Hər il iyulun 14-ü Ümumdünya
Donor Günü kimi qeyd olunur.
14 iyun, həm də 1930-cu ildə
qan qruplarını kəşf etdiyinə görə
Nobel mükafatı almış Karl Lan-
şteynerin anadan olduğu gün-
dür. Məhz Lanşteyner “ABO”
qan sistemini kəşf etmişdir ki, bundan sonra donordan
xəstəyə qan köçürmək mümkün olmuşdur. Ölkəmizdə
14 iyun Ümumdünya Donor Günü kimi ilk dəfə 2004-
2005-ci illərdə qeyd olunub. Ölkədə qana olan ehti-
yacı ödəmək məqsədi ilə Mərkəzi Qan Bankı fəaliyyət
göstərir. Hər il keçirilən aksiyalarda donor olmaq
istəyənlərin sayı isə getdikcə artır. Donorluq həm də
xeyirxahlıq, hümanizm, həmrəylik deməkdir. Qan
vermək insan həyatını xilas edir və insan sağlamlığına
kömək edir. Həmin xeyirxah insanlar - qan donor-
larıdır. Qan donoru olmaq üçün ən yaxşı vaxt yaz-
payız ayları hesab olunur. Qan verən insan isə zərər
çəkmir. Əksinə qan hüceyrələri təzələnir və aktivləşir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ildə
keçirilən Baş Assambleyasında, bütün üzv ölkələrinin
Səhiyyə nazirlərinin iştirak
etdiyi bir tədbirdə, qərara
alınmışdır ki, bütün ölkələr
qan ehtiyaclarının 100%
könüllü donor qanı ilə ödə-
nilməsinə çalışmalı və bu-
nun üçün tədbirlər görməli-
dir. Məhz bundan sonra öl-
kəmizdə “Qanın, qan kom-
ponentlərinin donorluğu və
qan xidməti haqqında” yeni
qanun qəbul olundu (3
may, 2006-cı il), Qan Bankı
təmir edildi və təkmilləşdi-
rildi və “Qan xidmətinin
təkmilləşdirilməsi, qan do-
norluğunun inkişafı” məq-
sədilə 10 illik proqram
(2005-2010) qəbul olundu.
Hazırda həmin proqramın
icrası həyata keçirilməkdə-
dir.
Ədəbiyyat
“Qan ver, yaşat”: İyunun 18-də Ümumdünya Donor Günü ilə bağlı keçirilən
mərasimin devizi belə idi //Azərbaycan.- 2009.- 20 iyun.- S.5.
İnternetdə
www.az.trend.az
www.bizimyol.az
Adilə Abdullayeva
İyun
Beynəlxalq Qan Donor Günü
1930
14
183
Şakir Şamil oğlu Salahov
1966-cı il iyun ayının 15-də Xo-
calı rayonunun Cəmilli kəndində
anadan olmuşdur. 1981-ci ildə
Cəmilli kənd səkkizillik məktəbini
bitirdikdən sonra, təhsilini həmin
kənddəki qiyabi orta məktəbdə da-
vam etdirmişdir. 1984-cü ildə
hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə hərbi xid-
mətini müvəffəqiyyətlə başa vurub Xankəndi şəhər
Daxili İşlər İdarəsinin Mühafizə şöbəsinə işə qəbul
edilmişdir.
1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbay-
canlıların təhlükəsizliyini təmin etmək üçün Azər-
baycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis
bölməsi yaratmışdır. Ş.Salahov ilk gündən bölmədə
fəaliyyətə başlamışdır. 1991-ci ildə o, Azərbaycan
Dövlət Pedoqoji Universitetinin Şuşa şəhər filialında
Fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil
olmuşdur.
Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar
və Cəmilli kəndlərini mühafizə edirdi. Bu kəndi
Xankəndindən cəmi 3 kilometr məsafə ayırırdı.
Ş.Salahov ermənilər tərəfindən olan hücumların
qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il
fevral ayının 26-da ermənilər üç tərəfdən-Ballıca,
Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli
kəndinə güclü hucuma keçdilər. Həmin döyüşdə
Ş.Salahov neçə-neçə erməni quldurunu məhv etmişdi.
1991-ci il avqust ayının 23-də erməni quldurları
Kosalar-Cəmilli kəndləri
arasındakı “Darlı” adlanan
yerdə, içərisində 21 nəfər
sərnişin olan “UAZ” mar-
kalı maşını atəşə tutmuşlar.
Nəticədə üç nəfər şəhid ol-
muşdu. Şakir şəhidlərin
qanını yerdə qoymadı.
Cəmilli kəndi işğal olun-
duqdan sonra, 1992-ci il
yanvarın 28-də o, yenidən
Kosalar kəndinin müda-
fiəsinə yollanır. Ağdam-Şu-
sa marşrutu ilə uçan vertol-
yot ermənilər tərəfindən
vurulur. Sərnişinlər düşmə-
nə təslim olmamaq üçün
özlərini vertolyotdan ata-
raq, həlak olurlar. Onların
arasında Ş.Salahov da var-
dı.
Subay idi.
Azərbaycan Respubli-
kası Prezidentinin 8 oktya-
br 1992-ci il tarixi 264 saylı
Fərmanı ilə Salahov Şakir
Şamil oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmiş-
dir.
İyun
45 illiyi
Şakir Salahov
1966-1992
Milli
Qəhrəman
15
184
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edil-
mişdir.
Ədəbiyyat
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Salahov Şakir Samir oğlu
- polis nəfəri - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr
1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Salahov Şakir Şamil oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.-S.193.
Nazim, N. Salahov Şakir Şamil oğlu: (1966-1992) /N.Nazim //İstiqlal ulduzları.-
Bakı, 1995.- S.151-153.
Salahov Şakir Şamil oğlu: (1966-1992) //Azərbaycanın Milli Qəhrəmanları /tərt.
ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.182
Saqibə Mehrəliyeva
185
20 iyun dünyada Ümum-
dünya Qaçqınlar Günüdür.
BMT Baş Assambleyasında
4 dekabr 2000-ci ildə bu
günün Ümumdünya Qaç-
qınlar Günü kimi qeyd edil-
məsinə dair qətnamə qəbul
edilmişdir.
Ümumdünya Qaçqınlar Günü münaqişələr nəti-
cəsində doğma yurd-yuvalarından didərgin düşənlərə
dəstək olmaq üçün imkan yaradır. Ümumdünya
Qaçqınlar Gününün qeyd edilməsində əsas məqsəd
dünya ictimaiyyətinin diqqətini bu insanların yaşa-
dıqları ağır şəraitə cəlb etməkdir.
O vaxtdan hər ilin bu günü dünya qaçqınlarına
dəstək və ehtiram nümayiş etdirilir. BMT-nin Ali
Qaçqınlar Şurasının məlumatına görə, son 7 ildə ilk
dəfə olaraq dünyadakı qaçqınların sayı artıb, bunun
əsas səbəbi kimi İraqda davam edən müharibə
göstərilir. İndiyədək İraqı yarım milyonadək insan
tərk edib, onların əksəriyyəti qonşu Suriya və İor-
daniyada məskunlaşıb. İraqdan başqa Sudan, Somali
və Konqo kimi ölkələrdən daha çox insan qaçqına
çevrilir. Ümumilikdə qaçqınların dünyada ümumi sayı
16 milyondan artıq həddə çatıb...
Çox təəssüflər ki, indi bu mövzu biz azərbaycan-
lılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənis-
tanın ölkəmizə təcavüzü Azərbaycana həm də bir mil-
yona yaxın qaçqın-köçkün verdi, soydaşlarımız uzun
illər ərzində qurduqları ev-
eşiklərindən, topladıqları
sərvətlərindən məhrum ol-
dular, dədə-baba yurdların-
dan didərgin düşdülər, çadır
şəhərciklərinin ümidinə
qaldılar. Ulu öndər Heydər
Əliyevin imzaladığı fərman
və sərəncamlara əsasən
1993-2003-cü illərdə prob-
lemin siyasi yolla həlli isti-
qamətində, qaçqın və məc-
buri köçkünlərin mənzil-
məişət şəraitinin yaxşılaşdı-
rılması ilə bağlı genişmiq-
yaslı tədbirlər həyata keçi-
rilmişdir. Tez bir vaxtda
çadır şəhərciklərinin ləğvi-
nə, yeni, müasir qəsəbələrin
salınmasına başlanılmışdır.
Ulu öndərin bu qayğısını
Prezident İlham Əliyev də
uğurla davam etdirir. Ölkə
rəhbərinin qətiyyəti ilə bu
istiqamətdə diqqətəlayiq
tədbirlər reallaşdırıldı, çadır
düşərgələri Azərbaycan ta-
rixindən silindi. Bu düşər-
gələri bütün infrastruktura
İyun
Ümumdünya Qaçqınlar Günü
20
186
malik müasir qəsəbələr əvəz etdi. Və bu gün Azər-
baycanda bir dənə də olsun çadır düşərgəsi qalmayıb.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli
istiqamətində həyata keçirilən tədbirlər isə davam
etdirilir. “Qaçqın və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artı-
rılması üzrə Dövlət Proqramına” əlavələr edilməsi
haqqında Prezident İlham Əliyevin 31 oktyabr 2007-
ci il tarixli Sərəncamında nəzərdə tutulan tədbirlərin
icrasına başlanılmışdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezi-
dent İlham Əliyevin apardığı uğurlu xarici siyasət
nəticəsində beynəlxalq səviyyədə mühüm tədbirlərin
həyata keçirilməsi davam etdirilir. 2008-ci ilin
martında BMT-nin Baş Assambleyasının 62-ci
sessiyası çərçivəsində “Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilmişdir.
Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın
işğal altında olan bütün ərazilərindən çıxarılması tələb
edilərək bir daha göstərilmişdir ki, problemin həlli
birmənalı şəkildə Azərbaycan Respublikasının bey-
nəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində,
ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət
prinsipinə əsaslanmalıdır. Bu qətnamə, həmçinin
Azərbaycanın işğal olunmuş ərazilərindən olan
məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq
hüququnu bir daha təsdiq edir. Eyni zamanda, BMT
üzvü olan dövlətləri Azərbaycan ərazilərinin işğalı
nəticəsində yaranmış vəziyyəti qanuni olaraq tanı-
mamağa və bu vəziyyətin saxlanılmasına dəstək ver-
məməyə çağırır.
Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti
dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması
məqsədilə görülmüş tədbirləri əhatə edən hesabat
toplusu və kitablar nəşr olunmuş, qısametrajlı filmlər
çəkilmişdir.
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər
Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləş-
dikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə
çatdırılmasına çalışmış və bu problemlərin həllinə
daim diqqətlə yanaşmışdır.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin depu-
tatı Mehriban xanım Əliye-
vanın təşəbbüsü ilə yara-
dılmış “Azərbaycan” inter-
net portalının böyük əhə-
miyyəti xüsusi qeyd olun-
malıdır. Portalda Azərbay-
can haqqında toplanmış ge-
niş informasiya Ermənistan
-Azərbaycan, Dağlıq Qara-
bağ münaqişəsindən, Xoca-
lı Soyqırımından, ümumi-
likdə erməni təcavüzündən
bəhs edən məlumatların
dünya ictimaiyyətinin diq-
qətinə çatdırılmasına şərait
yaradır.
Respublikada yoxsullu-
ğun ən yüksək həddi - 25
faiz məhz məcburi köçkün-
lər arasında qeydə alınmış-
dır. Ölkəmizdə fəaliyyət
göstərən 60 beynəlxalq və
40 yerli humanitar təş-
kilatlar tərəfindən indiyə-
dək 750 milyon ABŞ dol-
ları dəyərində humanitar la-
yihələr icra edilmişdir. Bü-
tün bunlara baxmayaraq, bu
problem ölkənin ən ağır və
başlıca problemi olaraq qa-
lır.
Azərbaycan Prezidenti
İlham Əliyev öz çıxışların-
da ölkəmizin ərazi bütöv-
lüyü ilə bağlı fikirlərini çat-
dırarkən daim birmənalı
187
olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni si-
lahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər
öz doğma yurdlarına qayıtmalıdırlar. Təbii ki,
torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən
vasitə ilə azad ediləcəkdir.
Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki
qətiyyətli bəyanatları öz yurd-yuvalarından didərgin
salınmış insanlarda sabaha ümidi daha da artırır. İndi
soydaşlarımız problemin siyasi həlli sahəsində ölkə
Prezidentinin fəaliyyətinin
müsbət nəticələr verəcəyinə
daha dərindən inanır və
tezliklə öz doğma yurdla-
rına qayıtmaq eşqi ilə ya-
şayırlar.
Ədəbiyyat
Həsənov, Ə. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin
prioritet vəzifələrindəndir //Azərbaycan.- 2009.- 18 iyun.- S. 3.
Sultanova, P. Azərbaycanda Ümumdünya Qaçqınlar Günü qeyd edilib
/P.Sultanova //525-ci qəzet.- 2009.- 19 iyun.- S.5.
Süleymanova, E. Qaçqınlar və məcburi köçkünlərin hüquqlarının müdafiəsində
Ombudsmanın rolu: 20 iyun Ümumdünya Qaçqınlar Günüdür /E.Süleymanova
//Respublika.- 2009.- 20 iyun.- S.3.
Ümumdünya Qaçqınlar Günü. Əli Həsənov: “Ermənistandan qovulmuş insanlar
öz doğma yurdlarına qayıdana qədər onların qaçqın statusu saxlanılır” //Hürriyyət.-
2009.- 19-21 iyun.- S.11.
İnternetdə
www.apa.az
www az.trend.az
www.xalqqazeti.com.
Nailə Alışova
188
Rаfiq Yunis-Əli оğlu Qаsımоv
1931-ci il iyun ayının 26-da Qərbi
Аzərbаycаnın İrəvаn şəhərində аnа-
dаn оlmuşdur.
1954-cü ildə Аzərbаycаn Dövlət
Univеrsitеtinin Biоlоgiyа fаkültəsini
bitirmişdir.
1954-1958-ci illərdə SSRİ Еlmlər
Аkаdеmiyаsının İ.P.Pаvlоv аdınа Fiziоlоgiyа İnsti-
tutunun (Lеninqrаd) аspirаntı оlmuşdur.
1958-ci ildə həmin institutdа (Lеninqrаd) “Nə-
rəkimi bаlıqlаrdа şərti rеflеkslərin tədqiqi” möv-
zusundа nаmizədlik dissеrtаsiyаsını müdаfiə еtmişdir.
1957-1960-cı illərdə həmin institutdа kiçik еlmi
işçi kimi çalışmışdır.
1960-1965-ci illərdə Ümumittifаq Еlmi Tədqiqаt
Bаlıqçılıq İnstitutunun (Mоskvа) tаbеliyində оlаn Kür
Еkspеrimеntаl nərəkimiləri bаlıqаrtırmа zаvоdundа
еlmi lаbоrаtоriyаnın müdiri оlmuşdur.
1965-1974-cü illərdə Mərkəzi Nərə bаlıqlаrını
öyrənən
Еlmi Tədqiqаt İnstitutunun Аzərbаycаn
şöbəsində “Еkоlоji fiziоlоgiyа və tоksikоlоgiyа” lа-
bоrаtоriyаsının müdiri оlmuşdur.
1974-cü ildən АMЕА-nın А.İ.Qаrаyеv аdınа Fi-
ziоlоgiyа İnstitutundа lаbоrаtоriyа müdiri vəzifəsində
çаlışır.
1970-ci ildə “Təbii və süni yоllа çохаldılаn bаlıq-
lаrın еrkən оntоgеnеzində dаvrаnışın öyrənilməsi”
mövzusundа dоktоrluq dissеrtаsiyаsı müdаfiə еtmiş-
dir.
1974-cü ildən prоfеssоr-
dur. 1983-cü ildə АMЕА-
nın müхbir üzvü sеçilmiş-
dir.
Əsаs еlmi istiqаmətləri
nərəkimi və çəkikimi bаlıq-
lаrın biоlоgiyаsının еkоlоji-
fiziоlоji хüsusiyyətlərinin
öyrənilməsinə, оnlаrın mü-
hitin müхtəlif аmillərinə
uyğunlаşmа qаbiliyyətinin
tədqiqinə və оnlаrın düzgün
və itkisiz böyüdülməsinə
həsr оlunmuşdur.
Bu tədqiqаtlаrın nəticə-
sində nərəkimilərdən оlаn
qаyа bаlığının zаvоd şərаi-
tində böyüdülməsinin biо-
tехnоlоji üsullаrı işlənib və
nərənin, uzunburunun bö-
yüdülməsi üçün əvvəldən
hаzırlаnmış biоtехnоlоji
üsullаrı təkmilləşmişdir.
İlk dəfə Аzərbаycаndа
Rusiyаdаn gətirilmiş gü-
müşü kаrp bаlığının və
Uzаq Şərqdən gətirilmiş
bitki ilə qidаlаnаn bаlıq-
lаrdаn оlаn аğ аmur və qа-
lın xаllı bаlıqlаrının Аzər-
İyun
80 illiyi
Rаfiq Qаsımоv
1931
Bioloq
26
189
bаycаn şərаitində çохаldılmаsı üçün biоtехnоlоji
üsullаr hаzırlаnıb bаlıqаrtırmа təsərrüfаtlаrındа tətbiq
еdilmişdir.
1960-1970-ci illərdə əsаs tədqiqаt işləri sənаyе
əhəmiyyətli bаlıqlаrın zаvоd şərаitində çохаldılmаsı
zаmаnı оnlаrın inkişаf mərhələlərinin mühitin
müхtəlif аmillərinə həssаs yаş dövrlərinin müəyyən
еdilməsinə həsr еdilmişdir. Frаnsız аlimləri (Plаtеl və
Rеpеrаn) ilə birgə аpаrılаn tədqiqаtlаrın nəticəsində
nərəkimi bаlıqlаrın bеynində müхtəlif funksiyаlаrın
lоkаlizаsiyаsı və оnlаrın bеyninin mərhələli inkişаfı
prinsipləri müəyyən еdilmişdir.
Hаl-hаzırdа rəhbərlik еtdiyi lаbоrаtоriyа “Sənаyе
əhəmiyyətli bаlıqlаrın еrkən оntоgеnеzində mühitin
təsiri nəticəsində müхtəlif üzvlərində mоrfо-fiziоlоji
və biоkimyəvi göstəricilərin öyrənilməsi” mövzusu
üzərində işləyir. Bu tədqiqаtlаr biоmüхtəlifliyin
qоrunmаsı və оnun еhtiyаtlаrının bərpаsı üçün çох
əhəmiyyətlidir.
261 еlmi əsəri çаp оlunub, оnlаrdаn bеşi mоnоq-
rаfiyаdır. Məqаlələrinin böyük bir qismi АBŞ-dа,
Türkiyədə, Rumıniyа, Аlmаniyа və Rusiyаdа çаp
оlunmuşdur.
Rəhbərliyi аltındа 33 dissеrtаsiyа (4 dоktоrluq, 29
nаmizədlik) müdаfiə еdilmişdir.
SSRİ Еlmlər Аkаdеmi-
yаsının Fiziоlоgiyа böl-
məsinin 6 iyun 1988-ci ilin
72 №-li qərаrı ilə 1988-
2001-ci illərə qədər “Эво-
люционная биохимия и
физиология” jurnаlının rе-
dаksiyа hеyətinin tərkibin-
də çаlışmışdır. Müхtəlif
illərdə 1990-cı ilə qədər
SSRİ ЕА-nın “Аli sinir sis-
tеminin və dаvrаnışın gеnе-
tikаsı”
şurаsının sədr
müаvini, İхtiоlоji kоmis-
siyаnın “Еkоlоji Fiziоlо-
giyа”, “Nərəkimilər” еlmi
şurаlаrının üzvü, “Хəzər
prоblеmləri və biоlоji rе-
surslаr” kоmissiyаsının və
s. üzvü оlmuşdur.
Hаzırdа AMЕА-nın Vе-
tеrаnlаr şurаsının sədridir.
Ədəbiyyаt
Касимов, Р.Ю. Краткий очерк /Р.Ю. Касимов.- Баку: «Элм», 1991.- 79 с.
Касимов, Р.Ю. Сравнительная характеристика поведения дикой и заводской
молоди осетровых в раннем онтогенезе: Монография /Р.Ю.Касимов.- Баку:
Элм, 1980.-180 с.
Лукяценко, В.И. Экспериментальное обоснование возрастновесового стан-
дарта заводской молоди Каспийских осетровых: Монография. /В.И.Лукященко,
Р.Ю. Касимов
.
- Волгоград: Кокоза, 1985.-230 с.
İntеrnеtdə
www.deyerler.orq
www.science.az
Məmməd Məmmədov
190
Zakir Nüsrət oğlu Məcidov 1956-cı
il iyun ayının 26-da Neftçala rayo-
nunun Həsənabad qəsəbəsində anadan
olmuşdur.
Zakir 1974-cü ildə Ryazan vila-
yətinin Sasovo şəhərinə gedərək Ali
Hərbi Aviasiya məktəbinə daxil ol-
muşdur. 1977-ci ildə həmin məktəbi bitirərək,
leytenant rütbəsi almışdır. Yevlax aviadəstəsində AN-
2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə
başlamışdır. 1980-ci ildə təyinatla Zabrat avia-
dəstəsində AN-2 təyyarəsinin komandiri təyin edil-
mişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmış və
istehsalatdan ayrılmadan Ukraynanın Kremençuq
Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay
təkmilləşdirmə kursu keçmişdir.
Z.Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun
Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi
hava hissəsində Mİ-24 vertolyotlarından birinə ko-
mandir təyin olunmuşdur. O, həmin vertolyotla Ağ-
dərənin Aterk kəndində ermənilərin yerləşdiyi qə-
rargahı darmadağın etmiş, düşmənin xeyli texnikasını
sıradan çıxarmışdır. 1992-ci il avqustun 6-da Zakir ye-
nidən ermənilərin Kasapet yüksəkliyindəki üç
mövqeyini susduraraq geri dönmüşdür. Cəsur koman-
dir dördüncü dəfə havaya
qalxarkən düşmən tərəfin-
dən atılan raketlərdən biri
vertolyotu müvazinətdən çı-
xarmışdır. Cəsur pilot qüv-
vəsini nə qədər toplasa da,
vertolyot düşmən əlində
olan əraziyə düşmüşdür.
Zakir öz ekipajı ilə birlikdə
qəhramancasına həlak ol-
muşdur.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 14 sentyabr
1992-ci il tarixli 204 saylı
Fərmanı ilə Məcidov Zakir
Nüsrət oğlu ölümündən son-
ra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq gö-
rülmüşdür.
Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmiş-
dir.
Ədəbiyyat
Əsgərov, V. Məcidov Zakir Nüsrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.132.
Məcidov Zakir Nüsrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.131.
Saqibə Mehrəliyeva
İyun
55 illiyi
Zakir Məcidov
1956-1992
Milli
Qəhrəman
26
191
Cahangir Şirgəşt oğlu Cahangirov
1921-ci il iyun ayının 26-da Bakı
yaxınlığındakı Balaxanı kəndində ana-
dan olmuşdur.
Orta təhsilini başa vurduqdan sonra
Bakı Musiqi Məktəbində oxumuş,
1951-ci ildə Azərbaycan Dövlət Kon-
servatoriyasını bitirmişdir.
1940-cı ildə Cahangir Cahangirov Azərbaycan
Dövlət Filarmoniyasında Mahnı və Rəqs ansamblının
Xor qrupuna, Sazçı Qızlar ansamblına, 1944-cü illərdə
Azərbaycan Radio Verilişləri Komitəsi nəzdindəki
xora rəhbərlik etmişdir.
1950-ci ildə “SSRİ Dövlət mükafatı” laureatı,
1959-cu ildə isə Azərbaycan Respublikası Əməkdar
incəsənət xadimi adına layiq görülmüşdür.
Böyük bəstəkarın yaradıcılığının çox hissəsini
təşkil edən “Xor” əsərləri Azərbaycan xor musiqisinin
inkişafında mühüm rol oynamışdır. Onun 1949-cu ildə
“Arazın o tayında” vokal-simfonik poeması, 1956-cı
ildə “Dostluq nəğməsi” süitası, 1959-cu ildə “Füzuli”
və 1973-cü ildə “Nəsimi” kantataları, “Hüseyn Cavid
-59” oratoriyaları onun yaradıcılığına böyük uğur
gətirmişdir.
Cahangirovun musiqisi üçün nikbinlik, milli musiqi
ilə üzvi əlaqə, axıcı melodika səciyyəvidir. O, “Ko-
roğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kinofilmlə-
rinə musiqi bəstələmişdir. Azərbaycan kütləvi və lirik
mahnı janrının, eləcə də opera və instrumental
musiqisinin inkişafında da
Cahangir Cahangirovun bö-
yük xidmətləri olmuşdur.
C.Cahangirov 1976-
1978-ci illərdə Mirzə İbra-
himovun “Azad qız” poves-
tinin motivləri əsasında
“Xanəndənin taleyi” opera-
sını, “Təzə gəlin” operetta-
sını, “Osetin süitası”, “Mi-
sir lövhələri” xor üçün əsər-
lərini, “Nazənin”, “Xəzər”,
“Dan ulduzu, bir də mən”,
“Ana”, “Zəriflik” mahnıla-
rını bəstələmişdir.
C.Cahangirov Azərbay-
can musiqisinin inkişafında
göstərdiyi xidmətlərə görə
1963-cü ildə Azərbaycan
Respublikasının Xalq artisti
adına layiq görülmüş, 1978-
ci ildə “Qırmızı Əmək Bay-
rağı” ordeni və bir sıra me-
dallarla təltif edilmişdir.
Cahangir Cahangirov
uzun müddət Azərbaycan
Dövlət Konservatoriyasında
“Xor dirijoru” kafedrasının
müdiri işləmişdir.
İyun
90 illiyi
Cahangir Cahangirov
1921-1992
Bəstəkar
26
192
Cahangir Cahangirov 1992-ci il mart ayının 25-də
Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Ədəbiyyat
Xəndan Rəfiq Zəka. Ömür bitər, yol bitməz /R.Z.Xəndan .- Bakı: Yazıçı,1983.
Əhmədoğlu, N. C.Cahangirov-80 /N.Əhmədoğlu //Mədəni maarif.-2002.- № 1-2.-
S.16.
Şəfəq, R. Bitən ömrün bitməyən akkordları /Rəşid Şəfəq //Qobustan.-2001. -№2.-
S.32-34.
İnternetdə
www. az.wikipedia.orq
www. deyerler.orq
Samirə Eminova
193
1 iyul
Gün çıxır
06:11
Gün batır
21:15
31 iyul
Gün çıxır
06:48
Gün batır
20:57
İy
ul
22 iyun-
22 iyul
Xərcəngin Nişanı
sudur. Ayın
himayəsindədir.
Günəşin Xərçəng
bürcündən keçdiyi
dövrdə doğulanlar
daha çox açıq
xasiyyətli,
xəyalpərəst
olurlar.
Dostları ilə paylaş: |