AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məRKƏZĠ NƏbatat bağI



Yüklə 5,39 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix28.01.2017
ölçüsü5,39 Mb.
#6554
1   2   3   4   5   6   7   8   9   ...   19

Ġkiillik çiçək bitkiləri 
Alabəzək bənövşə – Viola tricolor 
Holland qərənfili – Diantus caryophyllus 
Türk qərənfili – Diantus barbatus 

 
Şəbbəgülü – Matthiola R.Br. 
Zəngçiçəyi – Campanula L. 
Qızçiçəyi – Bellis L. 
 
Çoxillik çiçək bitkiləri 
Asfodelina – Asphodeline Reicheb. 
Qaulardiya – Gaillardia Fonder 
Birəotu – Pyrethrum Gaertn. 
Buynuzbaş – Paeonia L. 
Dəvəayağı -  Limonium Mill. 
Kanna – Canna L. 
Kartofgülü – Dahlia Cav. 
Payızgülü – Chrysanthemum L. 
Gülxətmi – Alcea rosea 
Kentrantus – Centranhhus Dc. 
Laləvər – Fritillaria L. 
 
Alissum  –  (Alyssum  maritimum)  xaççiçəklilər  fəsiləsinə 
aiddir,vətəni – Cənubi Avropadır. 
Alçaq boylu (20-25 sm), ağ, süsəni rəngli, xoşa gələn ətri, 
xırda çiçək-ləri olan ot bitkisidir. İşıq sevəndir, torpağa o qədər 
də  tələbkar  deyil.  Toxumla  çoxalır,  səpindən  6-7  gün  sonra 
cücürtilər  alınır.  Canlı  çəpərlərin  salınmasında  istifadə  edilə 
bilər.  İyun  ayından  oktyabr  ayınadək  çiçəkləyirlər.  Çox 
dekorativdir. 
Amarant  qaratərə  –  (Amaranthus),  amarantlar  fəsiləsinə 
aiddir, vətəni tropik Asiyadır. 
Amarantalar  60-100  sm  hündürlükdə,  möhkəm  gövdəli, 
qəşəng  yarpaqları  olan  bitkilərdir.Çiçəkləri  xırda  ləçəksizdir, 

 
onlar  əyilmiş  süpürgələrdə  (tülkü  quyruğu),  dik  duran 
piramidaşəkilli  sünbüllərdə  və  yaxud  yarpaqların  qoltuqlarında 
yerləşirlər. 
Bunlar istilik, işıq və rütubəti çox sevən bitkilərdir. Soyuğa 
davamsız-dırlar.  Münbit,  humusla  zəngin,  yüngül  torpaqlarda, 
mütləq suvarılmaqla becərilirlər. 
Toxumlarla,  birbaşa  sahəyə  və  yaxud  şitil  etmə  yolu  ilə 
çoxalırlar.  Mart  ayında  toxumlar  səpilir,  5-6  günə  cücərtilər 
əmələ  gəlir.  Aprel  ayında  bir-birindən  30-40  sm  aralı,  açıq 
sahəyə əkmək olar. 
İyun  ayından  soyuqlar  düşənə  qədər  çiçəkləyirlər. 
Amarantları  hündür  çiçək  bitkiləri  tələb  olunan  çiçəkliklərdə, 
qazon üzərində qrup halında əkildikdə daha dekorativ görünür. 
Qara  ayaq,  ağ  pas,  mozaikanın  bəzi  növləri  ilə  yoluxur, 
onların  üzərində  mənənələrin  bütün  növlərinə  təsadüf  etmək 
olur. 
3 növü becərilir: 
1.  Amaranthus  caudatus  –  1  m-ə  qədər  hündürlüyü,  açıq 
yaşıl, sarımtıl yarpaqları və uzun, sallaq, qırmızı rəngli quyruğa 
oxşar süpürgələri olan,quyruqlu amarantdır. Ona tülkü quyruğu 
da deyilir. 
2.  Amaranthus  melancholicus  –    60  sm-ə  qədər 
hündürlüyü 
olan, 
qırmızı 
yarpaqlı, 
çiçəkləri 
yarpaq 
qoltuqlarında olan, melanxolik tünd amarantdır. 
3.  Amaranthus  nobilis  piramidalis  -  1  m-ə  qədər 
hündürlüyü  olan,  möhkəm  gövdəli,  tünd-qırmızı  yarpaqlı  və 
piramidal, dik duran süpürgələrdə toplanan çiçəkləri olan qəşəng 
piramidal amarantdır. 

 
Xınagülü – (Lmpatiens balsaminim) xınagülülər fəsiləsinə 
aiddir, vətəni – Ost-hind adalarıdır. 
Çiçək  bitkisi  kimi  çox  yayılmışdır.  Xınagülü  25-60  sm 
hündürlüyü,  yoğun,  dik  duran,  buğumlu  gövdəsi  olan  bitkidir. 
Yarpaqları açıq - yaşıl, çiçəkləri açıq - çəhrayıdan tünd-moruğu 
rəngə  qədər  olub,  qurd  ağzı  çiçəklərin  xatırladır.  Toxumları 
qutucuqda  yerləşir,  əl  vurduqda  partlayır.  İyun  ayından  payıza 
qədər  çiçəkləyir.  Torpağa  tələbkar  deyil,  toxumla  çoxalır. 
Toxumlar  mart  ayında  yeşiklərə  səpilir,  4-6  gündən  sonra 
cücərir. Aprel ayında açıq sahəyə əkmək olar.  
Sabahgülü – məxmərgülü – Tagetes – Mürəkkəbçiçəklilər 
fəsiləsinə aiddir, vətəni  Meksikadır. 
Çiçəkçilikdə  ən  çox  yayılmış  birillik  bitkidir.  Dik  duran, 
çox budaqlanan, növündən asılı olaraq boyu 20-100 sm, parlaq 
lələkvari  dilimli  yarpaqları  olan    koldur.  Çiçəkləri  müxtəlif 
formalı  səbətcik  olub,  rəngi  açıq  -  sarıdan  tünd  -  narıncıya 
qədərdir. İyun ayından şaxtalar düşənə qədər çiçəkləyir. 
Toxumla çoxalır. Toxumları mart ayında birbaşa sahəyə və 
ya  şitilliyə  əkməklə  çoxalır.  Bu  bitki  istilik  və  işıq  sevəndir. 
Torpağa  az  tələbkar,  quraqlığa  davamlıdır,    münbit,  suvarılan 
torpaqlarda  daha  uzun  ömürlü  və  məhsuldar  olur.  Bitkinin 
yarpaqlarının və çiçəyinin özünəməxsus xoş ətri vardır.  
Sabahgülünün  30-a  yaxın  növü  vardır  ki,  bunlardan 
çiçəkçilikdə yalnız 3-ü çox geniş yayılmışdır.  
Tagetes patula – hündürlüyü 15-50 m, çiçəklərinin diametri 
3-7  sm,  sadə  və  mürəkkəb  çiçəkli,  sarı  ilə  narıncının  müxtəlif 
calarlarını verən və ən müxtəlif formalı çiçəkləri olan növdür.  

 
Tagetes erekta – sabahgülülərin  içərisində ən hündür boylu 
(120  sm)  sarı  və  narınıcı  rəngli,  iri  (12  sm)  toppuzşəkilli 
çiçəkləri olan  növdür. 
Tagetes  signata  –  nisbətən  alçaqboylu,  xırda  yarpaqlı, 
başqa  növlərdən  kiçikliyi  və  formaları  ilə  fərqlənən  koldur. 
Bordyur  bitkisi  kimi  çox  dekorativ  bitkidir.  Məxmərgülündən 
yeyinti,  kənd  təsərrüfatı,  tibb  və  kimya  sənayesində  də  geniş 
istifadə edilir. Bu bitkilərin köklərindən ayrılan xüsusi maddələr 
torpaqdakı nematodları məhv edir, göbələk infeksiyalarına qarşı 
mübarizə  aparır.  Yarpaqlarından  fitoterapiyada  istifadə  edilir. 
Çiçəklərinin 
isladılmış 
məhlulundan 
mənənələrə, 
ağqanadlıçalara və digər ziyanvericilərə qarşı istifadə edilir.  
Gözəl boyaq bitkisidir. Çiçəklərindən alınan rənglə yun və 
pambıq parçaları boyamaq üçün istifadə edilə bilər. 
Yeyinti  sənayesində  müxtəlif  marinadların  hazırlan-
masında,  bəzi  pendir  növlərinin  rənglənməsində  və  ədviyyat 
kimi  işlədilir.  Bəzən  zəfəranı  da  əvəz  edir.  Yarpaqları  və 
çiçəkləri yeyilir, salatlara qatılır.. 
Kosmeya-  (Kosmea  vipinata)  –  Mürəkkəbçiçəklilər 
fəsiləsinə aiddir, vətəni Meksikadır. 
100-150 sm hündürlüyü olan, gözəl birillik ot bitkisidir. Az 
qulluq  tələb  edən,  işıqsevən,  soyuğadavamlıdır.  Bu  bitkini 
günəşli,  az  külək  tutan,  qeyri-münbit,  nəmliyi  az  olan 
torpaqdarda da əkib becərmək olar. Münbit torpaqlarda isə daha 
yaxşı inkişaf edir, bol çiçək açır, çiçiəkləri daha iri və şux olur. 
Toxumlarla  çoxalır,  onlar  yazın  əvvəllərində  açıq  sahəyə 
səpilir  və  çüçərtilər  əmələ  gəldikdən  sonra  seyrəltmə  aparılır. 
Seyrəltmə  zamanı  alınmış  şitilləri  başqa  yerə  də  əkmək 
mümkündür. 

 
İyul ayından oktyabr ayına qədər çiçəkləyir. 
Çiçəkçilikdə iki növünə rast gəlinir: 
1.
 
İkitərəfli lələkli kosmeya – boyu 100-120 sm olan sıx 
budaqlanmış, möhkəm gövdə və çox şaxələnmiş kök 
sisteminə  malik  olan  bitkidir.  Yarpaqları  qarşı-
qarşıya  düzülmüş,  ikitərəfli  lələklidir.  Çiçəkləri  iri, 
səbətşəkillidir. Ağ,  çəhrayı, qırmızı, bənövşəyi, tünd 
- çəhrayı və daha müxtəlif rəngli olurlar. 
2.
 
Narıncı-sarı  kosmeya  –  bu  120-150  sm  hündürlüyü 
olan  koldur.  Onun  yarpaqları  enli  seqmentlidir, 
budaqlanması  daha  seyrəkdir.  Çiçəklərinin  rəngi 
narıncıdan qırmızılı-sarıya qədərdir və çox xırdadır. 
Kosmeyalar  qrup  halında  əkildikdə  səmadakı  ulduzları 
xatırladır. Elə ona görə də bəzən onlara kosmos də deyilir.  
 
ƏDƏBĠYYAT 
 
1.
 
İbadlı  O.V.,  Ağamirov  Ü.M.,  Bayramov  A.Ə.  Gül-
çülük, Bakı  „Ozan” 2003, 223 s. 
2.
 
Hüseynov M.M. Azərbaycanda becərilən  əsas çiçək 
bitkiləri, Bakı, Azərnəşr, 1964, 120 s. 
3.
 
Садыхов А.М. Цветоводство на Апшероне и пути 
его  развития.  Тезисы  докладов  Совета  ботани-
ческих садов Закавказья, Баку, 1968, с. 56-58 
4.
 
Садыхов А.М. Результаты испытания в культуре 
на  Апшероне  некоторых  декоративных  трав-
янистых  растений.  Интродукция  и  акклимати-
зация  растений  (труды  Ботанического  сада), 
Баку, «Элм», 1975, с. 122-138 

 
 
 
 
А. Т. Искендеров, В.А.Меликова,  
А.М.Гусейнова, Р.А.Алиев 
 
ПЕРВИЧНЫЕ РЕЗУЛЬТАТЫ ВОССТАНОВЛЕНИЯ 
КОЛЛЕКЦИИ ЦВЕТОЧНЫХ РАСТЕНИЙ В 
ЦЕНТРАЛЬНОМ БОТАНИЧЕСКОМ САДУ 
НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК 
АЗЕРБАЙДЖАНА. 
 
 
В  статье  приводится  список  восстановленных  в 
Центральном  Ботаническом  Саду  одно-,  двух-  и 
многолетних  цветочных  растений.  Изложены  морфоло-
гические  особенности,  хозяйственное  значение  и  пути 
размножения  некоторых  перспективных  видов  цветочных 
растений.    
 
 
 
 
 
 
 
 
 
 
 

 
UOT 631.529 
A.T.Ġsgəndərov 
 
KARLĠK QIZILGÜLLƏR VƏ ONLARIN 
ÇOXALDILMASI 
 
Rosa  L.  cinsinin  miniatür  bağ  qrupuna  daxil  olan  karlik 
(cırtdan)  qızılgüllər  digər  qruplara  mənsub  olan  sortlardan 
başlıca  olaraq  kiçik  ölçülü  kolları,  gülləri  və  yarpaqları  ilə 
fərqlənirlər. Kolcuqlarının boyu adətən 30 sm, gülünün diametri 
isə 2-2,5 sm-dən artıq olmur. Bu sortların gülləri tək-tək  və ya 
azsaylı  çiçək  qrupunda  cəmləşirlər,  rəngarəng  çalarlı,  çox  ətirli 
olub, bol və fasiləsiz gül açırlar. 
Karlik  qızılgülün  mənşəi  ilə  bağlı  müxtəlif  baxışlar 
mövcuddur.  Güman  edilir  ki,  ilk  karlik  qızılgül  nümunəsi  olan 
Rosa  Roulettii  Correv,  təbii  seçmə  nəticəsində    Rosa  chinensis 
“minima”-dan  əmələ  gəlmiş  və  XIX-əsrin  əvvəllərində  Çinlən 
Avropaya  naməlum şəxs tərəfindən  gətirilmişdir.  Belə  məlumat 
da  vardır    ki,  1918-ci  ildə  Rulet  adlı  fransalı  həkim  İsveçrədə 
olarkən  təsadüfən  pəncərədəki  dibçəkdə  bitən  kiçik  ölçülü 
qızılgülə gözü sataşır və onu alıb Fransaya gətirir. 1922-ci ildən 
həmin  bitki  artırılır  və  Rosa  Ruleta  (Rosa  Roulettii) 
adlandırılaraq ilk karlik (cırtdan, miniatür) qızılgül kimi Avropa 
ölkələrinə yayılır. 
Tanınmış seleksiyaçı - təbiətşünaslar olan Hollandiyalı Yan 
de  Vink,  İspaniyalı  Pedro  Dot  və  amerikalı  Ralf  Murun  gərgin 
əməkləri    nəticəsində  uğurlu  alınmış  çox  saylı  karlik  qızılgül 
sortlarına  maraq  daima  artmışdır.  Hazırda  yüzlərlə  karlik 

 
qızılgül  sortlarının  müxtəlif  bağ  forması,  o  cümlədən  pletist, 
ştamb və hətta “ağlağan ağac” forması mövcuddur. 
Tədqiqatçıların  (1,2,3,5,6)  fikrincə  karlik  sortlar  yeni 
şəraitdə  asan  uyğunlaşmaq  qabiliyyətinə  malikdirlər.  Calaq  və 
qələm  üsulları  ilə  asan  çoxalırlar.  Bu  qrup  sortlardan  müasir 
yaşıllaşdırmada yaraşıqlı canlı çəpər yaratmaq, əsasən də mənzil 
və  otaqların  yaşıllaşdırılmasında  dibçək  bitkisi  kimi  geniş 
istifadə edilir. 
Karlik  qızılgüllərin  hansı  üsullarla  çoxaldılması  haqqda 
müxtəlif  fikirlər  mövcuddur.  Bəzi  mütəxəssislər  karlik 
sortlarının  itburnuya    (Rosa  canina  L.)  calaq  olunmasına  qəti 
olaraq  etiraz  edirlər  (5,6).  Fikirlərini  bununla  əsaslandırırlar  ki, 
bu  calaqlar  güclü  kök  sisteminə  malik  olan  calaqaltının 
təsirindən  karlik boylarını itirirlər. 
Qazaxstan  EA  Nəbatat  bağında  Rosa  canina-nın  yerli 
formasına  calaq  olunmuş  karlik  qızılgüllərin  ömürləri  qısa 
olmuş,  calaqaltıların  çoxunun  kökləri  qurumuşdur.  Qazax 
alimlərinin  fikirincə  bunun  başlıca  səbəbəni  onlar  kiçik  ölçüyə 
malik olan yerüstü hissəsinin güclü inkişaf etmiş itburnunun kök 
sistemini  üzvü  maddələrlə  təmin  edə  bilməməsində  görürlər. 
Yalnız  o  nüsxə  calaqlar  tutmuşlar  ki,  onlar  da  calaq  olunmuş 
yerdən  yuxarıda,  yəni  torpaq  altında  qalan  yerdən  əlavə  köklər 
əmələ  gələrək  bitkinin  yeraltı  və  yerüstü  hissəsində  tarazlıq 
yaratmağa xidmət etmişdir. 
Rostov Universitetinin Nəbatat bağında uzun müddət karlik 
qızılgul 
sortlarının 
introduksiyası 
ilə 
məşğul 
olan 
A.K.Kovalenko  (3,4)  onların  kütləvi  olaraq  çoxaldılmasında 
qələmlə  çoxaltma  üsuluna  üstünlük  verirsə  də,  eyni  zamanda 
göz  calağı  üsulunun  əhəmiyyətini  də  açıqlayır.  Tədqiqatçı  bu 

 
qrup qızılgül sortlarını kütləvi olaraq qələmlə çoxaldılması üçün 
əkin materialı  kimi qələmləri  yalnız  güclü kök sisteminə malik 
olan  itburnu  növünə  və  ya  onun  yerli  formasına  calaq  olunmuş 
kollardan tədarüketməyi məsləhət bilir. 
Karlik  qızılgül  sortlarının  introduksiyasına  keçən  əsrin  80-
cı  illərindən  başlanmışdır.  Hazırda  Mərkəzi  Nəbatat  Bağının 
kolleksiyasında miniatür qrupuna mənsub olan 16 karlik qızılgül 
sortu  toplanmışdır:  Bebi  Baqqara  (Baby  Baccara),  Bebi 
Karnaval  (Baby  Carvalal),  Kolibri  (Colibri)  ,  Krikri  (Cricri), 
Frostu  (Frosty),  Littl  Baqqaru  (Little  Buckaroo),  Littl  Flert 
(Little  Flirt),  Meyrov  (Meirov),  Rozmarin  (Rozmarin),  Roslini 
(Roslini),  Ruleti  (Rouletti),  Silver  Tips  (Silver  Tips),  Skarletta 
(Scarletta),  Starina  (Starina),  Sverqöniq  (Zwerkonig),  Eleanor 
(Eleanor). 
Onları  introduksiya  edərkən  göz  calağı  ilə  çoxaltma  üsulu 
əsas  götürülmüşdür.  Eyni  zamanda  yaşıl  və  yarıodunlaşmış 
qələmlə çoxaltma üsullarından da istifadə olunmuşdur. 
Calaqaltı  kimi  istifadə  edilən  itburnu  növlərinin  (Rosa 
canina  L.var  “inermis”,  Rosa  Nizami  D.  Sosn.)    toxmacarları 
yazın  əvvəllərində  təcrübə  sahəsində  əkilmişdir.  İyul-avqust-
sentyabr  aylarında  karlik  sortlarından  götürülmüş  yatmış 
tumurcuqları kök bağazının diametri 4,6,8,10 mm olan diçklərə 
calaq edilmişdir. 
Aparılan  təcrübələrin  nəticələrini  təhlil  edərkən  məlum 
olmuşdur ki, karlik sortlar kök boğazı nazik olan (4-6 mm) və ya 
zəif  inkişaf  etmiş  şitillərə  calaq  edildikdə  yüksək    nəticə  əldə 
etmək  olur.  Əksinə,  kök  boğazının  diametri  yoğun  olan  (8-10 
mm)  şitillərə  calaq  olunarsa,  müəyyən  müddət  keçdikdən  sonra 
quruyurlar.  Bu  da  onunla  izah  edilir  ki,  kök  sistemi    yaxşı 

 
inkişaf  etmiş  calaqaltını  karlik  olan  calaqüstü  üzvi  maddələrlə 
istənilən  qədər  təmin  edə  bilmədiyindən,  bitkidə  fotosintez 
balansı  pozulur  və  kollar  quruyurlar.  Müşahidələr  göstərdi  ki, 
calaq olunmuş karlik qızılgüllərin kolcuqlarını ikinci vegetasiya 
ilinin  paızında  çıxardıb  daimi  əkin  yerinə  köçürdükdə  onların 
kök  boğazından  yuxarıda  olan  yeraltı  gövdəsindən  də  əlavə 
köklər  əmələ  gəlir  ki,  bu  da  bitkidə  balansı  tənzimləyərək 
normal böyümə və inkişafa xidmət edir. 
Calaq  üsulu  ilə  karlik  sortların  çoxaldılmasının  digər 
üsullardan üstünlüyü onların açıq sahədə becərildikdə quraqlığa 
və  istiliyə  davamlı,  xəstəlik  və  ziyanvericilərə  qarşı 
müqavimətinin  güclü  olması,  xüsusilə  də  yaxşı  inkişaf  etmiş 
yerüstü  hissəyə  (budaqlara)  malik  olmasıdır.  Bu  kollardan 
götürülmüş  budaqlar  qələmlə  çoxaltmada  kütləvi  olaraq  əkin 
materialı kimi istifadə edilə bilər. 
Göz  calağı  ilə  yanaşı  karlik  sortların  yaşıl  və 
yarıodunlaşmış qələmləri ilə də çoxaldılmasının optimal yolları 
öyrənilmişdir.  Bununla  əlaqədar  olaraq  iyun-iyul-avqust-
sentyabr  aylarında  qızdırılmayan,  oktyabr-noyabr  aylarında  isə 
qızdırılan  istixananın  stelajlarında  substrat  kimi  şirəli  dəniz 
qumundan,  torfdan  və  ağac  kəpəyindən  istifadə  edilmişdir. 
Müxtəlif  üsullarla  hazırlanmış  substrat  əvvəlcə  kalium 
permanqanat  turşusunun  zəif  məhlulunda,  0,4%-li  sineb  və  ya 
0,2%-li 
fundozolda 
dezinfeksiya 
edilmişdir.  Qələmlərin 
suvarılması  məqsədilə  süni  yağış  qurğusundan  istifadə 
edilmişdir.  Qələmlər  əkilməzdən  əvvəl  heteroaksin  turşusunun 
tozuna  batırıldıqdan  sonra  1-1,5  sm  dərinlikdə  basdırılır.  Yaşıl 
qələmlər stelajda cərgələrə biri-digərindən 5 sm məsafədə, cərgə 
araları 8 sm olmaqla basdırılmış, həm də hazırlanmış polietilen 

 
stəkanlarda  əkilmişdir.  Suvarma  sisteminin  avtomatlaşdırılması 
sayəsində suyun çilənməsi tənzimləndirilmişdir. Belə ki, hər bir 
dəqiqə  müddətində  çiləmə  davam  etdikdən  sonra  15  dəqiqə 
çiləmə  avtomatik  olaraq  dayanır.  Gecələr  isə  suvarma  qurğusu 
söndürülür. 
Çoxillik təcrübələrin nəticələrini təhlil edərkən məlum olur 
ki, substratda yaradılmış optimal temperatur sabitliyi qələmlərdə 
kök  əmələ  gəlmə  prosesinə  güclü  təsir  göstərir.  Belə  ki, 
gündüzlər  20-25
0
,  gecələr  18
0
  temperaturda  onlar  tez  və 
müntəzəm  kök  əmələ  gətirirlər.  Hətta  bəzi  sortlarda  bu  proses 
18-22-ci  gün  başlayır  (Bebi  KArnaval,  Bebi  Baqqara,  Littl 
Baqqara). 
Torpağın temperaturu gecələr 5-10
0
-yə düşdükdə kök əmələ 
gəlmə prosesi kəskin olaraq gecikir (60-65 gün) və ya qələmlər 
tamamilə çürüyürlər (Colibri, Roslini). 
Belələiklə,  karlik  qızılgüllərin  qələmlə  çoxaldılmasında 
yüksək  göstərici  qum-torf  qarışıqlı  substratda  qeydə  alınmışdır 
(75-90%).  Substratın  əkindən  qabaq  0,4%-li  sineb  məhlulu  ilə 
dezinfeksiya olunması torpaqda olan göbələklərin məhvinə daha 
güclü təsir göstərir. 
Qələmləri  heteroauksin  turşusunun  tozuna  batırdıqda 
kallyusun  formalaşmasını  və  kök  əmələ  gəlmə  prosesini 
intensivləşdirir. 
Bütün  variantlarda  qələmlərin  ən  yaxşı  kök  verməsi 
gülünün  ləçəklərini  8-12  gün  əvvəl  tökmüş  budaqlardan 
alınmışdır. 
Calaq olunmuş karlik qızılgüllərin bir kolundan ildə 20-100 
ədəd, qələmlə çoxaldılmış koldan isə 5-10 dəfə az əkin materialı 
tədarük  etmək  olar.  Karlik  qızılgül  sortlarının  qələmlə 

 
çoxaldılması  ilə  yanaşı,  onların  calaq  üsulu  ilə  çoxaldılması 
böyük əhəmiyyət kəsb edir. 
 
ƏDƏBĠYYAT  
 
1.
 
Былов  В.Н.,  Михайлов  Н.Л.,  Сурина  Е.И.  Розы. 
Итоги интродукции, 1988, М., “Наука”, 431 с. 
2.
 
Клименко  З.К.  Миниатюрные  розы  для  озеленения 
на  юге.  –  Садоводство,  виноградарство  и  виноделие 
Молдавии, 1981, № 2, с.53-54. 
3.
 
Коваленко  А.К.  Миниатюрные  розы.  Цветоводство, 
1969, № 12, с. 14-15. 
4.
 
Коваленко  А.К.  Миниатюрные  розы  из  черенков. 
Цветоводство, 1974, № 6, с. 8-9. 
5.
 
Коробов  В.И.  Сорта  миниатюрных  роз  для 
горшочной  культуры.  Садоводство,  виноградарство 
и виноделие Молдавии, 1982, № 3, с.52. 
6.
 
Юдинцева  Е.В.  Миниатюрные  розы.  Цветоводство, 
1961, № 2, с. 8-9. 
 
 

 
 
А.Т.Искендеров 
 
КАРЛИКОВЫЕ РОЗЫ И ИХ РАЗМНОЖЕНИЕ 
 
В  результате  многолетних  наблюдений  по  изучению 
размножения карликовых роз черенками было установлено, 
прежде  всего,  сильное  влияние  стабильности  оптимальных 
температур  в  субстрате  на  процесс  образования  корней  у 
черенков. При температуре 18
0
С ночью и 20-25
0
С днем они 
укореняются равномерно и быстро. 
Самые  высокие  результаты  получены  черенками, 
посаженными  в  смеси  песка  и  торфа  (75-90%).  Гетеро-
ауксин с пудрой заметно повышает активность образования 
корней.  Во  всех  сортах  лучше  всего  укоренялись  черенки, 
срезанные с побегов, спустя 8-12 дней после отцветания. 
Чтобы  получить  больше  посадочного  материала  от 
карликовых  сортов,  надо  иметь  привитые  маточные  кусты, 
так как их сильная корневая система обеспечивает хороший 
рост и развитие побегов. 
 
 
 
 
 
 
 
 

 
UOT 633.863.2 
                                                                  C.D. Mirzəliyev 
 
BOYAQ ZƏFƏRANININ (Carthamus tinctorius L.
AZƏRBAYCANDA BECƏRĠLMƏ XÜSUSĠYYƏTLƏRĠ 
VƏ ĠQTĠSADĠ SƏMƏRƏLĠLĠYĠ 
 
Boyaq 
zəfəranının 
çiçəklərindən 
(ləçəklərindən) 
Azərbaycanın  yeyinti sənayesində və kulinariyasında  xoş ətirli 
və  əlvan  rəngli  ədviyyat  kimi,  toxumlarından  alınmış  yağından 
isə  lak-boya  sənayesində  qədimdən  bəri  istifadə  edilməkdədir. 
Məhz  ona  görə  də  Respublikamızın  müxtəlif  zonalarında  onun 
sənaye  miqyasında  becərilməsi  üçün  səpin  sahəsinin 
hazırlanması,  səpin  texnologiyası,  becərilmə  aqrotexnikası, 
çiçəyin və toxumun yığılması, qurudulması, saxlanması, istifadə 
texnologiyası,  eləcə  də  iqtisadi  səmərəliliyi  öyrənilmişdir. 
Nəticədə  boyaq  zəfəranının  Azərbaycanın  müxtəlif  zonalarında 
sənaye  miqyasında  becərilməsinin  rentabelli  təsərrüfat  kimi 
özünü  doğrultması  üçün  nəzəri  və  təcrübi  tövsiyyələr 
hazırlanmışdır.  
Qədimdən  bəri  müxtəlif  ölkələrdə,  xüsusən  Şərq 
ölkələrində  boyaq  zəfəranından  qiymətli  dərman,  rəng  verən, 
ədviyyat,  heyvandarlıqda  isə  Ulaqqanqalı  cinsinə  daxil  olan 
növlərin  yerüstü  hissəsindən  yaşıl  və  qaba  yem  kimi  geniş 
istifadə olunmaqdadır [3].  
Hazırda  aqrar  sahəyə  diqqətin  artdığı  bir  vaxtda  boyaq 
zəfaranından  malqaranın,  eləcə  də  quşların  bəslənməsində 
istifadə etmək məqsədəuyğundur. 
 Bir  çox  ölkələrdə  boyaq  zəfəranının  çiçəyi  (ləçəkləri) 

 
yığıldıqdan  sonra  toxumlarından  qiymətli  yağ  alınır. 
Toxumlarının  qabığından  isə  yem  qarışığında  istifadə  edilir  [1, 
2].  
Son  zamanlar  Azərbaycan  MEA-nın  Botanika  İnstitutunun 
biokimyaçıları  tərəfindən  boyaq  zəfəranının  çiçəklərinin 
tərkibində  müxtəlif  boyaq    və  bioloji  aktiv  maddələrin  olduğu 
aşkar olunmuşdur [2, 5]. Bioloji aktiv maddələr insan orqanizmi 
üçün olduqja əvəzedilməz və qiymətlidir.  
Mürəkkəbçiçəklilər 
fəsiləsinin 
Ulaqqanqalı 
cinsinə 
(Carthamus  tinctorius  L.)  19  növ  daxildir  ki,  bunlar  Aralıq 
dənizindən  Mərkəzi  Asiyaya  qədər  yayılmışdır.  Onların  5 
növünə  Azərbaycanda  rast  gəlinir.  Bu  növlər  birillik  ot 
biteiləridir.  Bunlardan  boyaq  ulaqqanqalı  hazırda  mədəni  növ 
olduğundan təbii şəraitdə təsadüf olunmur. Xalq arasında boyaq 
ulaqqanqalını  yalançı  zəfəran,  çox  hallarda  isə  boyaq  zəfəranı 
adlandırılır.  Biz  də  yazımızda  onu  boyaq  zəfəranı 
adlandıracağıq.  Boyaq  zəfəranı  bitkisi  1-1,3  m  hündürlükdə 
birillik ot bitkisidir [3]. Vətəni Aralıq dənizi ölkələridir. Hazırda 
mədəni şəraitdə Qafqazın aran və dağətəyi rayonlarında mədəni 
şəraitdə  rast  gəlinir.  Rəng  verən  bitki  olub,  toxuculuq 
sənayesində,  xalçaçılıqda,  eləcə  də  qurudulmuş  çiçəkləri 
(ləçəkləri)  yeyinti  sənayesində  zəfəranın  əvəzedicisi  kimi 
işlədilir.  Yağlı  bitkidir,  toxumlarının  tərkibində  17-32%  yağ 
vardır. Ən əsas yeyinti sənayesində, eləcə də əlif, marqarin yağı, 
lak, sabun hazırlanmasında istifadə edilir [4, 7].  
Boyaq  zəfəranı  çiçəklərini  yığıb  qurudularaq,  bəzən  də 
üyüdülərək quru yerdə saxlanılır, lazım gəldikdə milli xörəklərin 
hazırlanmasında,  özünəməxsus  ətir  və  gözəl  sarı  rəng  almaq 
məqsədilə  həqiqi  zəfəran  kimi  istifadə  olunur.  Boyaq  zəfəranı 

 
şərq şirniyatlarının hazırlanmasında da həqiqi zəfaranı əvəz edir. 
xörəklərində həqiqi zəfəranı əvəz edir.  
Hal-hazırda  boyaq  zəfaranı  quraqlığa  davamlı  bitki  kimi 
Cənub-şərqi  Rusiyada  və  Orta  Asiya  ölkələrində  becərilir. 
Hindistanda,  Misirdə  və  İranda  boyaq  zəfəranı  geniş  planta-
siyalar halında becərilir.  
Xarici  ölkələrin  yeyinti  sənayesində  zəfəranın  toxumunun 
tərkibində      25%-ə  qədər  yağ  olan  boyaq  və  ititikanlı  növ 
müxtəlifliyinin formalarından istifadə edilir. 
 
Yüklə 5,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin