Maddə 5 1: Son xərclər. İnkişaf etməkdə olan ölkələr arasındakı mübadilələrə tətbiq edilən müddəalar
1. Kompensasiya
1.1. "M" kisələr istisna olmaqla, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya hər kq-a görə 3,427 XAH təşkil edir.
1.2. "M" kisələr üçün tətbiq olunan tarif hər kq-a görə 0,653 XAH-a bərabərdir.
1.2.1. 5 kq-dan aşağı çəkili "M" kisələr son xərclərin kompensasiyası üçün 5 kq kimi götürülür.
1.3. Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.
2. Yenidənbaxılma mexanizmi
-
İl ərzində 150 tondan artıq poçt axını qəbul edən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdən alınmış poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 21-dən artıq olduğu aşkar edirsə, bu zaman o, tarifə yenidənbaxılmaya nail ola bilər.
-
Yenidənbaxılma məktub korrespondensiyası Reqlamentində təyin edilmiş şərtlər daxilində həyata keçirilir.
3. Böyük miqdarda poçt
-
Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verməyən Müdiriyyətlər aldıqları böyük miqdarda poçt üçün hər bir göndərişə görə 0,14 XAH və hər bir kiloqrama görə 1 XAH məbləğində kompensasiya tələb edə bilər.
-
Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verən Müdiriyyətlər aldıqları böyük miqdarda poçta, öz milli müştərilərinə bu tipli göndərişlər üçün təklif edilən daxili tariflərə uyğun, lakin 9% artımla kompensasiya tətbiq edə bilər ki, bu kompensasiya 48.2-ci maddədə göstərilən tariflərdən artıq olmamalıdır.
Maddə 52 : Tranzit və son xərclərin ödənişindən azad edilmə
1. 8.2.2-ci maddədə göstərilmiş məktub korrespondensiyası göndərişləri və bağlı depeşlərdə qəbul yerinə qaytarılan poçt göndərişləri quru yol və ya dəniz tranzit üzrə xərclərin və son xərclərin ödənilməsindən azad edilir. İçərisində boş poçt kisələri olan göndərişlər yalnız son xərclərin ödənişindən azad edilir və bu göndərişlər üçün tranzit xərclərin ödənişi boş kisələrin mənsub olduğu Poçt müdiriyyətinə həvalə olunur.
Maddə 53 : Hava yolu daşınması ilə bağlı xərclər
1. Hava yolunun bütün məsafəsi boyu daşınma üzrə xərclər aşağıdakı qaydada ödənilir:
-
Əgər söhbət bağlı depeşlərdən gedirsə, qəbul ölkəsinin Müdiriyyəti hesabına;
-
Əgər söhbət, səhv göndərilmiş korrespondensiya da daxil olmaqla, açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərdən gedirsə, bu göndərişləri digər Müdiriyyətə ötürən Müdiriyyətin hesabına.
-
Bu qaydalar həmçinin, 52-ci maddəyə uyğun olaraq, quru yol və dəniz tranziti üçün rüsumlardan azad edilmiş göndərişlərə də, əgər onlar hava yolu ilə göndərilirsə, tətbiq olunur.
-
Əgər ölkə daxilində avia daşınmaları üzrə orta-tarazlaşdırılmış keçid məsafəsi 300 km-dən çoxdursa, bu halda öz ölkəsi daxilində beynəlxalq poçtun avia daşınmasını təmin edən hər bir təyinat Müdiriyyəti bu daşınma ilə bağlı əlavə xərclərin kompensasiyasını almaq hüququna malikdir. Əgər pulsuz daşınma barədə razılaşma yoxdursa, bu halda xarici ölkədən daxil olan bütün prioritet depeşlər və aviadepeşlər üçün, onların daxilində hava yolu ilə daşınıb-daşınmamasından asılı olmayaraq, xərclər eyni qaydada olmalıdır.
-
Bununla belə, əgər təyinat Müdiriyyəti tərəfindən son xərclər üzrə götürülən kompensasiya başlıca olaraq, dəyərə və ya daxili tariflərə əsaslanırsa, bu halda daxili avia daşınma üçün xərclərin heç bir əlavə kompensasiyası həyata keçirilmir.
-
Təyinat Müdiriyyəti orta-tarazlaşdırılmış məsafənin hesablanması zamanı, son xərclərin kompensasiyası hesabatı başlıca olaraq, dəyərə və ya təyinat Müdiriyyətinin daxili tariflərinə əsaslanmış bütün depeşlərin çəkisini istisna edir.
-
Maraqlı Müdiriyyətlər arasında xüsusi razılaşma olmadıqda, aviadepeşlərə, onların yerüstü və ya dəniz yolu ilə mümkün daşınması zamanı, Reqlamentdə göstərilən tranzit xərc şkalaları tətbiq edilir. Bununla belə, aşağıdakı işlər üçün quru yol tranzit xərclərin heç bir ödənişi aparılmır:
-
eyni bir şəhərə xidmət göstərən iki aeroport arasında aviadepeşlərin yüklənilib boşaldılması:
-
depeşlərin, şəhərə xidmət göstərən aeroportla, həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədilə qaytarılması.
Maddə 5 4: Əsas tarif və hava yolu daşınması üzrə xərclərin hesabatı
-
Müdiriyyətlər arasında hava daşınmaları üçün hesabların ödənişinə tətbiq olunan əsas tarif Poçt istismarı şurası tərəfindən təsdiq edilir. Bu tarif məktub korrespondensiyası Reqlamentində müəyyən edilmiş düstur üzrə Beynəlxalq Büro tərəfindən hesablanır.
-
Bağlı depeşlərin, açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərin daşınması üzrə xərclərin hesabatı, eləcə də buna aid olan hesabat metodları məktub korrespondensiyası Reqlamentində şərh edilmişdir.
Fəsil IV
POÇT BAĞLAMALARINA DAİR MÜDDƏALAR
Maddə 55: Xidmətin keyfiyyəti sahəsində məqsədlər
-
Təyinat Müdiriyyətləri öz ölkələrinə göndərilən poçt aviabağlamalarının işlənilməsi müddətini təyin etməlidir. Adətən gömrük nəzarəti üçün tələb edilən vaxt qədər artırılan həmin müddət onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.
-
Təyinat Müdiriyyətləri, imkan daxilində, həmçinin öz ölkələrinə göndərilən yerüstü bağlamaların işlənilməsi üçün müddət təyin etməlidir.
-
Qəbul Müdiriyyətləri xaricə göndərilmək üçün nəzərdə tutulan avia və yerüstü bağlamaların işlənilməsinin keyfiyyətinə dair məqsədləri müəyyən edir və bu zaman istinad olaraq, təyinat Müdiriyyəti tərəfindən qoyulmuş müddətlər götürülür.
-
Müdiriyyətlər faktiki nəticələri xidmətin keyfiyyəti üzrə nəzərdə tutulmuş məqsədlərlə müqayisə edərək yoxlayır.
Maddə 56 : Daxil olan bağlamalar üçün quru yol tarif payı
-
İki Poçt müdiriyyəti arasında mübadilə olunan bağlamalara tətbiq edilən quru yol tarif payları daxil olan bağlamalara görə hər bir ölkə üçün və hər bir bağlama üçün ayrılıqda hesablanır və bu hesablama hər bağlamaya görə və hər kiloqrama görə kombinə edilməklə Reqlamentdə göstərilən təqribi tariflər əsasında həyata keçirilir.
-
Yuxarıda göstərilən istinad tariflərini nəzərə alaraq, Müdiriyyətlər daxil olan bağlamalar üçün öz quru yol tarif paylarını onların xidmət xərclərinə uyğun olmaqla təyin edir.
-
1-ci və 2-ci paraqraflarda göstərilən tarif payları, əgər bu Konvensiya həmin prinsipdən yayınmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.
-
Daxil olan mübadilə üçün quru yol ayırmaları hər bir ölkənin bütün ərazisi üçün vahid olmalıdır.
Maddə 57 : Tranzit üçün quru yol tarif payı
-
İki Müdiriyyət və ya eyni bir ölkənin iki müəssisəsi arasında bir və ya bir neçə digər Müdiriyyətin yerüstü xidmətinin vasitəçiliyi ilə mübadilə edilən bağlamalar üçün, xidmətləri yerüstü daşınmada iştirak edən ölkələrin xeyrinə, Reqlamentdə təyin edilmiş və məsafə pillələrinə uyğun olaraq, tranzitə görə quru yol ayırmaları hesablanır.
-
Açıq tranzitlə göndərilən bağlamalarla əlaqədar, aralıq Müdiriyyətlərlə Reqlamentdə təyin edilmiş, hər bir göndəriş üçün müqavilə üzrə tarif payını tələb etməyə icazə verilir.
3. 1-ci və 2-ci paraqraflarda göstərilən tarif payları, əgər bu Konvensiya həmin prinsipdən kənara çıxmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.
-
Poçt istismarı şurası iki Konqres arası müddətdə quru yol tranzit tarif paylarına yenidən baxmaq və onları dəyişdirmək səlahiyyətinə malikdir. Tranzit əməliyyatlarını həyata keçirən Müdiriyyətlərə ədalətli kompensasiyanı təmin edən metodologiyaya müvafiq aparılan yenidənbaxılma etibarlı və mötəbər iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt istismarı şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.
-
Aşağıdakı işlərə görə tranzit üçün heç bir quru yol tarif payı hesablanmır:
-
eyni bir şəhərə xidmət göstərən iki aeroport arasında aviadepeşlərin yüklənilib-boşaldılması;
-
depeşlərin, şəhərə xidmət göstərən aeroportla həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədilə qaytarılması.
Maddə 58 : Dəniz tarif payı
-
Bağlamaların dəniz yolu ilə daşınmasında iştirak edən ölkələrin hər birinə, Reqlamentdəki cədvəldə göstərilmiş dəniz paylarını almağa icazə verilir. Bu paylar, əgər bu Konvensiya həmin prinsipdən kənara çıxmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.
-
İstifadə olunan hər bir dəniz daşınması üçün dəniz tarif payı, tətbiq edilən məsafə pillələrinə uyğun olaraq poçt bağlamaları Reqlamentində təyin edilmişdir.
-
Poçt müdiriyyətləri 58.2-ci maddəyə müvafiq olaraq hesablanmış dəniz tarif payını 50% yüksəltmək hüququna malikdir. Eyni zamanda onlar öz mülahizələri əsasında bu tarifi azalda da bilərlər.
-
Poçt istismarı şurası iki Konqresarası müddətdə dəniz tarif paylarına yenidən baxmaq və onları dəyişdirmək səlahiyyətinə malikdir. Tranzit əməliyyatlarını həyata keçirən Müdiriyyətlərə ədalətli kompensasiyanı təmin edən metodologiyaya müvafiq aparılan yenidənbaxılma mötəbər və etibarlı iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt istismarı şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.
Maddə 59: Aviadaşınma xərcləri
-
Aviadaşınmalar üçün Müdiriyyətlər arasında hesabların ödənilməsi zamanı tətbiq olunan əsas tarif Poçt istismarı şurası tərəfindən təsdiq edilir. O, Beynəlxalq Büro tərəfindən məktub korrespondensiyası Reqlamentində göstərilən düstur əsasında hesablanır.
-
Bağlı depeşlərin və açıq tranzitlə göndərilən aviabağlamaların və avia daşınma xərclərinin hesabatı poçt bağlamaları Reqlamentində göstərilmişdir.
-
Bir neçə ayrı-ayrı aviaxidmətlər tərəfindən ardıcıl olaraq daşınan aviabağlamaların, yol zamanı eyni bir aeroportda yüklənib-boşaldılması ödənişsiz həyata keçirilir.
Maddə 60 : Tarif paylarının alınmasından azad edilmə
Xidməti bağlamalar üçün, eləcə də hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin bağlamaları üçün, aviabağlamaların hava yolu ilə daşınması xərcləri istisna olmaqla, heç bir tarif payı götürülmür.
Fəsil V
EMS XİDMƏTİ
M a d d ə 6 1: EMS xidməti
-
EMS xidməti poçt xidmətləri içərisində fiziki cəhətdən ən sürətlisidir və bu xidməti təmin etməyə razılıq vermiş Müdiriyyətlərdə o, digər poçt göndərişləri ilə müqayisədə prioritetə malikdir. Bu xidmət məktub korrespondensiyasının, sənədlərin və ya malların ən qısa müddətlərdə qəbulu, ötürülməsi və çatdırılması proseslərindən ibarətdir.
-
ESM xidməti ikitərəfli sazişlər əsasında reqlamentləşdirilir. Bu sazişlərlə dəqiq müəyyənləşdirilməyən aspektlər İttifaq Aktlarının müvafiq müddəalarına aid edilir.
-
Bu xidmət, imkan daxilində, aşağıdakı elementlərdən ibarət olan loqotip üzrə müəyyən edilir:
-
narıncı rəngdə qanad forması;
-
göy rəngdə EMS hərfləri;
-
narıncı rəngdə üç üfqi zolaq.
Loqotip milli xidmətdə istifadə olunan adla tamamlana bilər.
-
Xidmət tarifləri xərclər və bazarın tələbatı nəzərə alınmaqla, qəbul Müdiriyyəti tərəfindən təyin edilir.
Üçüncü hissə
İLKİN VƏ YEKUN MÜDDƏALAR
Maddə 62: Poçt bağlamaları xidmətinin təmin edilməsi öhdəliyi
1. 10.1-ci maddədən kənara çıxaraq, bu Konvensiya
Dostları ilə paylaş: |