Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 

 

Hər il iyulun 14-ü Ümumdünya 



Donor Günü kimi qeyd olunur. 

14 iyun, həm də 1930-cu ildə 

qan qruplarını kəşf etdiyinə görə 

Nobel mükafatı almış Karl Lan-

şteynerin anadan olduğu gün-

dür. Məhz Lanşteyner “ABO” 

qan sistemini kəşf etmişdir ki, bundan sonra donordan 

xəstəyə qan köçürmək mümkün olmuşdur. Ölkəmizdə 

14 iyun Ümumdünya Donor Günü kimi ilk dəfə 2004-

2005-ci illərdə qeyd olunub. Ölkədə qana olan ehti-

yacı ödəmək məqsədi ilə Mərkəzi Qan Bankı fəaliyyət 

göstərir. Hər il keçirilən aksiyalarda donor olmaq 

istəyənlərin sayı isə getdikcə artır. Donorluq həm də 

xeyirxahlıq, hümanizm, həmrəylik deməkdir. Qan 

vermək insan həyatını xilas edir və insan sağlamlığına 

kömək edir. Həmin xeyirxah insanlar - qan donor-

larıdır. Qan donoru olmaq üçün ən yaxşı vaxt yaz-

payız ayları hesab olunur. Qan verən insan isə  zərər 

çəkmir. Əksinə qan hüceyrələri təzələnir və aktivləşir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ildə 

keçirilən Baş Assambleyasında, bütün üzv ölkələrinin 

Səhiyyə nazirlərinin iştirak 

etdiyi bir tədbirdə, qərara 

alınmışdır ki, bütün ölkələr 

qan ehtiyaclarının 100% 

könüllü donor qanı ilə ödə-

nilməsinə çalışmalı  və bu-

nun üçün tədbirlər görməli-

dir. Məhz bundan sonra öl-

kəmizdə “Qanın, qan kom-

ponentlərinin donorluğu və 

qan xidməti haqqında” yeni 

qanun qəbul olundu (3 

may, 2006-cı il), Qan Bankı 

təmir edildi və  təkmilləşdi-

rildi və “Qan xidmətinin 

təkmilləşdirilməsi, qan do-

norluğunun inkişafı” məq-

sədilə 10 illik proqram 

(2005-2010) qəbul olundu. 

Hazırda həmin proqramın 

icrası  həyata keçirilməkdə-

dir. 

Ədəbiyyat

      “Qan  ver,  yaşat”:  İyunun 18-də Ümumdünya Donor Günü ilə bağlı keçirilən 

mərasimin devizi belə idi //Azərbaycan.- 2009.- 20 iyun.- S.5. 

İnternetdə 

www.az.trend.az 

www.bizimyol.az 

                    Adilə Abdullayeva 

 

   



İyun 

 

 



Beynəlxalq Qan Donor Günü

 

 

1930 



 

14 


183 

 

Şakir  Şamil oğlu Salahov 



 

1966-cı il iyun ayının 15-də Xo-

calı rayonunun Cəmilli kəndində 

anadan olmuşdur. 1981-ci ildə 

Cəmilli kənd səkkizillik məktəbini 

bitirdikdən sonra, təhsilini həmin 

kənddəki qiyabi orta məktəbdə da-

vam etdirmişdir. 1984-cü ildə 

hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə  hərbi xid-

mətini müvəffəqiyyətlə başa vurub Xankəndi  şəhər 

Daxili  İşlər  İdarəsinin Mühafizə  şöbəsinə  işə  qəbul 

edilmişdir. 

1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbay-

canlıların təhlükəsizliyini təmin etmək üçün Azər-

baycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis 

bölməsi yaratmışdır.  Ş.Salahov ilk gündən bölmədə 

fəaliyyətə başlamışdır. 1991-ci ildə o, Azərbaycan 

Dövlət Pedoqoji Universitetinin Şuşa  şəhər filialında 

Fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil 

olmuşdur. 

Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar 

və  Cəmilli kəndlərini mühafizə edirdi. Bu kəndi 

Xankəndindən cəmi 3 kilometr məsafə ayırırdı. 

Ş.Salahov ermənilər tərəfindən olan hücumların 

qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il 

fevral ayının 26-da ermənilər üç tərəfdən-Ballıca, 

Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli 

kəndinə güclü hucuma keçdilər. Həmin döyüşdə 

Ş.Salahov neçə-neçə erməni quldurunu məhv etmişdi. 

1991-ci il avqust ayının 23-də erməni quldurları  

 

Kosalar-Cəmilli kəndləri 



arasındakı  “Darlı” adlanan 

yerdə, içərisində 21 nəfər 

sərnişin olan “UAZ” mar-

kalı maşını atəşə tutmuşlar. 

Nəticədə üç nəfər şəhid ol-

muşdu.  Şakir  şəhidlərin 

qanını yerdə qoymadı. 

Cəmilli kəndi işğal olun-

duqdan sonra, 1992-ci il 

yanvarın 28-də o, yenidən 

Kosalar kəndinin müda-

fiəsinə yollanır. Ağdam-Şu-

sa marşrutu ilə uçan vertol-

yot ermənilər tərəfindən 

vurulur. Sərnişinlər düşmə-

nə  təslim olmamaq üçün 

özlərini vertolyotdan ata-

raq, həlak olurlar. Onların 

arasında  Ş.Salahov da var-

dı.  


Subay idi. 

Azərbaycan Respubli-

kası Prezidentinin 8 oktya-

br 1992-ci il tarixi 264 saylı 

Fərmanı ilə Salahov Şakir 

Şamil oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 

 

İyun  



 

45 illiyi 

Şakir Salahov    

1966-1992  

 

 

 



Milli 

Qəhrəman 

15 


184 

Bərdə  şəhərinin  Şəhidlər Xiyabanında dəfn edil-

mişdir. 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 



“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Salahov Şakir Samir oğlu 

- polis nəfəri - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi 

igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 

1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. Salahov Şakir  Şamil oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.-S.193. 

Nazim, N. Salahov Şakir Şamil oğlu: (1966-1992) /N.Nazim //İstiqlal ulduzları.-

Bakı, 1995.- S.151-153.    

Salahov Şakir Şamil oğlu: (1966-1992) //Azərbaycanın Milli Qəhrəmanları /tərt. 

ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.182            

         

 

 Saqibə Mehrəliyeva 

 

 


185 

 

 



20 iyun dünyada Ümum-

dünya Qaçqınlar Günüdür. 

BMT Baş Assambleyasında 

4 dekabr 2000-ci ildə bu 

günün Ümumdünya Qaç-

qınlar Günü kimi qeyd edil-

məsinə dair qətnamə  qəbul 

edilmişdir.   

Ümumdünya Qaçqınlar Günü münaqişələr nəti-

cəsində doğma yurd-yuvalarından didərgin düşənlərə 

dəstək olmaq üçün imkan yaradır. Ümumdünya 

Qaçqınlar Gününün qeyd edilməsində  əsas məqsəd 

dünya ictimaiyyətinin diqqətini bu insanların yaşa-

dıqları ağır şəraitə cəlb etməkdir.   

O vaxtdan hər ilin bu günü dünya qaçqınlarına 

dəstək və ehtiram nümayiş etdirilir. BMT-nin Ali 

Qaçqınlar  Şurasının məlumatına görə, son 7 ildə ilk 

dəfə olaraq dünyadakı qaçqınların sayı artıb, bunun 

əsas səbəbi kimi İraqda davam edən müharibə 

göstərilir.  İndiyədək  İraqı yarım milyonadək insan 

tərk edib, onların  əksəriyyəti qonşu Suriya və  İor-

daniyada məskunlaşıb.  İraqdan başqa Sudan, Somali 

və Konqo kimi ölkələrdən daha çox insan qaçqına 

çevrilir. Ümumilikdə qaçqınların dünyada ümumi sayı 

16 milyondan artıq həddə çatıb...  

Çox təəssüflər ki, indi bu mövzu biz azərbaycan-

lılar üçün də  ən ağrılı mövzulardan biridir. Ermənis-

tanın ölkəmizə təcavüzü Azərbaycana həm də bir mil-

yona yaxın qaçqın-köçkün verdi, soydaşlarımız uzun 

illər  ərzində qurduqları ev-

eşiklərindən, topladıqları 

sərvətlərindən məhrum ol-

dular, dədə-baba yurdların-

dan didərgin düşdülər, çadır 

şəhərciklərinin ümidinə 

qaldılar. Ulu öndər Heydər 

Əliyevin imzaladığı fərman 

və  sərəncamlara  əsasən 

1993-2003-cü illərdə prob-

lemin siyasi yolla həlli isti-

qamətində, qaçqın və  məc-

buri köçkünlərin mənzil-

məişət şəraitinin yaxşılaşdı-

rılması ilə bağlı genişmiq-

yaslı  tədbirlər həyata keçi-

rilmişdir. Tez bir vaxtda 

çadır  şəhərciklərinin ləğvi-

nə, yeni, müasir qəsəbələrin 

salınmasına başlanılmışdır. 

Ulu öndərin bu qayğısını 

Prezident  İlham  Əliyev də 

uğurla davam etdirir. Ölkə 

rəhbərinin qətiyyəti ilə bu 

istiqamətdə diqqətəlayiq 

tədbirlər reallaşdırıldı, çadır 

düşərgələri Azərbaycan ta-

rixindən silindi. Bu düşər-

gələri bütün infrastruktura 

 

İyun 


 

Ümumdünya Qaçqınlar Günü 

 

20 


186 

malik müasir qəsəbələr  əvəz etdi. Və bu gün Azər-

baycanda bir dənə də olsun çadır düşərgəsi qalmayıb. 

Qaçqın və  məcburi köçkünlərin problemlərinin həlli 

istiqamətində  həyata keçirilən tədbirlər isə davam 

etdirilir. “Qaçqın və  məcburi köçkünlərin yaşayış 

şəraitinin yaxşılaşdırılması  və  məşğulluğunun artı-

rılması üzrə Dövlət Proqramına”  əlavələr edilməsi 

haqqında Prezident İlham Əliyevin 31 oktyabr 2007-

ci il tarixli Sərəncamında nəzərdə tutulan tədbirlərin 

icrasına başlanılmışdır. Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezi-

dent  İlham  Əliyevin apardığı  uğurlu xarici siyasət 

nəticəsində beynəlxalq səviyyədə mühüm tədbirlərin 

həyata keçirilməsi davam etdirilir. 2008-ci ilin 

martında BMT-nin Baş Assambleyasının 62-ci 

sessiyası  çərçivəsində “Azərbaycanın işğal olunmuş 

ərazilərində  vəziyyət” adlı  qətnamə  qəbul edilmişdir. 

Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın 

işğal altında olan bütün ərazilərindən çıxarılması tələb 

edilərək bir daha göstərilmişdir ki, problemin həlli 

birmənalı  şəkildə Azərbaycan Respublikasının bey-

nəlxalq səviyyədə tanınmış  sərhədləri çərçivəsində, 

ölkəmizin  ərazi bütövlüyü və suverenliyinə hörmət 

prinsipinə  əsaslanmalıdır. Bu qətnamə, həmçinin 

Azərbaycanın işğal olunmuş  ərazilərindən olan 

məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq 

hüququnu bir daha təsdiq edir. Eyni zamanda, BMT 

üzvü olan dövlətləri Azərbaycan  ərazilərinin işğalı 

nəticəsində yaranmış  vəziyyəti qanuni olaraq tanı-

mamağa və bu vəziyyətin saxlanılmasına dəstək ver-

məməyə çağırır.  

Cənab  İlham  Əliyevin prezidentlik fəaliyyəti 

dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması 

məqsədilə görülmüş  tədbirləri  əhatə edən hesabat 

toplusu və kitablar nəşr olunmuş, qısametrajlı filmlər 

çəkilmişdir. 

Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər 

Əliyev Fondu qaçqın və  məcburi köçkünlərin üzləş-

dikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə 

çatdırılmasına çalışmış  və bu problemlərin həllinə 

daim diqqətlə yanaşmışdır. 

Heydər  Əliyev Fondunun 

prezidenti, YUNESKO və 

İSESKO-nun xoşməramlı 

səfiri, Milli Məclisin depu-

tatı Mehriban xanım Əliye-

vanın təşəbbüsü ilə yara-

dılmış “Azərbaycan” inter-

net portalının böyük əhə-

miyyəti xüsusi qeyd olun-

malıdır. Portalda Azərbay-

can haqqında toplanmış ge-

niş informasiya Ermənistan 

-Azərbaycan, Dağlıq Qara-

bağ münaqişəsindən, Xoca-

lı Soyqırımından, ümumi-

likdə erməni təcavüzündən 

bəhs edən məlumatların 

dünya ictimaiyyətinin diq-

qətinə çatdırılmasına  şərait 

yaradır. 

Respublikada yoxsullu-

ğun  ən yüksək həddi - 25 

faiz məhz məcburi köçkün-

lər arasında qeydə alınmış-

dır. Ölkəmizdə  fəaliyyət 

göstərən 60 beynəlxalq və 

40 yerli humanitar təş-

kilatlar tərəfindən indiyə-

dək 750 milyon ABŞ dol-

ları dəyərində humanitar la-

yihələr icra edilmişdir. Bü-

tün bunlara baxmayaraq, bu 

problem ölkənin ən ağır və 

başlıca problemi olaraq qa-

lır.  


 Azərbaycan Prezidenti 

İlham  Əliyev öz çıxışların-

da ölkəmizin  ərazi bütöv-

lüyü ilə bağlı fikirlərini çat-

dırarkən daim birmənalı 


187 

olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni si-

lahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər 

öz doğma yurdlarına qayıtmalıdırlar. Təbii ki, 

torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən 

vasitə ilə azad ediləcəkdir. 

Prezident  İlham  Əliyevin beynəlxalq tədbirlərdəki 

qətiyyətli bəyanatları öz yurd-yuvalarından didərgin 

salınmış insanlarda sabaha ümidi daha da artırır. İndi 

soydaşlarımız problemin siyasi həlli sahəsində ölkə 

Prezidentinin fəaliyyətinin 

müsbət nəticələr verəcəyinə 

daha dərindən inanır və 

tezliklə öz doğma yurdla-

rına qayıtmaq eşqi ilə ya-

şayırlar. 

  

 

Ədəbiyyat 

 

Həsənov, Ə. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin 

prioritet vəzifələrindəndir //Azərbaycan.- 2009.- 18 iyun.- S. 3. 

Sultanova, P. Azərbaycanda Ümumdünya Qaçqınlar Günü qeyd edilib 

/P.Sultanova //525-ci qəzet.- 2009.- 19 iyun.- S.5. 

Süleymanova, E. Qaçqınlar və məcburi köçkünlərin hüquqlarının müdafiəsində 

Ombudsmanın rolu: 20 iyun Ümumdünya Qaçqınlar Günüdür /E.Süleymanova 

//Respublika.- 2009.- 20  iyun.- S.3. 

Ümumdünya Qaçqınlar Günü. Əli Həsənov: “Ermənistandan qovulmuş insanlar 

öz doğma yurdlarına qayıdana qədər onların qaçqın statusu saxlanılır” //Hürriyyət.- 

2009.- 19-21 iyun.- S.11. 

 

İnternetdə 

www.apa.az 

www az.trend.az 

www.xalqqazeti.com. 

Nailə Alışova  


188 

 

 Rаfiq Yunis-Əli  оğlu Qаsımоv  



1931-ci il iyun ayının 26-da Qərbi 

Аzərbаycаnın  İrəvаn  şəhərində  аnа-

dаn оlmuşdur. 

1954-cü ildə  Аzərbаycаn Dövlət 

Univеrsitеtinin Biоlоgiyа  fаkültəsini 

bitirmişdir. 

1954-1958-ci illərdə SSRİ  Еlmlər 

Аkаdеmiyаsının  İ.P.Pаvlоv  аdınа Fiziоlоgiyа  İnsti-

tutunun (Lеninqrаd) аspirаntı оlmuşdur. 

1958-ci ildə  həmin institutdа (Lеninqrаd) “Nə-

rəkimi bаlıqlаrdа  şərti rеflеkslərin tədqiqi” möv-

zusundа nаmizədlik dissеrtаsiyаsını müdаfiə еtmişdir. 

1957-1960-cı illərdə  həmin institutdа kiçik еlmi 

işçi kimi çalışmışdır. 

1960-1965-ci illərdə Ümumittifаq  Еlmi Tədqiqаt 

Bаlıqçılıq İnstitutunun (Mоskvа) tаbеliyində оlаn Kür 

Еkspеrimеntаl nərəkimiləri bаlıqаrtırmа  zаvоdundа 

еlmi lаbоrаtоriyаnın müdiri оlmuşdur. 

1965-1974-cü illərdə  Mərkəzi Nərə  bаlıqlаrını 

öyrənən


 

Еlmi Tədqiqаt  İnstitutunun  Аzərbаycаn 

şöbəsində  “Еkоlоji fiziоlоgiyа  və  tоksikоlоgiyа” lа-

bоrаtоriyаsının müdiri оlmuşdur. 

1974-cü ildən  АMЕА-nın  А.İ.Qаrаyеv  аdınа Fi-

ziоlоgiyа İnstitutundа lаbоrаtоriyа müdiri vəzifəsində 

çаlışır. 

1970-ci ildə “Təbii və süni yоllа çохаldılаn bаlıq-

lаrın еrkən оntоgеnеzində dаvrаnışın öyrənilməsi”  

mövzusundа  dоktоrluq dissеrtаsiyаsı müdаfiə  еtmiş-

dir. 

1974-cü ildən prоfеssоr-



dur. 1983-cü ildə  АMЕА-

nın müхbir üzvü sеçilmiş-

dir. 

Əsаs  еlmi istiqаmətləri 



nərəkimi və çəkikimi bаlıq-

lаrın biоlоgiyаsının еkоlоji-

fiziоlоji  хüsusiyyətlərinin 

öyrənilməsinə,  оnlаrın mü-

hitin müхtəlif  аmillərinə 

uyğunlаşmа  qаbiliyyətinin 

tədqiqinə və оnlаrın düzgün 

və itkisiz böyüdülməsinə 

həsr оlunmuşdur. 

Bu tədqiqаtlаrın nəticə-

sində  nərəkimilərdən  оlаn 

qаyа  bаlığının zаvоd  şərаi-

tində böyüdülməsinin biо-

tехnоlоji üsullаrı işlənib və 

nərənin, uzunburunun bö-

yüdülməsi üçün əvvəldən 

hаzırlаnmış biоtехnоlоji 

üsullаrı təkmilləşmişdir. 

İlk dəfə  Аzərbаycаndа 

Rusiyаdаn gətirilmiş gü-

müşü kаrp bаlığının və 

Uzаq  Şərqdən gətirilmiş 

bitki ilə qidаlаnаn bаlıq-

lаrdаn оlаn аğ аmur və qа-

lın xаllı  bаlıqlаrının  Аzər-

 

İyun  



 

80 illiyi 

Rаfiq Qаsımоv 

1931 


 

 

 



 

Bioloq 


26 

189 

bаycаn  şərаitində  çохаldılmаsı üçün biоtехnоlоji 

üsullаr hаzırlаnıb bаlıqаrtırmа təsərrüfаtlаrındа tətbiq 

еdilmişdir. 

1960-1970-ci illərdə  əsаs tədqiqаt işləri sənаyе 

əhəmiyyətli bаlıqlаrın zаvоd  şərаitində  çохаldılmаsı 

zаmаnı  оnlаrın inkişаf mərhələlərinin mühitin 

müхtəlif  аmillərinə  həssаs yаş dövrlərinin müəyyən 

еdilməsinə həsr еdilmişdir. Frаnsız аlimləri (Plаtеl və 

Rеpеrаn) ilə birgə  аpаrılаn tədqiqаtlаrın nəticəsində 

nərəkimi bаlıqlаrın bеynində müхtəlif funksiyаlаrın 

lоkаlizаsiyаsı  və  оnlаrın bеyninin mərhələli inkişаfı 

prinsipləri müəyyən еdilmişdir. 

Hаl-hаzırdа  rəhbərlik  еtdiyi lаbоrаtоriyа “Sənаyе 

əhəmiyyətli bаlıqlаrın  еrkən  оntоgеnеzində mühitin 

təsiri nəticəsində müхtəlif üzvlərində  mоrfо-fiziоlоji 

və biоkimyəvi göstəricilərin öyrənilməsi” mövzusu 

üzərində  işləyir. Bu tədqiqаtlаr biоmüхtəlifliyin 

qоrunmаsı  və  оnun  еhtiyаtlаrının bərpаsı üçün çох 

əhəmiyyətlidir. 

261  еlmi  əsəri çаp  оlunub,  оnlаrdаn bеşi mоnоq-

rаfiyаdır. Məqаlələrinin böyük bir qismi АBŞ-dа, 

Türkiyədə, Rumıniyа,  Аlmаniyа  və Rusiyаdа  çаp 

оlunmuşdur. 

Rəhbərliyi аltındа 33 dissеrtаsiyа (4 dоktоrluq, 29 

nаmizədlik) müdаfiə еdilmişdir. 

SSRİ  Еlmlər  Аkаdеmi-

yаsının Fiziоlоgiyа böl-

məsinin 6 iyun 1988-ci ilin 

72  №-li qərаrı ilə 1988-

2001-ci illərə  qədər “Эво-

люционная  биохимия  и 

физиология” jurnаlının rе-

dаksiyа  hеyətinin tərkibin-

də  çаlışmışdır. Müхtəlif 

illərdə 1990-cı ilə  qədər 

SSRİ ЕА-nın “Аli sinir sis-

tеminin və dаvrаnışın gеnе-

tikаsı” 

şurаsının sədr 

müаvini,  İхtiоlоji kоmis-

siyаnın “Еkоlоji Fiziоlо-

giyа”, “Nərəkimilər”  еlmi 

şurаlаrının üzvü, “Хəzər 

prоblеmləri və biоlоji rе-

surslаr” kоmissiyаsının və 

s. üzvü оlmuşdur. 

Hаzırdа AMЕА-nın Vе-

tеrаnlаr şurаsının sədridir. 

Ədəbiyyаt 

 

Касимов, Р.Ю. Краткий очерк /Р.Ю. Касимов.- Баку: «Элм», 1991.- 79 с. 

Касимов,  Р.Ю.  Сравнительная  характеристика  поведения  дикой  и  заводской 

молоди  осетровых  в  раннем  онтогенезе:  Монография  /Р.Ю.Касимов.-  Баку: 

Элм, 1980.-180 с. 

Лукяценко,  В.И.  Экспериментальное  обоснование  возрастновесового  стан-

дарта заводской молоди Каспийских осетровых: Монография. /В.И.Лукященко,  

Р.Ю. Касимов

.

- Волгоград: Кокоза, 1985.-230 с. 



 

İntеrnеtdə 

www.deyerler.orq  

www.science.az 

 

Məmməd Məmmədov

 


190 

 

Zakir Nüsrət oğlu Məcidov  1956-cı 

il iyun ayının 26-da Neftçala rayo-

nunun Həsənabad qəsəbəsində anadan 

olmuşdur.  

Zakir 1974-cü ildə Ryazan vila-

yətinin Sasovo şəhərinə gedərək Ali  

Hərbi  Aviasiya məktəbinə daxil ol-

muşdur. 1977-ci ildə  həmin məktəbi bitirərək, 

leytenant rütbəsi almışdır. Yevlax aviadəstəsində AN-

2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə 

başlamışdır. 1980-ci ildə  təyinatla Zabrat avia-

dəstəsində AN-2 təyyarəsinin komandiri  təyin edil-

mişdir. Gənc leytenant  7 il bu müəssisədə çalışmış və 

istehsalatdan ayrılmadan Ukraynanın Kremençuq 

Təyyarəçilər Məktəbində  Mİ-2 vertolyotu üzrə 6 ay 

təkmilləşdirmə kursu keçmişdir.  

Z.Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun 

Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi 

hava hissəsində  Mİ-24 vertolyotlarından   birinə ko-

mandir təyin olunmuşdur. O, həmin vertolyotla Ağ-

dərənin Aterk kəndində ermənilərin yerləşdiyi qə-

rargahı darmadağın etmiş, düşmənin xeyli texnikasını 

sıradan çıxarmışdır. 1992-ci il avqustun 6-da Zakir ye-

nidən ermənilərin Kasapet yüksəkliyindəki üç 

mövqeyini susduraraq geri dönmüşdür. Cəsur  koman-

dir dördüncü dəfə havaya 

qalxarkən düşmən tərəfin-

dən atılan raketlərdən biri 

vertolyotu müvazinətdən çı-

xarmışdır. Cəsur pilot qüv-

vəsini nə  qədər toplasa da, 

vertolyot düşmən  əlində 

olan  əraziyə düşmüşdür. 

Zakir öz ekipajı ilə birlikdə 

qəhramancasına həlak ol-

muşdur. 

Ailəli idi. Bir övladı var. 

Azərbaycan Respublikası 

Prezidentinin 14 sentyabr 

1992-ci il tarixli 204 saylı 

Fərmanı ilə  Məcidov Zakir  

Nüsrət oğlu ölümündən son-

ra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq gö-

rülmüşdür. 

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edilmiş-

dir.

Ədəbiyyat 

      Əsgərov, V. Məcidov Zakir Nüsrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.132.     

      Məcidov Zakir Nüsrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova;  M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.131.     

 Saqibə Mehrəliyeva 

 

İyun  



 

55 illiyi 

Zakir  Məcidov 

  1956-1992  

 

 

 



Milli 

Qəhrəman 

26 


191 

 

 Cahangir  Şirgəşt oğlu Cahangirov  

1921-ci il iyun ayının 26-da  Bakı 

yaxınlığındakı Balaxanı kəndində ana-

dan olmuşdur. 

Orta təhsilini başa vurduqdan sonra 

Bakı Musiqi Məktəbində oxumuş, 

1951-ci ildə Azərbaycan Dövlət Kon-

servatoriyasını bitirmişdir. 

1940-cı ildə Cahangir Cahangirov Azərbaycan 

Dövlət Filarmoniyasında Mahnı və Rəqs ansamblının 

Xor qrupuna, Sazçı Qızlar ansamblına, 1944-cü illərdə 

Azərbaycan Radio Verilişləri Komitəsi nəzdindəki 

xora rəhbərlik etmişdir. 

1950-ci ildə “SSRİ Dövlət mükafatı” laureatı, 

1959-cu ildə isə Azərbaycan Respublikası  Əməkdar 

incəsənət xadimi adına layiq görülmüşdür. 

Böyük bəstəkarın yaradıcılığının çox hissəsini 

təşkil edən “Xor” əsərləri Azərbaycan xor musiqisinin 

inkişafında mühüm rol oynamışdır. Onun 1949-cu ildə 

“Arazın o tayında” vokal-simfonik poeması, 1956-cı 

ildə “Dostluq nəğməsi” süitası, 1959-cu ildə “Füzuli” 

və 1973-cü ildə “Nəsimi” kantataları,  “Hüseyn Cavid 

-59” oratoriyaları onun yaradıcılığına böyük uğur 

gətirmişdir. 

    Cahangirovun musiqisi üçün nikbinlik, milli musiqi 

ilə üzvi əlaqə, axıcı melodika səciyyəvidir. O, “Ko-

roğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kinofilmlə-

rinə musiqi bəstələmişdir. Azərbaycan kütləvi və lirik 

mahnı janrının, eləcə də opera və instrumental  

 

 

musiqisinin inkişafında da 



Cahangir Cahangirovun bö-

yük xidmətləri olmuşdur. 

C.Cahangirov 1976-

1978-ci illərdə Mirzə  İbra-

himovun “Azad qız” poves-

tinin motivləri  əsasında 

“Xanəndənin taleyi” opera-

sını, “Təzə  gəlin” operetta-

sını, “Osetin süitası”, “Mi-

sir lövhələri” xor üçün əsər-

lərini, “Nazənin”, “Xəzər”, 

“Dan ulduzu, bir də  mən”, 

“Ana”, “Zəriflik” mahnıla-

rını bəstələmişdir. 

C.Cahangirov Azərbay-

can musiqisinin inkişafında 

göstərdiyi xidmətlərə görə 

1963-cü ildə Azərbaycan 

Respublikasının Xalq artisti 

adına layiq görülmüş, 1978-

ci ildə “Qırmızı Əmək Bay-

rağı” ordeni və bir sıra me-

dallarla  təltif edilmişdir. 

Cahangir Cahangirov 

uzun müddət Azərbaycan 

Dövlət Konservatoriyasında 

“Xor dirijoru” kafedrasının 

müdiri işləmişdir. 

 

İyun  


 

90 illiyi 

Cahangir Cahangirov 

1921-1992 

 

 

 



 

Bəstəkar 

26 


192 

Cahangir Cahangirov 1992-ci il mart ayının 25-də 

Bakı  şəhərində  vəfat etmişdir. Fəxri Xiyabanda dəfn 

olunmuşdur. 

 

Ədəbiyyat 

 

Xəndan Rəfiq Zəka. Ömür bitər, yol bitməz /R.Z.Xəndan .- Bakı: Yazıçı,1983.  



Əhmədoğlu, N. C.Cahangirov-80 /N.Əhmədoğlu //Mədəni maarif.-2002.- № 1-2.-

S.16. 


Şəfəq, R. Bitən ömrün bitməyən akkordları  /Rəşid Şəfəq //Qobustan.-2001. -№2.-

S.32-34. 

 

İnternetdə 

 

www. az.wikipedia.orq 

www. deyerler.orq 

                                                              

                                                                                                       Samirə   Eminova      

 

 



 

 

 

193 

 

 

 



 

1 iyul 


Gün çıxır 

06:11   


Gün batır 

21:15 


31 iyul 

Gün çıxır  

06:48   

Gün batır 

20:57 

İy

ul



 

 

 



22 iyun- 

22 iyul 


 

Xərcəngin Nişanı 

sudur. Ayın 

himayəsindədir. 

Günəşin Xərçəng 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

daha çox açıq 

xasiyyətli, 

xəyalpərəst 

olurlar.  


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin