TƏCRÜBLƏRĠN MƏQSƏDĠ VƏ QOYULUġU
Tədqiqat işlərimiz Abşeronda (AMEA Mərkəzi Nəbatat
Bağında) və Şirvanda (Kürdəmir qayonu Karrar təcrübə dayaq
məntəqəsində) istehsalat miqyasında 2 hektar sahədə
aparılmışdır. Təcrübələrin əsas məqsədi boyaq zəfəranının
səpini üçün sahənin seçilməsi və səpinə hazırlanması, səpinin
sənaye miqyasında aparılmasının texnologiyası, toxumla
səpilmış plantasiyanın becərilməsinin mexanikiləşdirilmiş
aqrotexnikasını öyrənməkdən ibarət olmuşdur.
Boyaq zəfəranının çiçəklərinin 4-5 təkrarda yığılması və
onların keyfiyyətli qurudulması üçün quruducu binaların
hazırlanması və onların qızdırıcılarla optimal səviyyədə təmin
olunması tədqiqatda nəzəri-praktiki əhəmiyyət kəsb edir.
Toplanmış xammalın (çiçək və toxumun) keyfiyyətli saxlanması
üçün də obyektiv texniki şərtlərə əməl olunması tədqiqat obyekti
olmuşdur.
Bundan əlavə heyvandarlıqda və quşçuluqda yaşıl və qaba
yem kimi istifadəsini nəzərə alaraq onun yerüstü hissəsinin
müxtəlif (35-50 sm) hündürlükdən biçilməsi və bərpasının nə
yolla və hansı istiqamətdə getməsi araşdırılmışdır.
Belə ki, biçilmiş sahədən gövdələrin bərpası və bərpadan
əmələ gəlmiş bitkilərin böyüməsinin nəzarət bitkilərə nisbətən
15-20 sm qısa olmasına baxmayaraq gövdə üzərində əmələ
gəlmiş qozaların miqdarı, müqayisəli olaraq çiçək və toxum
yığımından toplanmış kütlənin keyfiyyət və çəkisi nəzarətlə
müqayisəli araşdırılmışdır.
TƏCRÜBƏLƏRĠN NƏTĠCƏLƏRĠ
Sahənin seçilməsi və səpinə hazırlanması. Boyaq zəfəranı
səpini üçün küləklərdən qorunmuş yüngül və ağır gilli, nisbətən
düz və münbit torpaq sahələri seçilməlidir. Şoran, bataqlıq və
qrunt suları nisbətən üzdə (45-50 sm) olan torpaqlar boyaq
zəfəranı üçün yaramır, çünki zəfəran suya az tələbkar, quraqlığa
davamlıdır. Sahələr seçilərkən hava şəraitindən asılı olaraq
plantasiyanı bir, bəzən də iki dəfə suvarılması zamanı suyun
göllənməməsi üçün sahə şumdan əvvəl tam hamarlanmalıdır.
Yayda və yaxud da erkən payızda əsas şum altına 20-25 ton
peyin və illik kübrə normasının 70-80%-ni, belə ki, 5 ton
superfosfat, 1 ton kalium-sulfat verib 25-30 sm dərinliyində
şumlanır. Əgər şum yayda aparılıbsa qış aratına kimi şumda
əmələ gəlmiş alaqları məhv etmək məqsədilə 12-15 sm
dərinliyində ikiləmə aparılaraq torpaq becərilir. İkiləmə aparılan
sahədə suvarma arxları çəkilərək dekabrın axırı – yanvarın
əvvəlində hektara 650-800 m
3
su verərək arat edildikdə səpin
vaxtına kimi torpaq tamhazır olur.
Hava şəraitindən və imkandan asılı olaraq qışda arat
edilməmiş sahəyə yazqabağı səpindən 25-30 gün qabaq peyin və
kübrə verməklə şumlamaq və təcili olaraq hektara 550-600 m
3
su verməklə (qaçaraq) arat etmək lazımdır. Qaçaraq arat
aparılmış sahə səpin vaxtına kimi torpaq hazır olur və səpin
aparmaq nisbətən məqsədəuyğun olur.
Boyaq zəfəranının səpin texnologiyası. Azərbaycanın aran
rayonlarında torpağın sutkalıq temperaturasından asılı
olmayaraq arat edilmiş sahədə aprelin I-II ongünlüyündə
torpağın aratı qaçmasın deyə, onun hazır olmuş yerlərində
malalama aparılıb, səpinə hazır vəziyyətdə saxlamaq lazımdır.
Malalanmış sahədə aprelin II-III ongünlüyündə, hava şəraitindən
asılı olaraq bəzən də mayın əvvəlində torpağın sutkalıq
temperaturu +10-12 C olanda səpin aparmaq məqsədəuyğundur.
Uzun müddətli tədqiqatlarımızın nəticələrindən aydın
olmuşdur ki, boyaq zəfəranının toxumları səpinqabağı
təmizlənərək 24-36 saat isladıldıqda müxtəlif səpin vaxtından və
dərinliyindən asılı olaraq səpilmiş toxumların 65-70%-i 6-8-ci
gününədək cücərti verir (cədvəl 1).
Səpindən qabaq boyaq zəfəranının quru toxumları hektara
45-50 kq hesabilə kisələrə yığıb, xüsusi hazırlanmış hovuzlarda
24-36 saat isladılır. İsladılmış toxumlar rütubətli olduğundan
bir-birinə yapışdığına görə səpin aqreqatından normal sıxlıqda
keçmir və bərabər səpilmir. Məhz buna görə də səpinə 2-3 saat
qalmış toxumlar brezent üzərinə sərilərək nisbətən qurudulur.
Qurudulmağa sərilmiş toxumların bir-birinə yapışmayanlarından
CXT 4
a
(90 sm) toxumsəpən aqreqatın qazanlarına yarımsına
kimi doldurmaq və nizamlayıcını toxum normasına müvafiq
qoymaqla
3,0-3,5
sm
dərinlikdə
səpini
aparmaq
məqsədəuyğundur.
Cədvəl 1
Boyaq zəfəranının toxumlarından cücərtilərin alınması
Sıra
№-
si
Tədqiqatın
aparıldığı zona
Lentvari üsulla səpin
Vaxtı Dərinliyi,
sm
Toxumun
miqdarı,
1 m-də ədədlə
Cücərtilərin
alınması
Vaxtı Miqdarı,
ədədlə
1 Abşeron
(AMEA-nın
Mərkəzi Nəbatat
Bağı)
10.IV
2
15
18.IV
12
«---»
3,5
«---»
19.IV
12
20.IV
2
«---»
28.IV
13
«---»
3,5
«---»
29.IV
12
2 Şirvan (AMEA-
nın Karrar dayaq
məntəqəsi)
12.IV
2
15
20.IV
11
«---»
3,5
«---»
22.IV
10
22.IV
2
«---»
30.IV
10
«---»
3,5
«---»
01.V
9
Boyaq zəfəranının becərilmə aqrotexnikası. Vegetasiya
dövründə hava şəraitindən asılı olaraq səpinin 6-7 günü kütləvi
cücərtilər alınır. Cücərtilərin kütləvi alınmasından 20-25 gün
sonra boyaq zəfəranı bitkilərinin boyu 12-15 sm olan zamanı
plantasiyada cərgəarası 90 sm-lik kultivatorla birinci becərmə
aparılır. Hava şəraitindən, yəni yağıntıların miqdarından asılı
olaraq torpaqda rütubət normal miqdarda 70-75% olarsa birinci
becərmə zamanı (25-30 may), rütubət 50-60% olarsa birinci
suvarmadan sonrakı becərmə zamanı (15-20 iyun) mineral
kübrələrin
qalan
30%-ni
yemləmə
kimi
vermək
məqsədəuyğundur. Beləliklə, birinci becərmədən sonra zəfəran
sahəsində 90x20 sm qida sahəsində gövdəsi nisbətən sağlam
qalan bitkiləri saxlamaqla seyrəltmə aparılır. Seyrəltmə zamanı
zəfəran sahəsinin bir hektarında 83-84 min bitki saxlanması
məqsədəuyğundur. Vegetasiya müddətində zəfəran sahəsində,
hava şəraitindən asılı olaraq kütləvi qönçələmə vaxtına kimi bir
dəfə becərmə aparılmalıdır. Suvarmadan sonra torpaq arata
düşən kimi becərmə aparılmalıdır. Əgər müxtəlif səbəbdən
suvarmadan əvvəlki becərmədə yemləmə kübrəsi verilməmişsə,
bu kübrəni suvarma üçün şırımlar açılarkən hökmən vermək
lazımdır. Becərmə apararkən yemləmə kimi illik kübrə
normasının 30%-i qədəri, yəni hektara 200 kq ammonium
şorası, 500 kq kalium-fosfat və 1 ton dənəvər superfosfatı
verilməsi məqsədəuyğundur. Əvvəlki becərmələrdə olduğu kimi
kultivatorla cərgəarası becərilərkən bitkilərin dibində olan
alaqları əl ilə çəkilir və bitki aralarındakı alaqları isə kətmənlə
təmiz vurulur. Çünki sahədə alaqların olması yığım zamanı
fəhlələrin sərbəst hərəkətinə maneçilik törədir və məhsul itkisinə
səbəb olur.
Xammalın – yetişmiş çiçəyin yığılması. Kənd təsərrüfatında
becərilən bütün bitkilərdən fərqli olaraq boyaq zəfəranının
çiçəklərinin yığılmasının özünəməxsus xüsusiyyətləri vardır.
Belə ki, yığıma başlamazdan əvvəl quruducu binanı tam işçi
vəziyyətinə salmaq lazımdır. Quruducu binada çiçəklər
ləmələrdə (stellajlarda) qurudulan zaman xammal günəş
şüalarından qorunmalıdır. Çünki günəş şüaları zəfəranın
özünəməxsus ətrinə, rəngi, dadına və keyfiyyətinə mənfi təsir
edir.
Quruducu binanın ləmələrini dəmir tordan və taxtadan
düzəltmək və ləmələrin üzərinə ağ parça və ya rəngsiz kağız
sərərək zəfəran çiçəklərini qurutmaq lazımdır.
Müxtəlif zonalarda müxtəlif variantlarda səpini aparılmış
boyaq zəfəranının toxumlarından cücərtilərin alınması variantlar
arasında olan fərq nəzərə çarpacaq dərəcədə olmasa da, onların
böyümə və inkişafı arasındakı fərq kəskindir (cədvəl 2).
Cədvəl 2
Toxumdan becərilmiş boyaq zəfəranınn fazalarının inkişafı
Tədqiqatın
aparıldığı
zona
səpin
Fazaların inkişafı
vaxtı dərin-
liyi, sm
qönçələmə
çiçəkləmə
yetişmə
baş. qur.
baş.
qur.
baş.
qur.
Abşeronda 22.IV
3,5
10-
15.V
20-
25.VI
10.15-
.VII
5-
10.VII
5-
10.VII
2-
8.VIII
Şirvanda
20.IV
3,5
5-8.V 20-
25.VI
10.15-
.VII
5-
10.VII
5-
10.VII
15.VII
I
Variantlar arasında olan fərq vegetasiyanın gedişində,
fazaların inkişafı mərhələlrində getdikcə özünü daha aydın
biruzə verir. Beləliklə, müxtəlif zonalarda istehsalat şəraitində
becərilmiş boyaq zəfəranının səmərəliliyini aydınlaşdırarkən
məlum olmuşdur ki, Şirvanda becərilmiş zəfəran yüksək
səmərəliliyə malikdir.
Yığıma səhər tezdən sahədə zəfəran bitkilərinin orta
hesabla hər bir kolunda 2-3 ədəd çiçəkləmiş qoza olanda
başlamaq lazımdır. Yığılmış çiçəkləri toplamaq üçün yuxarıda
qeyd etdiyimiz xüsusi döşlük və yaxud 0,2-0,3 mm-lik toru
(setkası) olan vedrədən istifadə etmək lazımdır. Sahəyə daxil
olarkən mayalanma getmiş və rəngi dəyişmiş çiçəkləri toplamaq
lazımdır. Məhz ona görə də çiçəkciklərin rəngi tünd zoğalı-
qırmızı çalan qozalardan yığım aparmaq məqsədəuyğundur.
Çiçəkləri toplayan kimi hökmən quruducu binaya aparıb, səliqə
ilə sərmək lazımdır. Yığım zamanıçiçəkləri qozalardan əl ilə
çəkərkən o biri əl ilə qozanı tutmaq lazımdır ki, qoza qırılmasın.
Çünki hər bir qozadan xammalın yığılmasından asılı olaraq
Abşeron və Şirvanda 3 və bəzən də 4 dəfə çiçək toplamaq
mümkündür. İqlim-torpaq şəraitindən asılı olaraq qozalar
müxtəlif vaxtlarda əmələ gəlirvə deməli müxtəlif vaxtda da
yetişir. Digər tərəfdən də çiçəklərin hamısı eyni vaxtda açılıb
yetişmir və yığıma eyni vaxtda hazır olmur. Yığımın təşkilindən
və məhsulun miqdarından asılı olaraq yığım bir növbəli
aparılarsa daha yaxşı nəticə verir.gəldiyi kimi növbəli də
yetişirlər. Eləcə də qozalarda çiçəklərin ortada olanları əvvəlcə,
kənardakılar isə tədricən sonra açılırlar. Yığımın təşkilindən
məhsulun miqdarından asılı olaraq, yığım bir növbəli aparılarsa
daha yaxşı nəticə verir. Toplanmış çiçəkləri birinci dəfə sərərkən
qalınlığı 0,8-1,0 sm-dən qalın olmamalıdır.
Zəfəran sahəsindən çiçəklərin yığımı planlı şəkildə
aparıldıqda və gündəlik yığılmış sahələr qeydə alındıqda
sahələr qarışıq salınır. Sahələrdən çiçəklərin yığımı aqronomik
qaydada aparılarsa, plantasiyada qozaların bütün toxumları
normal yetişir, cücərmə enerjisi və qabiliyyəti yüksək olur.
Xammalın qurudulması və saxlanması. Zəfəranın çiçək-
lərinin qurudulması çox həssaslıq tələb edir. Zəfəran sahə-
lərindən yığılmış çiçəkləri aqronomik qaydada vaxtında qurudu-
cu binaya gətirib, onları stellaja (ləmələrə) sərməklə tez və
keyfiyyətli qurutmaq olur. Çiçəklərin normal quruması üçün hər
gün ləmələrə sərilmiş materialı saat 12
00
-da və 18
00
-da səliqə ilə
çevirmək lazımdır. Ləmələrdə sərilmiş materialın normal
qurumasına və onun tərkibində qalacaq nəmliyi dəqiq təyin
etmək məqsədilə çiçəkləri ovucda sıxmaq lazımdır. Əli açan
kimi çiçəklər qalxarsa qurumuş hesab edilir. Qurumuş çiçəklərin
tərkibində 10-12% nəmlik qalmalıdır ki, saxlama zamanı öz
keyfiyyətini itirməsin. Çiçəklərin yığımından asılı olaraq yaş
xammalın 25-30%-i quru çıxım verir. Zəfəranın qurumuş
çiçəklərini 100-200 q-lıq polietilen qatı olan kisələrə yığıb, hər
kisənin ağzını səliqə ilə ayrılıqda bağlamaq lazımdır.
Qurudulmuş çiçəkləri istifadə olunana kimi xüsusi hazırlanmış
ləmələri olan, havası dəyişdirilən rütubətsiz anbarın ləmələrində
saxlamaq məqsədəuyğundur. Zəfəran çiçəklərinin telləri becəril-
məsindən asılı olaraq 2-2,5 (4) sm uzunluqda olur.
Xammalın üyüdülməsi və istifadəsi. Zəfəranın yeyinti
sənayesində istifadəsi zamanı onun üyüdülməsi bizim
tərəfimizdən məqsədə uyğun hesab edilmiş və 8 mm-lik
mikrodəyirmanında müxtəlif dəyişikliklər edilməklə xüsusi
dəyirman hazırlanmışdır. Onunla ev şəraitində saatda 2-3 kq
xammalı normal narınlıqda üyütmək olur. Zəfəranı qəhvə
üyüdən dəyirmanda da üyütmək mümkündür.
Elmi təbabətdə zəfəran tinkturası – cövhəri şəklində, eləcə
də tiryək damcısı tərkibində mədə-bağırsaq xəstəliklərinin
müalicəsində sakitləşdirici və ağrıkəsici dərman kimi işlədilməsi
məqsədəuyğundur.
Toxumun yığılması və saxlanması texnologiyası. Boyaq
zəfəranının toxumları tam yetişən zaman qozaların çiçək
yanlıqları nisbətən açılır. Çiçək yığımı qurtardıqdan 15-20 gün
sonra hava şəraitindən asılı olaraq toxumlar tamam bərkiyir.
Toxum avqustun axırlarında, sentyabrın əvvəllərində yığılır.
Kiçik sahələrdən qozalar bağ qayçısı ilə kəsilərək brezent
üzərinə tökülür, paya ilə və yaxud da ayaqlamaqla əzilir və
sovrularaq təmizlənir.
Cədvəl 3
Boyaq zəfranı bitkisinin becərilməsinin iqtisadi səmərəsi
№
Göstəricilər
Orta hesabla
1
Məhsuldarlıq, h/s-lə
Çiçək
Toxum
2,4
50,0
2
Bir sentner məhsulun satış qiyməti
(manatla)
Çiçək
Toxum
100000000
100000
3
Bir
hektardan
alınan ümumi
məhsulun qiyməti (manatla)
Çiçək
Toxum
240000000
5000000
4
Bir hektara çəkiəln xərc (maya
dəyəri)
140000
5
Bir hektardan alınan xalis gəlir
(manatla)
245000000
6
Bir sentner boyaq zəfəranının maya
dəyəri (manatla)
48750000
7
Rentabellik səviyyəsi, %-lə
175
8
Xərclənən 1 manata alınan xalis
gəlir (manatla)
1,75
9
Bir sentner məhsul istehsalına sərf
olunan müstəqim əmək məsrəfi
(adam saat)
850
Qeyd: 2004-cü ilin qiymətləri ilə hesablanmışdır
Zəfəran plantasiyasından istehsalat miqyasında toxumu
taxılbiçən kombaynla biçib toplamaq daha məqsədəuyğundur.
Yığılmış toxumu 30 kq-lıq kisələrə yığıb, rütubətsiz anbarda
müxtəlif məqsədlər üçün istifadə olunana kimi saxlamaq
lazımdır.
Xəstəlik və zərəvericilərdən qorunması. Tədqiqat illərində
boyaq zəfəranı sahəsində bitkilərdə xəstəlik müşahidə
edilməmişdir. Bəzi hallarda müxtəlif zərqanadlılar və çəyirtgələr
sahələrə zərər vururlar. Onlara qarşı mübarizə tədbirlərini
qönçələmənin başlanmasından çiçəkləməyə qədər olan vaxtda
aparmaq lazımdır. Mübarizə üsulu B-58-in 0,2%-li məhlulu ilə
fazalonun (10 litr suya 20 q) qarışıqından istifadə etməkdən
ibarətdir.
ƏDƏBĠYYAT
1.
Барженов Д.И. Сафлор и его применение. Ученые
записки Уральск. Пед. Инст., 1956, т. 3, вып. 8.
2.
Qasımov M.Ə. Azərbaycanın boyaq bitkiləri.
Azərnəşr, Bakı, 1983, 92 s.
3.
Karyagin İ.İ. Azərbaycan Florası. Bakı, 1961, c. VIII,
s. 478-481.
4.
İsmayılov N.M., Quliyev A.A., İbrahimov A.Ş.,
Məmmədov Q.M. Naxçıvan MR-də saflor növlərinin
yayılması və onların fitosenoloji xarakteristikası.
Azərb. EA xəbərləri, 1981, №5, s. 9-13.
5.
Minkeviç İ.A., Borkovskiy V.E. Masliçnıe kulğturı.
M., Qos. İzd. s/x literaturı, 1955, s. 295-296.
6.
Жуковский П.М. Культурные растения и их
сородичи. Л., Колос, 1971, с. 383-384.
7.
Rollov A.X. Qafqazın yabanı bitkiləri, onların
yığılması, xassəsi və istifadəsi. Tbilisi, 1908.
Дж.Д. Мирзалиев
ОСОБЕННОСТИ ВОЗДЕЛЫВАНИЯ И
ЭКОНОМИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ САФЛОРЫ
(Carthamus tиnctorиus L.) В ОПЫТНО-
ПРОМЫШЛЕННЫХ УСЛОВИЯХ АЗЕРБАЙДЖАНА
С целью создания опытно-промышленных плантаций
сафлоры, семена в количестве 50 кг были посеяны в апреле
на глубину 3,0-3,5 см на аратных почвах семяпосевным
агрегатом СХТ4а (90 см).
На созданных, в условиях Абшерона и Ширвана,
плантациях сафлоры целесообразно проводить 3-х разовое
культивирование и агротехнические работы до конца
вегетационного периода, затем через каждые 5-6 дней
производить 4-5-ти разовый ручной сбор цветков в течение
вегетационного периода. Урожай в среднем составляет:
цветков - 230-240 кг/га, семян - 5,0-5,5 т/га.
В периоды массового цветения оптимальная высота
надземной части достигает 50 см и при укосе можно
собрать 25-30 т/га зеленой массы. Восстановление
укошенной плантации сафлора наступает через 30-35 дней.
Проведенные опытно-промышленные исследования
показали, что в условиях Абшерона и Ширвана
экономически выгодно (до 175% рентабельности) на
фермерских предприятиях заниматься созданием плантаций
сафлора. Экономическая целесообразность и низкая
себестоимость – это актуальность данной работы.
BAZI ANTEPFISTIĞI (PİSTACİA L.) ANAÇLARINDA
KÖK GELĠġĠMĠNĠN ĠNCELENMESĠ (TÜRKĠYE)
GÖKÇEK Ö.,* ZEYNALOV Y., YAYLA F.,
*
ÇETĠNKAYA H.,* ĠBADLI O., KASIMOV ġ.,
HÜSEYNOVA N.
Gaziantep Güneydoğu Anadolu bölgesinde yer alır ve
Antepfıstığının gen merkezi olarak bilinir. 99273 ha alanda bir
çok yerli ve yabani türler yetiştirilir. Bu çalışmada Pistacia
türlerine ait P. vera L, P. khinjuk Stocks, P. atlantica Desf, P.
terebinthus L, P. mutica ve P. palaestina Boiss. kullanılmış,
kalitatif ve kantitatif özellikleri incelenmiştir. Kazık kök ve yan
kök gelişimi bakımından türler arasındaki farklılıkları bulunması
amaçlanmıştır. Yetiştiricilik ve verim açısından en iyi anacın
belirlenmesi önem taşımaktadır. Türler arasındaki kazık kök
boyunun uzunluğu 54-80 cm arasında değişmiştir. Elde edilen
bu sonuçlara göre kazık kök gelişimi P. mutica ve P.
terebinthus‟ta daha iyi olduğundan sulama imkanının olmadığı
kıraç topraklarda anaç olarak kullanılabilir. Türler arasındaki
yan kök sayısı ise 68-134 adet arasında değişmiştir. Yan kök
sayısı bakımından P. vera ön plana çıktığından uygun sulama
tekniği kullanılmak şartıyla sulanan topraklarda anaç olarak
kullanılması uygun olacaktır.
MATERYAL VE METOD
*
Gazиantep Цnиversиtesи Fen Edebиyat Fakцltesи Bиyolojи Bюlцmц 27310 Шahиnbey /
Gazиantep
Bu çalışma 2000-2002 tarihleri arasında yürütülmüştür.
Çalışmada ; P. vera L. , P. khinjuk Stocks, P. atlantica Desf,
P. mutica F.et M, P. palaestina Boiss ve P. terebinthus
L.türleri kullanılmıştır.
Çalışmada kullanılan Pistacia türlerine ait tohumlar
Antepfıstığı Araştırma Enstitüsünden temin edilmiştir. Bu
çalışma Gaziantep Üniversitesi Nizip Meslek Yüksekokulunda
ve Gaziantep Üniversitesi Fen Edebiyat Fakültesi Biyoloji
Bölümü ile Gaziantep Üniversitesi Botanik Bahçesine
introdüksiyonu gerçekleştirilen türler üzerinde yapılmıştır.
Türlerin teşhisi Davis‟e göre, kök sisteminin incelenmesi,
Kolesnikov(1974)’e ve Zeynalov (1988)‟e göre yapılmıştır.
Pistacia türleri arasındaki gelişme hızını ve farklılığı ortaya
çıkarmak için hızlı büyüme periyodunda 3 kez 10 gün
aralıklarla, yavaş büyüme periyodunda 2 kez 20 gün aralıklarla
ve 1 kezde yaz dinlenme periyodunda olmak üzere toplam 6
ölçüm yapılmıştır. Her ölçümde her türden 5‟şer adet bitki
sökülerek kullanılmıştır. Bu ölçümlerde kullanılan bitkiler
plastik tüplerde yetiştirilmiştir. Bir yaşındaki Pistacia türlerine
ait yoz ve çöğürlerden 5‟er adet bitki Botanik Bahçesine
dikilmiştir. 2. yılın sonunda bitkilerin dinlenmeye girdiği
vegetasyon dönemi sonunda her türden 3 bitki topraktan
sökülüp, ölçümleri yapılarak 2 yıllık bitkilerdeki gelişim
durumu ortaya konulmuştur
Çimlenen bitkilerin fenolojik özellikleri Zeynalov (1996 ve
1998) ile Zeynalov ve Kuluyev (1989)‟e göre yapılmıştır.
TOHUMLARIN KATLANMASI
Dostları ilə paylaş: |