Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır



Yüklə 284.45 Kb.
səhifə1/4
tarix24.04.2017
ölçüsü284.45 Kb.
  1   2   3   4


Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1999-cu il sentyabrın 15-də Pekin şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2004-cü il

701-IIQ


ÜMUMDÜNYA POÇT KONVENSİYASI
İttifaqın üzvü olan ölkələrin Hökumətlərinin aşağıda imza etmiş Səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 1964-cü il iyulun 10-da qəbul edilmiş Nizamnaməsinin 22-ci maddəsinin 3-cü paraqrafına əsasən bu Konvensiyada beynəlxalq poçt xidmətinə tətbiq edilən qaydaları, qarşılıqlı razılaşma ilə və xatırladılan Nizamnamənin 25-ci maddəsinin 4-cü paraqrafında göstərilən şərt daxilində işləyib hazırlamışlar.
Birinci hissə
BEYNƏLXALQ POÇT XİDMƏTİNƏ TƏTBİQ EDİLƏN ÜMUMİ QAYDALAR
Müstəsna fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə1: Universal poçt xidməti


  1. İttifaqın poçt ərazisinin vahidliyi anlayışının möhkəmləndirilməsi məqsədilə üzv ölkələr, onların bütün ərazisində göstərilən əsas poçt xidmətləri təklifinə uyğun olan universal poçt xidmətini bütün istifadəçilərin (müştərilərin) əlverişli qiymətlərlə ala bilməsi hüququna malik olmalarına böyük diqqət yetirirlər.

  2. Bunun üçün üzv ölkələr öz milli poçt qanunvericiliyi çərçivəsində və ya digər adi vasitələrlə müvafiq poçt xidmətlərinin əhəmiyyətini, eləcə də əhalinin tələbatını və öz milli şəraitini eyni vaxtda nəzərə almaqla, keyfiyyət və münasib qiymət şərtlərini müəyyənləşdirir.

3. Üzv ölkələr universal poçt xidmətinin göstərilməsi həvalə olunmuş operatorlar tərəfindən xidmətin göstərilməsinə və keyfiyyət standartlarına əməl edilməsinə xüsusi diqqət yetirirlər.


Maddə 2:Tranzit azadlığı


  1. Tranzit azadlığı prinsipi Nizamnamənin birinci maddəsində şərh olunmuşdur. Bu prinsipə görə hər bir Poçt müdiriyyəti həmişə ən sürətli yollarla və öz göndərişləri üçün tətbiq etdiyi ən etibarlı vasitələrdən istifadə etməklə, digər Poçt müdiriyyəti tərəfindən ona ötürülən bağlı depeşləri və açıq tranzitlə göndərilən məktub korrespondensiyası göndərişlərini təyinatı üzrə göndərməyə borcludur.

  2. İçərisində tezkorlanan bioloji və radioaktiv maddələr olan məktubların mübadiləsində iştirak etməyən üzv ölkələr, belə göndərişləri öz ərazisindən buraxmamaq hüququna malikdir. Bu müddəa eləcə də məktublar, poçt kartları və sekoqramlar istisna edilməklə, nəşr olunma və ya keçdiyi ölkədə dövriyyə şərtlərini müəyyənləşdirən qanuni əsasları kifayət qədər olmayan məktub korrespondensiyası göndərişlərinə aid edilir.

  3. Yerüstü və dəniz yollan ilə göndərilən poçt bağlamalarının tranzit sərbəstliyi bu xidmətdə iştirak edən ölkələrin əraziləri ilə məhdudlaşdırılır.

  4. Aviabağlamaların tranzit sərbəstliyinə İttifaqın bütün ərazisində zəmanət verilir. Lakin poçt bağlamaları xidmətində iştirak etməyən üzv ölkələr aviabağlamaların yerüstü yolla göndərilməsini təmin etməyə borclu ola bilməzlər.

  5. Əgər hər hansı bir üzv ölkə tranzit azadlığı barədə müddəalara əməl etmirsə, qalan üzv ölkələr bu ölkə ilə poçt əlaqələrini dayandırmaq hüququna malikdir.



Maddə3: Poçt göndərişlərinin mənsubiyyəti
1. Hər bir poçt göndərişi, təyinat ölkəsinin qanunvericiliyi əsasında bu göndərişin tutulub saxlanılması halları istisna edilməklə, ünvan sahibinə çatdırdığı ana qədər göndəriciyə məxsusdur.
Maddə 4: Yeni xidmətin təşkili
1. Ümumi razılıq əsasında, Poçt müdiriyyətləri İttifaq Aktları ilə konkret nəzərdə tutulmamış yeni xidmət təşkil edə bilər. Yeni xidmətə aid tariflər, hər bir maraqlı Müdiriyyət tərəfindən, xidmətin istismar xərcləri nəzərə alınmaqla təyin edilir.

Maddə5: Pul vahidi
1. Nizamnamənin 7-ci maddəsində nəzərdə tutulmuş və Konvensiyada, digər İttifaq Aktlarında istifadə edilən pul vahidi Xüsusi Alğı Hüququ (XAH) adlanır.

Maddə 6: Poçt markaları


  1. Yalnız Poçt müdiriyyətləri İttifaq Aktlarına uyğun olaraq ödənişi təsdiq edən poçt markaları buraxır. Poçt ödəniş nişanları, frankirə maşınlarının ottiskləri, mətbəə ottiskləri və ya məktub korrespondensiyası Reqlamentinə uyğun olan digər çap və ştempelləmə üsulları ilə alınan ottisklər yalnız Poçt müdiriyyətinin icazəsi əsasında işlədilə bilər.

  2. Poçt markalarının mövzu və süjetləri ÜPİ Nizamnaməsinin preambulasının ruhuna və İttifaq orqanlarının qəbul etdikləri qərarlara uyğun olmalıdır.



Maddə 7: Tariflər


  1. Müxtəlif beynəlxalq və xüsusi Poçt xidmətlərinə aid olan tariflər Poçt müdiriyyətləri tərəfindən, Konvensiya və Reqlamentlərdə şərh olunmuş prinsiplərə uyğun olaraq müəyyənləşdirilir. Tariflər, prinsipcə, bu xidmətlərin göstərilməsinə uyğun olan dəyərlərlə bağlı olmalıdır.

  2. Aktlarda oriyentir kimi göstərilən tariflər daxil olmaqla, tətbiq edilən tariflər, eyni xüsusiyyətlərə (kateqoriya, miqdar, işlənilmə müddəti və s.) malik daxili rejim göndərişlərinə tətbiq edilən tariflərə, ən azı bərabər olmalıdır.

  3. Poçt müdiriyyətlərinə Aktlarda göstərilən bütün tarifləri, oriyentir kimi göstərilməyən tariflər də daxil olmaqla, qaldırmağa icazə verilir:

  1. Əgər eyni xidmətlər üçün onların daxili rejimdə tətbiq etdikləri tariflər təyin olunmuş tariflərdən yüksəkdirsə;

  2. Əgər bu, xidmətin istismar xərclərinin bağlanılması üçün və ya hər hansı digər bir məntiqi səbəbə görə zəruridirsə.

  1. Tariflərin, 2-ci paraqraf üzrə təyin edilmiş minimal həddə əlavə olaraq, Poçt müdiriyyətləri öz ölkələrində qəbul edilmiş məktub korrespondensiyası göndərişləri üçün daxili qanunvericiliyə əsaslanmış daha aşağı tariflər tətbiq etmək hüququna malikdir. Xüsusi halda onlar böyük poçt mübadiləsinə malik olan müştərilərinə güzəştli tariflər təqdim etmək hüququna malikdir.

  2. Müştərilərdən, Aktlarda nəzərdə tutulduğundan başqa, hər cür poçt tariflərinin alınması qadağandır.

  3. Hər bir Poçt müdiriyyəti almış olduğu tarifləri, Aktlarda nəzərdə tutulmuş hallar istisna olunmaqla, öz xeyrinə saxlayır.



Maddə 8: Pulsuz göndərilmə
1. Prinsip

1.1. Pulsuz göndərilmənin konkret halları Konvensiyada nəzərdə tutulmuşdur.

2. Xidməti yazışma

2.1. Xidməti yazışmaya aid olan, Poçt müdiriyyətləri və ya onların müəssisələri tərəfindən aviayolla, yerüstü yolla, yaxud yerüstü olaraq aviayolla (S.A.L.) göndərilən məktub korrespondensiyası göndərişləri bütün poçt rüsumlarından azaddır.

2.2. Poçt xidmətinə aid aşağıdakı məktub korrespondensiyası göndərişləri, əlavə aviatariflər istisna olmaqla, bütün poçt tariflərindən azaddır:


  1. Ümumdünya Poçt İttifaqı orqanları və regional İttifaqların orqanları arasında mübadilə olunan göndərişlər;

  2. bu ittifaqların orqanları arasında mübadilə olunan göndərişlər;

  3. göstərilən orqanlar tərəfindən Poçt müdiriyyətlərinə və ya onların müəssisələrinə göndərilən göndərişlər.

2.3. Aşağıda adları çəkilən təşkilatlar arasında mübadilə olunan poçt xidmətinə aid bağlamalar bütün poçt tariflərindən azad edilir:

  1. Poçt müdiriyyətləri;

  2. Poçt müdiriyyətləri və Beynəlxalq büro;

  3. üzv ölkələrin poçt müəssisələri;

  4. poçt müəssisələri və Poçt müdiriyyətləri.

2.4. Beynəlxalq bürodan göndərilənlər istisna olmaqla, aviabağlamalara əlavə aviatariflər tətbiq edilmir.

3. Hərbi əsirlər və internə edilmiş mülki şəxslər



  1. Hərbi əsirlərə ünvanlanan və ya onlar tərəfindən bilavasitə və ya məktub korrespondensiyası Reqlamentində nəzərdə tutulmuş təşkilatların vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişləri, poçt bağlamaları və poçt maliyyə xidmətlərinin göndərişləri, əlavə aviatariflər istisna olmaqla, bütün poçt tariflərindən azad edilir. Müharibə aparan tərəfə mənsub, neytral ölkədə qəbul və internə edilmiş şəxslər, əvvəlki müddəaların onlara tətbiq edilməsi zamanı, bu sözün birbaşa mənasında hərbi əsirlərə bərabər tutulur.

  2. 3.1-ci paraqrafda nəzərdə tutulmuş müddəalar, digər ölkələrdən göndərilən və müharibə vaxtı mülki əhalinin qorunması barədə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş internə edilmiş mülki şəxslərə ünvanlanan və ya bu şəxslər tərəfindən bilavasitə, yaxud məktub korrespondensiyası Reqlamentində göstərilmiş təşkilatların vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişlərinə, poçt bağlamalarma və poçt maliyyə xidmətləri göndərişlərinə də tətbiq edilir.

  3. Məktub korrespondensiyası Reqlamentində nəzərdə tutulmuş təşkilatlar 3.1 və 3.2-ci paraqraflarda göstərilən şəxslərə aid olan məktub korrespondensiyası göndərişlərini, poçt bağlamalarını və poçt maliyyə xidmətləri göndərişlərini, onların bu göndərişləri bilavasitə və ya vasitəçi kimi almasından və ya göndərməsindən asılı olmayaraq, həmçinin pulsuz göndərmək hüququna malikdir.

  4. Çəkisi 5 kq-a qədər olan bağlamaların pulsuz göndərilməsinə icazə verilir. Tərkibi bölünməz olan və eləcə də bir düşərgəyə və ya onun vəkalətli şəxslərinə, əsirlər arasında bölüşdürmək üçün ünvanlanan göndərişlərin maksimum çəkisi 10 kq-a qədər artırılır.

4. Sekoqramlar

4.1. Sekoqramlar, əlavə aviatariflər istisna olmaqla, bütün poçt rüsumlarından azad edilir.



Maddə 9: Poçtun təhlükəsizliyi


  1. Poçt xidmətinə münasibətdə müştəri inamını saxlamaq və yüksəltmək, bununla da bazarda rəqabət üstünlüyünə nail olmaq üçün, Poçt müdiriyyətləri poçt istismarının bütün səviyyələrində təhlükəsizlik sahəsində fəaliyyət strategiyasını təsdiq edir və həyata keçirir.

  2. Bu strategiyanın məqsədləri aşağıdakılar olmalıdır:

  1. istismar xidmətinin keyfiyyətini bütövlükdə yaxşılaşdırmaq;

  2. təhlükəsizliyin əhəmiyyətini əməkdaşların daha çox dərk etmələri;

  3. təhlükəsizlik xidmətini yaratmaq və ya gücləndirmək;

  1. istismara, təhlükəsizliyə və bu sahədə aparılan tədqiqatlara dair məlumatın vaxtlı-vaxtında yayılmasını təmin etmək;

  2. dünyada poçt xidmətinin keyfiyyətinin yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldilmiş qanunların, qayda və xüsusi tədbirlərin qanunvericilər tərəfindən qəbul olunması üçün şərait yaratmaq.



İkinci hissə
MƏKTUB KORRESPONDENSİYASINA VƏ POÇT BAĞLAMALARINA TƏTBİQ EDİLƏN QAYDALAR
Fəsil 1
XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ

Maddə 10: Əsas xidmətlər


  1. Poçt müdiriyyətləri məktub korrespondensiyası göndərişlərinin qəbulu, işlənilməsi, daşınması və çatdırılmasını təmin edirlər. Onlar eyni xidmətləri poçt bağlamaları üçün də, Konvensiya müddəaları əsasında, yaxud öz müştərilərinə daha sərfəli olan hər hansı digər vasitədən istifadə etməklə, çıxan bağlamalar üçün ikitərəfli saziş əsasında göstərirlər.

  2. Məktub korrespondensiyası göndərişləri aşağıdakı iki sistemdən birinə uyğun olaraq təsnifləndirilir. Hər bir Poçt müdiriyyəti öz çıxış mübadiləsinə tətbiq etmək üçün sistem seçməkdə sərbəstdir.

  3. Birinci sistem göndərişlərin işlənilmə sürətinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:

  1. prioritet göndərişlər: ən tez yolla (hava və yerüstü) prioritet qaydada daşınan göndərişlər; çəki limitləri: adətən 2 kq; lakin Müdiriyyətlər öz müştərilərindən bu kateqoriyalı göndərişləri qəbul etdiyi hallarda - 5 kq; kitab və broşürlərdən ibarət göndərişlər üçün - 5 kq (fakültativ xidmət), sekoqramlar üçün - 7 kq;

  2. qeyri-prioritet göndərişlər: göndəricinin seçdiyi daha aşağı tariflərə görə, daha uzun çatdırma müddəti olan göndərişlər; çəki limitləri 3.1-ci paraqrafda göstərilənlərlə eynidir.

4. İkinci sistem göndərişlərin tərkibinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:

  1. birgə olaraq "LC" adlanan məktub və poçt kartları; çəki limiti: 2 kq, lakin Müdiriyyətlər öz müştərilərindən bu kateqoriyalı göndərişləri qəbul etdiyi hallarda - 5 kq;

  2. bütövlükdə "AO" adlanan çap nəşrləri, sekoqramlar və kiçik paketlər; çəki limitləri: kiçik paketlər üçün - 2 kq, lakin Müdiriyyətlər öz müştərilərindən bu kateqoriyalı göndərişləri qəbul etdiyi hallarda - 5 kq; çap nəşrləri üçün - 5 kq, sekoqramlar üçün - 7 kq.

  1. İçərisində çap nəşrləri (qəzetlər, dövri nəşrlər, kitablar və digər nəşrlər) olan eyni bir alıcıya ünvanlanan eyni təyinatlı xüsusi kisələr hər iki sistemdə "M kisələr" adlanır; çəki limiti: 30 kq.

  2. Hər birinin çəkisi 20 kq-dan artıq olan bağlamaların mübadiləsi fakültətivdir (könüllüdür) və bu zaman hər bir bağlamanın maksimal çəkisi 50 kq-dan artıq ola bilməz.

  3. Bir qayda olaraq, bağlamalar ünvançılara ən qısa müddətdə və təyinat ölkəsində qüvvədə olan qaydalara uyğun olaraq verilir. Əgər bağlamalar evdə verilmirsə, onların daxil olması barədə ünvan sahibləri, qeyri-mümkün hallar istisna olmaqla, dərhal xəbərdar edilməlidir.

  4. Poçt müdiriyyəti bağlamaların daşınmasını üzərinə götürməyən hər hansı ölkə, Konvensiya müddəalarının yerinə yetirilməsini nəqliyyat müəssisələrinə həvalə edə bilər. Eyni zamanda o, həmin xidmətin dairəsini bu müəssisələrin xidmət göstərdikləri yaşayış məntəqələrindən çıxan və ya ora daxil olan bağlamalarla məhdudlaşdıra bilər. Poçt müdiriyyəti Konvensiya və poçt bağlamaları Reqlamentinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.



Maddə 11: Ödəniş tarifləri və aviatariflər


  1. Qəbul Müdiriyyəti məktub korrespondensiyası göndərişlərinin İttifaqın bütün ərazisində göndərilməsi üçün ödəniş tariflərini təyin edir. Əgər təyinat ölkələrində müvafiq göndərişlərin evə çatdırılma xidməti təşkil edilmişdirsə, ödəniş tariflərinə göndərişlərin ünvan sahiblərinə evdə çatdırılma haqqı da daxil edilir.

  2. Prioritet məktub korrespondensiyası göndərişlərinə tətbiq olunan tariflərə sürətli göndərilmə üçün əlavə dəyər daxil edilir.

  3. Məktub korrespondensiyası göndərişlərinin tərkibinə əsaslanmış sistemi tətbiq edən Müdiriyyətlər aşağıdakı hüquqlara malikdir:

  1. məktub korrespondensiyası aviagöndərişləri üçün əlavə tariflər götürmək;

  2. hava yolu ilə məhdud prioritetlə daşınan yerüstü göndərişlər ("S.A.L." göndərişləri) üçün, aviagöndərişlər üçün nəzərdə tutulduğundan aşağı əlavə tariflər götürmək;

  3. aviagöndərişlərin və S.A.L. poçtunun ödənilməsi üçün onların poçt xidmətləri dəyərini və aviadaşınma xərclərini nəzərə almaqla, kombinə edilmiş tariflər təyin etmək.

  1. Müdiriyyətlər aviabağlamalar üçün götürülməli olan əlavə tarifləri müəyyən edir.

  2. Əlavə tariflər aviadaşınma xərclərinə uyğun olmalı və istifadə edilən istiqamətdən asılı olmayaraq eyni bir təyinat ölkəsinin bütün ərazisi üçün vahid olmalıdır; məktub korrespondensiyası aviagöndərişləri üçün əlavə tariflərin hesablanması zamanı Müdiriyyətlərə, müştərilərin istifadə etdikləri əlavə blankların çəkisini də nəzərə almağa icazə verilir.

  3. Qəbul Müdiriyyəti aşağıdakı tərkibli məktub korrespondensiyası göndərişlərinə güzəştli tarif təyin etmək hüququna malikdir:

  1. öz ölkəsində dərc olunan qəzetlərə və dövri nəşrlərə, prinsipcə, müvafiq kateqoriyalı göndərişlərə tətbiq edilən tariflərin 50%-dən çox olmayaraq güzəştlər;

  2. elan və reklam xarakterli olmayan (üz qabığındakı və titul vərəqlərindəkilər istisna olmaqla) kitab və broşürlərə, not və coğrafi xəritələrə 6.1-ci paraqrafda eyni ilə nəzərdə tutulmuş güzəştlər.

  1. Qəbul Müdiriyyəti qeyri-standart göndərişlərə, məktub korrespondensiyası Reqlamentində müəyyənləşdirilmiş standart göndərişlərə tətbiq olunan tariflərdən fərqli tariflər tətbiq etmək hüququna malikdir.

  2. 6-cı paraqrafa uyğun olaraq tariflərin endirilməsi hava yolu ilə daşman göndərişlərə də tətbiq edilir. Lakin bu nəqliyyat xərclərinin ödənilməsinə gedən tarif payına heç bir endirilmə tətbiq edilmir.



Maddə 12: Xüsusi tariflər


  1. 500 qramdan az çəkisi olan kiçik paketlər üçün ünvançıdan heç bir təslim edilmə tarifi alına bilməz. Əgər 500 qramdan artıq çəkisi olan kiçik paketlər üçün daxili rejimdə təslim edilmə tarifi götürülürsə, eyni tarif xaricdən daxil olan kiçik paketlər üçün də götürülə bilər.

  2. Aşağıdakı hallarda Poçt müdiriyyətlərinə daxili rejimlə eyni olan tarifləri tutmağa icazə verilir:




  1. iş vaxtının sonunda qəbul edilən məktub korrespondensiyası göndərişi üçün göndəricidən tutulan tarif.

  2. Əməliyyat pəncərəsi işini qurtardıqdan sonra qəbul edilən məktub korrespondensiyası göndərişi üçün göndəricidən tutulan tarif.

  3. Göndərişin evdə qəbul edilməsi üçün göndəricidən tutulan tarif.

  4. Əməliyyat pəncərəsi işini qurtardıqdan sonra götürülən (verilən) məktub korrespondensiyası göndərişi üçün ünvançıdan tutulan tarif.

  5. Tələb olunana qədər ünvanlanmış göndəriş üçün ünvançıdan tutulan tarif; bağlamanın göndəriciyə qaytarıldığı və ya yerdən-yerə göndərildiyi halda götürülən məbləğ poçt bağlamaları Reqlamenti ilə təyin edilmiş məbləğdən artıq ola bilməz.

  6. Təyin olunmuş müddətlər ərzində ünvançı tərəfindən alınmamış çəkisi 500 qramdan artıq hər hansı məktub korrespondensiyası göndərişinin və hər hansı bağlamanın saxlanılması üçün tarif. Bağlamalar üçün bu tarif bağlamanı verən Müdiriyyət tərəfindən, xidmətində bağlama təyin olunmuş müddətlərdən artıq saxlanılmış Müdiriyyətlərin xeyrinə tutulur; bağlama göndəricisinə qaytarıldığı və ya yerdən-yerə göndərildiyi halda tutulan məbləğ poçt bağlamaları Reqlamentində təyin olunmuş məbləğdən artıq ola bilməz.

  1. Bağlama adətən ünvançıya evində çatdırılırsa, belə hallarda sonuncudan heç bir təslim edilmə tarifi tutula bilməz. Bağlamanın ünvançıya evində çatdırılması adətən həyata keçirilmədiyi hallarda, onun daxil olması barədə bildiriş pulsuz təslim edilməlidir. Əgər bağlama, daxil olma barədə bildirişə cavab olaraq ünvançıya evində seçmə yolu ilə çatdırılırsa, bu halda ünvançıdan təslim edilmə tarifi tutula bilər. Bu tarif daxili xidmətdə tətbiq edilən tarifə bərabər olmalıdır.

  2. Fors-major şəraitinin təsiri nəticəsində dəymiş zərərləri ödəməyə razılaşmış Müdiriyyətlər fors-major şəraitinin təsiri ilə bağlı maksimal məbləği Reqlamantlərdə təyin edilən bağlama üçün riskə görə tarif götürə bilərlər.



Maddə 13: Sifarişli göndərişlər


  1. Məktub korrespondensiyası göndərişləri sifarişli qaydada göndərilə bilər.

  2. Sifarişli göndərişlər üçün tarif qabaqcadan ödənilməlidir. Bu, ödəniş tarifindən və maksimal məbləği məktub korrespondensiyası Reqlamentində müəyyənləşdirilmiş, sifarişə görə təyin olunmuş tarifdən ibarətdir.

  3. Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda, Poçt müdiriyyətləri göndəricidən və ya alıcıdan 2-ci paraqrafda göstərilən tarifdən savayı, onların daxili qanunvericiliyində nəzərdə tutulmuş xüsusi tarifləri götürə bilər.



Maddə 14: Nəzarətli çatdırılan göndərişlər


  1. Məktub korrespondensiyası göndərişləri, bu cür xidmətlərə malik Müdiriyyətlər arasında nəzarətli çatdırılan göndərişlər xidməti vasitəsilə göndərilə bilər.

  2. Nəzarətli çatdırılan göndərişlər üçün tarif qabaqcadan ödənilir. Bu, ödəniş tarifindən və qəbul Müdiriyyəti tərəfindən təyin olunmuş nəzarətli çatdırılmaya dair tarifdən ibarətdir. Bu tarif sifarişli göndəriş üçün tarifdən aşağı olmalıdır.



Maddə 15: Qiyməti elan edilmiş göndərişlər


  1. İçərisində qiymətli kağızlar, sənədlər və ya qiymətli əşyalar olan prioritet və qeyri-prioritet göndərişlər və məktublar, eləcə də bağlamalar göndəricinin elan etdiyi məbləğlə tərkibi sığortalanmış halda mübadilə oluna bilər. Bu mübadilə, Poçt müdiriyyətləri belə göndərişlərin ikitərəfli və ya birtərəfli mübadilədə qəbulu barədə razılıq əldə etmiş üzv ölkələr arasındakı münasibətlərlə məhdudlaşdırılır.

  2. Elan edilən qiymətin məbləği, prinsipcə, məhdudlaşdırılmır. Hər bir Müdiriyyət öz qərarı ilə qiymət elan edilməsinin yuxarı həddini, bu hədd Reqlamentlərdə müəyyənləşdirilmiş məbləğdən aşağı olmamaq şərti ilə, təyin etmək hüququna malikdir. Bununla belə, daxili xidmətdə qəbul olunmuş qiymət həddi, əgər bu hədd sifarişli məktubun və ya 1 kq çəkili bağlamanın itirilməsinə görə təyin edilmiş kompensasiya məbləğinə bərabər və ya ondan yuxarıdırsa, tətbiq edilə bilər. Maksimal məbləğ XAH-la İttifaqın üzv ölkələrinə bildirilir.

3. Qiyməti elan edilmiş göndəriş üçün tarif qabaqcadan ödənilməlidir. Bu tarif aşağıdakılardan ibarətdir:

  1. məktub korrespondensiyası göndərişləri üçün sadə ödəniş tarifindən, 13.2-ci maddə üzrə sifarişə görə təyin edilmiş tarifdən və sığorta rüsumundan;

  2. bağlamalar üçün əsas tarifdən, fakültətiv-ekspedisiya rüsumundan və adi sığorta rüsumundan; əsas tariflə yanaşı, zəruri halda, əlavə aviatariflər və xüsusi xidmətlərə görə tariflər götürülə bilər; ekspedisiya rüsumu sifarişli məktub korrepondensiyası göndərişləri üçün Konvensiyada nəzərdə tutulmuş tarifdən artıq ola bilməz.

  1. Sifarişli göndəriş üçün müəyyən edilmiş tarif əvəzinə Poçt müdiriyyətləri, öz daxili xidmətlərinə müvafiq olan tarif və ya müstəsna qaydada, maksimal məbləği məktub korrespondensiyası Reqlamentində təyin olunmuş tarifi tətbiq etmək hüququna malikdir.

  2. Sığorta rüsumunun maksimal məbləği Reqlamentlərdə təyin edilmişdir.

  1. Məktub korrespondensiyası üçün bu tarif, təyinat ölkəsindən asılı olmayaraq, hətta fors-major şəraiti ilə əlaqədar riskə məruz qalan ölkələrdə də tətbiq edilir.

  2. Bağlamalar üçün fors-major vəziyyətinin təsiri ilə bağlı riskə görə mümkün tarif elə təyin edilməlidir ki, bu tarifdən və sığortaya görə sadə tarifdən ibarət ümumi məbləğ, sığorta rüsumuna görə tarifin maksimal məbləğindən yuxarı olmasın.

  1. Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda, Müdiriyyətlər göndəricilərdən və ya ünvançılardan 3, 4 və 5-ci paraqraflarda göstərilən tariflərdən savayı, öz daxili qanunvericiliyində nəzərdə tutulmuş xüsusi tariflər götürə bilərlər.

  2. Poçt müdiriyyətləri öz müştərilərinə, bu maddədə göstərilənlərdən savayı, digər şərtlərə uyğun olan qiyməti elan edilmiş göndərişlər xidməti göstərmək hüququna malikdir.



Maddə 16: Ödəmə şərtli göndərişlər
1. Bəzi məktub korrespondensiyası göndərişləri və bağlamalar ödəmə şərtli göndərilə bilər. Ödəmə şərtli göndərişlərlə mübadilə qəbul və təyinat Müdiriyyətləri arasında qabaqcadan saziş bağlanmasını tələb edir.

Maddə 17: Təcili çatdırılan göndərişlər
1. Göndəricilərin xahişi əsasında və Müdiriyyətləri tərəfindən bu xidmətin həyata keçirildiyi ölkələrdə bu göndərişlər, çatdırma müəssisəsinə daxil olduqca dərhal xüsusi çatdırıcı (çapar) vasitəsilə ünvançıya evində çatdırılır.

Hər bir Müdiriyyət bu xidməti prioritet göndərişlərlə, aviagöndərişlərlə və ya əgər iki Müdiriyyət arasında istifadə olunan yol yeganədirsə, LC yerüstü göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir.



  1. Məktub korrespondensiyası poçtunun göndərilməsi üçün bir neçə kanala malik Müdiriyyətlər təcili göndərişləri, bu göndərişlər giriş poçtu üçün mübadilə məntəqəsinə daxil olduqdan sonra, ən sürətli daxili kanalla buraxmalı, sonra isə mümkün qədər tez işləməlidir.

  2. Təcili göndərişlər üçün ödəniş tarifindən başqa, minimum sadə prioritet/-qeyri-prioritet (şəraitdən asılı olaraq) göndərişin və ya sadə məktubun ödəniş məbləğinə və maksimum Reqlamentlərdə təyin edilmiş məbləğə əlavə tarif götürülür. Bu tarif qabaqcadan tam ödənilməlidir. Bağlamalar üçün o, hətta bağlamanın təcili çatdırıla bilmədiyi və yalnız daxil olma barədə bildirişin təcili çatdırıldığı halda da tutulur.

  3. Əgər təcili çatdırma xüsusi çətinliklər yaradırsa, bu halda daxili xidmətdə bu növ göndərişlərə aid müddəalara uyğun olaraq əlavə tarif götürülə bilər. Əlavə tarif eləcə də bağlamalar üçün, hətta onun qaytarıldığı və ya yerdən-yerə göndərildiyi hallarda da alınır; bu hallarda haqqın məbləği poçt bağlamaları Reqlamenti ilə təyin olunmuş maksimum məbləğdən çox ola bilməz.

  4. Təyinat Müdiriyyətinin qaydaları buna imkan verirsə, ünvançılar çatdıran müəssisədən onlara çatacaq göndərişlərin müəssisəyə daxil olduqca özlərinə təcili çatdırılmasını xahiş edə bilər. Bu halda təyinat Müdiriyyəti çatdırma zamanı, öz daxili xidmətində tətbiq etdiyi tarifi götürmək hüququna malikdir.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə