Soyad: Xəlili Fakültə: Elektronika, elektrotexnika və avtomatika İxtisas: Prosesslərin avtomatlaşdırılması mühəndisliyi



Yüklə 1,07 Mb.
tarix25.04.2023
ölçüsü1,07 Mb.
#102100
Dövrü qanun, dövrü sistem.Atomun elektron quruluşu 1


Ad: Nicat
Soyad: Xəlili
Fakültə: Elektronika, elektrotexnika və avtomatika İxtisas: Prosesslərin avtomatlaşdırılması mühəndisliyi
Qrup: 272a2
Fənn: Kimya
Müəllim: Mirzəyeva Gülnaz
Sərbəst işin adı: Dövrü qanun, dövrü sistem.Atomun elektron quruluşu
Dövri sistem dövri qanunu və elementlərin atom quruluşunu əks etdirir. Müasir dövri sistemdə 110-dan çox element vardır. Dövri sistemin 500-dən çox təsvir variantı vardır. Əsasən iki formadan - qısadövrlü və uzundövrlü formadan istifadə olunur
Dövri sistemin qısadövrlü formasında 7 dövr, 10 sıra və 8 qrup vardır.
Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi düzülmüş elementlər ardıcıllığına dövr deyilir.
Birinci üç dövr kiçik dövr, qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki - tək və cüt sıradan ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı energetik səviyyələrin sayına bərabərdir.
Dövrlərdə olan elementlərin sayı tək dövrlər üçün 0,5(n+1)2, cüt dövrlər üçün isə 0,5(n+2)2 ifadələri ilə tapılır. Burada n - dövrün nömrəsidir. Beləliklə, 1-ci dövrdə, ikinci və üçüncü dövrlərdə 8, dördüncü və beşinci dövrlərdə 18 element, altıncı və yeddinci dövrlərdə isə 32 element olmalıdır.
Lakin yeddinci dövr hələ ki, tamamlanmayıb odur ki, bu dövrdə hələ 32 element yoxdur.
6-cı dövrdə lantandan, 7-ci dövrdə isə aktiniumdan sonra 14 f-elementi gəlir. Bu elementlər müvafiq olaraq, lantanoidlər və aktinoidlər adlanır. Onlar şərti olaraq, lantanla və aktiniumla bir xanada olub, cədvəlin aşağısında ayrıca olaraq yerləşdirilir.
Dövri cədvəlin şaquli sütununda yerləşmiş elementlər ardıcıllığına qrup deyilir. Bir qayda olaraq elementin ən yüksək müsbət oksidləşmə dərəcəsi və ən yüksək valentliyi qrupun nömrəsinə uyğun gəlir. 
Bunun səbəbi bir qrupda yerləşmiş elementlərin atomlarında qrupun nömrəsinə bərabər sayda valent elektronlarının olmasıdır. N, O, F, Au, Cu elementləri bu baxımdan istisnadır.
Lakin bir qrupda yerləşən elementlərin xassələrində fərq də vardır. Bu səbəbdən hər bir qrup əsas və əlavə yarımqruplara bölünür.Həm kiçik, həm də böyük dövrün elementlərindən (s və p- elementləri) ibarət olan yarımqruplara əsas yarımqrup deyilir. 
Yalnız böyük dövrlərin elementlərindən (d- elementləri) ibarət olan yarımqrupa əlavə yarımqrup deyilir. Əlavə yarımqruplar yalnız metallardan ibarətdir. 8-ci qrupda bir əsas və üç əlavə yarımqrup - dəmir, kobalt, nikel yarımqrupları yerləşir. Əsas yarımqrup elementlərinin atomlarında valent elektronlarının hamısı xarici səviyyədə yerləşir.
Əlavə yarımqrup elementlərinin atomlarında xarici səviyyədə adətən 2 (və ya 1) elektron yerləşir, qalan valent elektronları isə axırdan ikinci səviyyənin - d- yarımsəviyyəsini tamamlayır. (lantanoid və aktinoidlərdə valent elektronları ilə müvafiq olaraq 4f- və 5f- yarımsəviyyələri tamamlanır).
Elektronlar atomun xarici sferasında hərəkət edən mənfi yüklü zərrəciklərdir. Elektronun kütləsi protonun kütləsindən 1836 dəfə kiçik olub, 9,1*10-31 kq-dır. Atom nüvəsi ətrafında elektronlar nizamsız "yerləşmirlər". Elektronlar atom nüvəsindən uzaqlaşdıqca onların energetik vəziyyətləri daha böyük olur. Atomun nüvə ətrafı fəzasında yaxın energetik vəziyyətdə olan elektronlar energetik səviyyələri təşkil edir
Elektronlar. Energetik səviyyələr.
Energetik səviyyələr K, L, M, N, O, P, Q hərfləri ilə işarə olunurlar. Aydındır ki, bir energetik səviyyədə bir neçə elektron "yerləşir". Bu elektronlar da öz enerjilərinə görə bir-birlərindən fərqlənirlər. Lakin bu fərq energetik səviyyələrin elektronları arasındakı fərqdən azdır. Buna görə də energetik səviyyələr yarımsəviyyələrə bölünürlər. Bir yarımsəviyyənin elektronları öz enerjilərinə görə eyni olurlar. Yarımsəviyyələr s, p, d və f hərfləri ilə işarə olunurlar. Bu hərflər natrium atomunun spektrində spektrial seriyaların ingiliscə adlarının (müvafiq olaraq sharp, principial, dyffuse, fundamental) ilk hərfləridir.
Atomda elektronların energetik vəziyəti kvant ədədləri ilə müəyyən olunur. Hər bir yarımsəviyyənin elektronları nüvə ətrafında özünəməxsus kvant-mexaniki hərəkət etməklə elektron buludu əmələ gətirirlər. Bu elektron buluduna orbital da deyilir. Orbital nüvə ətrafında fəzanın elə sahəsidir ki, burada elektronun olması ehtimalı 90%-dən az deyil. Bir orbitalda iki elektron hərəkət edə bilər.
Hər bir elektron öz xəyali oxu ətrafında da fırlanma hərəkətini yerinə yetirirlər. Elektronun öz oxu ətrafında hərəkətinə spin deyilir. Hər yarımsəviyyə digər yarımsəviyyədən öz orbitallarının forması və sayı ilə fərqlənir. Orbitallar müvafiq yarımsəviyyənin işarə olunduğu hərf və fəza dekart koordinat sistemində tutduqları vəziyyət ilə ifadə olunurlar. Belə ki, elektronların nüvə ətrafında hərəkət edərək əmələ gətirdikləri elektron bludları müxtəlif formaya malikdir. Hər bir energetik səviyyənin ən aşağı energetik yarımsəviyyəsini (s-yarımsəviyyə) əmələ gətirən elektronlar kürəşəkilli elektron buludu əmələ gətirirlər.
p-yarımsəviyyənin elektronları həcmli səkkizvari - qantelvarı elektron buludu əmələ gətirirlər. p-yarımsəviyyəsinin üç orbitalı fəzada vəziyyətlərinə görə px, py, pz - hərfləri ilə işarə olunurlar.
d-yarımsəviyyənin elektronları dörd həcmli ləçəkdən ibarət xaçşəkilli elektron buludları əmələ gətirirlər. Bu energetik səviyyədə beş ədəd elktron orbitalı vardır: dz2, dx2-y2, dxy, dyz, dxz.
f-yarımsəviyyəsinin yeddi elektron buludu çox mürəkkəb quruluşa malik olub, fəzada müvafiq koordinatları tuturlar.
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin