Ümumiyyətlə Azərbaycan voleybolçuları üçün ən uğurlu il 1957 -ci il sayılır. Həmin il Zaqafqaziyanın VIII spartakiadasında respublikamızın qadınlardan və kişilərdən ibarət yığma komandaları uğurla çıxış edərək 1-ci yeri tutmuşdur. 1962-ci ildə “Məhsul” və “Neftçi” komandalarının heyətlərindən vahid bir komanda “Neftçi” yaradılır.
1965-ci il qadınlardan ibarət komandamız üçün dönüş ili olmuşdur. Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında komandamız Ukrayna komandasına qalib gələrək 1-ci yeri tutmuş, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutmuşdur.