AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məRKƏZĠ NƏbatat bağI



Yüklə 5,39 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix28.01.2017
ölçüsü5,39 Mb.
#6554
1   2   3   4   5   6   7   8   9   ...   19

Rosaceae Juss. 
157. Filipendula vulgaris Moench. 
158. F. ulmaria (L) Maxim. 
Scrophulariaceae Juss. 
159. Verbascum nudicaule (Wydl.) Takht.  
160. Scrophularia nodosa L. 
161. S. umbrosa Dumort. 

 
162. Veronica orientalis Mill. 
Valerianaceae Batch. 
163. Valeriana leucophaea D. C.  
Yuxarıda  göstərilən  bu  növlərin  biomüxtəlifliyinin 
qorunması  ilə  yanaşı  dekorativliyini  nəzərə  alaraq,  bəzək 
bitkisi  kimi  bağçılıq,  çiçəkçilik  üçün  əhəmiyyətli  olan  ən 
perespektivli  növlərini  müəyyənləşdirərək,  yaşıllaşdırmada 
istifadəsi  məqsədilə  fenoloji  xüsusiyyətlərini,  çoxaldılması 
üsullarını  və  ilkin  becərilmə  aqrotexnikasının  işlənib 
hazırlanması tədqiqat planına daxil edilmişdir. 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Təhməzov  B.  H.,  Yusifov  E.  F.,  Əsədov  K.  S.   
«Azərbaycanın bioloji təbiət    abidələri». Bakı, 2004. 
2.
 
Səlimov  R.  A.  «Lənkəran  –  Lerik  zonasının  bəzi  həmişə-
yaşıl ağac və kollarının biomorfoloji quruluşu».  Magistrlik 
dissertasiyası.  Gəncə, 2004. 
3.
 
Гроссгейм А. А.  «Флора Талыша».  Тифлис, 1926.  
4.
 
İbadlı O. V.   «Qafqazın geofitləri».   Bakı, 2002.  
5.
 
Флора  Азербайджана  в  1  –  8  тт.,  Изд-во  АН  Азерб. 
ССР, Баку 1950 – 1961.  
6.
 
Черепанов  С.  К.    «Сосудистые  растения  России  и 
сопредельных  государств  (в  пределах  бывшего 
ССР)» ”.  Санкт – Петербург,  1995. 
7.
 
Ибадов О. В., Абдуллаева И. К.  ” Конспект геофитов 
Кавказа ”.  Баку, 1983. 
 
 
 
 
 
 
 
 
 

 
R. A. Salimov,    O. 
V. İbadlı   
 
ТАКСОНОМИЧЕСКИЙ  СОСТАВ  ГЕОФИТОВ 
ЛЕНКОРАНЬ – ЛЕРИКСКОГО РЕГИОНА 
 
В  статье  широко  освещается  история  изучения 
геофитов  Азербайджана  и  в  том  числе  Талыша.  Также 
приводятся  данные  таксономического  состава  геофитов 
региона.  В  результате  проведенных  исследований  в 
Ленкоранском  и  Лерикском  районах  определены  163  вида 
геофитов, относящихся к 30 семействам, 65 родам, а также 
собраны посадочные, посевные и гербарные материалы.  
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
UOT: 635.9.581.44   
 
 
        
 
İ.Ə.MƏMMƏDOVA
*
  O.V.İBADLI 
 
QUBA – XAÇMAZ  BÖLGƏSĠNĠN  ALLİUM  L. – SOĞAN 
CĠNSĠNƏ AĠD OLAN  BƏZĠ  NÖVLƏRĠ  VƏ  ONLARIN 
BĠOEKOLOJĠ  XÜSUSĠYYƏTLƏRĠ 
 
4500-ə  qədər  qiymətli  bitki  növünü  özündə  cəmləşdirən 
Azərbaycan  florası  Yer  kürəsinin  xüsusi  maraq  kəsb  edən 
regionlarından biridir.  
Azərbaycan  ərazisində  dünyanın  11  iqlim  tipindən  9-na 
təsadüf edilir. Respublikanın təbii coğrafi şəraitinin müxtəlifliyi, 
relyef  və  landşaft  rəngarəngliyi  bitki  örtüyünün  flora  tərkibinə 
kompleks  təsir  göstərir.  Azərbaycanın  təbii  bitki  örtüyünün 
tərkibinə çəmən, meşə, bozqır, səhra, yarımsəhra, su-bataqlıq və 
s. bitkilik tipləri daxildir. 
Böyük Qafqazın (Azərbaycanın hüdudları daxilində) şimal-
şərq hissəsinə aid olan Quba, Qusar, Dəvəçi, Xaçmaz rayonları 
iqtisadi-coğrafi  cəhətdən  respublikanın  mühüm  əhəmiyyət  kəsb 
edən  rayonlarından  hesab  olunur.  Tədqiqatlara  görə  bu 
rayonların ərazisində 6 iqlim tipi mövcuddur.  
Geofit  bitkilərin  təsnifatı  ilə  məşğul  olan  H.Hara  (1974), 
J.Terry  (1979),  R.V.Kamelin  (1980)  belə  qənaətə  gəlmişlər  ki, 
bu  bitkilər  dünyanın  hər  yerində  (Avstraliya  istisna  olmaqla) 
tropik  meşələrdən  tutmuş  tundraya  qədər  geniş  bir  ərazidə 
                                           
*
  
Азярбайъан  Дювлят  Педагожи  Университети
 

 
yayılmışlar  (1).  Bu  növlərə  əsasən  günəş  şüalarının  daha 
intensiv olduğu ərazilərdə rast gəlinir.  
Soğan  cinsi  Soğan  fəsiləsinə  aiddir.  Əvvəllər  bu  cins 
Zanbaq – Liliaceae fəsiləsinə aid idi. Sonralar nəbatatçi alimlər 
soğanı  ayrıca  bir  fəsilə  kimi  qəbul  etmişlər  (2,  3,  4).  Fəsilənin 
xüsusi maraq və diqqət doğuran cinslərindən biri də Allium L. – 
Soğan  cinsidir.  Ədəbiyyat  məlumatlarına  görə  mülayim  iqlimə 
malik  Şimal  yarım  kürəsində  onun  300,  keçmiş  ittifaqda  230, 
Qafqazda 72 növü yayılmışdır. Azərbaycan florasında cinsin 52 
növünə  rast  gəlinir  (5,  6).  Bu  növlərdən:  Allium  sera  –  adi 
soğan, A.sativum – sarmısaq, A.porrum – kəvər kulturada geniş 
əkilib  becərilir.  Quba  –  Xaçmaz  bölgəsindəki  araşdırmalar  və 
ədəbiyyat  məlumatları  əsasında  müəyyən  edilmişdir  ki,  bu 
bölgədə 15 soğan növü yayılmışdır. Bu növlər aşağıdakılardır: 
 
Allium L.  – Soğan   
1.
 
A. affine Ledeb.    
   Qohum s. 
2.
 
A. albidum Fisch. ex Bieb
 Ağımtıl s. 
3.
 
A. erubescens C. Koch 
 Qızaran s. 
4.
 
A. fuscoviolaceim Fomin 
 Tutqunbənövşəyi s. 
5.
 
A. jajlae Vved
  Yaylı s. 
6.
 
A. kunthianum Vved
  Kunt s. 
7.
 
A. moschatum L.   
 Cəviz s  
8.
 
A.  paczoskianum Tuzs. 
 Yaxşı s. 
9.
 
A. paradoxum (Bieb.) G. Don. fil. 
 Xəzəz s. 
10.
 
A. oreophilum C. A. Mey.  
 Dağ s. 
11.
 
A. rotundum L. 
  Yumru s. 
12.
 
A. saxatile Bieb. 
  Qaya s. 

 
13.
 
A. szovitsii Regel. 
 Şovis s. 
14.
 
A. victorialis L.. 
 Qalib soğan. 
15.
 
A. waldsteinii G. Don.  
 Valdşteyn s. 
 
Soğan  cinsinə  daxil  olan  bitki  növləri  hələ  qədim 
zamanlardan  insanlar  tərəfindən  qida  bitkisi  kimi  istifadə 
olunmuşdur.  Ədəbiyyat  qaynaqlarına  əsasən  bu  bitkilərin  qida 
əhəmiyyətindən  başqa  dərman,  boyaq,  dekorativ  və  s. 
əhəmiyyəti məlumdur.  
Aşağıda bəzi soğan növlərinin bioloji xüsusiyyətləri verilir: 
 
A. albidum Fisch. ex Bieb. 
 Ağımtıl s. 
Tədqiqat  üçün  əkin  materialı  Quba  rayonun  Şanoçala 
kəndinin  ətraflarından  və  Amsar  kəndinin  kənarlarından 
toplanmışdır.  Bitki  boz-şabalıdı  torpaqlarda  12-18  sm. 
dərinlikdə  bitir.  Soğanağı  möhkəm  şaxəli  üfüqi  kökümsov 
üzərində yerləşir və xarici qına bənd olmuşdur. Bitki yarpaqları 
ilə  birlikdə  qırmızımtıl  rəngdədir.  Gövdə  əsas  yarpaqlarla 
birlikdə  10  –  20  sm.  hündürlükdədir.  Yarpaqların  eni  1-2  sm. 
olub  hamar,  novşəkillidir.  Əsasından  daralmır,  uc  hissə  isə 
yumru  olmaqla,  gövdənin  yarısına  qədər  çatır.  Təbii  şəraitdə 
çiçəkləmələri  iyul  ayının  əvvəllərində  başlayır.  Çətirdə  80-120 
ədəd  ağımtıl  rəngli  çiçəkləri  olur  (şək.  1).  Toxumlar  avqust 
ayında  yetişir.  Toplanmış  toxumlar  Avşeron  şəraitində  açıq 
ləklərə səpilmiş və 18 gündən sonra 75-90% cücərti vermişdir.  
 
A. saxatile Bieb. 
  Qaya s. 

 
Tədqiqat  üçün  əkin  materialı  Quba  rayonun  Rustov 
kəndinin  ətraflarından,  yolların  kənarlarından  toplanmışdır.  Bu 
sahələrdə  bitki  əsasən  boz-qonur  torpaqların  10-15  sm. 
dərinliyində bitir. Soğanaq kökümsovda dəstə şəklində yerləşir. 
Yumurtavari – silindrik və ya uzunsov-konusşəkilli olub, eni 13 
mm.-ə  çatır.  Rəngi  qonur,  tam  və  ya  parçalanmış  qına 
bürünmüşdür. Gövdəsi  25-45 sm. hündürlüyündədir. 
 
        Yarpaqların  qınları  gövdənin  üzərini  yarıyadək  bağlayır. 
Yarpaqlar    gövdədən  qısa,  darxətli  olmaqla,  xətvaridir,  şırımlarla 
шякил 1.  - А. албидум Фисъщ. 
ех Биеб.   Аьымтыл с. 
шякил 2. - А. сзовитсии Реэел 
  Шовис соьан 
1 – кюк  
2 – соьан 
3 – йарпаглар   
4 – эювдя 
5 – чичяк чятири
 

 
örtülüdür. Çətir çoxçiçəklidir, şar və ya yarımşar formalı olmaqla, 
diametri 2,1 – 2,6 sm.-dir. Çiçək saplağı çiçəyə bərabər və ya 1,5 – 
2  dəfə  uzun  olur.  Çiçək  yatağı  4  –  5  mm.  uzunluğundadır, 
yumurtaşəkilli – zınqırov olub, açıqçəhrayı rəngindədir; yarpaqları 
uzunsov,  iti  uclu olmaqla,  xarici  hiisəsi  daxili  hissəsindən  qısadır. 
Çiçək çətirində 60 – 90-a qədər çiçəkləri olur. Çiçəkləmə iyun-iyul 
aylarında başlayır. Toxumlama iyulun axırında yetişməyə başlayır. 
Tam  yetişmə  avqustun  ortalarında  başa  çatır.  Toxumları  Abşeron 
şəraitində səpilmiş və  55-80% cücərti əldə edilmişdir. 
 
A. szovitsii Regel 
  ġovis soğan 
Bu növün əkin materialı Quba rayonun Dərk kəndinin aşağı 
orta  yamaclarından  (dəniz  səviyyəsindən  hündürlüyü  600-740 
m.)  yığılmışdır.  Bitki  ən  çox  torpağın  10-18  sm.  dərinliyində 
yerləşməklə, itburnu, xıncalaus və lalə bitkiləri əhatəsində bitir. 
Soğanağın  diametri  1,3  sm.,  hündürlüyü  2,5  sm.-dir.  Çox 
möhkəm  olub,  hamardır,  hündürlüyü  20  sm.-dir.  Yarpaqlar 
yastı, xətvari 3 – 5 ədəddir. Təbii şəraitdə çiçəkləmələri martın 
axırı  və  aprelin  ortalarına  təsadüf  edir.  Çiçəyi  ağımtıl,  çətir 
üzərində  75-85 ədəd çiçəkləri olur (şək. 2). Çətirin diametri 2,8 
sm.-dir.  Yarpaqları  9  aya  qədər  yaşıl  qalır.  Təbii  şəraitdə 
toxumlama  iyul  ayında  başa  çatır.  Toxum  qutucuğu  70  ədəd 
olur. Hər qutucuqda 4 ədəd qara rəngli şarşəkilli toxumları olur. 
Təbii  şəraitdən  toplanmış  toxumlar  Abşeron  şəraitində  ləklərə 
səpilmiş  və  23  gündən  sonra  90-95%  cücərti  vermişdir. 
Toxumların 1000 ədədinin quru çəkisi 5,1 qramdır. 
A. victorialis L. 
  Qalib soğan  

 
Çoxillik  bitki  olub,  soğanağı  silindrik  formada  boz  və  ya 
nazik  torlu,  sapvari  1-1,9  sm.  enində  olan  qın  (novça)  maili 
kökümsov üzərində oturur.  
Gövdəsinin hündürlüyü  35 – 55 sm.,  yuxarı hissəsi şırımlıdır. 
Yarpaqlar  enlidir,  qısa  enli  saplağa  tərəf  olan  hissəsi  daralır. 
Yarpaqlar uzunsov ellipsvari formadan – neştərvari formaya qədər 3 
– 5 sm. enində iti və ya küt ucludur. Örtüyü çətirdən qısadır. Çətir 3 
– 5 sm. diametrli şar və ya yarımşarşəkilli, lətli olub, çoxçiçəklidir. 
Çiçək saplağı çiçəklərdən 1,3 – 2 dəfə  uzun olur. Çiçək yatağı 4 – 5 
mm.,  zınqırov  formasındadır,  ağ  və  ya  yaşımtıl  –  sarı  rənglidir, 
ləçəkləri  uzunsov  və  ya  ellips  formalı  ucu  kütdür.  Erkəkcik 
saplaqları çiçəkyatağından 1,5 dəfə uzundur, daxildən enli, tədricən 
nazilir, bizvaridir. Sütuncuq çiçək yatağından görünür. Təbii şəraitdə 
vegetasiyaya fevral ayında başlayır. Çiçəkləmələri iyulda başlayır və 
25 – 30 gün çiçəkləyir. Toplanmış toxumlar 70-80% cücərti verir. 
Beləliklə,  aparılan  tədqiqat  nəticəsində  Quba-Xaçmaz 
bölgəsində  15  soğan  növü  müəyyən  edilmiş  və  10  növün 
kolleksiyası  yaradılmışdır.  Onlardan  4  növün  üzərində  fenoloji 
müşahidələr  aparmaqla,  təbii  şəraitdən  toplanmış  toxumların 
cücərməsi müəyyən edilmişdir.  Məlum olmuşdur ki, A.albidum 
75-90%, A.saxatile – 55-80%, A.szovitsii – 90-95%, A.victorialis 
növü isə 70-80% cücərti verir.  
 
ƏDƏBĠYYAT   
 
1.
 
Р.Мамедов.  Биоэкологические  особенности 
геофитов  северо-восточной  части  Большого 
Кавказа (в пределах Азербайджанской ССР) и их 

 
охрана.  Кандидатская  диссертация.  Баку,  1988, 
стр. 17-22. 
2.
 
С.К.Черепанов. «Сосудистые растения России 
и  сопредельных  государств».  «Мир  и  семья  - 
95», 1995, Санкт-Петербург  
3.
 
И.И.Карягин.  Род  –  Allиum  L.  –  Лук.  Чеснок. 
Флора Азербайджана, Изд-во АН. Аз. ССР. т. 2, 
1952, стр. 134-162.  
4.
 
O.V.İbadlı.  Qafqazın  geofitləri.  Bakı,  2002,  səh. 
30-32. 
5.
 
O.V.İbadov.  Azərbaycan  florasından  olan  bəzi 
yabanı  dekorativ  bitkilərin  (Liliaceae  Juss.  fəsiləsi) 
bio–ekoloji    xüsusiyyətləri  və  kulturası.  Bakı, 
Namizədlik dissertasiyası, 1973. 
6.
 
O.V.İbadlı.  Müalicə  bitkiləri  -    Soğan.  Bakı,  
«Çıraq», 2002. 
 
                                                                                        
И.А.Мамедова, О.В.Ибадлы 
 
Некоторые виды Allиum L. произрастающие в  
Куба – Хачмасской зоне 
 и их биоэкологические особенности. 
 
 
В  статье  приводятся  данные  о  некоторых  видах  из 
семейства  Allиum  L.  В  результате  исследования  был 
составлен список из 15 видов, изучена их характеристика и 
биологические  особенности.  Создана  коллекция  из  10-и 
видов.  

 
 
ġ.Q.Hüseynov, O.V.Ġbadlı, 
N.B.Hüseynova, Z.B.Ġslamova   
 
AZƏRBAYCANIN QOCAMAN  
ÇĠNAR ABĠDƏLƏRĠ 
 
Şərq  ölkələrində  yaraşıqlı  bağların  tarixi  çox  qədimdir. 
İnsanlar  oturaq  yaşayış  tərzinə  keçdikləri  zamandan    öz 
ətraflarını bəzəməyə başlamışlar. Bu ölkələrdə bağ və parkların 
salınmasının  tarixinin  qədimliyinə  səbəb,  bu  yerlərin  təbii 
şəraitinin  (xüsusən  iqlim  və  torpaq  örtüyünün)  çox  münasib 
olmasıdır. Digər şərq ölkələrində olduğu kimi Azərbaycanda da 
gözəl bağların və orada uzunömrlü ağacların əkilməsi işinə çox 
qədimdən  başlanmışdır.  Bəzi  ağac  və  kol  bitkiləri  yura  və 
üçüncü dövrdən bizə yadigar qalmışdır. 
Azərbaycanın  mülayim  iqlimi  burada  zəngin  tərkibli 
subtropik bitki  örtüyü  əmələ  gətirərək  yaşıllaşdırma ücün  şərait 
yaratmışdır. 
Azərbaycanın  torpaq  və  iqlim  şəraiti  cox  mürəkkəb  və 
müxtəlif  olması  ilə  səciyyələnir.  Burada  yarımsəhra  torpaq-
larından tutmuş, dağ-çəmən, çimli və torflu torpaqlara qədər rast 
gəlinir. 
Azərbaycanın iqlimi şaquli zonallıq qanununa uyğun olaraq 
dəyişilir.  Dəniz  səviyyəsindən  yüksəklik  ən  böyük  dairədə 
dəyişdiyindən (28 m-dən 4485 m hündürlüyünə qədər) mülayim 
isti və isti iqlimdən başlamış, tundra iqliminə kimi yer kürəsinə 
xas olan bütün iqlim növləri vardır. Belə bir şərait Azərbaycanın 
bitki örtüyünü daha zəngin etmişdir. 

 
Azərbaycan  iqliminin  şərhçisi  İ.V.Fiqurovski  (1)  haqlı 
göstərmişdir:  «Əgər  Azərbaycan  tamamilə  ovalıq  və  aran 
olsaydı, o zaman bu ərazidə Orta Asiya kimi çılpaq qum səhrası 
olardı.  Ancaq  dağ  silsilələrinin  olması  rütubətin  kondensasiya 
olunmasına  əlverişldi  şərait  yaradır,  ərazinin  xarakterini 
dəyişdirir  və  Azərbaycanın  iqliminin,  hidroqrafiyasının, 
torpağının,  ən  çox  isə  onun  bitki  örtüyünün  müxtəlif  olmasına 
şərait yaratmışdır». Elə bunun nəticəsidir ki, çox qədim bitkilər 
bizim  dövrümüzə  qədər  gəlib  çıxmışdır.  Təsadüfü  deyildir  ki, 
bir  çox  səyyahlar,  arxeoloqlar,  geoloqlar,  təbiətşünaslar  bu 
ölkəni «bitki aləminin canlı muzeyi» adlandırırlar. 
Azərbaycan  florasında  bir  çox  relikt,  endem  bitkilər  geniş 
yayılmışdır. Rəngarəng denedrofloraya malik malik Azərbaycan 
çox  zəngin  təbiət  abidələrin  muzeyinə  bənzəyir  (2).  Bunlardan 
biri  də  bitki  aləminin  «şahı»  olan,  bizə  çax  qədimdən  yadigar 
qalmış, uzun ömrlü, möhtəşəm, gözəl qamətli, ərtaf mühit üçün 
xoş  və  komfort  şərait  yaradan,  adı  «Qırmızı  Kitab»a  düşən 
çinarlardır. 
Respublikamızda  yayılan  və  indiyə  qədər  qorunub 
saxlanılmış yüzlərlə uzunömrlü çinar ağacları (abidələri) vardır. 
Bu  çinarlar  haqqında  müxtəlif  rəvayətlər  yaranmış,  hər  çinar 
xalqımızın  keçmiş  tarixindən  xəbər  verir.  Uzunömrlü  çinarı 
əkənlər isə tarix boyu əbədiləşirlər. 
Hələ IV əsrin əvvəllərində ərəb istilaçılarına qarşı mübarizə 
edən xürrəmilərin başçısı, Azərbaycanın qəhrəman oğlu Babəkin 
ilk  qoçaqlığı  elə  «Baba  çinar»la  əlaqədardır.  Bu  çinarın 
Arazboyu düzənlikdə olması güman edilir. 
Yazıçı  Cəlal  Bərgüşadlı  (3)  göstərmişdir  ki,  «Baba  çinar» 
əsrlər    görmüşdür.  Onun  çox  nəhəng  koğuşu  buradan  gəlib-

 
gedən  yolçuları həmişə heyrətə salırdı. Çinarın budaqları bulud 
kimi  yayılıb  ətrafı  kölgələndirirmiş.  Onun  gövdəsinə  12  igidin 
qolu  gəlməzmiş.  Belə  rəvayət  edirlər  ki,  igid  Babək  silahlarını 
həmin  çinarın  koğuşunda  və  budaqlarındakı  hacı-leylək 
yuvalarında  gizlədirmiş,  qəflətən  gələn  quldur  dəstələrindən 
özünü «Baba çinar»ın koğuşunda müdafiə edərmiş. 
Qeyd  etmək  lazımdır  ki,  qədim  zamanlardan  şifahi  şəkildə 
çinarlar haqqında çoxlu rəvayətlər indiyə qədər gəlib çatmışdır. 
Xalqımız tarixlər boyu bu çinarları qorumuş və onları müqəddəs 
tutmaqla yenilərini əkmişlər. 
Belə  ki,  Füzuli  rayonunun  Ayıbasanlı  kəndində  seyidlərin 
qapısı  yanında  bitən  çinarı  kəsən  şəxsin  ögzü  kor,  sağ  əli  isə 
şikəst olmuşdur. 
Hazırda  respublika  ərazisində  qədimdə  və  müasir  dövrdə 
şəxsi adamlar tərəfindən əkilmiş çinarlar çoxdur. Respublikanın 
52  rayonunda  aparılan  tədqiqatlar  nəticəsində  1545  ədəd 
uzunömrlü  abidə  çinarlar  aşkar  edilmişdir  ki,  bunlardan  1419 
ədədinin yaşı 400, 126 ədədinin yaşı isə 400 ildən 2000-2500 ilə 
qədərdir.  Qədim  çinsrlar  təsadüfi  yerlərdə  deyil,  həqiqətən  çox 
düşünülmüş yerlərdə - çay kənarlarında, dağ döşündə, məscid və 
tarixi abidələrin qarşısında, kəndlərin, arxların kənarında əkilib-
becərilmişdir. 
Bu  məqalədə  biz  belə  çinarları  əkib-becərənlər  və  çinarın 
özü haqqında rəvayətləri verəcəyik. 
HÜSEYN ÇİNARI – Tər-Tər rayonunun Borsunlu kəndinin 
girəcəyində  bir-birindən  100  m  aralı  2  çinar  əkilib.  Bir-birinə 
göz  olan  bu  çinarların  350  il  əvvəl  Hüseyn  adlı  bir  nəfər 
tərəfindən  əkilib-becərildiyi  rəvayət  olunur.  Borsunlu  kəndində 
Hüseyn kişinin nəvə-nəticələri bu qoşa çinarları göz-bəbəyi kimi 

 
qoruyb saxlayırlar. Hüseyn kişinin nəslindən olan Qurban kişi (o 
1969-cu  ildə  131  yaşında  vəfat  etmişdir)  ölərkən  nəvə  və 
nəticələrinə  çinarı  yaxşı  qorumalarını  vəsiyyət  etmişdir. 
Deyilənlərə  görə  həmin  çinarın  qələmi  Gəncə  şəhərində  Şah 
Abbas  Məscidiqnin  qabağındakı  çinardan  götürülübmüş.    Kənd 
əhli  bu  çinarları  müqəddəs  sayır,  bütün  toy  və  şadlıq 
mərasimlərini bu çinarın gölgəsində keçirirlər. 
ƏVƏZ  ÇİNARI  –  Bəzən  insanlar  böyük  ümüdlərlə,  ülvi 
arzularla  elə  xeyirxah  işlər  görürlər  ki,  özləri  də  hiss  etmədən 
adlarını  əbədiləşdirir,  xalqın  yaddaşında  qalırlar.  Tər-Tər 
rayonunun Qarabağ kəndində 165 il bundan əvvəl yaşamış Əvəz 
kişi  də  belələrindən  olmuşdur.  O  vaxt  Əvəz  kişi  kəndin  su 
dəyirmanının  yanında  2  çinar  əkmiş  və  əhd  etmişdir  ki, 
gələcəkdə  öz  oğlanlarının  toyunu  bu  çinarların  gölgəsində 
edəcəkdir.  Lakin  təssüflər  olsun  ki,  onun  övladları  olmamış, 
yaşa  dolduqca  bu  çinarlar  ona    doğma  övlad  kimi  olmuşlar. 
Boyüyüb  boyları  25-30  m-ə  çatmışdır.  Əvəz  kişi  90  yaşındə 
xəstələnib  yorğan-döşəyə  düşəndə    kənd  camaatına  vəsiyyət 
edərək  demişdir:  «Bu  çinarlar  mənim  dilsiz-ağızsız  övlad-
larımdır,  onları  qorüyün,  qoy  onlar  sizin  xeyir  işlərinizin 
sipərləri olsunlar». 
NAMAZ  ÇİNARI  –  Çinar  Tər-Tər  rayonunun  Borsunlu 
kəndindədir. Hündürlüyü 35 m,  yaşı 330 il, diametri 2,5-3,0 m 
olub,  çətiri  400  m
2
  sahəni  əhatə  edir.  Kimliyi  məlum  olmaya 
Namaz  adlı  şəxs  tərəftndən  İncə  çayının  sağ  sahilində 
əkilmişdir. Kəndin sakini xeyirxah Lətif kişi onun qeydinə qalır. 
QOŞA ÇİNAR –Çinarlar Göyçay rayonynyn Cəyirli kəndi 
yaxınlığındı  Göyçay-Kürdəmir  yolunun  sağında,  yoldan  100  m 
aralıda, çayın kənarında ucalır. 

 
Çinarlar  keçmişdə  ağacların  sahələri  arasında  sərhəd  imiş, 
odur  ki,  onlara  bəzən  «Sərhəd  çinarları»  də  deyirdilər.    Bu 
çinarlar ömrünün 200-cü ilini yaşayırlar. 
MUSTAFA  ÇİNARI  –  Füzuli  rayonunun  Merdinli 
kəndində  4  tərəfi  üzümlüklərlə  əhatə  olunmuş  uca  boylu,  şah 
qamətli  möhtəşəm  bir  çinar  var  (şək.1).  Bu  5  gövdəli  çinarı 
qədimdə  Mustafa  adlı  bir  nəfər  əkibmiş.    O  vaxtlar  hər  ağac 
əkən  adam    1  qoyun  verməli  imiş.  Mustafa  kişinin  qoyunu 
olmadığından onu ağaca bağlayıb o qədər döyüblər ki, axırda o, 
ölüb.    Çinar  isə  onun  adı  ilə  qalıb.  «Mustafa  çinarının» 
gövdəsindən  2-3  m  yuxarıda  5  nəhəng  qol  ayrılmışdır.  Ağacın 
hündürlüyü 40 m, gövdəsinin diametri 2, 5 m, çətirinin diametri 
600m
2
 sahəni əhatə edir.Çinarın yaşı 380 ildir. 
ƏHMƏD  ÇİNARI  –  Füzuli  rayonunun  Meridinli 
kəndindədir. Çinarın gövdəsinin diametri 1,8 m, hündürlüyü 45 
m,  çətirinin  diametri  650  m
2
  olub,  yaşı  450  ildir.  Çinar  çox 
qamətlidir. 
HOROVLU ÇİNARI –  Çinar Cəbrayıl qəsəbəsinin 18 km-
də  yerləşən  Horovlu  kəndində  Orta  kəhriz  deyilən  yerdədir 
(şəkil 2). Çinar Vahid adlı bir kənd sakininin həyətində bitir. Bu 
çinarı  onun  babalarının  babası  Əhməd  kişi  əkmişdir.  Çinarın 
gövdəsinin diametri 400 sm, hündürlüyü 30 m, çətirinin diametri 
1400 m
2
-dir. Yaşı 800 ildir.Çinarın gövdəsi çox nəhəngdir. Kök 
boğazının hərləməsi 19 m-dir. Kölgəsində 1000 qoyun yerləşir. 
Çinarın kökləri çox  yerdə  səthə  çıxmışdır.  Çinar  haqda  bir  
çox rəvayətlər  

 
 
ġəkil 1. Mustafa çinarı. 
(Füzuli rayonu, Merdinli kəndi) 
 
ġəkil 2. Horovlu çinarı 
(Cəbrayıl rayonu, Horovlu kəndi) 

 
söylənilir. Yerli əhali bu çinarı qoruduğundan ümumi görünüşü 
yaxşıdır.  
SƏRDARALI  ÇİNARI  –  Cəbrayıl  rayonunun  Mollalı 
kəndindədir. Hündürlüyü 25 m, diametri 45 sm, yaşı isə 60 ildir. 
Belə  cavan  çinarın  abidələr  sırasına  düşməsinin  səbəbini  belə 
izah  edirlər  ki,  vaxtı  ilə  bu  çinarın  yerində  nəhəng  bir  çinar 
varmış. Çinar o vaxt «Yel piri» adlanırdı, çünki çinarın dibindən 
isti  palçıq çıxırdı.  Ətraf  kəndin  əhalisi  burada  çimir və  müalicə 
olunurdular.Çinarı  1930-cu  ildə  mövhumat  və  cəhalət  məndəyi 
adı altında yandırmışlar. Sonralar kəndin ağsaqqalı Sərdaralı kişi  
o çinarın yerində yeni çinar əkmişdir. 
QULU  ÇİNARI  –  Qubadlı  rayonunun  Mahruzlu  kəndində 
«Daşlı yer» adlanan sahədədir. Gövdəsinin diametri 2,3 m olub, 
hündürlüyü 35 m, çətirinin dairəsi 500 m
2
, yaşı 300 ildir. 
HÜSEYN  ÇİNARI  –  Bu  çinara  bəzən  «əkiz  çinarlar»  da 
deyirlər.  Onu  1946-cı  ildə  təbiət  vurğunu  olan,  vətənini  sevən, 
elinə-obasına    nə  isə  yadigar  bir  şey  qoymaq  istəyən    Hüseyn 
adlı  bir  şəxs  Zəngilan  rayonunun  Akara  çayı  kənarındakı 
çinardan  2  ədəd  şiv  kəsərək,  onları  Akara  stansiyasında  qoşa 
əkmişdir. İndi çinarlar  60-cı baharını yaşayırlar. Hündürlükləri 
25 m-dir. 
MİNCAVAN  ÇİNARI  –  Zəngilan  rayonunun  Mircivan 
qəsəbəsindədir.  Çinarın  gövdəsinin  diametri  1,0  m,  hündürlüyü 
25 m, çətirinin dairəsi 300 m
2
, yaşı 280 ildir. Qocaman sakinlər 
belə  rəvayət  edirlər  ki,  vaxtı  ilə  bu  torpaqları  yadelli 
düşmənlərdən  qorumaq  ücün 1000  cavan toplanır və hamısı da 
döyüşdə məhv  olur.  Bu  çinarı    həmyerliləri çavanların şərəfinə 
əkmiş  və  «Minçavan»    adlandırmışlar.  Deyilənlərə  görə 
qəsəbənin adı da  buradan götürülmüşdür. 

 
XAN ÇİNAR – Bu çinar Cəbrayıl rayonunun mərkəzində 5 
əsrdir  ki,  göylərə  baş  çəkir.  Lakin  vaxtı  ilə  işbazlar  onun 
gövdəsində 3 mərtəbəli çayxana və kababxana tikmiş və buranı 
özlərinin  pul  mənbəyinə  çevirmişdilər.      Nəbatatçı  alimlərin, 
ictimaiyyətin  və  şəhər  sakinlərinin    inamlı  mübarizəsi 
nəticəsində  bu  çinarın  ətrafını  təmizləmək  mümkün  olmuşdur. 
500  yaşı  olan bu  çinarın  hündürlüyü 35  m, gövdəsinin diametri 
2,5 m, çətiri 1000 m
2
 sahəni gölgələndirir.
   
 
Yüklə 5,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin