Maddə 36: Göndəricinin məsuliyyəti
-
Göndərişləri təqdim edən şəxs, göndərilməsinə icazə verilməyən və ya buraxılış şərtlərinə cavab verməyən əşyaları göndərməklə əlaqədar, digər poçt göndərişlərinə vurulmuş bütün zədələnmələrə görə məsuliyyət daşıyır.
-
Göndərici Poçt müdiriyyətləri ilə eyni dərəcədə məsuliyyət daşıyır.
-
Qəbul müəssisəsi bu cür göndərişi qəbul etmiş olduğu halda belə, göndərici üzərindən məsuliyyət götürülmür.
-
Əksinə, Poçt müdiriyyətləri və daşıyıcılar tərəfindən yol verilmiş səhvə və ya laqeydliyə görə göndərici məsuliyyət daşımır.
Maddə 37: Kompensasiyaların ödənilməsi
-
Məsuliyyət daşıyan Müdiriyyətə iddia irəli sürmə hüququna əməl edilməsi şərtilə kompensasiyanın ödənilməsi, tarif və rüsumların qaytarılması öhdəliyi, şəraitdən asılı olaraq qəbul Müdiriyyətinin və ya təyinat Müdiriyyətinin üzərinə qoyulur.
-
Göndərici öz hüquqlarından ünvan sahibinin xeyrinə imtina etmək hüququna malikdir. Və əksinə, ünvan sahibi öz hüquqlarından göndəricinin xeyrinə olaraq imtina etmək hüququna malikdir. Əgər daxili qaunvericilik buna imkan verirsə, göndərici və ya ünvan sahibi üçüncü bir şəxsə kompensasiyanı almağa icazə verə bilər.
-
Şəraitdən asılı olaraq, qəbul Müdiriyyəti və ya təyinat Müdiriyyəti, daşınmada iştirak edən və müntəzəm məlumatları alaraq iki ay müddətində, yaxud əgər bu məsələ barədə telefaksla və ya reklamasiyanın alınmasını təsdiq etməyə imkan verən hər hansı digər elektron rabitə vasitəsinin köməyi ilə xəbər verilmişdirsə, 30 gündən sonra, sorğuya qəti cavab və ya aşağıdakı məlumatlardan birini verməyən Müdiriyyətin əvəzində şikayətçiyə, ona çatası müvafiq kompensasiyanı ödəyə bilər:
-
göndərişin zədələnmə səbəbi, ehtimal ki, fors-major şəraitinin təsiri ilə bağlıdır;
-
göndəriş, içərisindəkinə görə kompetent orqanlar tərəfindən tutulub saxlanılmış, müsadirə olunmuş və ya məhv edilmişdir, yaxud təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq müsadirə edilmişdir.
-
Şəraitdən asılı olaraq, qəbul və ya təyinat Müdiriyyəti, reklamasiya blankı tam doldurulmadığından əlavə məlumat almaq üçün onun qaytarılmasının zəruri olduğu, bunun isə 3-cü paraqrafda təyin edilmiş müddətin artmasını tələb etdiyi halda da, şikayətçiyə ona çatası kompensasiyanı ödəyə bilər.
-
Əgər söhbət ödəmə şərtli göndərişə dair reklamasiyadan gedirsə, qəbul Müdiriyyəti müntəzəm sorğuları alaraq iki ay müddətində bu sorğulara qəti cavab verməyən təyinat Müdiriyyətinin hesabına zərərin məbləği dəyərində kompensasiyanı şikayətçiyə ödəmək hüququna malikdir.
Maddə 38: Ödənilmiş kompensasiyanın göndəricidən və ya ünvançıdan geri
alınma imkanı
1. Əgər kompensasiya ödənişindən sonra əvvəllər itmiş hesab edilən sifarişli göndəriş, bağlama və ya qiyməti elan olunmuş göndəriş və ya içindəkinin bir hissəsi tapılmışdırsa, bu halda göndərici və ya ünvan sahibi ödənilmiş kompensasiyanın geri alınması şərtilə üç ay ərzində göndərişin ona verilə biləcəyi barədə məlumatlandırılır. Eyni zamanda ondan göndərişin kimə təslim edilməli olduğu barədə sorğu edilir. İmtina halında və ya təyin olunmuş müddət ərzində cavab alınmadığı halda göstərilən qayda ünvan sahibi barədə və ya şəraitdən asılı olaraq, göndərici barədə tətbiq edilir.
-
Əgər göndərici və ünvan sahibi göndərişi almaqdan imtina edirsə, bu zaman həmin göndəriş Müdiriyyətin və ya lazımi halda, ziyan çəkmiş Müdiriyyətlərin mülkiyyətinə çevrilir.
-
İtmiş hesab olunan qiyməti elan edilmiş göndəriş sonradan tapıldıqda və içindəkinin dəyərinin ödənilmiş kompensasiya məbləğindən aşağı olduğu aşkar edildiyi halda, qəsdən artıq qiymətin elan edilməsindən irəli gələn nəticələrdən asılı olmayaraq, göndərici göndərişin ona təslim edilməsi zamanı kompensasiya məbləğini geri qaytarmalıdır.
Maddə 39: Göndərişlərin mübadiləsi
-
Müdiriyyətlər, onlardan birinin və ya bir neçəsinin vasitəçiliyi ilə göndərişləri bir-birinə istər bağlı depeşlərdə, istərsə də açıq tranzitlə Reqlamentlərin müddəalarına uyğun olaraq göndərə bilər.
-
Əgər fövqəladə vəziyyətlə bağlı hər hansı Poçt müdiriyyəti xidmətin işini müvəqqəti olaraq, tam və ya qismən dayandırmağa məcburdursa, bu halda o, maraqlı Müdiriyyətləri dərhal bu barədə xəbərdar etməyə borcludur.
-
Əgər poçtun tranzitlə daşınması hər hansı bir ölkədən keçməklə, bu ölkənin Poçt müdiriyyətinin iştirakı olmadan həyata keçirilirsə, həmin Müdiriyyət bu barədə qabaqcadan məlumatlandırılmalıdır. Tranzitin bu cür forması tranzit ölkənin Poçt müdiriyyətinin üzərinə məsuliyyət qoymur.
-
Müdiriyyətlər öz aralarında müvafiq razılaşma əldə etdikləri şəraitdə yerüstü göndəriş depeşlərini aviayolla məhdud prioritetlə göndərmək hüququna malikdir və onlar bu depeşləri öz ölkələrinin aeroportlarında alırlar.
Maddə 40: Hərbi hissələrlə aparılan bağlı depeş mübadiləsi
1. Məktub korrespondensiyası bağlı depeşləri ilə mübadilə digər ölkələrin quru, dəniz və hava yolu xidmətlərinin vasitəçiliyi ilə aşağıdakılar arasında həyata keçirilə bilər:
-
üzv ölkələrdən birinin poçt müəssisələri ilə Birləşmiş Millətlər Təşkilatının sərəncamında olan hərbi bölmələrin komandanlıqları arasında;
-
bu hərbi bölmələrin komandanlıqları arasında;
-
üzv ölkələrdən birinin poçt müəssisələri və həmin ölkənin xaricdə yerləşən dəniz və ya hava bölmələrinin, hərbi gəmi və təyyarələrinin komandanlıqları arasında;
-
eyni bir ölkənin dəniz və ya hava bölmələrinin, hərbi gəmi və ya təyyarələrinin komandanlıqları arasında.
2. 1-ci paraqrafda göstərilən depeşlərə yığılmış məktub korrespondensiyası göndərişləri yalnız bu depeşləri alan və ya göndərən hərbi bölmələrin və ya qərargahların, eləcə də gəmi və ya təyyarə ekipajlarının üzvləri tərəfindən göndərilə və ya alına bilər. Bu göndərişlərə tətbiq edilən tariflər və göndərilmə şərtləri hərbi bölmənin sərəncamında olduğu və ya gəmi və təyyarələrin məxsus olduğu ölkənin Poçt müdiriyyətlərinin qaydalarına uyğun müəyyən edilir.
3. Xüsusi razılaşma istisna edilməklə, hərbi bölməni öz sərəncamına götürmüş, yaxud hərbi gəmi və ya təyyarənin məxsus olduğu ölkənin Poçt müdiriyyəti depeşlərin tranzit üzrə xərclərini, son xərcləri və aviadaşınma xərclərini müvafiq Müdiriyyətlərə ödəməyə borcludur.
Maddə 41: Poçt müdiriyyətləri arasında məsuliyyətin müəyyənləşdirilməsi
-
Əks hal sübut olunmayınca, məsuliyyət, göndərişi qeyd-şərtsiz qəbul edərək təhqiqatın aparılması üçün bütün lazımi vasitələr əlində olmaqla bu göndərişin nə ünvançı sahibinə çatdırılmasını, nə də digər Müdiriyyətə düzgün qaydada ötürülməsini (əgər bu olmuşdursa) müəyyənləşdirə bilməyən Poçt müdiriyyətinin üzərinə qoyulur.
-
Əgər itki, oğurluq və zədələnmə halları göndərilmə zamanı baş vermişdirsə və bunun hansı ölkənin ərazisində və ya xidmətində baş verdiyini təyin etmək qeyri-mümkündürsə, bu halda müvafiq Müdiriyyətlər ziyanı bərabər hissələrlə ödəyir. Lakin, əgər söhbət sadə bağlamadan gedirsə və kompensasiya məbləği çəkisi 1 kq olan bağlama üçün 34.4.1-ci maddədə hesablanandan artıq deyilsə, həmin məbləğ, aralıq Müdiriyyətlər istisna olmaqla, qəbul və təyinat Müdiriyyətləri tərəfindən bərabər paylarla ödənilir.
-
Qiyməti elan olunmuş göndərişlərə gəlincə isə bir Müdiriyyətin digər Müdiriyyətlərə görə məsuliyyəti heç bir halda, onun qəbul etdiyi qiymət elanı həddindən artıq ola bilməz.
-
Qiyməti elan olunmuş göndərişlər xidmətini təmin etməyən Poçt müdiriyyətləri, bağlı depeşlərdə daşınması zamanı belə göndərişlərə görə müvafiq olaraq sifarişli göndərişlər və ya sadə bağlamalar üçün nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bu müddəa, istifadə etdikləri gəmilərdə və ya təyyarələrdə qiymətli əşyaların daşınmasına görə Poçt müdiriyyətlərinin məsuliyyət daşımadıqları hallara da tətbiq edilir.
-
Əgər itki, oğurlanma və ya zədələnmə, qiyməti elan edilmiş göndərişlər xidmətini təmin etməyən aralıq Müdiriyyətin ərazisində və ya xidmətində baş vermişdirsə, bu halda qəbul Müdiriyyəti ziyanın aralıq Müdiriyyətin ödəmədiyi hissəsini ödəyir. Ziyan məbləği aralıq Müdiriyyətin qəbul etdiyi qiymət elanı həddindən yüksək olduğu hallara da eyni qayda tətbiq edilir.
-
Ləğv edilməsi mümkün olmayan gömrük rüsumları və digər vergilər göndərişin itkisi, oğurlanması və ya zədələnməsi üçün məsuliyyət daşıyan Müdiriyyətin hesabına aid edilir.
-
Kompensasiyam ödəmiş Müdiriyyət bu ödənişi almış şəxsin hüquqlarını ödənişin məbləği hüdudlarında təmsil etməklə, ziyanı ünvançıdan, göndəricidən və ya üçüncü şəxslərdən hər hansı mümkün tutulması halında onu əvəz edir.
Fəsil 3
MƏKTUB KORRESPONDENSİYASI
GÖNDƏRİŞLƏRİNƏ DAİR MÜDDƏALAR
Maddə 42: Xidmətin keyfiyyəti sahəsində məqsədlər
-
Müdiriyyətlər daxil olan və ya çıxan prioritet və aviagöndərişlərin, eləcə də yerüstü və qeyri-prioritet göndərişlərin işlənilmə müddətini təyin etməlidir. Bu müddət, onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.
-
Qəbul və təyinat Müdiriyyətləri tərəfindən təyin edilmiş müddətləri oriyentir kimi qəbul edərək və daşınma vaxtını nəzərə alaraq, qəbul Müdiriyyətləri xaricə göndərilən prioritet və aviagöndərişlər üzrə xidmətin keyfiyyəti sahəsində məqsədləri dərc etməlidirlər.
-
Poçt müdiriyyətləri, Beynəlxalq büro və ya Regional ittifaqların təşkil etdikləri sorğular, yaxud ikitərəfli sazişlər əsasında təyin edilmiş müddətlərə əməl olunmasını periodik yoxlayır.
-
Təyin edilmiş müddətlərə əməl edilməsi üzrə yoxlamaları Poçt müdiriyyətləri tərəfindən periodik olaraq digər nəzarət sistemlərinin köməyi ilə, xüsusi halda isə xarici nəzarət yoxlamaları zamanı həyata keçirmək həmçinin arzuediləndir.
-
İmkan daxilində Müdiriyyətlər xidmətin keyfiyyətinə nəzarət sistemin beynəlxalq poçt depeşləri üçün (istər daxil olan, istərsə də çıxan) tətbiq edirlər; burada söhbət, imkan daxilində, qəbul anından çatdırma anına qədər aparılan tam nəzarətdən gedir.
-
Bütün üzv ölkələr Beynəlxalq büroya öz poçt xidmətlərinin istismarında onlar üçün oriyentir olan, nəqliyyat vasitələrinin gəlişinin son müddətləri (NVGSM) barədə aktuallaşdırılmış məlumatı təqdim edirlər. Üzv ölkələr nəzərdə tutduqları mümkün dəyişikliklər barədə Beynəlxalq büroya dərhal xəbər verməlidir ki, bu dəyişikliklər tətbiq edilənə qədər Beynəlxalq büronun həmin dəyişikliklər barədə vaxtında Poçt müdiriyyətlərini məlumatlandırmaq imkanı olsun.
-
İmkan daxilində məlumatlar prioritet və qeyri-prioritet poçt axınları üçün ayrı-ayrılıqda təqdim edilməlidir.
Maddə 4 3: Öz ölkəsindən kənarda məktub korrespondensiyası göndərişlərinin
qəbulu
1. Heç bir üzv ölkə, onun ərazisində yaşayaraq, digər ölkədəki daha münasib tarif şərtlərindən istifadə etmək məqsədilə bu ölkədən göndəriş yollayan və yaxud göndəriş yollanılmasını başqalarına həvalə edən göndəricinin məktub korrespondensiyasını nə göndərməyə, nə də ünvançılara çatdırmağa borclu deyildir.
-
1-ci paraqrafın müddəaları fərq qoyulmadan, göndəricinin yaşadığı ölkədə hazırlanaraq sonra xaricə aparılmış, yaxud bilavasitə xarici ölkədə hazırlanmış məktub korrespondensiyası göndərişlərinə eyni dərəcədə şamil edilir.
-
Təyinat Müdiriyyəti göndəricidən, o olmadığı halda isə qəbul Müdiriyyətindən daxili tariflərin ödənilməsini tələb etmək hüququna malikdir. Əgər nə göndərici, nə də qəbul Müdiriyyəti təyinat Müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə bu tariflərin ödənilməsinə razı olmazsa, bu halda təyinat Müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara, yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.
-
Heç bir üzv ölkə, göndəricinin yaşamadığı ölkədə onun özü tərəfindən və ya başqası vasitəsilə qəbula verilərək ona daxil olmuş böyük miqdarda məktub korrespondensiyası göndərişlərini, müvafiq kompensasiya almadan nə göndərməyə, nə də ünvan sahiblərinə çatdırmağa borclu deyildir (əgər bu göndərişlər üçün son xərclərin məbləği həmin göndərişlərin göndəricinin yaşadığı ölkədən qəbula verilməsi zamanı götürülməli olan müvafiq məbləğdən aşağıdırsa). Təyinat Müdiriyyəti iki aşağıdakı qaydadan biri üzrə hesablanmış maksimum məbləğdən çox olmayaraq, çəkdiyi xərclərin kompensasiyasını qəbul Müdiriyyətindən tələb etmək hüququna malikdir: ekvivalent göndərişlərə tətbiq edilən daxili tarifin 80%-i həcmində, yaxud hər göndəriş üçün 0,14 XAH üstəgəl hər kq üçün 1 XAH həcmində kompensasiya. Əgər qəbul Müdiriyyəti təyinat Müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə tələb edilən məbləği ödəməkdən imtina edirsə, bu halda təyinat Müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara, yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.
Maddə 44: Yol verilən bioloji maddələr
-
Tez korlanan maddələr, infeksion maddələr və infeksion maddələrin soyudulması üçün istifadə edilən karbon qazı (quru buz) yalnız rəsmən tanınmış kompetent laboratoriyalar arasındakı mübadilə çərçivəsində poçtla göndərilə bilər. Bu təhlükəli malların poçtda aviayolla göndərilməsinə yalnız milli qanunvericiliyin, Beynəlxalq mülki aviasiya təşkilatının (İKAO) qüvvədə olan texniki qaydalarının və təhlükəli mallara dair İATA qaydalarının buna icazə verdiyi şəraitdə yol verilə bilər.
-
Reqlamentin müvafiq müddəalarına uyğun bağlanılmış və qablaşdırılmış tez korlanan bioloji maddələrin və infeksion maddələrin göndərilməsi üçün prioritet göndərişin və ya sifarişli məktubun tarifi götürülür. Bu göndərişlərin poçtda işlənilməsi üçün əlavə tarif tutmağa icazə verilir.
-
Tez korlanan bioloji maddələrin və infeksion maddələrin buraxılması Poçt müdiriyyətləri bu göndərişləri qarşılıqlı, yaxud birtərəfli qaydada qəbul etməyə razılıq vermiş üzv ölkələrlə məhdudlaşdırılır.
-
Bu maddələr ən tez yolla, müvafiq əlavə aviatariflərin ödənilməsi şərtilə adətən aviayolla və çatdırma zamanı üstünlük verilməklə göndərilir.
Maddə 4 5 : Elektron poçtu
-
Poçt müdiriyyətləri öz aralarında elektron poçt xidmətində iştirak etmək barədə razılıq əldə edə bilərlər.
-
Elektron poçtu - poçt xidmətinin elə bir növüdür ki, burada göndəricidən fiziki və ya elektron şəkildə qəbul edilmiş məlumatların orijinala uyğun olaraq və bir neçə saniyə ərzində ötürülməsi üçün elektrik kanallarından istifadə olunur və bu məlumatlar ünvançıya fiziki və ya elektron şəkildə çatdırılır. Məlumat göndəricidən fiziki formada qəbul edildiyi halda o, elektron yolu ilə bir qayda olaraq, mümkün qədər ən uzaq məsafələrə ötürülür və ünvançı üçün mümkün qədər ən münasib fiziki formada bərpa edilir. Fiziki formada olan məlumat ünvançıya bağlı qaydada, məktub korrespondensiyası göndərişi kimi təqdim edilir.
-
Elektron poçtu üçün tariflər Müdiriyyətlər tərəfindən xidmətin dəyərinə və bazar tələblərinə uyğun olaraq təyin edilir.
M addə 4 6 : Tranzit xərcləri
-
52-ci maddəyə əməl olunması şərtilə, iki Müdiriyyət arasında və ya eyni bir ölkənin iki müəssisəsi arasında, bir və ya bir neçə digər Müdiriyyətin xidmətlərinin (üçüncü xidmətlər) vasitəçiliyi ilə mübadilə olunan bağlı depeşlərin daşınmasına görə tranzit xərclərin ödənişi alınır. Bu ödəniş quru yol, dəniz və hava tranzit xidmətlərinin göstərilməsi üçün olan kompensasiyadır.
-
Açıq tranzitlə yollanılan göndərişlər üçün həmçinin tranzit xərcləri alına bilər.
-
Tətbiq üsulları və şkalalar məktub korrespondensiyası Reqlamentində şərh edilmişdir.
Maddə 47 : Son xərclər. Ümumi müddəalar
-
52-ci maddəyə əməl etmək şərtilə, digər Müdiriyyətdən məktub korrespondensiyası alan hər bir Müdiriyyət alınmış beynəlxalq poçta görə göndərən Müdiriyyətdən xərclərin kompensasiyasını götürmək hüququna malikdir.
-
Son xərclərin kompensasiyasına dair müddəaların tətbiq edilməsi üçün Poçt müdiriyyətləri Konqres tərəfindən bu məqsədlə tərtib edilmiş siyahıya uyğun olaraq "sənayecə inkişaf etmiş ölkələr" və ya "inkişaf etməkdə olan ölkələr" kimi təsnifləndirilir.
-
Son xərclərin ödənişi ilə bağlı bu Konvensiyadakı müddəalar, hər bir ölkəyə xas olan elementləri nəzərə almaqla ödəniş sisteminin qəbul edilməsi yolunda keçid tədbirlərdir.
-
Daxili rejimə giriş imkanı
4.1. Hər bir Müdiriyyət öz daxili rejimində milli müştərilərinə təklif etdiyi şərtlərlə analoji olaraq, bütün tarifləri, müddətləri və şərtləri digər Müdiriyyətlərə tətbiq edir.
-
Göndərən Müdiriyyət analoji şəraitdə hər hansı sənayecə inkişaf etmiş təyinat ölkəsinin Müdiriyyəti qarşısında, sonuncunun öz milli müştəriləri üçün müvafiq göndərişlərdə nəzərdə tutduğu ilə eyni olan şərtlərdən istifadə etmək barədə tələb qoya bilər.
-
İnkişaf etməkdə olan ölkələrin Müdiriyyətləri 4.1-ci paraqrafda xatırladılan şərtlərə giriş imkanına icazə verib-vermədiklərini bildirməlidir.
4.3.1. Əgər inkişaf etməkdə olan hər hansı ölkənin Müdiriyyəti öz daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verməsi barədə bəyanat verirsə, bu icazə ayrıseçkilik olmadan İttifaqın bütün Müdiriyyətlərinə tətbiq edilir.
4.4. Təyinat müdiriyyəti onun daxili rejiminə giriş imkanının şərtlərinə qəbul Müdiriyyəti tərəfindən riayət olunub-olunmaması barədə qərar vermək hüququna malikdir.
-
Böyük miqdarda poçta görə son xərclərin tarifləri, son xərclərə dair ikitərəfli və çoxtərəfli sazişlərə uyğun olaraq təyinat Müdiriyyətinin tətbiq etdiyi ən münasib tariflərdən artıq olmamalıdır.
-
Poçt istismarı şurası 48-51-ci maddələrdə göstərilən kompensasiyanı iki Konqresarası müddətdə dəyişmək hüququna malikdir. Həyata keçiriləcək yenidənbaxılma etibarlı iqtisadi və maliyyə məlumatlarına əsaslanmalı, Konvensiyanın və məktub korrenpondensiyası Reqlamentinin son xərclərə dair bütün müddəalarını nəzərə almaqla həyata keçirilməlidir. Mümkün dəyişiklik barədə qərar Poçt istismarı şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.
-
İstənilən Müdiriyyət 1-ci paraqrafda nəzərdə tutulmuş kompensasiyadan tam və ya qismən imtina edə bilər.
-
İkitərəfli və ya çoxtərəfli sazişlər əsasında maraqlı Müdiriyyətlər son xərclərlə bağlı hesabların ödənilməsi üçün digər kompensasiya sistemləri tətbiq edə bilər.
Maddə 48: Son xərclər. Sənayecə inkişaf etmiş ölkələr arasındakı mübadilələrə
tətbiq edilən müddəalar
-
Böyük miqdarda poçt daxil olmaqla və "M" kisələri istisna edilməklə, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya, təyinat ölkəsində işlənilmə xərclərini özündə əks etdirən, hər bir göndərişə görə və hər bir kiloqrama görə tariflərin tətbiq edilməsinə oxşar təyin olunur. Tariflərin hesablanması məktub korrespondensiyası Reqlamentində göstərilmiş şərtlər əsasında həyata keçirilir.
-
2001-2003-cü illər dövrü üçün göndərişə görə və kiloqrama görə tariflər, daxili rejimin 20 qram çəkili məktub tarifinin 60%-i məbləğində hesablanmış tarifdən və aşağıdakı tariflərdən artıq olmamalıdır:
-
2001-ci il üçün - 0,158 XAH göndərişə görə və 1,684 XAH kiloqrama görə;
-
2002-ci il üçün - 0,172 XAH göndərişə görə və 1,684 XAH kiloqrama görə;
2.3. 2003-cü il üçün - 0,215 XAH göndərişə görə və 1,684 XAH kiloqrama görə.
-
2004-2005-ci illər üçün poçt istismarı Şurası hər bir inkişaf etmiş ölkənin xərcləri və tarifləri arasındakı münasibətə uyğun olaraq həmin ölkələrin hər birinə müvafiq olan tariflərin yekun faizini müəyyən edəcəkdir.
-
2001-2005-ci illər dövründə tətbiq olunan tariflər, hər bir göndərişə görə 0,147 XAH-dan, hər bir kiloqrama görə 1,491 XAH-dan aşağı olmamalıdır.
-
"M" kisələr üçün tətbiq edilən tarif hər kiloqrama görə 0,653 XAH-a bərabərdir.
5.1. 5 kiloqramdan aşağı "M" kisələr son xərclərin kompensasiyasında 5 kiloqram kimi götürülür.
-
Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün uyğun olaraq hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti elan edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.
-
İnkişaf etmiş ölkələr arasında nəzərdə tutulmuş müddəalar, bu müddəalara əməl etmək istədiyi barədə bəyanat verən və 48-50-ci maddələrin və onlara dair məktub korrespondensiyası Reqlamentinin maddələrinin müddəalarının tətbiq edilməsi ilə bağlı bu ölkəyə inkişaf etmiş ölkə kimi baxılmasını arzu edən inkişaf etməkdə olan hər hansı ölkəyə tətbiq edilə bilər.
Maddə 49: Son xərclər. İnkişaf etməkdə olan ölkələrdən sənayecə inkişaf etmiş ölkələrə göndərilən poçt axınına tətbiq edilən müddəalar
1. Kompensasiya
-
"M" kisələr istisna olmaqla, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya, hər kiloqrama görə 3,427 XAH təşkil edir.
-
"M" kisələr üçün tətbiq olunan tarif hər kq-a görə 0,653 XAH-a bərabərdir.
1.2.1. 5 kq-dan aşağı çəkili "M" kisələr son xərclərin kompensasiyası üçün 5 kiloqram kimi götürülür.
1.3. Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti elan edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.
2. Yenidən baxılma mexanizmi
-
İl ərzində 150 tondan artıq poçt axını göndərən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdə göndərilmiş poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 14-dən az olduğunu aşkar edirsə, bu zaman o, 1.1-ci paraqrafda göstərilən tarifə yenidənbaxılmaya nail ola bilər.
-
İl ərzində 150 tondan artıq poçt axını qəbul edən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdən alınmış poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 21-dən artıq olduğunu aşkar edirsə, bu zaman o, 1.1-ci paraqrafda
göstərilən tarifə yenidən baxılmaya nail ola bilər.
2.3. Yenidənbaxılma, məktub korrespondensiyası Reqlamentində təyin edilmiş şərtlər daxilində həyata keçirilir.
3. Sistemlərin razılaşdırma mexanizmi
3.1. İl ərzində 50 tondan artıq poçt axını qəbul edən Müdiriyyət bu axının illik çəkisinin, məktub korrespondensiyası Reqlamentində göstərilən şərtlərə uyğun olaraq hesablanmış həddən artıq olduğunu aşkar edirsə, bu zaman o, yenidənbaxılma mexanizmindən istifadə etməmək şərtilə, həmin həddən artıq olan poçta 48-ci maddədə nəzərdə tutulmuş kompensasiya sistemini tətbiq edə bilər.
4. Böyük miqdarda poçt
4.1. Böyük miqdarda poçt üçün kompensasiya 48.1-ci maddədə nəzərdə tutulmuş hər bir göndərişə görə və hər bir kiloqrama görə tariflərin tətbiqinə uyğun təyin edilir.
Maddə 50: Son xərclər. Sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə göndərilən poçt axınına tətbiq edilən müddəalar
1. Kompensasiya
1.1. "M" kisələr istisna olmaqla, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya hər kq-a görə 3,427 XAH təşkil edir.
1.1.1. 1.1 -ci paraqrafda göstərilmiş tarifin tətbiqi ilə hesablanan son xərclər, inkişaf etməkdə olan ölkələrdə xidmət keyfiyyətinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün fond çərçivəsində 7,5% artırılır.
1.2. "M" kisələr üçün tətbiq olunan tarif hər kq-a görə 0,653 XAH-a bərabərdir.
1.2.1. 5 kq-dan aşağı çəkili "M" kisələr son xərclərin kompensasiyası üçün 5 kq kimi götürülür.
1.3. Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün, hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti elan edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.
2. Yenidən baxılma mexanizmi
-
İl ərzində 150 tondan artıq poçt axını qəbul edən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdən alınmış poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 21-dən artıq olduğunu aşkar edirsə, bu zaman o, tarifə yenidənbaxılmaya nail ola bilər.
-
Yenidənbaxılma məktub korrespondensiyası Reqlamentində təyin edilmiş şərtlər daxilində həyata keçirilir.
3. Böyük miqdarda poçt
-
Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verməyən Müdiriyyətlər aldıqları böyük miqdarda poçt üçün hər bir göndərişə görə 0,14 XAH və hər bir kiloqrama görə 1 XAH məbləğində kompensasiya tələb edə bilər.
-
Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verən Müdiriyyətlər aldıqları böyük miqdarda poçta, öz milli müştərilərinə bu tipli göndərişlər üçün təklif edilən daxili tariflərə uyğun, lakin 9% artımla kompensasiya tətbiq edə bilər ki, bu kompensasiya 48.2-ci maddədə göstərilən tariflərdən artıq olmamalıdır.
Dostları ilə paylaş: |