AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məRKƏZĠ NƏbatat bağI


TƏCRÜBLƏRĠN MƏQSƏDĠ VƏ QOYULUġU



Yüklə 5,39 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix28.01.2017
ölçüsü5,39 Mb.
#6554
1   2   3   4   5   6   7   8   9   ...   19

TƏCRÜBLƏRĠN MƏQSƏDĠ VƏ QOYULUġU 
 
Tədqiqat  işlərimiz  Abşeronda  (AMEA  Mərkəzi  Nəbatat 
Bağında)  və  Şirvanda  (Kürdəmir  qayonu  Karrar  təcrübə  dayaq 
məntəqəsində)  istehsalat  miqyasında  2  hektar  sahədə 
aparılmışdır.  Təcrübələrin  əsas  məqsədi  boyaq  zəfəranının 
səpini  üçün  sahənin  seçilməsi  və  səpinə  hazırlanması,  səpinin 
sənaye  miqyasında  aparılmasının  texnologiyası,  toxumla 
səpilmış  plantasiyanın  becərilməsinin  mexanikiləşdirilmiş 
aqrotexnikasını öyrənməkdən ibarət olmuşdur.  
Boyaq  zəfəranının  çiçəklərinin  4-5  təkrarda  yığılması  və 
onların  keyfiyyətli  qurudulması  üçün  quruducu  binaların 
hazırlanması  və  onların  qızdırıcılarla  optimal  səviyyədə  təmin 
olunması  tədqiqatda  nəzəri-praktiki  əhəmiyyət  kəsb  edir. 
Toplanmış xammalın (çiçək və toxumun) keyfiyyətli saxlanması 
üçün də obyektiv texniki şərtlərə əməl olunması tədqiqat obyekti 
olmuşdur.  
Bundan  əlavə  heyvandarlıqda  və  quşçuluqda  yaşıl  və  qaba 
yem  kimi  istifadəsini  nəzərə  alaraq  onun  yerüstü  hissəsinin 

 
müxtəlif  (35-50  sm)  hündürlükdən  biçilməsi  və  bərpasının  nə 
yolla və hansı istiqamətdə getməsi araşdırılmışdır.  
Belə  ki,  biçilmiş  sahədən  gövdələrin  bərpası  və  bərpadan 
əmələ  gəlmiş  bitkilərin  böyüməsinin  nəzarət  bitkilərə  nisbətən 
15-20  sm  qısa  olmasına  baxmayaraq  gövdə  üzərində  əmələ 
gəlmiş  qozaların  miqdarı,  müqayisəli  olaraq  çiçək  və  toxum 
yığımından  toplanmış  kütlənin  keyfiyyət  və  çəkisi  nəzarətlə 
müqayisəli araşdırılmışdır.  
 
TƏCRÜBƏLƏRĠN  NƏTĠCƏLƏRĠ 
 
Sahənin  seçilməsi  və  səpinə  hazırlanması.  Boyaq  zəfəranı 
səpini üçün küləklərdən qorunmuş yüngül və ağır gilli, nisbətən 
düz  və  münbit  torpaq  sahələri  seçilməlidir.  Şoran,  bataqlıq  və 
qrunt  suları  nisbətən  üzdə  (45-50  sm)  olan  torpaqlar  boyaq 
zəfəranı üçün yaramır, çünki zəfəran suya az tələbkar, quraqlığa 
davamlıdır.  Sahələr  seçilərkən  hava  şəraitindən  asılı  olaraq 
plantasiyanı  bir,  bəzən  də  iki  dəfə  suvarılması  zamanı  suyun 
göllənməməsi  üçün  sahə  şumdan  əvvəl  tam  hamarlanmalıdır. 
Yayda  və  yaxud  da  erkən  payızda  əsas  şum  altına  20-25  ton 
peyin  və  illik  kübrə  normasının  70-80%-ni,  belə  ki,  5  ton 
superfosfat,  1  ton  kalium-sulfat  verib  25-30  sm  dərinliyində 
şumlanır.  Əgər  şum  yayda  aparılıbsa  qış  aratına  kimi  şumda 
əmələ  gəlmiş  alaqları  məhv  etmək  məqsədilə  12-15  sm 
dərinliyində ikiləmə aparılaraq torpaq becərilir. İkiləmə aparılan 
sahədə  suvarma  arxları  çəkilərək  dekabrın  axırı  –  yanvarın 
əvvəlində  hektara  650-800  m
3
  su  verərək  arat  edildikdə  səpin 
vaxtına kimi torpaq tamhazır olur.  
Hava  şəraitindən  və  imkandan  asılı  olaraq  qışda  arat 

 
edilməmiş sahəyə yazqabağı səpindən 25-30 gün qabaq peyin və 
kübrə  verməklə  şumlamaq  və  təcili  olaraq  hektara  550-600  m
3
 
su  verməklə  (qaçaraq)  arat  etmək  lazımdır.  Qaçaraq  arat 
aparılmış  sahə  səpin  vaxtına  kimi  torpaq  hazır  olur  və  səpin 
aparmaq nisbətən məqsədəuyğun olur.  
Boyaq  zəfəranının  səpin  texnologiyası.    Azərbaycanın  aran 
rayonlarında  torpağın  sutkalıq  temperaturasından  asılı 
olmayaraq  arat  edilmiş  sahədə    aprelin  I-II    ongünlüyündə 
torpağın  aratı  qaçmasın  deyə,    onun  hazır  olmuş  yerlərində 
malalama  aparılıb,  səpinə  hazır  vəziyyətdə  saxlamaq  lazımdır. 
Malalanmış sahədə aprelin II-III ongünlüyündə, hava şəraitindən 
asılı  olaraq  bəzən  də  mayın  əvvəlində  torpağın  sutkalıq 
temperaturu +10-12 C olanda səpin aparmaq məqsədəuyğundur.  
Uzun  müddətli  tədqiqatlarımızın  nəticələrindən  aydın 
olmuşdur  ki,  boyaq  zəfəranının  toxumları  səpinqabağı 
təmizlənərək 24-36 saat isladıldıqda müxtəlif səpin vaxtından və 
dərinliyindən  asılı  olaraq  səpilmiş  toxumların  65-70%-i  6-8-ci 
gününədək cücərti verir (cədvəl 1).   
Səpindən  qabaq  boyaq  zəfəranının  quru  toxumları  hektara 
45-50 kq hesabilə kisələrə  yığıb, xüsusi hazırlanmış hovuzlarda 
24-36  saat  isladılır.  İsladılmış  toxumlar  rütubətli  olduğundan 
bir-birinə  yapışdığına  görə  səpin  aqreqatından  normal  sıxlıqda 
keçmir və bərabər səpilmir. Məhz buna görə də səpinə 2-3 saat 
qalmış  toxumlar  brezent  üzərinə  sərilərək  nisbətən    qurudulur. 
Qurudulmağa sərilmiş toxumların bir-birinə yapışmayanlarından 
CXT  4
a
  (90  sm)  toxumsəpən  aqreqatın  qazanlarına  yarımsına 
kimi  doldurmaq  və  nizamlayıcını  toxum  normasına  müvafiq 
qoymaqla 
3,0-3,5 
sm 
dərinlikdə 
səpini 
aparmaq 
məqsədəuyğundur. 
Cədvəl 1 

 
Boyaq zəfəranının toxumlarından cücərtilərin alınması 
 
Sıra 
№-
si 
Tədqiqatın 
aparıldığı zona 
Lentvari üsulla səpin 
Vaxtı  Dərinliyi, 
sm 
Toxumun 
miqdarı,  
1 m-də ədədlə 
Cücərtilərin 
alınması 
Vaxtı  Miqdarı, 
ədədlə 
1  Abşeron 
(AMEA-nın 
Mərkəzi Nəbatat 
Bağı) 
10.IV 

15 
18.IV 
12 
«---» 
3,5 
«---» 
19.IV 
12 
20.IV 

«---» 
28.IV 
13 
«---» 
3,5 
«---» 
29.IV 
12 
2  Şirvan (AMEA-
nın Karrar dayaq 
məntəqəsi) 
12.IV 

15 
20.IV 
11 
«---» 
3,5 
«---» 
22.IV 
10 
22.IV 

«---» 
30.IV 
10 
«---» 
3,5 
«---» 
01.V 

 
Boyaq  zəfəranının  becərilmə  aqrotexnikası.  Vegetasiya 
dövründə hava şəraitindən asılı olaraq səpinin 6-7 günü kütləvi 
cücərtilər  alınır.  Cücərtilərin  kütləvi  alınmasından  20-25  gün 
sonra  boyaq  zəfəranı  bitkilərinin  boyu  12-15  sm  olan  zamanı 
plantasiyada  cərgəarası  90  sm-lik  kultivatorla  birinci  becərmə 
aparılır.  Hava  şəraitindən,  yəni  yağıntıların  miqdarından  asılı 
olaraq torpaqda rütubət normal  miqdarda  70-75%  olarsa birinci 
becərmə  zamanı  (25-30  may),  rütubət  50-60%  olarsa  birinci 
suvarmadan  sonrakı  becərmə  zamanı  (15-20  iyun)  mineral 
kübrələrin 
qalan 
30%-ni 
yemləmə 
kimi 
vermək 
məqsədəuyğundur.  Beləliklə,  birinci  becərmədən  sonra  zəfəran 
sahəsində  90x20  sm  qida  sahəsində  gövdəsi  nisbətən  sağlam 
qalan  bitkiləri  saxlamaqla  seyrəltmə  aparılır.  Seyrəltmə  zamanı 
zəfəran  sahəsinin  bir  hektarında  83-84  min  bitki  saxlanması 
məqsədəuyğundur.  Vegetasiya  müddətində  zəfəran  sahəsində, 

 
hava şəraitindən asılı olaraq kütləvi qönçələmə vaxtına kimi bir 
dəfə    becərmə  aparılmalıdır.  Suvarmadan  sonra  torpaq  arata 
düşən  kimi  becərmə  aparılmalıdır.  Əgər  müxtəlif  səbəbdən 
suvarmadan əvvəlki  becərmədə  yemləmə kübrəsi verilməmişsə, 
bu  kübrəni  suvarma  üçün  şırımlar  açılarkən  hökmən  vermək 
lazımdır.  Becərmə  apararkən  yemləmə  kimi  illik  kübrə 
normasının  30%-i  qədəri,  yəni  hektara  200  kq  ammonium 
şorası,  500  kq  kalium-fosfat  və  1  ton  dənəvər  superfosfatı 
verilməsi məqsədəuyğundur. Əvvəlki becərmələrdə olduğu kimi 
kultivatorla  cərgəarası  becərilərkən  bitkilərin  dibində  olan 
alaqları əl ilə çəkilir  və bitki aralarındakı alaqları isə kətmənlə 
təmiz  vurulur.  Çünki  sahədə  alaqların  olması  yığım  zamanı 
fəhlələrin sərbəst hərəkətinə maneçilik törədir və məhsul itkisinə 
səbəb olur.  
Xammalın – yetişmiş çiçəyin yığılması. Kənd təsərrüfatında 
becərilən  bütün  bitkilərdən  fərqli  olaraq  boyaq  zəfəranının 
çiçəklərinin  yığılmasının  özünəməxsus  xüsusiyyətləri  vardır. 
Belə  ki,  yığıma  başlamazdan  əvvəl  quruducu  binanı  tam  işçi 
vəziyyətinə  salmaq  lazımdır.  Quruducu  binada  çiçəklər 
ləmələrdə  (stellajlarda)  qurudulan  zaman  xammal  günəş 
şüalarından  qorunmalıdır.  Çünki  günəş  şüaları  zəfəranın 
özünəməxsus ətrinə, rəngi,  dadına və keyfiyyətinə  mənfi təsir 
edir.  
Quruducu  binanın  ləmələrini  dəmir  tordan    və  taxtadan 
düzəltmək  və  ləmələrin  üzərinə  ağ  parça  və  ya  rəngsiz  kağız 
sərərək zəfəran çiçəklərini qurutmaq lazımdır. 
 Müxtəlif  zonalarda  müxtəlif  variantlarda  səpini  aparılmış 
boyaq zəfəranının toxumlarından cücərtilərin alınması variantlar 
arasında olan fərq nəzərə çarpacaq dərəcədə olmasa da, onların 

 
böyümə və inkişafı arasındakı fərq kəskindir (cədvəl 2).  
Cədvəl 2 
Toxumdan becərilmiş boyaq zəfəranınn fazalarının inkişafı 
 
Tədqiqatın 
aparıldığı 
zona 
səpin  
Fazaların inkişafı 
vaxtı  dərin-
liyi, sm 
qönçələmə 
çiçəkləmə 
yetişmə 
baş.   qur. 
baş.  
qur. 
baş.  
qur. 
Abşeronda  22.IV 
3,5 
10-
15.V 
20-
25.VI 
10.15-
.VII 
5-
10.VII 
5-
10.VII 
2-
8.VIII 
Şirvanda 
20.IV 
3,5 
5-8.V  20-
25.VI 
10.15-
.VII 
5-
10.VII 
5-
10.VII 
15.VII

 
Variantlar  arasında  olan  fərq  vegetasiyanın  gedişində, 
fazaların  inkişafı  mərhələlrində  getdikcə  özünü  daha  aydın 
biruzə  verir.  Beləliklə,  müxtəlif  zonalarda  istehsalat  şəraitində 
becərilmiş  boyaq  zəfəranının  səmərəliliyini  aydınlaşdırarkən 
məlum  olmuşdur  ki,  Şirvanda  becərilmiş  zəfəran  yüksək 
səmərəliliyə malikdir.  
Yığıma  səhər  tezdən  sahədə  zəfəran  bitkilərinin  orta 
hesabla  hər  bir  kolunda  2-3  ədəd  çiçəkləmiş  qoza  olanda 
başlamaq  lazımdır.  Yığılmış  çiçəkləri  toplamaq  üçün  yuxarıda 
qeyd  etdiyimiz  xüsusi  döşlük  və  yaxud  0,2-0,3  mm-lik  toru 
(setkası)  olan  vedrədən  istifadə  etmək  lazımdır.  Sahəyə  daxil 
olarkən mayalanma getmiş və rəngi dəyişmiş çiçəkləri toplamaq 
lazımdır.  Məhz  ona  görə  də  çiçəkciklərin  rəngi  tünd  zoğalı-
qırmızı  çalan  qozalardan  yığım  aparmaq  məqsədəuyğundur. 
Çiçəkləri toplayan kimi hökmən quruducu binaya aparıb,  səliqə 
ilə  sərmək  lazımdır.  Yığım    zamanıçiçəkləri  qozalardan  əl  ilə 
çəkərkən o biri əl ilə qozanı  tutmaq lazımdır ki, qoza qırılmasın. 
Çünki  hər  bir  qozadan  xammalın  yığılmasından  asılı  olaraq 

 
Abşeron  və  Şirvanda  3  və  bəzən  də  4  dəfə  çiçək  toplamaq 
mümkündür.  İqlim-torpaq  şəraitindən  asılı  olaraq  qozalar 
müxtəlif  vaxtlarda  əmələ  gəlirvə  deməli  müxtəlif  vaxtda  da 
yetişir.  Digər  tərəfdən  də  çiçəklərin  hamısı  eyni  vaxtda  açılıb 
yetişmir və yığıma eyni vaxtda hazır olmur. Yığımın təşkilindən 
və  məhsulun  miqdarından  asılı  olaraq    yığım  bir  növbəli 
aparılarsa  daha  yaxşı  nəticə  verir.gəldiyi  kimi  növbəli  də 
yetişirlər. Eləcə də qozalarda çiçəklərin ortada olanları əvvəlcə, 
kənardakılar  isə  tədricən  sonra  açılırlar.  Yığımın  təşkilindən 
məhsulun miqdarından asılı olaraq, yığım bir növbəli aparılarsa 
daha yaxşı nəticə verir. Toplanmış çiçəkləri birinci dəfə sərərkən 
qalınlığı 0,8-1,0 sm-dən qalın olmamalıdır.  
Zəfəran  sahəsindən  çiçəklərin  yığımı  planlı  şəkildə 
aparıldıqda  və    gündəlik  yığılmış  sahələr  qeydə  alındıqda 
sahələr  qarışıq  salınır.  Sahələrdən  çiçəklərin  yığımı  aqronomik 
qaydada  aparılarsa,  plantasiyada  qozaların  bütün  toxumları 
normal yetişir,  cücərmə enerjisi və qabiliyyəti yüksək olur.  
Xammalın  qurudulması  və  saxlanması.  Zəfəranın  çiçək-
lərinin  qurudulması  çox  həssaslıq  tələb  edir.  Zəfəran  sahə-
lərindən yığılmış çiçəkləri aqronomik qaydada vaxtında qurudu-
cu  binaya  gətirib,  onları  stellaja  (ləmələrə)  sərməklə  tez  və 
keyfiyyətli qurutmaq olur. Çiçəklərin normal quruması üçün hər 
gün ləmələrə sərilmiş materialı saat 12
00
-da və 18
00
-da səliqə ilə 
çevirmək  lazımdır.  Ləmələrdə  sərilmiş  materialın  normal 
qurumasına  və  onun  tərkibində  qalacaq  nəmliyi  dəqiq  təyin 
etmək  məqsədilə  çiçəkləri  ovucda  sıxmaq  lazımdır.  Əli  açan 
kimi çiçəklər qalxarsa qurumuş hesab edilir. Qurumuş çiçəklərin 
tərkibində  10-12%  nəmlik  qalmalıdır  ki,  saxlama  zamanı  öz 
keyfiyyətini  itirməsin.  Çiçəklərin  yığımından  asılı  olaraq  yaş 

 
xammalın  25-30%-i  quru  çıxım  verir.  Zəfəranın  qurumuş 
çiçəklərini 100-200 q-lıq polietilen qatı olan kisələrə  yığıb, hər 
kisənin  ağzını  səliqə  ilə  ayrılıqda  bağlamaq  lazımdır. 
Qurudulmuş  çiçəkləri  istifadə  olunana  kimi  xüsusi  hazırlanmış 
ləmələri olan, havası dəyişdirilən rütubətsiz anbarın ləmələrində 
saxlamaq məqsədəuyğundur. Zəfəran çiçəklərinin telləri becəril-
məsindən asılı olaraq 2-2,5 (4) sm uzunluqda olur.  
Xammalın  üyüdülməsi  və  istifadəsi.  Zəfəranın    yeyinti 
sənayesində  istifadəsi  zamanı  onun  üyüdülməsi  bizim 
tərəfimizdən  məqsədə  uyğun  hesab  edilmiş  və  8  mm-lik 
mikrodəyirmanında  müxtəlif  dəyişikliklər  edilməklə  xüsusi 
dəyirman  hazırlanmışdır.  Onunla  ev  şəraitində  saatda  2-3  kq 
xammalı  normal  narınlıqda  üyütmək  olur.  Zəfəranı  qəhvə 
üyüdən dəyirmanda da üyütmək mümkündür.  
Elmi  təbabətdə  zəfəran  tinkturası  –  cövhəri  şəklində,  eləcə 
də  tiryək  damcısı  tərkibində  mədə-bağırsaq  xəstəliklərinin 
müalicəsində sakitləşdirici və ağrıkəsici dərman kimi işlədilməsi 
məqsədəuyğundur.  
Toxumun  yığılması  və  saxlanması  texnologiyası.  Boyaq 
zəfəranının  toxumları  tam  yetişən  zaman  qozaların  çiçək 
yanlıqları  nisbətən  açılır.  Çiçək  yığımı  qurtardıqdan  15-20  gün 
sonra  hava  şəraitindən  asılı  olaraq  toxumlar  tamam  bərkiyir.  
Toxum    avqustun  axırlarında,  sentyabrın  əvvəllərində    yığılır. 
Kiçik  sahələrdən    qozalar  bağ  qayçısı  ilə  kəsilərək    brezent 
üzərinə  tökülür,  paya  ilə  və  yaxud  da  ayaqlamaqla  əzilir  və 
sovrularaq təmizlənir.  
 
 
Cədvəl 3 

 
Boyaq zəfranı bitkisinin becərilməsinin iqtisadi səmərəsi 
№  
Göstəricilər 
Orta hesabla 
1
 
 
Məhsuldarlıq, h/s-lə  
Çiçək  
Toxum 
 
2,4 
50,0 
2
 
 
Bir  sentner  məhsulun  satış  qiyməti 
(manatla) 
Çiçək  
Toxum 
 
 
100000000 
100000 
3
 
 
Bir 
hektardan 
alınan  ümumi 
məhsulun qiyməti (manatla) 
Çiçək  
Toxum 
 
 
240000000 
5000000 
4
 
 
Bir  hektara  çəkiəln  xərc  (maya 
dəyəri) 
140000 
5
 
 
Bir  hektardan  alınan  xalis  gəlir 
(manatla) 
 
245000000 
6
 
 
Bir sentner boyaq zəfəranının maya 
dəyəri (manatla) 
 
48750000 
7
 
 
Rentabellik səviyyəsi, %-lə 
175 
8
 
 
Xərclənən  1  manata    alınan  xalis 
gəlir (manatla) 
 
1,75 
9
 
 
Bir  sentner  məhsul  istehsalına  sərf 
olunan  müstəqim  əmək  məsrəfi 
(adam saat) 
 
 
850 
Qeyd: 2004-cü ilin qiymətləri ilə hesablanmışdır 
 
Zəfəran  plantasiyasından  istehsalat  miqyasında  toxumu 
taxılbiçən  kombaynla  biçib  toplamaq  daha  məqsədəuyğundur. 
Yığılmış  toxumu  30  kq-lıq  kisələrə  yığıb,  rütubətsiz  anbarda 

 
müxtəlif  məqsədlər  üçün  istifadə  olunana  kimi  saxlamaq  
lazımdır. 
Xəstəlik  və  zərəvericilərdən  qorunması.  Tədqiqat  illərində 
boyaq  zəfəranı  sahəsində  bitkilərdə  xəstəlik  müşahidə 
edilməmişdir. Bəzi hallarda müxtəlif zərqanadlılar və çəyirtgələr 
sahələrə  zərər  vururlar.  Onlara  qarşı  mübarizə  tədbirlərini 
qönçələmənin  başlanmasından  çiçəkləməyə  qədər    olan  vaxtda 
aparmaq lazımdır.  Mübarizə üsulu B-58-in 0,2%-li məhlulu ilə 
fazalonun  (10  litr  suya  20  q)    qarışıqından  istifadə  etməkdən 
ibarətdir.  
 
ƏDƏBĠYYAT 
 
1.
 
Барженов Д.И. Сафлор и его применение. Ученые 
записки Уральск. Пед. Инст., 1956, т. 3, вып. 8. 
2.
 
Qasımov  M.Ə.  Azərbaycanın  boyaq  bitkiləri. 
Azərnəşr, Bakı, 1983, 92 s.  
3.
 
Karyagin İ.İ. Azərbaycan Florası. Bakı, 1961, c. VIII, 
s. 478-481.  
4.
 
İsmayılov  N.M.,  Quliyev  A.A.,  İbrahimov  A.Ş., 
Məmmədov Q.M. Naxçıvan MR-də saflor növlərinin 
yayılması  və  onların  fitosenoloji  xarakteristikası. 
Azərb. EA xəbərləri, 1981, №5, s. 9-13. 
5.
 
Minkeviç  İ.A.,  Borkovskiy  V.E.  Masliçnıe  kulğturı. 
M., Qos. İzd. s/x literaturı, 1955, s. 295-296.  
6.
 
Жуковский  П.М.  Культурные  растения  и  их 
сородичи. Л., Колос, 1971, с. 383-384.  
7.
 
Rollov  A.X.  Qafqazın  yabanı  bitkiləri,  onların 
yığılması, xassəsi və istifadəsi. Tbilisi, 1908. 

 
 
Дж.Д. Мирзалиев  
 
ОСОБЕННОСТИ ВОЗДЕЛЫВАНИЯ И 
ЭКОНОМИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ САФЛОРЫ  
(Carthamus tиnctorиus L.) В ОПЫТНО-
ПРОМЫШЛЕННЫХ УСЛОВИЯХ АЗЕРБАЙДЖАНА 
 
С  целью  создания  опытно-промышленных  плантаций 
сафлоры, семена в количестве 50 кг были посеяны в апреле 
на  глубину  3,0-3,5  см  на  аратных  почвах  семяпосевным 
агрегатом СХТ4а (90 см). 
На  созданных,  в  условиях  Абшерона  и  Ширвана, 
плантациях  сафлоры  целесообразно  проводить  3-х  разовое 
культивирование  и  агротехнические  работы  до  конца 
вегетационного  периода,  затем  через  каждые  5-6  дней  
производить 4-5-ти  разовый ручной сбор цветков в течение 
вегетационного  периода.  Урожай  в  среднем  составляет: 
цветков - 230-240 кг/га, семян - 5,0-5,5 т/га.  
В  периоды  массового  цветения  оптимальная  высота 
надземной  части  достигает  50  см  и  при  укосе  можно 
собрать  25-30  т/га  зеленой  массы.  Восстановление 
укошенной плантации сафлора наступает через 30-35 дней.  
Проведенные  опытно-промышленные  исследования 
показали,  что  в  условиях  Абшерона  и  Ширвана 
экономически  выгодно  (до  175%  рентабельности)  на 
фермерских предприятиях заниматься созданием плантаций 
сафлора.  Экономическая  целесообразность  и  низкая 
себестоимость – это актуальность данной работы.  

 
BAZI ANTEPFISTIĞI (PİSTACİA L.) ANAÇLARINDA 
KÖK GELĠġĠMĠNĠN ĠNCELENMESĠ (TÜRKĠYE) 
 
GÖKÇEK  Ö.,* ZEYNALOV  Y., YAYLA F.,
*
  
ÇETĠNKAYA H.,* ĠBADLI O.,  KASIMOV ġ., 
HÜSEYNOVA N. 
 
Gaziantep  Güneydoğu  Anadolu  bölgesinde  yer  alır  ve 
Antepfıstığının  gen  merkezi  olarak  bilinir.  99273  ha  alanda  bir 
çok  yerli  ve  yabani  türler  yetiştirilir.  Bu  çalışmada  Pistacia 
türlerine ait P. vera L, P. khinjuk Stocks, P. atlantica Desf,  P. 
terebinthus  L,    P.  mutica    ve  P.  palaestina  Boiss.    kullanılmış, 
kalitatif ve kantitatif özellikleri incelenmiştir. Kazık kök ve yan 
kök gelişimi bakımından türler arasındaki farklılıkları bulunması 
amaçlanmıştır.    Yetiştiricilik  ve  verim  açısından  en  iyi  anacın 
belirlenmesi  önem  taşımaktadır.  Türler  arasındaki  kazık  kök 
boyunun  uzunluğu  54-80  cm  arasında  değişmiştir.  Elde  edilen 
bu  sonuçlara  göre  kazık  kök  gelişimi  P.  mutica  ve    P. 
terebinthus‟ta  daha  iyi  olduğundan  sulama  imkanının  olmadığı 
kıraç  topraklarda  anaç  olarak  kullanılabilir.  Türler  arasındaki 
yan  kök  sayısı  ise  68-134  adet  arasında  değişmiştir.  Yan  kök 
sayısı  bakımından  P.  vera  ön  plana  çıktığından  uygun  sulama 
tekniği  kullanılmak  şartıyla  sulanan  topraklarda  anaç  olarak 
kullanılması uygun olacaktır. 
 
MATERYAL VE METOD 
                                           
*
 
Gazиantep Цnиversиtesи Fen Edebиyat Fakцltesи Bиyolojи Bюlцmц 27310 Шahиnbey / 
Gazиantep
 

 
 
Bu  çalışma  2000-2002  tarihleri  arasında  yürütülmüştür. 
Çalışmada ; P. vera  L. ,   P. khinjuk Stocks,  P. atlantica Desf,  
P.  mutica  F.et  M,        P.  palaestina  Boiss        ve      P.  terebinthus 
L.türleri kullanılmıştır. 
Çalışmada  kullanılan  Pistacia  türlerine  ait  tohumlar  
Antepfıstığı  Araştırma  Enstitüsünden  temin  edilmiştir.  Bu 
çalışma  Gaziantep  Üniversitesi  Nizip  Meslek  Yüksekokulunda 
ve  Gaziantep  Üniversitesi  Fen  Edebiyat  Fakültesi  Biyoloji 
Bölümü  ile  Gaziantep  Üniversitesi  Botanik  Bahçesine 
introdüksiyonu gerçekleştirilen türler üzerinde yapılmıştır.  
Türlerin  teşhisi  Davis‟e  göre,  kök  sisteminin  incelenmesi, 
Kolesnikov(1974)’e  ve  Zeynalov  (1988)‟e  göre  yapılmıştır. 
Pistacia  türleri  arasındaki  gelişme  hızını  ve  farklılığı  ortaya 
çıkarmak  için  hızlı  büyüme  periyodunda  3  kez  10  gün 
aralıklarla,  yavaş  büyüme periyodunda 2 kez 20  gün  aralıklarla 
ve  1  kezde  yaz  dinlenme  periyodunda  olmak  üzere  toplam  6 
ölçüm  yapılmıştır.  Her  ölçümde  her  türden  5‟şer  adet  bitki 
sökülerek  kullanılmıştır.  Bu  ölçümlerde  kullanılan  bitkiler 
plastik  tüplerde  yetiştirilmiştir.  Bir  yaşındaki  Pistacia  türlerine 
ait  yoz  ve  çöğürlerden  5‟er  adet  bitki    Botanik  Bahçesine 
dikilmiştir.  2.  yılın  sonunda  bitkilerin  dinlenmeye  girdiği 
vegetasyon  dönemi  sonunda  her  türden  3  bitki  topraktan 
sökülüp,  ölçümleri  yapılarak  2  yıllık  bitkilerdeki  gelişim 
durumu ortaya konulmuştur  
Çimlenen bitkilerin fenolojik özellikleri Zeynalov (1996 ve 
1998) ile Zeynalov ve Kuluyev (1989)‟e göre yapılmıştır. 
 

 
TOHUMLARIN KATLANMASI 

Yüklə 5,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin