1972-ci ildə təcrübəli məşqçi Feliks Məmmədov “Neftçi” komandasına baş məşqçi təyin olunur və komanda həmin il Ölkə Çempionatında 3-cü yerlə kifayətlənir.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi vətənə dəvət edərək onu ölkədə voleybolun inkişaf etdirilməsi işinə qoşulmağa çağırdı.
Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və “Azərreyl” voleybol klubuna baş məşqçi təyin olunur. 2002-ci ildə “Azərreyl” Voleybol Klubu Avropa “Top Komandalar” kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda oldu.
2004-cü ildə isə “Azərreyl” Voleybol Klubu Avropa Çempionlar Liqasının “Dördlər Finalı”nda iştirak etmişdir.