Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Heydər Əliyev Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi



Yüklə 2,03 Mb.
səhifə24/25
tarix02.01.2022
ölçüsü2,03 Mb.
#2344
1   ...   17   18   19   20   21   22   23   24   25

İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan futbolçuları xarici ölkələrdə əsasən “Neftçi”nin timsalında tanınıblar. Azərbaycan müstəqilliyini elan edən kimi futbol məmurlarının gördüyü ilk iş I Milli Çempionatı keçirmək oldu. AFFA-nın təşkil etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarımqrupda mübarizəyə başladı. İlk milli çempionatda qalib gələn “Neftçi”ilk Azərbaycan çempionu kimi tarixə düşdü.



  • Müstəqillik dövrü Azərbaycan futbolu üçün Avropa kuboklarında iştirak etmək imkanı da yaratdı. 1994-cü ildə qitədə debüt edən klublarımız arasında “Neftçi” ilk xalı qazanmaqla tarixə düşüb. 1994/95 mövsümündə “Apoel”lə (Kipr) Sumqayıtda keçirilən cavab görüşü 0:0 hesabı ilə nəticələnib. 1995/96-da isə ilk matçda Bakıda “Lokomotiv” (Sofiya, Bolqarıstan) üzərində 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” klub turnirlərində ilk qələbəmizi qeyd etdi. 2004/05 mövsümündə isə Çempionlar Liqasında iştirak edən komandamız tarixində ilk dəfə olaraq Avropa kuboklarında ilkin mərhələni geridə qoydu. “Neftçi” Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubuna səfərdə 1:2 (qol: Zaur Tağızadə) hesabı ilə uduzsa da, Bakıda 1:0 (Emin Quliyev) qalib gələrək ikinci mərhələyə keçdi. Burada isə rəqib Rusiyanın MOİK (Moskva) klubu oldu. Tofiq Bəhramov adına stadiondakı ilk matçda hesab açılmasa da, Moskvada MOİK 2:0 hesabı ilə qalib gəldi. 2005-ci il də komandamız üçün uğurlu başladı. MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən “Birlik kuboku”nda Azərbaycanı təmsil edən “Neftçi” ölkəmizin tarixində ilk dəfə olaraq turnirin finalına yüksəldi. Həlledici matçda Rusiya “Lokomotiv”i 2:1 hesabı ilə qalib gəlsə də, gümüş medal da uğur sayıldı. Xüsusilə də, 1/4 finalda əbədi düşmənimiz Ermənistan çempionu “Pünik” üzərində 2:0 hesablı qələbə azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandı. 2006-cı il bir il əvvəlki ilə müqayisədə daha uğurlu alındı. “Birlik kuboku”na daha iddialı yollanan komandamız 2006-cı ildə komanda “Birlik kuboku”nu Bakıya gətirdi. Bu dəfə də biabır olmaqdan qorxan ermənilər komandamızla qarşılaşmadan imtina edərək turnirdə iştirakını yarımçıq dayandırdılar. “Neftçi” isə finalda da “Kaunas”a (Litva) qalib gələrək (4:2) futbol tariximizdə ilk dəfə olaraq bu kuboku qazandı.


  • Yüklə 2,03 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin