«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan
Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Bu Qanun narkoloji xəstəliklərin və onların doğurduğu mənfi
tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və
onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını
almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata
keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. Narkoloji xidmət – insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə etmə hallarının,
habelə narkoloji xəstəliklərin qarşısının alınmasına
yönəldilmiş tibbi (narkoloji yardım) və sosial
tədbirlərin məcmusudur;
1.0.2. Narkoloji nəzarət – insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə etmə hallarının,
habelə narkoloji xəstəliklərin qarşısının alınmasına
yönəldilmiş inzibati və xəbərdaredici tədbirlərin
məcmusudur;
1.0.3. Narkoloji yardım – narkoloji xəstələrin, o
cümlədən insan psixikasına təsir göstərən
maddələrdən
sui-istifadə
edən
şəxslərin
səhhətinin,
psixoloji
vəziyyətinin
qiymətləndirilməsinə
və
onların
müalicə
edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu
şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı
müşahidədir;
1.0.4. Narkoloji xəstə – insan psixikasına təsir
göstərən maddələrin sui-istifadəsi nəticəsində
inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur
pozuntusu, o cümlədən psixi və davranış
pozuntuları ilə müşahidə olunan, barəsində
qanunvericiliklə
müəyyən
edilmiş qaydada
alkoqolizm, narkomanlıq və ya toksikomanlıq
diaqnozu təyin edilmiş şəxsdir;
1.0.5. İnsan psixikasına təsir göstərən maddələr –
insanın şüurunu, davranışını pozan, psixi və (və
ya) fiziki asılılıq doğura bilən maddələrdir (spirtli
içkilər, narkotik vasitələr və psixotrop maddələr,
eləcə də digər bihuşedici təsir göstərən maddələr
və vasitələr);
1.0.6. Alkoqolizm – spirtli içkilərin sui-istifadəsi
nəticəsində yaranmış və xroniki intoksikasiya
doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki
asılılıqla, habelə digər mənfi tibbi-sosial
nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.7. Narkomanlıq – xroniki intoksikasiya
doğuran, narkotik vasitələrin və psixotrop
maddələrin sui-istifadəsi nəticəsində yaranmış,
narkotik vasitələrdən və psixotrop maddələrdən
psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi
və davranış pozuntuları ilə ifadə olunan xəstəlik
vəziyyətidir;
1.0.8. Toksikomanlıq – insan psixikasına
bihuşedici təsir göstərən maddələrin (narkotik
vasitələr, psixotrop maddələr və spirtli içkilər
istisna
olmaqla)
sui-istifadəsi
nəticəsində
yaranmış, xroniki intoksikasiya doğuran, həmin
maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə
olunan xəstəlik vəziyyətidir;
1.0.9. Abstinent sindromu – insan psixikasına təsir
göstərən
maddələrin
istehlakının
qəflətən
dayandırılması və ya onların antaqonistlərinin
təsiri nəticəsində yaranmış, psixi, somatovegetativ
və nevroloji pozuntularla səciyyələndirilən, klinik
təzahürləri
və
gedişatı həmin maddələrin
xarakterindən və istehlakın davamlılığından asılı
olan vəziyyətdir;
1.0.10. Detoksifikasiya – insan psixikasına təsir
göstərən maddələrin və ya onların dağılması
məhsullarının orqanizmdən çıxarılması yolu ilə
orqanizmin zəhərlənmə nəticəsində pozulmuş
funksiyalarının bərpası, insan psixikasına təsir
göstərən
maddələrin
doğurduğu
abstinent
sindromunun və asılılığın aradan qaldırılmasıdır;
1.0.11. Narkoloji tibb müəssisəsi – Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yaradılmış və narkoloji yardım
sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb
müəssisəsidir;
1.0.12. Həkim-narkoloq – narkoloji xəstələrə
ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün
müvafiq ixtisasa malik olan şəxsdir;
1.0.13.
Baş
narkoloq
–
Azərbaycan
Respublikasının ərazisində narkoloji yardımın
həyata
keçirilməsini
əlaqələndirən həkim-
narkoloqdur.
Maddə 2. Narkoloji xidmət və nəzarət haqqında
qanunvericilik
Narkoloji xidmət və nəzarət haqqında qanunvericilik
Azərbaycan
Respublikasının
Konstitusiyasından,
Azərbaycan
Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrdən,
bu
Qanundan
və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından ibarətdir.
II fəsil. Narkoloji xidmətin və nəzarətin əsasları
Maddə 3. Narkoloji xidmətin və nəzarətin məqsədi
3.1. Narkoloji xidmətin və nəzarətin məqsədi insan
psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə
hallarının, narkoloji xəstəliklərin, onların doğurduğu
mənfi tibbi və sosial nəticələrin qarşısının alınmasıdır.
3.2. Narkoloji xidmətin və nəzarətin əsas istiqamətlərini
narkoloji yardım, sosial, inzibati və xəbərdaredici
tədbirlər təşkil edir.
Maddə 4. Narkoloji xidmətin və nəzarətin əsas prinsipləri
4.0. Narkoloji xidmətin və nəzarət sahəsində dövlət
siyasətinin əsas prinsipləri aşağıdakılardan ibarətdir:
4.0.1. narkoloji xidmətin və nəzarətin həyata
keçirilməsi zamanı narkoloji xəstələrin narkoloji
xəstəliklə əlaqədar təqib edilməsinin istisna
edilməsi;
4.0.2. narkoloji xəstəliklərin yayılmasının, onların
doğurduğu mənfi tibbi və sosial nəticələrin
qarşısının alınması;
4.0.3. insan psixikasına təsir göstərən maddələrin
isdifadə edilməsinin zərərli nəticələri barədə
əhalinin məlumatlandırılması;
4.0.4. narkoloji xəstəliklərin vaxtında aşkar və
müalicə edilməsi yolu ilə onların qarşısının
alınması;
4.0.5. narkoloji xəstələrin maddi vəziyyətindən
asılı olmayaraq onların narkoloji yardım almaq
hüququnun təmin edilməsi;
4.0.6. narkoloji xəstələr və insan psixikasına təsir
göstərən maddələrdən sui-isdifadə edən şəxslər
tərəfindən hüquq pozuntularının törədilməsi
hallarının qarşısının alınması və profilaktikası;
4.0.7. narkoloji xəstələrin və onların ailə
üzvlərinin hüquqlarının təmin edilməsi;
4.0.8. insan psixikasına təsir göstərən maddələrin
qanunsuz dövriyyəsi ilə mübarizə;
4.0.9.
narkoloji
xidmətin
və
nəzarətin
məqsədlərinin təmin edilməsi üçün dövlət
orqanlarının və qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin uzlaşdırılması.
Maddə 5. Narkoloji xidmətin və nəzarətin həyata
keçirilməsinin ümumi şərtləri
5.1. Azərbaycan Respublikasının ərazisində hər bir
şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada insan psixikasına təsir
göstərən maddələr, bu maddələrdən istifadə edilməsinin
ailə və cəmiyyət üçün doğurduğu nəticələr barəsində
ətraflı məlumat almaq hüququ vardır.
5.2. Dövlət narkoloji xəstəliklərin qarşısının alınması,
belə xəstəliklərin erkən müəyyən və müalicə edilməsi,
narkoloji xəstələrin səhhəti və psixoloji vəziyyəti
üzərində tibbi nəzarətin həyata keçirilməsi və bu
xəstələrin cəmiyyətə qovuşması üçün şərait yaradır.
5.3. Narkoloji xəstələrə onların maddi vəziyyətindən
asılı olmayaraq narkoloji yardımın göstərilməsinə,
habelə
bu
şəxslərin
sağlamlığı
üzərində
ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə
dövlət tərəfindən təminat verilir.
5.4. Azərbaycan Respublikasının ərazisində narkoloji
xəstələrin müalicəsi bir qayda olaraq könüllülük
əsasında həyata keçirilir. 18 yaşına çatmamış şəxs
narkoloji tibb müəssisəsinə valideynlərinin və ya onun
qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir.
5.5.
Narkoloji
xəstələrin
məcburi
müalicəsinə
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada yalnız məhkəmənin hökmü
əsasında yol verilir.
5.6. Azərbaycan Respublikasının ərazisində narkoloji
xidmət və nəzarət konfidensiallıq və anonimlik əsasında
həyata keçirilə bilər. Narkoloji xəstələrin qeydiyyatının
aparılması zamanı xəstənin səhhətinin vəziyyəti
haqqında
məlumatların
konfidensiallığı
təmin
edilməlidir. Hər hansı şəxs barəsində narkoloji yardımın
həyata keçirilməsinə dair məlumatlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada verilə bilər.
5.7. Hər bir narkoloji xəstənin səhhəti üzərində
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş narkoloji
xəstəliklərin müalicəsi üsullarına riayət etməklə fərdi
nəzarət tətbiq edilir. Narkoloji xəstəliklərin müalicəsi
zamanı hər bir xəstə barəsində sosial-psixoloji
reabilitasiya kursu aparılmalıdır.
5.8. Narkoloji xəstəliklərin siyahısı və bu xəstəliklərin
müalicə standartları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
5.9. Azərbaycan Respublikasının ərazisi üzrə narkoloji
yardımın həyata keçirilməsinin təmin edilməsi, belə
yardımı göstərən narkoloji tibb müəssisələrinin
fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Baş narkoloq təyin olunur. Baş narkoloqun
vəzifələri və səlahiyyətləri Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 6. Narkoloji xəstələrin hüquqları və onların
məhdudlaşdırılması
6.1. Narkoloji xəstələrin hüquqları, onların hüquqlarının
məhdudlaşdırılması halları və qaydası bu Qanun və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə müəyyən edilir.
6.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş hallar və tibbi yardımın göstərilməsi
zərurətindən irəli gələn tələblər istisna olmaqla
narkoloji xəstələrin hüquqlarının məhdudlaşdırılmasına
yol verilmir.
6.2.1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər
barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə
tədbirlərinin tətbiqi zamanı istifadə olunan tibbi
üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə
tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin
son nailiyyətlərinə əsaslanır.
6.3. Azadlıqdan məhrum etmə növündə cəza çəkən,
habelə həbsdə saxlanılma yerlərində saxlanılan
narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun
hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.
6.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən,
habelə həbsdə saxlanılma yerlərində saxlanılan və
abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr
digər şəxslərdən ayrılıqda saxlanılır.
6.5. Narkoloji yardımın göstərilməsi zamanı yetkinlik
yaşına çatmamış narkoloji xəstələr, habelə özlərinin və
ətrafdakı şəxslərin səhhəti və həyatı üçün təhlükə
yaradan narkoloji xəstələr digər xəstələrdən ayrılıqda
yerləşdirilir.
6.6. Narkoloji tibb müəssisələrində tətbiq edilən
təhlükəsizlik tədbirləri həmin müəssisələrdə işləyən
şəxslərin, müalicə olunan digər xəstələrin, bu xəstələrə
baş çəkən şəxslərin ləyaqətinə xələl gətirməməli və
onların hüquqlarını məhdudlaşdırmamalıdır. Müalicə
zamanı həkimlərin tövsiyələrinə əməl etməyərək insan
psixikasına təsir göstərən maddələrin istifadəsini davam
edən narkoloji xəstələr narkoloji tibb müəssisəsindən
xaric oluna bilərlər.
6.7. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və
dövlətin
təhlükəsizliyinin
müdafiəsi
məqsədilə
narkoloji xəstələr üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə
fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə
mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa
məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və
vəzifələrin siyahısı və məhdudiyyətin müddəti
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Narkoloji xəstələr barəsində məlumatların
verilməsi
7.1. Şəxsin narkoloji xəstə olub-olmaması, narkoloji
xəstələrin səhhətinin vəziyyəti, onun proqnozları,
göstərilmiş xidmətlər haqqında məlumatlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada verilir.
7.2. Narkoloji xidməti və nəzarəti həyata keçirən,
habelə xidməti vəzifələri həyata keçirərkən qulluq
mövqeyinə
görə
narkoloji
xəstələr
barəsində
məlumatları
əldə edən digər şəxslər həmin
məlumatların yayılmasına yol verməməlidirlər.
7.3. Narkoloji xidməti və nəzarəti həyata keçirən
şəxslər yetkinlik yaşına çatmayan uşaqlarına qayğı
göstərməyən, onlara qarşı zor tətbiq edən, ətrafdakı
insanların hüquqlarını pozan narkoloji xəstələr
barəsində Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti
orqanlarına
məlumat
verməyə
borcludurlar.
7.4. Barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş
narkoloji
xəstələr
haqqında
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına
məlumat (məcburi müalicənin tətbiq edilməsi, cəzanın
müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin
cəzanı icra edən müəssisədən azad olunması)
verilməlidir.
7.5. Əvəzedici müalicə proqramlarına qəbul olunmuş
hər bir xəstə barəsində 3 gün müddətində Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
məlumat verilməlidir.
Maddə
8.
Narkoloji
xidmətin
və
nəzarətin
maliyyələşdirilməsi
Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi bu
Qanuna və «Büdcə sistemi haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət
büdcəsinin, habelə fiziki və hüquqi şəxslərin vəsaiti
hesabına həyata keçirilir.
8.1. Çıxarılıb [Narkoloji xidmət və nəzarət sahəsində
həyata keçirilən tədbirlər dövlət büdcəsinin vəsaitləri
hesabına maliyyələşdirilir.]
8.2. Çıxarılıb [Narkoloji xidmətin və nəzarətin həyata
keçirilməsinin
maliyyələşdirilməsinin
səmərəliləşdirilməsi
məqsədilə
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının
nəzdində xüsusi fond yaradılır. Fondun vəsaitini dövlət
büdcəsinin vəsaitlərindən başqa fiziki və hüquqi
şəxslərin könüllü ianələri, habelə narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların, spirtli içkilərin
və tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə
əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi
nəticəsində müsadirə edilmiş və dövlət hesabına
yönəldilmiş əmlak təşkil edir.]
8.3. Çıxarılıb [Fondun vəsaiti narkoloji yardımın pulsuz
göstərilməsinə, narkoloji tibb müəssisələrinin daxili
ehtiyaclarının
ödənilməsinə
və
xəbərdaredici
tədbirlərinhəyata keçirilməsinə yönəldilir.]
8.4. Çıxarılıb [Fondun əsasnaməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.]
III fəsil. Narkoloji yardım
Maddə 9. Narkoloji yardım
9.1. Narkoloji yardımı aşağıdakı tədbirlər təşkil edir:
9.1.1. insan psixikasına təsir göstərən maddələrdən
sui-istifadə
edən
şəxslərin
səhhətinin
qiymətləndirilməsi və ehtiyac olduqda onlara
ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi;
9.1.2. narkoloji xəstələrin səhhətinin və psixoloji
vəziyyətinin
qiymətləndirilməsi,
narkoloji
xəstəliyin diaqnozunun müəyyən edilməsi (tibbi
yoxlama);
9.1.3. narkoloji xəstələrin müalicəsi;
9.1.4. əvəzedici terapiyanın həyata keçirilməsi;
9.1.5. narkoloji xəstələrin səhhəti üzərində sonrakı
müşahidənin həyata keçirilməsi;
9.1.6. narkoloji xəstələr barəsində sosial-psixoloji
reabilitasiya tədbirlərinin həyata keçirilməsi.
9.2. Azərbaycan Respublikasının ərazisində narkoloji
yardım Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən
edilmiş
qaydada
həkim-narkoloqlar
tərəfindən göstərilir.
9.3. Narkoloji yardım göstərilmiş hər bir şəxs barəsində
qeydiyyat aparılmalıdır.
Maddə 10. Tibbi yoxlama (narkoloji xəstəliyin
diaqnozunun müəyyən edilməsi)
10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar
olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən
edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir.
10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü
olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu
həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi
yoxlama təhqiqat, istintaq orqanlarının və ya
məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji
xəstəliyin
diaqnozu
həkim-məsləhət
komissiyası
tərəfindən müəyyən edilir.
10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında
həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun
narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu
halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar
müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir.
10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin
qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən
edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin
narkotik vasitələri və psixotrop maddələri istehlak
etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik
vasitələrin,
psixotrop
maddələrin
və
onların
prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat
bankına verilməlidir.
10.6. Tibbi yoxlamanın aparılma qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 11. Narkoloji xəstələrin müalicəsi
11.1. Narkoloji xəstələrin müalicəsi üsulları narkoloji
xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit
nəzərə alınmaqla narkoloji müəssisədə (stasionar və ya
ambulator şəraitdə) və ya xəstənin evində (ambulator
şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev
şəraitində müalicə olunan narkoloji xəstələr haqqında
tətbiq edilən bütün müalicə tədbirləri narkoloji
xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator
kartasına daxil edilməlidir. Narkoloji xəstə barəsində
fəal müalicə kursundan sonra aparılan sosial-psixoloji
reabilitasiya kursu onun fərdi tələbatına uyğun
olmalıdır.
11.2. Həkim-narkoloq psixoloqla birlikdə hər bir
narkoloji xəstənin fərdi müalicə, sosial-psixoloji
reabilitasiya və sonrakı müşahidə proqramını tərtib edir.
11.3. Ayrı-ayrı müalicə üsullarının tətbiqi və narkoloji
xəstənin müalicə müddəti xəstənin mənafeyi nəzərə
alınmaqla həkim-narkoloq tərəfindən tibbi göstəricilər
əsasında müəyyən edilir.
11.4. Aşağıdakı hallarda şəxsə insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə edilməsi ilə əlaqədar
narkoloji xəstəlikdən müalicə təklif edilməlidir:
11.4.1. şəxsin insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə etməsi haqqında onun
yaxın qohumları müraciət etdikdə;
11.4.2. narkoloji xəstəlik və ya insan psixikasına
təsir göstərən maddələrdən sui-istifadə edilməsi
nəticəsində şəxs zədə aldıqda və ya onun səhhəti
başqa cür pozulduqda;
11.4.3. narkoloji xəstəlik və ya insan psixikasına
təsir göstərən maddələrdən sui-istifadə ilə əlaqədar
şəxs tərəfindən hüquq pozuntularının törədilməsi
halları müəyyən edildikdə;
11.4.4. həkim xəstəni evində yoxlayarkən həmin
şəxs tərəfindən insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə edilməsinin onun özünə
və ya ailə üzvlərinə mənfi təsir göstərməsi halları
müəyyən edildikdə.
11.5. İnsan həyatı üçün təhlükə yaradan üsullarla
narkoloji xəstələrin müalicəsi (kodlaşdırma və s.) yalnız
dövlət narkoloji tibb müəssisələrində həyata keçirilir.
Bu üsulların tətbiq edilməsinə yalnız narkoloji xəstə
tərəfindən könüllü olaraq yazılı şəkildə verilmiş ərizə
əsasında yol verilir. Bu üsulları tətbiq edən həkim
xəstəni əvvəlcədən bütün baş verə biləcək nəticələr
barədə yazılı şəkildə xəbərdar etməlidir. İnsan həyatı
üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin
müalicəsi
qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
11.5.1. Narkomanlıq xəstəliyinə düçar olan
şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə
olunan
narkotik
vasitələrin
və
dövriyyəsi
məhdudlaşdırılan və nəzarət edilən psixotrop
maddələrin tətbiqinə yalnız dövlət narkoloji tibb
müəssisələrində icazə verilir.
11.6. Hər bir narkomanın müalicəsi barədə məlumat
narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat
bankına verilməlidir.
Maddə 12. Detoksifikasiyanın keçirilməsi
12.1. Təxirəsalınmaz hallar istisna olunmaqla insan
psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə
əlaqədar detoksifikasiya tədbirləri narkoloji tibb
müəssisəsində həyata keçirilir. Detoksifikasiyanın
keçirilməsi
qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
12.2. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər
barəsində detoksifikasiyanın aparıldığı hər bir hal
barədə məlumat narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsinə
dair ümummilli məlumat bankına verilməlidir.
Maddə 13. Narkoloji xəstələr üzərində xüsusi müşahidə
13.0. Narkoloji yardımın həyata keçirilməsi zamanı
aşağıdakı şəxslər üzərində Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada xüsusi müşahidə aparılır:
13.0.1. alkoqol psixozunu keçirmiş narkoloji
xəstələr;
13.0.2.
narkotik
vasitələrin
və
psixotrop
maddələrin qəbul edilməsi nəticəsində əmələ
gəlmiş intoksikasion psixozunu keçirmiş narkoloji
xəstələr;
13.0.3. yetkinlik yaşına çatmayan uşaqları olan
narkoloji xəstələr;
13.0.4. yetkinlik yaşına çatmayan narkoloji
xəstələr;
13.0.5. HIV/AIDS-dən, hepatitlərdən, zöhrəvi
xəstəliklərdən
və
aktiv
formada
vərəm
xəstəliyindən əzab çəkən narkoloji xəstələr;
13.0.6. insan psixikasına təsir göstərən maddələrin
qəbul edilməsi nəticəsində psixikasında dönməz
psixi dəyişikliklər və şəxsiyyət dəyişiklikləri hökm
sürən narkoloji xəstələr.
Maddə 14. Narkoloji tibb xüsusiyyətləri
14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji
xəstəliklərin müalicəsi cəzaçəkmə müəssisələri və
istintaq təcridxanaları istisna olmaqla yalnız narkoloji
tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə
müəssisələri və istintaq təcridxanaları istisna olmaqla
narkoloji
xəstəliklərin
narkoloji
sahədə
qeyri-
ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə
narkoloji
sahədə
qeyri-ixtisaslaşdırılmış
tibb
müəssisələrinin
nəzdində
narkoloji
bölmələrin
yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan
narkoloji xəstəliklərin müalicəsinə yol verilmir.
14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla
narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı
hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata
keçirir.
14.3. Narkoloji yardım sahəsində fəaliyyət göstərən hər
bir narkoloji tibb müəssisəsinə xüsusi razılığın
verilməsi barədə bildiriş narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsinə
dair ümummilli məlumat bankına daxil edilməsi üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına dərhal göndərilməlidir. Həmin bildirişdə
təşkilatın tam adı, hüquqi ünvanı, xüsusi razılığın
müddəti, müəssisənin təsisçiləri barədə məlumatlar
göstərilməlidir.
14.4. Narkoloji tibb müəssisələrinin rəhbərləri həmin
müəssisələrdə işləyən tibbi heyətin və xəstələrlə
əlaqədar olan digər şəxslərin narkoloji xəstələr
tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən
mühafizəsini təmin etməyə borcludurlar. Narkoloji tibb
müəssisələrində
təhlükəsizlik
tədbirlərinin
tətbiq
edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14.5.
Narkoloji
xəstələrin
sosial-psixoloji
reabilitasiyasını təmin etmək məqsədilə hər bir
narkoloji tibb müəssisəsində psixoloq olmalıdır.
Maddə 15. Narkoloji yardımın maliyyələşdirilməsi
15.1. Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilməsi qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
15.2.
Narkoloji
xəstəliklə
əlaqədar göstərilən
təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilir. Dövlət büdcəsinin vəsaiti
hesabına göstərilən narkoloji yardımın minimal
standartları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi
və ya pullu dövlət narkoloji tibb müəssisələrində
müalicə almaq istəyən narkoloji xəstələrin müalicəsi
onların öz şəxsi vəsaiti hesabına həyata keçirilir.
15.3. Narkotik vasitələrin, psixotrop maddələrin
qanunsuz dövriyyəsi və onların prekursorlarının
qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı
ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi
nəticəsində müsadirə olunmuş və dövlət hesabına
yönəldilmiş
əmlak
yalnız
narkomanlığın
profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan
şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf
edilir.
IV fəsil. Narkoloji xidmət sahəsində sosial tədbirlər
Maddə 16. Narkoloji xidmət sahəsində sosial tədbirlər
16.1. Narkoloji xidmətin məqsədlərinin təmin edilməsi
üçün həyata keçirilən sosial tədbirlər aşağıdakılardan
ibarətdir:
16.1.1. narkoloji xəstələrin valideyn qayğısından
məhrum
olan uşaqlarına sosial qayğının
göstərilməsi və onların hüquqlarının qorunması;
16.1.2. narkoloji xəstələrin və onların ailə
üzvlərinin sosial müdafiəsi və hüquqlarının
qorunması;
16.1.3. narkoloji xəstələrin cəmiyyətə qovuşması
üçün zəruri olan tədbirlərin görülməsi (narkoloji
xəstələrin iş yerləri və ya peşə bilikləri, habelə
yaşayış yeri olmayan narkoloji xəstələrin
müvəqqəti sığınacaq yerləri ilə təmin edilməsi).
16.2. çıxarılıb [Narkoloji xidmət sahəsində sosial
tədbirlər Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qəbul edilən vahid dövlət
proqramı əsasında həyata keçirilir].
16.3.
Narkoloji
xəstələrin
könüllü
müalicəsi
müddətində (sosial-psixoloji reabilitasiya dövrü daxil
olmaqla) onlara digər xəstəliklərin müalicəsi zamanı
tətbiq edilən bütün sosial təminatlar tətbiq edilir.
16.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin narkoloji
xəstəlikdən könüllü müalicəsi əmək müqaviləsinin ləğv
edilməsi üçün əsas ola bilməz.
16.5 Əmək qabiliyyətini itirmiş narkoloji xəstələrə
digər xəstələr üçün nəzərdə tutulmuş qaydada onların
səhhətinin vəziyyəti nəzərə alınmaqla əlillik və ya
sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir və
sosial təminat təyin edilir.
Maddə 17. Narkoloji xəstələrin cəmiyyətə qovuşması
17.0. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanları narkoloji xəstələrin cəmiyyətə
qovuşmasına yönəlmiş aşağıdakı tədbirləri həyata
keçirirlər:
17.0.1. narkoloji xəstəliklə əlaqədar könüllü
müalicə olunan şəxslərin müxtəlif peşələrə
yiyələnməsini təmin edir və onların işlə təmin
edilməsi üçün müəyyən yerlər ayırır;
17.0.2. yaşayış yeri olmayan narkoloji xəstələri
müvəqqəti sığınacaq yerləri ilə təmin edir;
17.0.3. narkoloji xəstələrin və onların ailə
üzvlərinin qarşılıqlı yardım qruplarını təşkil edir;
17.0.4. narkoloji xəstələrə və onların ailə üzvlərinə
hüquqi və ya digər yardım göstərən qeyri-
hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirir.
V fəsil. Narkoloji nəzarət sahəsində inzibati tədbirlər
Maddə 18. Narkoloji nəzarət sahəsində inzibati tədbirlər
18.0. Narkoloji nəzarətin məqsədlərinin təmin edilməsi
üçün həyata keçirilən inzibati tədbirlər aşağıdakılardan
ibarətdir:
18.0.1.
insan
psixikasına
təsir
göstərən
maddələrdən sui-istifadə edən şəxslərin aşkar
edilməsi və onların qeydiyyatının aparılması;
18.0.2.
narkoloji
xəstələrin
qeydiyyatının
aparılması;
18.0.3.
narkotik
vasitələrin
və
psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan
şəxslərin aşkar edilməsi və onların qeydiyyatının
aparılması;
18.0.4. sərxoşluq hallarının müəyyən edilməsi
məqsədilə tibbi müayinənin təyin və onun
aparılmasının təmin edilməsi;
18.0.5. sərxoşluq hallarının müəyyən edilməsi
məqsədilə tibbi müayinənin aparılması;
18.0.6.
insan
psixikasına
təsir
göstərən
maddələrdən
sui-istifadə
etməklə
öz
ailə
üzvlərinin maddi vəziyyətini pisləşdirən, onlara
qayğı göstərməyən, uşaqları ilə amansız rəftar
edən, onların tərbiyəsinə mənfi təsir göstərən,
habelə ətraflarındakı insanların hüquqlarını pozan
narkoloji xəstələrin aşkar edilməsi;
18.0.7. narkoloji xəstələr tərəfindən hüquq
pozuntularının törədilməsinin qarşısının alınması;
18.0.8. barəsində məcburi müalicə tətbiq edilmiş
şəxslərə dair məlumatların verilməsi;
18.0.9. insan psixikasına təsir göstərən maddələrin
sui-istifadəsi
ilə
bağlı nəticələrin (hüquq
pozuntularının törədilməsi, intihar etmə, əlillik və
ya sağlamlıq imkanlarının məhdudluğu, xəsarət
alma,
zəhərlənmə,
somatik
və
yoluxucu
xəstəliklərə düçar olma hallarının və s.)
qeydiyyatının aparılması;
18.0.10. məcburi müalicənin həyata keçirilməsinin
təmin edilməsi.
Maddə 19. Narkoloji xəstələrin qeydiyyatı
19.1. Narkoloji xəstələrin qeydiyyatı dövlət narkoloji
tibb müəssisələri tərəfindən aparılır.
19.2. Hər bir narkomanın narkoloji xəstə kimi
qeydiyyata alınması barədə məlumat narkotik
vasitələrin,
psixotrop
maddələrin
və
onların
prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat
bankına verilməlidir.
19.3. Qeyri-dövlət narkoloji tibb müəssisələri yalnız
dövlət narkoloji tibb müəssisələrində qeydiyyata
alınmış narkoloji xəstələrə narkoloji yardım göstərə
bilərlər.
19.4. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı aşağıdakı kateqoriyalar üzrə
narkoloji xəstələrin və insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə edən şəxslərin qeydiyyatını
aparır:
19.4.1. spirtli içkilərdən sui-istifadə edən şəxslər;
19.4.2. alkoqolizmə düçar olan şəxslər;
19.4.3. narkotik vasitələrdən və psixotrop
maddələrdən sui-istifadə edən şəxslər;
19.4.4. narkomanlığa düçar olan şəxslər;
19.4.5. bihuşedici maddələrdən sui-istifadə edən
şəxslər;
19.4.6. toksikomanlığa düçar olan şəxslər.
19.5. Qeydiyyatı aparan narkoloji tibb müəssisəsi
narkomanlığa düçar olan, habelə narkotik vasitələrdən
və psixotrop maddələrdən sui-istifadə edən şəxslər
barəsində
kəmiyyət
göstəricilərinin
ümummilli
məlumat bankına daxil edilməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
göndərir.
19.6. Narkoloji xəstələrin qeydiyyatının aparılması
qaydası və onların qeydiyyatda olma müddəti
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 20. Sərxoşluq hallarının müəyyən edilməsi
məqsədilə tibbi müayinənin aparılması
20.1. İnsan psixikasına təsir göstərən maddələrin
istifadə edilməsi nəticəsində yaranan sərxoşluq
hallarının bütün növlərinin müəyyən edilməsi
məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb
müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata
keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi
məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq
orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə
götürənin vəsatəti və ya müayinə olunan şəxsin
təşəbbüsü əsasında həyata keçirilir.
20.2. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə
tibbi müayinənin aparılması qaydası Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi
müayinənin
aparılması
üsulları
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən
təsdiq edilir.
20.3. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə
həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması,
müayinənin
aparılması
nəticəsində
yaranmış
mübahisələrin məhkəməyə qədər həll olunması üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının nəzdində münaqişə komissiyası təşkil edilir.
Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə
aparılan müayinənin nəticələrindən narazı qalan şəxs
mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi
üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət
edə bilər. Şəxsin münaqişə komissiyasına müraciət
etməsi onun məhkəməyə müraciət etmək hüququnu
məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş
ərizə üzrə qərar işin məhkəmə baxışına qədər
çıxarılmalıdır. Münaqişə komissiyasının tərkibi və
fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə
aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik
vasitələri və psixotrop maddələri istehlak etməsi
müəyyən edildikdə bu barədə məlumat narkotik
vasitələrin,
psixotrop
maddələrin
və
onların
prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat
bankına verilməlidir.
Maddə 21. Narkoloji xəstələr barəsində məhkəmə
qaydasında tətbiq olunan məcburiyyət tədbirləri
21.1. Cinayət törətmiş narkoloji xəstələr barəsində tibbi
xarakterli
məcburi
tədbirlər
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş
qaydada tətbiq edilir.
21.2. İnsan psixikasına təsir göstərən maddələrdən sui-
istifadə nəticəsində öz ailəsini ağır maddi vəziyyətə
salan şəxslərin fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən məhdudlaşdırıla bilər. Şəxsin məhdud
fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun
ailə üzvlərinin, Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi
barədə
işə Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada
baxılır.
21.2.1. Cinayət törətməmiş, lakin öz davranış və
hərəkətləri
nəticəsində
dəfələrlə
yaxın
qohumlarına maddi və mənəvi zərər yetirmiş,
uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların
hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş
könüllü müalicədən dəfələrlə imtina etmiş
narkomanlıq xəstəliyinə düçar olan şəxslər
barəsində Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə uyğun olaraq məcburi
tibbi tədbirlər tətbiq edilə bilər.
21.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə
müəyyən edilmiş qaydada narkoloji xəstələr valideynlik
hüququndan məhrum oluna bilərlər.
Maddə 22. Narkoloji xəstəliklərin doğurduğu nəticələrin
qeydiyyatı
22.1. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanları narkoloji xəstəliklərin və insan
psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə
bağlı nəticələrin (cinayətlərin törədilməsi, ölüm
hadisələri və onların səbəbləri, intihar etmə, əlillik və ya
sağlamlıq imkanlarının məhdudluğu, xəsarət alma,
zəhərlənmə, somatik və yoluxucu xəstəliklərə düçar
olma hallarının) qeydiyyatını aparırlar.
22.2. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı narkoloji xəstəliklərin və insan
psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə
bağlı nəticələr barəsində məlumatları toplayır,
sistemləşdirir və təhlil edir.
22.3.
Azərbaycan
Respublikasında bütün tibb
müəssisələri narkoloji xəstəliklərin və insan psixikasına
təsir göstərən maddələrin sui-istifadəsi ilə bağlı
nəticələr
barədə
məlumatları
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
təqdim etməyə borcludurlar.
VI fəsil. Narkoloji nəzarət sahəsində xəbərdaredici
tədbirlər
Maddə 23. Narkoloji nəzarət sahəsində xəbərdaredici
tədbirlər
23.1. Narkoloji nəzarət sahəsində xəbərdaredici
tədbirlər narkoloji nəzarət tədbirlərinin tərkib hissəsi
olaraq insan psixikasına təsir göstərən maddələrdən sui-
istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin
inkişafının və yayılmasının qarşısının alınmasına, insan
psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin
və narkoloji xəstəliklərin doğurduğu mənfi nəticələrin
narkoloji xəstə və cəmiyyət üçün yaratdığı ziyanın
azaldılmasına yönəlir.
23.2. Narkoloji nəzarət sahəsində xəbərdaredici
tədbirlər bütün təhsil, tibb və cəzaları icra edən
müəssisələrdə, hanelə narkoloji xəstəliklərə düçar olma
ehtimalı yüksək olan şəxslər arasında həyata keçirilir.
Narkoloji
nəzarət
sahəsində
həyata
keçirilən
xəbərdaredici tədbirlər aşağıdakılardan ibarətdir:
23.2.1. sağlam həyat tərzinin təbliğ edilməsi və
narkoloji xəstəliklərin yayılmasına qarşı təbliğatın
aparılması;
23.2.2. əhalinin insan psixikasına təsir göstərən
maddələrin istehlakının insanın, ailənin və
cəmiyyətin sağlamlığı üçün yaratdığı nəticələr,
insan psixikasına təsir göstərən maddələrin
vurduğu ziyanın azaldılması məqsədilə görülməsi
mümkün olan səmərəli tədbirlər, narkoloji
xəstələrin səhhəti üzərində nəzarətin imkanları
barədə məlumatlandırılması;
23.2.3. təhsil müəssisələrində insan psixikasına
təsir
göstərən
maddələrin
ziyanı barədə
mühazirələrin, seminarların, təlim məşğələlərinin
keçirilməsi;
23.2.4. narkoloji xəstələrə tətbiq edilə bilən
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə
tutulmuş
təsir
tədbirləri
və
məhdudiyyətlər barədə məlumatlandırılması;
23.2.5. narkoloji xəstəliklərə düçar olmaq ehtimalı
yüksək olan şəxslərin müəyyən edilməsi;
23.2.6. xəbərdaredici baxışların (yoxlamaların)
həyata keçirilməsi;
23.2.7.
insan
psixikasına
təsir
göstərən
maddələrdən sui-istifadə edilməsinin qarşısının
alınması məqsədilə ticarət, xidmət, reklam və
digər sahələrdə qanunvericilikdə nəzərdə tutulmuş
qadağanların tətbiq edilməsi.
23.3. Xəbərdaredici tədbirlərin həyata keçirildiyi tibb,
təhsil və cəzaları icra edən müəssisələrin rəhbərləri
dövlət narkoloji tibb müəssisələrinin mütəxəssisləri
tərəfindən həyata keçirilən xəbərdaredici tədbirlərə
mane olmamalı, ehtiyac olduqda yetkinlik yaşına
çatmayanlar, şagirdlər, tələbələr, çəhkum edilmiş
şəxslər arasında xəbərdaredici baxışların (yoxlamaların)
keçirilməsini təmin etməlidirlər.
23.4. Bütün səhiyyə işçiləri insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə edən şəxslərin
müəyyən edilməsinə diqqət yetirməlidirlər. Narkoloji
xəstəliklərin qarşısının alınması məqsədilə əhalinin
sağlamlığı sahəsində xidmət göstərilərkən insan
psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən
aşağıdakı şəxslərə xüsusi diqqət yetirməlidirlər:
23.4.1. yetkinlik yaşına çatmayanlara;
23.4.2. təhsil müəssisələrinin şagirdlərinə və
tələbələrinə;
23.4.3. hamilə və uşağı olan qadınlara;
23.4.4. peşə fəaliyyəti digər şəxslərin həyatı və
səhhəti üçün təhlükə ilə bağlı olan şəxslərə;
23.4.5. ağır xəstəliklə əlaqədar həkimin təyinatı
əsasında narkotik vasitələri və ya psixotrop
maddələri qəbul etmiş şəxslərə;
23.4.6. cəzaları icra edən müəssisələrdə cəza
çəkmiş şəxslərə;
23.4.7. ailə tərkibində narkoloji xəstə olan
şəxslərə;
23.4.8. müvəqqəti olaraq işsiz olan şəxslərə;
23.4.9. müəyyən yaşayış yeri olmayan şəxslərə;
23.4.10. yoluxucu xəstəliklərdən (HIV/AIDS-dən,
hepatitlərdən, cinsi yolla keçən xəstəliklərdən və
vərəm xəstəliyindən) əzab çəkən şəxslərə;
23.4.11. psixi xəstələrə;
23.5. çıxarılıb [Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanları narkoloji xəstəliklərin
profilaktikası üzrə vahid dövlət proqramını hazırlayır və
həyata keçirir].
Maddə 24. Narkoloji nəzarətin təmin edilməsinə
yönəldilmiş xüsusi tədbirlər
24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması
hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış
şəxslərə tütün məmulatlarının və spirtli içkilərin
satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla
ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi
qadağandır.
24.2. Azərbaycan Respublikasının ərazisində istehsal
olunan bütün spirtli içkilərin və tütün məmulatlarının
qabları üzərində onların insanın səhhətinə göstərdiyi
mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına
çatmamış şəxslərə satılmasının qadağan edilməsi
haqqında qeydlər olmalıdır.
24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və
dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə
fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə
mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər
işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir
dəfədən
az
olmayaraq
dövlət
narkoloji
tibb
müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan)
keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi
qaydası Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
VII fəsil. Yekun müddəalar
Maddə 25. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanundan irəli gələn tələbləri pozan şəxslər
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 26. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 29 iyun 2001-ci il
№ 161–IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (8 sentyabr 2001-ci
il, № 205).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 577).
19 aprel 2002-ci il tarixli 310–II QD nömrəli; 5 dekabr 2003-
cü il tarixli 539–II QD nömrəli; 17 aprel 2007-ci il tarixli 313–III QD
nömrəli; 9 oktyabr 2007-ci il tarixli 429–III QD nömrəli; 13 iyun
2008-ci il tarixli 648–III QD nömrəli; 7 mart 2012-ci il tarixli 313–
IV QD nömrəli qanunlara əsasən edilən əlavə və dəyişikliklər
kursivlə verilmişdir.
Dostları ilə paylaş: |