AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məRKƏZĠ NƏbatat bağI


ġəkil 1. Qızılağacyarpaq irqaya calaq



Yüklə 5,39 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix28.01.2017
ölçüsü5,39 Mb.
#6554
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

ġəkil 1. Qızılağacyarpaq irqaya calaq  

 
137 
edilmiĢ armudun meyvələri 
  Aparılan  təcrübələr  armudun  calaqla  çoxalmasında 
irqadan  calaqaltı  kimi  istifadəsini  təsdiq  edərək,  meyvəçilikdə 
geniş istifadə olunmasına zəmin yaradır.    
 
ƏDƏBĠYYAT 
 
1.
 
Каблучко  Г.О.,  Стрела  Т.Э.  Испытание  ирги  в 
качестве  подвоя  для  груши  «Наук.  прац.  Укр. 
силькогоспод. Акад.» 1977-№175.-с 64-67 
2.
 
Хржановский В.Г.,   Понамаренко С.Ф. Ботаника. 
М., Агропромиздат. 1988, с. 130-131 
3.
 
Нelson S.H., Bиsop B. H. Rootstock studиes on sas 
katoons  (Аmelanchиer  alnиfolиa  Нutt.)  “Ъan.  Ж. 
Пlant Сcи.” – 1980 – 60-n 3.- p. 879-882   
 
Дж. Н. Наджафова 
 
ОПЫТЫ ЭКСПЕРИМЕНТАЛЬНОГО ИСПОЛЬЗОВАНИЯ 
ИРГИ ОЛЬХОЛИСТНОЙ (AMELANCHИER ALNИFOLИA 
NUTT.) КАК ПОДВОЯ В  УСЛОВИЯХ  АБШЕРОНА.   
 
Проведенные  опыты  свидетельствуют  о  возможности 
применения  ирги  ольхолистной    A.  alnиfolиa  Nutt.  как 
подвоя при размножении груши.  
При  этом  оптимальный  срок  копулировки  ирги  в 
условиях  Абшерона  –  1-я  декада  апреля.  Наиулучшим  для 
прививки  плодовых  растений  можно  считать  подвой  ирги, 
диаметром 1,8 см, привой диаметром 0,9 см.        
 

 
138 
 
UOT  631. 525  
 
*T.S.Məmmədov, *
*
Z.H. Abbasova 
 
Kağız ağacının (Broussonetia papyrifera
Mərdəkan dendrarisində introduksiyası 
 
 
Məqalədə 
AMEA-nın 
Mərdəkan 
dendrarisində 
introduksiya  olunan  kağız  ağacı  (Broussonetia  papyrifera) 
növünün  bəzi  bioloci  xüsusiyyətləri:  çoxaldılması,  illik  boy 
artımı,  fenoloci  inkişaf  fazaları  və  ekoloci  amillərə 
davamlılığının  öyrənilməsinin  elmi  nəticələri  verilmişdir. 
Cənubi  Yaponiyanın  bitki  formasiyasında,  dağ  və 
dağətəyi    meşələrdə  enliyarpaqlı  subtropik  bitkilərlə 
birlikdə  geniş  ərazidə  yayılan  kağız  ağacının  bioloci 
xüsusiyyətlərinin  öyrənilməsindən  alınan  nəticələr  onun 
Abşeronun  torpaq  -  iqlim  şəraitinə  uyğunlaşmasını 
göstərir. Bu isə ondan  yaşıllaşdırmada istifadəyə imkan 
verir. 
 
Tut  (Moraceae  Lindl.)  fəsiləsindən  olan  kağız  ağacı  cinsinə 
(Broussonetia L

Her. ex Vent.) 2 növ daxildir: B. papyrifera (L.) Vent.  
və  B.  kazinoki  Sieb.et  Zucc.    AMEA-nın    Mərdəkan  dendrarisində  
ancaq bir növ – B. papyrifera (L.) Vent. becərilir.  
                                           
*
 Азярбайъан Милли Елмляр Академийасы Мярдякан дендрариси 

 
139 
Kağız ağacı təbii şəraitdə hündürlüyü 10 - 12 m olan ağac və 
ya  koldur.  Bozumtul  -  yaşıl  rəngli  cavan  budaqlarının  üzəri  zəif 
tükcüklərlə örtülüdür. Gövdəsinin qabığı boz rəngdədir. 5-15 sm 
uzunluğunda  yumurtavari  formada  yarpaqları  budaq  üzərində 
növbəli  yerləşir.  Tükcüklərlə  örtülən  yarpaq  saplaqları  3-7  sm 
uzunluğundadır.  Bitki  üzərindəki  yarpaqlar  müxtəlif  formada 
olur. Belə ki, cavan budaqlarda  yarpaqlar tam kənarlı , pöhrədən 
əmələ  gələn  budaqlarda  1,  2  və  3  dilimlidir.  Yarpağın    qaidəsi 
ürəkvari oyuğa malikdir. Üst hissəsi tünd yaşıldır, alt tərəfdən isə 
hamar,  boz  tükcüklərlə  örtülüdür.  Yarpaqlarda  torşəkilli 
damarlanma aydın görünür.  
Çiçəkləri  ikicinsli,  xırdadır.  Erkək  çiçəklər  3-5  sm  uzunluğunda 
silindr  şəkilli sırğalara  toplanmışdır.  Çiçəkyanlığı  4 hissədən ibarətdir. 
Dişi çiçəklər başcıq əmələ gətirir. Dişicik silindr şəkilli, bütöv və ya 4 
dilimlidir.  Tuta  oxşar,  meyvəsi    şar  formalı,  qırmızı,  çəhrayı  rəngdə, 
şirəlidir. Meyvədə 20 - yə qədər toxum olur.  
Vətəni Çin və Yaponiyadır. Çinin şimali - şərq hissəsində  palıd və 
şabalıd  meşələrində,  mərkəzi  hissəsində  isə  enliyarpaqlı  ağaclarla 
birlikdə    mülayim  iqlim  zonalarında  yayılmışdır.  Koreyada  qarışıq 
meşələrdə bitir ( 1,2 ). 
Azərbaycanda Abşeronda, Gəncə, Göyçay, Kürdəmir, Kür -Araz  
düzənliyi rayonlarında park və bağlarda rast gəlinir.  
Kağız ağacı ilk dəfə Mərdəkan dendrarisinə 1970-ci ildə toxumla 
gətirilmişdir.  Hazırda  kolleksiyalarda  olan  kağız  ağacı  bitkilərinin 
hündürlüyü 5 - 7 m-ə, çətirinin diametri 2 - 3,5 m-ə, gövdəsinin diametri 
25-30 sm-ə çatır. Hər il tam çiçəkləyir və meyvə verir. Sərt keçən qış 
zamanı  cavan  bitkilərin  məhv  olması  müşahidə  edilməmişdir.  Yazda 
çoxlu  kök pöhrələri əmələ gətirir.  

 
140 
Bitki  torpağa  çox  tələbkar  deyil.  Qumsal,  gilli,  azca  şoran 
torpaqlarda  (0,5-1%)  yaxşı  inkişaf  edir.  Soyuğa  və  küləyə 
davamlıdır.  Yayda  rütubətin  kifayət  qədər  çatışmaması 
yarpaqların müəyyən bir hissəsinin saralaraq tökülməsinə səbəb 
olur.  
Kağız  ağacı  tez  böyüdüyü  və  meyvələrin  yetişməsi 
fazasında  çox  dekorativ  göründüyü  üçün  park  və  bağların 
yaşıllaşdırılmasında,  eyni  zamanda  inkişaf  etmiş  kök  sisteminə 
malik  olmasına  görə  çay  kənarı  torpaqların    bərkidilməsində, 
meşə  zolaqlarının  salınmasında  istifadə  edilə  bilər.  Vətənində 
cavan  budaqlarının  lifli  borularından  parça  və  müxtəlif  növlü 
kağızlar hazırlanır.  
Son  zamanlar  kağız  ağacının  Abşeronda  bioekoloji 
xüsusiyyətlərinin  və  ekoloji  amillərə  davamlılığının  öyrənil-
məsini  həm  elmi,  həm  də  təcrübi  əhəmiyyətini  nəzərə  alaraq, 
AMEA  Mərdəkan  dendrarisinin  «Bitkilərin  introduksiyası» 
laboratoriyasında elmi-tədqiqat işləri  aparılmışdır.  
Fenolocji  müşahidələrin  aparılmasında  Baş  Botanika 
Bağının  (3),  illik  boy  artımının  öyrənilməsində  isə  B.B 
Smirnovun  (4)  təklif  etdiyi  iş  üsullarından  istifadə  edilmişdir. 
Tədqiqat  5-10  illik  bitkilər  üzərində  aparılmışdır.Cücərtilərin 
morfologiyası İ.T.Vasilçenkoya görə tədqiq edilmişdir (5).  
Kağız  ağacının  Abşeron  şəraitində  fenoloji  inkişaf 
fazalarının  müşahidələri  1  saylı  cədvəldə  göstərilmişdir.  İqlim 
şəraitindən asılı olaraq tumurcuqların şişməsi ən tez - martın II 
ongünlüyündə,  ən  gec  isə  aprelin  I  ongünlüyündə  qeydə 
alınmışdır. 11-15 gündən sonra yarpaqlar açılmağa başlayır. İlk 
yarpaqların  açılmasından  13-17  gün  sonra  kütləvi  yarpaqlama, 
mayın  I  ongünlüyündə  isə  tam  yarpaqlama  müşahidə  edilir. 

 
141 
Yarpaqların böyüyərək tam formalaşması 23-36 gün davam edir. 
Sərin  keçən  yaz  zamanı  bitkidə  tam  yarpaqlama  mayın  II 
ongünlüyündə başa çatır.  
 
 
 

 
142 
 
 
Cədvəl 1 
Kağız ağacının Abşeronda fenoloji inkişaf fazaları 
 
 
Ġllər 
Yarpaq 
tumur-
cuqları-
nın ĢiĢ-
məsi 
Yarpaqların 
açılması 
Ta
m
 yar
p
a
q
-
la
m
ası
 
Çiçəkləmə 
Meyvənin 
yetiĢməsi 
Yarpaqların 
rənginin 
dəyiĢ-məsi 
Yarpaqların 
tökülməsi 
Ve
g
eta
si
ya
 
m
ü
dd
əti


n 
 
BaĢ-
lan- 
ğıc 
Küt-
ləvi 
Ba-
lan- 
ğıc 
Küt-
ləvi 
Qur-
tar-
ması 
BaĢ-
lan- 
ğıc 
Tam 
BaĢ-
lan-
ğıc 
Küt-
ləvi 
BaĢ-
lan- 
ğıc 
Qur-
tar- 
ması 
1998 
15.III 
1.IV 
15.IV 
25.IV 
28.IV 
10.VI 
1.VI 
25.VII 
25.IX 
25.IX 
20.X 
15.X 
15.XI 
210 
1999 
28.III 
12.IV 
25.IV 
10.V 
5.V 
15.VI 
7.VI 
30.VII 
30.IX 
28.IX 
24.X 
18.X 
25.XI 
217 
2000 
2.IV 
13.IV 
28.IV 
12.V 
10.V 
17.V 
28.V 
25.VII 
15.IX 
5.X 
28.X 
20.X 
18.XI 
220 
2001 
20.III 
5.IV 
20.IV 
5.V 
10.V 
14.V 
5.VI 
30.VII 
25.IX 
25.IX 
20.X 
10.X 
5.XI 
225 
2002 
25.III 
10.IV 
25.IV 
3.V 
8.V 
17.V 
10.VI 
5.VIII 
30.IX 
20.IX 
18.X 
10.X 
10.XI 
235 

 
143 
İlk  çiçəkləmə  yarpaqlar  tam  açıldıqdan  sonra-mayın 
əvvəlində  qeydə  alınmışdır.  Tam  çiçəkləmə  7-12  gündən  sonra 
müşahidə edilir. Çiçəkləmə 22-32 gün davam edir. Lakin iqlim 
şəraitindən  asılı  olaraq  çiçəkləmə  1998-ci  ildə  tez  -  aprelin 
axırlarında,  2001-ci  ildə  isə  nisbətən  gec  -  mayın  II 
ongünlüyündə  qeydə  alınmışdır.  Belə  ki,  martın  axırlarında 
havanın  temperaturunun  aşağı  enməsi  çiçəkləmənin,  həm  də 
bütün  vegetasiya  fazalarının  gecikməsinə  səbəb  olur. 
Dendrarinin  kolleksiyalarında  həm  erkək,  həm  də  dişi  çiçək 
qrupu daşıyan bitkilər olduğu üçün tozlanma həm arılar, həm də 
külək  vasitəsi  ilə  normal  gedir.  İyul  ayının  II  ongünlüyündən 
sonra  meyvələr  yetişməyə  başlayır.  Meyvə  tam  yetişən  zaman 
ətli hissəsi qızarır və şirəli olur. Meyvənin yetişməsi 50-60 günə 
qədər  davam  edir  və  ağac  üzərindəki  meyvələr  eyni  vaxtda 
yetişmir.  Tam  yetişmiş  meyvələr  tədricən  tökülür.  Sentyabrın 
axırları  və  oktyabrın  əvvəllərində  yarpaqların  rənginin 
dəyişilməsi  müşahidə  edilir.  Oktyabrın  II  ongünlüyündən 
yarpaqlar  tökülməyə  başlayır,  bu  mərhələ  soyuq  keçən  hava 
şəraitində  oktyabrın  axırlarına  qədər,  uzun  və  mülayim  sürən 
payız zamanı isə noyabrın ortalarına qədər davam edir. 
Abşeron  şəraitində  kağız  ağacının  budaqlarının  mövsümü 
böyümə dinamikasının öyrənilməsi göstərmişdir  ki, bu mərhələ 
havanın  temperaturunun  10
0
C  –  dən  yuxarı  olduğu  vaxtda  – 
aprelin  III  ongünlüyündən  başlayaraq,  sentyabrın  əvvəllərinə 
qədər  davam  edir.  İntensiv  böyümə  may  -  iyun  aylarında 
müşahidə  edilir.  İyul  ayında  temperaturun  yüksəlməsi 
böyümənin  nisbətən  zəifləməsinə  səbəb  olur.  Avqust  ayının  I 
ongünlüyündən sonra böyümənin davam etməsi müşahidə edilir. 
Böyümənin davametmə müddəti 140-155 gündür. Əmələ gəlmiş 

 
144 
birillik  budaqlar qışa qədər oduncaqlaşır. Şaxta  və  soyuq keçən 
qış zamanı birillik budaqların uc hissəsinin çox cüzi olaraq 2 - 3 
sm  uzunluğunda  məhv  olması  müşahidə  edilir.  Budaqların  illik 
boyartımı 80 - 95 sm olur. Qeyd etmək lazımdır ki, aprel ayının 
əvvəllərində temperaturun aşağı olması böyümənin gecikməsinə 
səbəb olur.      
Kağız ağacı Abşeronun torpaq - iqlim şəraitinə davamlıdır. 
Yayda 
əgər 
vaxtaşırı 
suvarılma 
aparılarsa, 
havanın 
temperaturunun  yüksək  olması  (36-38
0
C)  bitkiyə  təsir  etmir. 
Lakin  suvarılmanın  vaxtında  aparılmaması  zamanı  ən  isti 
aylarda  -  iyul  və  avqustun  əvvəllərində  bitkidə  yarpaqların  tez 
saralması  və  müəyyən  hissəsinin  tökülməsi  müşahidə  edilir. 
Normal  suvarılma  şəraitində  bir  neçə  ildən  sonra  ana  bitkinin 
ətrafında 7-11 ədəd pöhrə əmələ gəlir. Bu bioloji xüsusiyyət bir 
çox  tropik  və  subtropik  bitkilər  üçün  xarakterikdir  və  Abşeron 
şəraitində də özünü büruzə verir.  
Kağız  ağacı  toxum,  qələm  və  kök  pöhrələri  ilə  çoxalır. 
Kağız ağacı toxumlarının cücərmə qabiliyyətini öyrənmək üçün 
toxumlar  payızda  xüsusi  hazırlanmış  ləklərə  səpilir.  Səpilmiş 
toxumlardan  aprel ayının ortalarında ilk, axırlarında isə kütləvi 
cücərti  alınır.  Toxumların  cücərməsi  62%-i  təşkil  edir. 
Cücərtilərin  ləpəaltı  hissəsi  incə  olub,  tükcüklərlə  örtülüdür. 
Ləpə yarpaqları uzunsov-ovalvari, 7-9 mm uzunluqda və 2-3 sm 
enində  olub,  uc  hissəsi  kütdür,  ağ  tükcüklərlə  örtülü  saplaq 
üzərindədir.  I  cüt  həqiqi  yarpaqlar  enli  yumurtavari  formada, 
demək  olar  ki,  dairəvidir  və  ya  azca  ürəkvari  formadadır. 
Kənarları  çox  da  dərin  olmayan  dişlidir.  Sonrakı  yarpaqlar 
nisbətən iridir, kənarlarında kəsiklər aydın nəzərə çarpır, üstü və 
alt  hissəsi  zərif  tükcüklərlə  örtülüdür.  Damarlanma  sadədir, 

 
145 
ləpəüstü hissə  dairəvi və tükcüklüdür. Qeyd  etmək lazımdır ki, 
ana  bitkinin  ətrafına  düşmüş  toxumlar  normal  suvarılma 
şəraitində  cücərərək,  təbii  bərpa  yolu  ilə  yeni  bitkilər  əmələ 
gətirir. 7-10 ildən sonra həm kök pöhrələri, həm də təbii yol ilə 
bərpa  nəticəsində  həmin  sahədə  çoxlu  cavan  bitkilər  müşahidə 
etmək  olar.  2-3  illik  bitkilər  daimi  yerinə  köçürüldükdə  tez 
böyüyür və yaxşı inkişaf etmiş kök sistemi əmələ gətirir. 
Beləliklə, Cənubi Yaponiyanın bitki formasiyasında dağ və 
dağətəyi    meşələrdə  enliyarpaqlı  subtropik  bitkilərlə  birlikdə 
geniş  ərazidə  yayılan  kağız  ağacının    qeyd  olunan  bioloji 
xüsusiyyətləri  onun  Abşeronun  torpaq  -  iqlim  şəraitinə 
uyğunlaşmasını göstərir. Bu isə ondan yaşıllaşdırmada istifadəyə 
imkan verir. 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycanın ağac və kolları. Bakı, Az.EA-nın  nəş-
tı, 1964, II h., səh. 86. 
2.
 
Məmmədov T.M. Dendrologiya. Bakı,«Elm» nəş-tı, 
2000, səh.184-185. 
3.
 
Методика фенологических наблюдений в 
Ботанических садах СССР.М.,: ГБС АН СССР, 
1975, 27с. 
4.
 
Смирнов В.В. Сезонный рост главнейших пород. 
М.: Наука, 1964. 165 с. 
5.
 
Васильченко 
И.Т. 
Всходы 
деревьев 
и 
кустарников.  Определитель.  М.-Л.:  АН  СССР, 
1960. 301 с.  
 

 
146 
Т.С.Мамедов, З.Г.Аббасова 
 
ИНТРОДУКЦИЯ БУМАЖНОГО ДЕРЕВА 
(BROUSSONETИA PAPYRИFERA) 
 В МАРДАКЯНСКОМ ДЕНДРАРИИ 
 
  В  статье  приводятся  данные  о  биологических 
особенностях  –  размножения,  рост  годичных  побегов, 
фенологические  фазы  развития  и  устойчивости  к 
экологическим факторам бумажного дерева, выращенного в 
Мардакянском дендрарии. 
Даны    практические  рекомендации  по  внедрению  ее  в 
озеленение. 
Изученные  особенности  свидетельствуют  о  том,  что 
бумажное    дерево  успешно  адаптировалось      к      местным   
почвенно-климатическим условиям. 
 
 
 
 
 
 
 
 
 

 
147 
UOT: 635.9.581.44 
L.K.DadaĢova  
 
ġAMAXI, QUSAR VƏ ABġERON RAYONLARINDA 
BƏZĠ SÜSƏN VƏ DAĞLALƏSĠ NÖVLƏRĠNĠN 
ĠNTRODUKSĠYASI 
 
Respublikamızın  bitkiləri  arasında  ən  əhəmiyyətli  sayılan 
nadir  çiçəkli  bitkilərin  introduksiya  yolu  ilə  artırılması,  təbii 
ekosistemlərdə  bərpası  və  qorunması  hazırda  mühüm 
problemlərdən  biridir.  Son  dövrdə  yaşayış  məskənlərinin 
genişlənməsi,  yeni torpaq sahələrinin mənimsənilməsi, turizmin 
inkişafı  ilə  əlaqədar  təbii  ərazilərin  kütləvi  istirahət  zonalarına 
çevrilməsi  başqa  bitkilərlə  yanaşı,  dağlaləsi  və  süsən  bitkilərin 
sayının  azalmasına  səbəb  olmuşdur.  Xüsusilə,  çiçəkləmə 
dövründə  bitkilərin  kütləvi  surətdə  toplanması  təbiətdə  onların 
öz-özünü bərpa qabiliyyətini azaltmışdır. (1, 5). 
Nadir  və  nəsli  kəsilməkdə  olan  dağlaləsi,  süsən  növlərinin 
genofondunu 
qoruyub 
saxlamaq 
məqsədilə 
onların 
kolleksiyalarının  yaradılması  və  artırılaraq  yenidən  təbii 
ekosistemlərdə  bərpa  olunmasını    (reintroduksiyası)  qarşımıza 
məqsəd qoymuşuq.  
Tədqiqat işinin aparıldığı Şamaxı, Qusar və Abşeronda təbii 
şəraitdə  süsən  və  dağlaləsi  növlərinin  tükənmək  üzrə  olduğu 
müşahidə  edilir.  Bunları  nəzərə  alaraq,  dağlaləsinin  Biberşteyn 
(T.biebersteiniana),  Eyxler  (T.eichleri),  Şmidt  (T.scmidtii
növləri,  süsənin  torlu  (I.reticulata),  itikənarlı  (I.acutiloba), 
qurdqulağı  (I.lycotis),  Prilipko  (I.prilipkoana)  növlərinin  təbii 
şəraitdən  toplanmış  toxum,  kökümsov  və  soğanaqlar  vasitəsilə 

 
148 
Şamaxı, Qusar və Abşeron şəraitində sınaqdan keçirilmişdir (3, 
9). 
Tədqiqatlar  göstərirdi  ki,  müxtəlif  dağlıq  ekoloji-coğrafi 
ərazilərdə  dağlaləsi  və  süsən  növlərinin  inkişafında,  vegetasiya 
müddətində, morfogenezində fərqli dəyişikliklər baş verir. 
Səpin üçün dağlaləsi, süsən növlərinin may – iyun aylarında 
toplanmış  toxumlarından  istifadə  olunmuşdur.  Səpin  vaxtına 
qədər keçən 2-3 ay  ərzində bu  toxumların  yetişməsi başa çatır. 
Dağlaləsi və süsən növlərinin hər birindən 100 toxum seçilərək 
sentyabr  ayının  sonuncu,  oktyabr  və  noyabr  ayılarının  ikinci 
ongünlüyündə  3  təkrarda  xüsusi  ləklərə  və  içərisində  1:1 
nisbətində qum, torf, peyin  yarpaq çürüntüsündən ibarət torpaq 
olan  yeşiklərə  səpilmiş,  üzəri  qumla  örtülmüşdür.  Dağlaləsi 
toxumlarının səpin dərinliyi 0,8-1 sm, süsənin ki, isə 3-5 sm-dır. 
Toxumlardan  birinci  il  1  ədəd  yarpaq  və  stolon  inkişaf  edir. 
Stolonun  daxilində  ilk  örtük  pulcuğu  inkişaf  edir.  Payıza  qədər 
cücərtilər  də  0,5  sm  diametrində  1  ədəd  soğanaq  (dağlaləsi  və 
torlu süsəndə), 5-7 mm diametrində 1 ədəd kökümsov (süsəndə) 
əmələ gəlir. 
Vegetativ  üsulla  çoxaltmaq  məqsədilə  dağlaləsinin  hər  3 
növündən,  torlu  süsənin  20-30  ədəd  soğanağı  və  digər  3  süsən 
növünün  hər  birindən  20-30  ədəd  kökümsov  seçilib  təcrübə 
ləklərində  əkilmişdir.  Soğanaqlar  diametrindən  asılı  olaraq  10-
20  sm  dərinliyə,  kökümsovlar  isə  20-25  sm  dərinlikdə 
əkilmişdir.  İl  ərzində  hər  ay  soğanaqlar  çıxarılaraq  müntəzəm 
müşahidələr  aparılmış,  soğanaqların  örtük  və  ehtiyat  pulcuqları 
altında  olan  əvəzedici  gələcəkbala  soğanaqların  inkişaf 
dinamikası öyrənilmişdir. 

 
149 
Əkilmiş  bitkilər  müntəzəm  olaraq  suvarılmalı,  alaqlardan 
təmizlənməlidir.  İqlim  şəraitindən  asılı  olaraq  bitkilərin  inkişaf 
müddətinin  fərqli  olmasına  baxmayaraq,  aqrotexniki  qulluq 
şəraitində  hər  bir  növün  orqanlarının  ölçüsü  böyümüş, 
habitusunda  əhəmiyyətli  dəyişikliklər  müşahidə  olunmuşdur 
(Cədvəl 1). 
 
Cədvəl 1. 
Abşeron şəraitində dağlaləsi və süsən  
növlərinin çiçəklənmə fazaları 
 
Bitkinin adı 
Bitki-
nin 
hün-
dür-
lüyü 
Çiçəyin 
rəngi 
Çiçəkləmə 
Başlan-
ması 
Sonu 
Müd-
dəti 
(gün) 
Tulipa eichleri 
30-42 
Al qırmızı 
10-15 IV 
3-8 V 
23 
T.biebersteiniana  
15-30 
Qızılı sarı 
10-15 IV 
25-30 IV 
19 
T. Schmidtii 
30-50 
Tünd qırmızı 
25-30 IV 
20-25 V 
25 
T.julia 
15-25 
Moruğu tünd 
qırmızı 
25-30IV 
15-20 V 
19 
Iris acutiloba 
5-15 
Boz-
qəhvəyi 
1-6 IV 
25-30 IV 
24 
I.lycotis 
10-25 
Qırmızımtıl 
bənövşəyi 
25-30 IV 
15-20 V 
20 
I.reticulata 
5-15 
Sarı  zolaqlı 
bənövşəyi 
10-20 III 
20-30 III 
20 
I.prilipkoana 
40-60 
Bənövşəyi 
mavi 
5-10 VII 
25-30 
VII 
23 
R.L.Şpak  (10),  Z.P.Boçanseva  (6),  O.V.İbadlı  (14)  və 
başqalarının  apardıqları  tədqiqatlar  soğanaqlı  bitkilərdə  yerüstü 
inkişafı  ilə  yanaşı,  yeraltı  inkişafın  getdiyini,  yay  və  qış 

 
150 
«dinclik»  dövrünün  olmasını  sübut  edir.  Soğanağın  ehtiyat  
pulcuqları  qida  maddələri  ilə  hələ  zəngin  olduğu  bir  dövrdə 
əvəzedici  orqanlar  formalaşmağa  başlayır.  Bu  dövrdə  əsas 
orqanəmələgəlmə prosesi gedir.  Vegetasiya  dövrünün sonunda 
toxum  yetişən  zaman  əvəzedici  soğanaqda  artıq  formalaşan 
orqanların  differensiasiyası  gedir  və  yeni  orqanların  başlanğıcı 
qoyulur.  Avqust  ayında  həmin  orqanlar  daha  sürətlə  böyüyür, 
kök sistemi formalaşdıqdan sonra sentyabr ayının sonunda daha 
intensiv inkişaf gedir və bu inkişaf qış  «dinclik»  dövrünə qədər 
davam  edir.  Yanvar  -  fevral  aylarından  başlayaraq  yarpaqların 
differensasiyası və çiçək orqanlarının formalaşması gedir. 
Bilberşteyn, Şmidt və Eyxler dağlaləsi növlərində əvəzedici 
soğanağın  əmələ  gəlməsi  Abşeronda  may  ayının  I  və  II 
ongünlüyünə  Qusar  və  Şamaxı  rayonlarında  isə  iyun  ayının  II 
ongünlüyünə təsadüf edir. 
Təbii  şəraitdə  bala  soğanaqların  inkişafı  təbiətdə  örtük  və  2 
ehtiyat pulcuğun əmələ gəlməsi ilə başa çatır. Buna görə də təbiətdə 
dağlaləsi vegetativ yolla çox zəif çoxalır. Mədəni becərilmə şəraitdə 
isə  vegetativ  çoxalma  güclənir  (6,  10).  Bu  xüsusiyyət  bitkiləri 
dekorativ gülçülük istifadəsi üçün yararlı edir. 
Dağlaləsi  növlərinin  illik  inkişafında  «dinclik»  dövrlərinin 
olması  onların  təkamül  prosesində  əlverişsiz  ekoloji  şəraitdə  – 
çöl, çəmən və yarımsəhra zonasında quru qızmar yay və sərt qış 
mövsümünə uyğunlaşması ilə əlaqədardır (7, 8). 
Təcrübələr  göstərir  ki,  toxumlar  üçün  əlverişli  səpin  müddəti 
Abşeron  şəraitində  oktyabr  ayının  II  ongünlüyü,  Qusar  və  Şamaxı 
rayonlarında  isə  sentyabr  ayının  III  ongünlüyüdür.  Bu  müddətdə 
səpilmiş toxumlar 60-70%, bəzən 80% cücərmə qabilliyyətinə malik 

 
151 
olur. Dağlaləsi toxumla çoxaldıqda 4-6-cı ildə, süsən növləri isə 3-5 
ildən sonra çiçəkləyir (Cədvəl 2). 
Tədqiq  olunan  yabanı  çiçəkli  bitkilərin  vegetasiya  dövrü 
erkən  yazdan  başlayaraq  yaya  qədər  davam  edir.  Məs.:  torlu 
süsənin  (İ.reticulata)  yanvar-fevral  aylarında  yerüstü  inkişafı 
başlayır.  Fevral  ayının  sonunda  qönçələmə,  mart  ayının 
əvvəlindən sonuna kimi kütləvi surətdə çiçəkləməsi davam edir. 
Şamaxı və Qusar rayonlarında isə hava şəraiti əlverişsiz olduqda 
onun çiçəkləmə müddəti bir qədər qısalır və martın sonu, aprelin 
əvvəlində (2 həftə ərzində) başa çatır. Vegetativ üsulla çoxalma 
zamanı  ana  soğanağın  yanında  əmələ  gələn  bala  soğanaqlar 
mədəni  şəraitdə  sərbəst  inkişaf  edərək  çiçəkləyir.  May  ayının 
sonuna qədər vegetasiya müddəti başa çatır və toxumlar yetişir. 
Cədvəl 2. 
Dağlaləsinin  səpilmiş  toxumlarının  cücərmə  qabilliyyəti 
Bitkini adı 
Əkildiyi 
ərazi 
Səpin 
vaxtı 
Toxumun 
cücərmə 
vaxtı 
Vegetasiya 
müddəti 
(günlə) 
Cücər
mə 
faizi 
(%) 
Tulipa eichleri 
Abşeron 
Şamaxı 
Qusar 
20 X 
20 X 
20 X 
20 II 
10 II 
15 II 
75 
65 
65 
80% 
65% 
60% 
T. Schmidtii  
Abşeron 
Şamaxı 
Qusar 
20 X 
20 X 
20 X 
26 II 
12 II 
16 II 
69 
64 
58 
75% 
58% 
50% 
T.biebersteiniana 
Abşeron 
Şamaxı 
Qusar 
20 X 
20 X 
20 X 
15 II 
10 II 
12 II 
63 
59 
56 
65% 
52% 
48% 
 
Müşahidələr göstərir ki, dağlaləsi növlərinin soğanaqlarının 
ən  yaxşı  toplanma  müddəti  bitkinin  vegetasiyasının  sonunda 
toxumların  qutucuqda  tam  yetişdiyi  dövrdür.  Belə  olduqda 

 
152 
soğanaqlar  introduksiya  şəraitinə  daha  asanlıqla  uyğunlaşaraq 
növbəti  ildə çiçəkləyirlər. 
Vegetasiya  müddətində  bitkilərə  3  dəfə:  ilk  inkişaf  dövrü, 
qönçələr  formalaşarkən  və  kütləvi  çiçəkləmə  dövründə  əlavə 
yemləmə gübrəsi verilməlidir. 
Beləliklə, gözəl formalı, ətirli, müxtəlif rəngli çiçəkləri olan 
yabanı  dağlaləsi  və  süsən  növlərinin  yüksək  ekoloji  plastikliyə 
malik  olması  onların  yaşıllaşdırmada  istifadə  edilməsinə  şərait 
yaradır.  Bitkilərin  çiçəkləmə  müddətinin  növbələşməsi  erkən 
yazdan  yaya  qədər  rəngarəng  çiçək  kompozisiyalarının 
yaradılmasına imkan verir. 
 
Yüklə 5,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin