə Əsliyə sitayiş edən Bulqar türkləri bundan qabaq Volqa bo­yunda Aslı şəhərini saldılar. Kazan xanlığının işğalından qabaq həmin şəhər xa­ra­ba qoyulmuşdur (Рычков 1767.22).

Bibliyadakı Solomonun –Qurandakı Süleyman peyğəmbərin nəvə-nə­ti­cə­lə­ri­­nin adı Finikiya yazılarında tamamilə başqa formalarda göstərilmişdir. Məsələn, hə­min kitabələrdə İudeyanın H’Eraklı Sampsonun adı Delaq, Rovoamın adı Ba­zuk, Samuilin adı Zarmer kimi yazıya alınmışdır. Zarmer Troya çarı Pi­ra­ma kö­mə­yə getmiş və döyüşlərdə Danay nəslindən Axilə (yunan dilli mənbələrdə Axil­le­sə ağır zərbələr vurmuşdur (Хоренский 1808.34, 35).

Avropa dillərində geniş yayılan qadın adlarından biri İlonadır. Belə güman edilir ki, bu ad Troya mənşəlidir. Homerin “İliada” poeması İlion şəhərinin mühasirəsinə həsr olunmuşdur.

Ancaq Troya şəhərinin salınmasından qabaq Misirdə İli şəhəri olmuşdur. Nil çayının sağ sahilində, çayın qollara bölündüyü yerin cənub-şərqində yerləşən həmin şəhər bəzi xəritələrdə İlion, bəzilərində isə İliopol kimi göstərilir (Тураев 1913. к 1; Клота бей 1843. к 1).

Qədim Misirin zəngin mədəniyyət mərkəzi olan İlion şəhərindən qüdrətli pat­­riarxlar, alim və kahinlər çıxmışdır. Yəhudi dininin banisi Amosiy də onlardan bi­r­idir. Sonralar Amosiy adı azca dəyişərək Moisey şəklinə düşdü. Moisey Qu­ran­da­kı Musa peyğəmbərdir.

Bibliya mənşəli İosif adı Avropa dillərinə Yosef, Jozef, Cozef variantlarında ya­yılmışdır. Müsəlman mənbələrində isə o ad Yusif, Yusif Kənan formalarında gös­­tərilmişdir.

Kişi ağlının və gözəlliyinin timsalı olan Yusifin adı həm şərq, həm qərb öl­kə­lərinə yayılmış­dır. Türkoloji tədqiqat üçün maraqlıdır ki, Kənan nəslinin totem adı Sanak olmuşdur. Sanak etnonimi sonralar Albaniya və İberiyaya Şanak, Zenak və Sinak variantlarında gəlmişdir (Джанашвили 1908. 18, 51).

Apollonun adı Avropaya Homerin “İliada” və Vergilnin “Eneida” poema­la­rın­dan məlumdur. Yaz və yaşıllıq tanrısı Apollon Ellada mifologiyasında hey­van­dar­lıq və ovçuluq ilahəsi Artemidanın əkiz qardaşıdır.

E.ö. II minilliyə aid Likiya mixi yazılarında Apollon teoniminin arxaik variantı Aplu forma­sın­da yazıya alınmışdır. Şuşa – Suziana dövlətçilik ənənəsinə görə, atanın vərəsəlik hüququ olan oğlu aplu adlanırdı. Türk dillərinin Bulqar qrupunda oğula aplu deyilir.

Qeyd etdiyimiz adların hamısının mənası türk dillərinin tarixi leksikası əsa­sın­da izah olunur. Bu da ondan irəli gəlir ki, İudeya və İsrail etnoslarından fərqli ola­­raq Kənan torpağının (Finikiyanın) hakim etnosları Sam yox, Kam nəslindən çıx­mışdır.

Avropa dillərində Bibliya, Troya, Xatti, Likiya, Palay mənşəli şəxs adları çox­­dur. Onların tarixi-filoloji oçerklər şəklində izahlı lüğətlərinin hazırlanması həm Azərbaycan və Türkiyənin, həm də Avropanın universitetlərinin marağına sə­bəb olardı.





Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin