Azərbaycan Resbuplikası Təhsil Nazirliyi



Yüklə 57,94 Kb.
tarix31.12.2021
ölçüsü57,94 Kb.
#49519
Aytac.dövbüdc (1)

    Bu səhifədəki naviqasiya:
  • FƏNN

Azərbaycan Resbuplikası Təhsil Nazirliyi

Q ərbi Kaspi Universitetinin

Kolleci

SƏRBƏST İŞ

TƏLƏBƏ: Nəsibova Aytac

İXTİSAS: Sığorta işi

QRUP: 1405

TƏDRİS İLİ:2021/2022

FƏNN: Dövlət Büdcəsi

SƏRBƏST İŞİN MÖVZUSU: Büdcədən kənar Dövlət fondları

MÜƏLLİM: Əmrahova Günel

Bakı-2021

Büdcədən kənar Dövlət fondları



Plan

  1. Büdcədənkənar fondlar - maliyyə sisteminin həlqəsi kimi

  2. Büdcədən kənar Dövlət fondları

  3. Büdcədənkənarfondların mahiyyəti və təşkili formaları


Maliyyənin elmi anlayış kimi çox uzun tarixi olmasma baxmayaraq, onun mahiyyəti hələ tam açılmamışdır.Cəmiyyətin inkişafında maliyyənin rolu artdıqca və iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdikcə iqtisadçı və maliyyəçilər arasında maliyyənin mahiyyəti və funksiyalan haqqında müxtəlif baxışlar formalaşmağa başlamış, yeni-yeni fıkirlər səslənmişdir.Maliyyə barəsində ən mübahisəli məsələlərdən biri maliyyənin iqtisadi təbiəti və maliyyə münasibətlərinin əhatə dairəsidir.Bir sıra maliyyəçi-alimlər belə hesab edirlər ki, maliyyə təkrar istehsalın ikinci mərhələsi olan bölgü və yenidən bölgü mərhələsində meydana çıxır.Yəni maliyyənin mahiyyəti ictimai məhsulun dəyərinin bölgüsü və yenidən bölgüsü ilə bağlıdır.Digər qrup iqtisadçılar isə ümumiyyətlə maliyyəyə təkrar istehsal anlayışı kimi baxırlar.Bu qrup maliyyəçilər həmçinin maliyyənin əsasını mübadilə mərhələsində meydana çıxan pul münasibətlərində görürlər. Məlum olduğıı kimi, bölgü və mübadilə özünəməxsus, xüsusi iqtisadi ifadə formaları olmaqla təkrar istehsalın müxtəlif mərhələlərini təşkil edir.Ona görə də maliyyənin mahiyyətini təkrar istehsalın müxtəlif mərhələlərində meydana çıxan münasibətlərlə bağlamaq qeyri-mümkündür.Maliyyənin mahiyyətini alqı-satqı fəaliyyətləri üçün əsas olan və əmtəə dövriyyəsi prosesində meydana çıxan milli məhsulun dəyərinin pul formasında bölgüsü ilə bağlamaq daha düzgün olar. Maliyyə anlayışı pul münasibətlərini ifadə etməsinə baxmayaraq, o heç də bütün pul münasibətlərini əhatə etmir.Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır.Hazırki şəraitdə hər bir cəmiyyətdə bir sıra pul münasibətləri fəaliyyət göstərir. Bunlara aiddir: dövlətlə müəssisələr, dövlətlə əhali, ayrı-ayrı müəssisələr, müəssisələrlə əhali, ayrı-ayrı müəssisələr arasında olan pul münasibətləri. Maliyyə müasir cəmiyyətin inkişafının mühüm elementlərindən biridir. Bu anlayış qədim latın sözü olub, "fınancia" sözündən götürülmüşdür, hərfı mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi 5 XII-XV əsrlərdə İtaliyada tətbiq olunmağa başlanmışdır.Sonralar bu anlayış tədriclə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə münasibətlərini digər pul münəsibətlərindən fərqləndirən bir sıra xüsusi elementlər vardır: • Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardır. • Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır, yəni imperativ xarakter daşıyır. Maliyyə münasibətləri yalnız dövlətlə əlaqədar formalaşan imperativ pul münasibətlərini özündə əks etdirir. • Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət, müəssisə, təşkilat) pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət, müəssisə, təşkilat) pul fondlarının yaradılması və iqtisadi münasibətləri sistemini ifadə edir. Bu münasibətlərin hər üçünə uyğun olan pul münasibətləri maliyyə münasibətlərinə aiddir.Yuxarıdakı təhlil göstərir ki, maliyyə iqtisadi münasibətləri ifadə edir və deməli, iqtisadi bazisin tərkibinə daxildir.Bir sıra iqtisadçılar maliyyənin üstqurumunu (ideoloği münasibətlər və mənəvi - siyasət, hüquq, əxlaq, fəlsəfə, incəsənət və s.münasibətlərin məcmunu) elementi kimi qiymətləndirirlər.Lakin o iqtisadi münasibətləri ifadə etdiyinə görə bu fikirlə razılaşmaq olmaz.Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir.Çünki hər şeydən əvvəl o istehsal münasibətlərinin müəyyən tərəflərini universal və mücərrəd formada ifadə edir, tarixi səciyyə daşıyır. Maliyyənin mahiyyətinin müəyyən olunması zamanı da iqtisadçılar arasında böyük fıkir ayrılığı yaranır.Onlardan bəziləri maliyyənin bölgü keteqoriyası, digərləri istehsal kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər.Məlum olduğu kimi geniş təkrar istehsal 4 mərhələdən ibarətdir:İstehsal - Bölgü - Mübadilə - İstehlak.Hər bir mərhələnin özünəməxsus aləti və obyektləri var. İnsanlar həmin alətlər vasitəsilə obyektə təsir göstərir və həmin mərhələlər həyata keçirilir.Məsələn, əsas fondlar vasitəsilə insan şüurlu 6 surətdə dövriyyə fondlarına təsir göstərir və beləliklə istehsal alınır.Dəyər bölgüsü zamanı insanlar maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərinə təsir göstərir və bölgü alınır.Bu arqumentlərlə sübut etmək olur ki, maliyyə bölgü kateqoriyasıdır, geniş təkrar istehsalın mərhələlərinin yalmz dəyər bölgüsü hissəsində iştirak edir. O nə istehsal, nə mübadilə, nə də istehlakda birbaşa iştirak edə bilməz və yalnız bölgü vasitəsilə onlara təsir göstərir. Beləliklə, maliyyəyə belə tərif vermək olar: maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul-bölgü münasibətlorinin məcmusuna deyilir. Maliyyənin bölüşdürücü xarakterini qeyd edən alimlər, maliyyənintəkrar istehsal anlayışı olması fıkrini inkar etmirlər.Maliyyənin meydana gəlməsinin və öz funksiyalarını yerinə yetirilməsinin təkrar istehsahn ikinci mərhələsi ilə bağlı olmasından danışarkən maliyyə münasibətlərinin yerini və əhatə dairəsini, onların iqtisadi münasibətlər sistemində özünəməxsusluğunu və təsir istiqamətlərini qeyd etmək lazım gəlir.Maliyyə münasibətləri istehsal mıinasibətlərinin mühüm tərkib hissəsidir. Maliyyədə mübahisəli məsələlərdən biri də maliyyənin iqtisadi anlayış kimi özünəməxsusluğunu müəyyən edən baxışlarla bağlıdır.Mübahisələr əsasən maliyyənin iqtisadi sistemdə hakim mövqeyi barəsindədir."Hakim rol" anlayışını alimlər müxtəlif baxımından qəbul edirlər.Bəziləri anlayışm mahiyyətini dövlətin maliyyə münasibətlərinin təşkilində fəal rol oynamasında görürlər.Digərləri isə bu hakimliyin maliyyənin fəaliyyətinin nəticəsindən asılı olduğunu israr edirlər.Lakin bütün bunlarla əlaqədar onu qeyd edək ki, maliyyə münasibətləri obyektiv xarakter daşıyır.Maliyyə münasibətlərinin meydana çıxması formaları həmişə subyectlərin fəaliyyətinə təsir göstərir və onlann fəaliyyətini təşkil edir.Ona görə də hakimlilik adı altında, dövlətin maliyyə münasibətlərinin təşkilinə yönəlmiş taktiki fəaliyyəti başa düşülürsə, onda belə bir anlayışın istifadəsinə heç bir ehtiyac qalmır. Umumiyyətlə, maliyyənin mahiyyətindən danışarkən onun funksiyaları haqqında məlumat vermək zəruridir.Maliyyəninfunksıyaıarı haqqında mübahisəli məsələlər mövcuddur. Bir çox iştirakçılar belə hesab edirlər ki, maliyyə ancaq iki funksiya-bölgü və nəzarət funksiyalarını yerinə yetirir. Bununla belə, iqtisadi 7 ədəbiyyatlarda da maliyyənin istehsal, stimullaşdırıcı, tənzimləyici, idarəedici və s. funksiyaları da göstərilir. Heç bir şübhə yoxdur ki, maliyyə ictimai təkrar istehsalda çox vacib rol oynayır. Maliyyənin köməyi ilə istehsal amillərinin səmərəli istifadə olunmasmın stimullaşdırılması, qiymətlərin uyğunluğunun tənzimlənməsi, iqtisadi sabitlik şəraitinin təmin edilməsi və s. məsələlər həllini tapa bilər. Nəzərə almaq lazımdır ki, funksiya iqtisadi anlayışların özünün mahiyyətinin ifadə edilməsi vasitəsidir.Əslində, maliyyə bir kateqoriya kimi, pul fondlannın yaradılması və istifadəsi gəlirlərin meydana gəlməsi ilə əlaqədar olan bölgü münasibətləri kimi təqdim edilir.Ancaq eyni zamanda maliyyənin funksiyalar vasitəsilə istehsal fondlarının səmərəli istifadəsi, istehsalın qiymət strukturu tənzimlənir və daha doğrusu, maliyyə funksiyalannın istiqamətləndiyi obyektlər stimullaşdırılır, tənzimlənir və möhkəmlənir.Bəzi iqtisadçılar isə hesab edirlər ki, maliyyə əsasən üç fiınksiya - pul fondlarının formalaşdırılması (pul gəlirləri), pul fondlarının (gəlirləri) istifadə olunması və nəzarət funksiyalarını yerinə yetirir.İlk iki funksiya maliyyə anlayışı müstəqil funksiyaları kimi deyil, daha çox maliyyənin bölgü funksiyalarınm reallaşdırılması mexanizmi kimi özünü göstərir.Göründüyii kimi, maliyyənin mahiyyəti və funksiyaları haqqında müxtəlif baxışlar mövcuddur.Ona görə də maliyyənin mahiyyəti və funksiyaları ilə bağlı problemlərin nəzəri baxımdan daha dərindən işlənməsinə çox böyük ehtiyac var. Maliyyənin iqtisadi təbiəti haqqında zəngin biliyin olması onun təsərrüfat həyatında ən yaxşı vasitələrlə istifadəsinəşərait yaradır.İqtisadi münasibətlər sistemində maliyyənin yerinin və rolunun tam aydın olması qeyd edilən məsələnin müsbət həllindən çox asılıdır. Azərbaycan Respublikasının dövlət maliyyəsinin tərkibinə aşağıdakı maliyyə münasibətləri daxildir: dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, və dövlət mülkiyyət formalarında olan müəssisələrin maliyyəsi.Yuxarıda göstərilən maliyyə münasibətlərini iki iriləşdirilmiş qrupa bölmək olar. Makrosəviyyədə geniş təkrar istehsahn tələblərini təmin edən dövlət maliyyəsi.Mikrosəviyyədə geniş təkrar istehsal prosesini pul vəsaitləri ilə təmin edən təsərrüfat subyektlərinin maliyyəsi.Maliyyə sisteminin bir sıra həlqələrə bölünməsi bu həlqələrin hər birin yerinə yetirdiyi vəzifələrin fərqli olmasından, həm də mərkəzləşdirilmiş və qeyri- 8 mərkəzləşdirilmiş pul vəsaiti fondlarımn təşkili və istifadəsi metodlarının müxtəlifliyindən irəli gəlir. Dövlətin mərkəzləşdirilmiş pul resursları fondları adi istehsalda yaradılan milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi yolu ilə yaradılır. Dövlətin iqtisadi və sosial sahələrdə yerinə yetirdiyi rolun vacibliyi maliyyə resurslarının mühüm hissəsinin onun əlində cəmləşdirilməsini, mərkəzləşdirilməsini zəruri edir. Bu resurslardan istifadə forması isə dövlətin iqtisadi, siyasi və sosial vəzifələrini yerinə yetirməsi təlabatını təmin edən dövlət büdcəsi və büdcədənkənar fondlardır.Maliyyə həlqələrinin fəaliyyət dairələrinin, yaranma və istifadə formalarının fərqli olmasına baxmayaraq Azərbaycan Respublikasında vahid maliyyə sistemi mövcuddur. Çünki bütün maliyyə həlqələrinin resurslarının mənbəyi eynidir.Vahid maliyyə sisteminin əsası təsərrüfat subyektlərinin maliyyəsidir, çünki onlar bilavasitə maddi-istehsal prosesinin iştirakçısı və yeni dəyərin yaradıcılarıdır. Mərkəzləşdirilmiş dövlət pul vəsaitləri fondunun mənbəyi isə maddi istehsal sahələrində yaradılan milli gəlirdir. Dövlət maliyyəsi maliyyə sistemində aparıcı rol oynayır və onun iki əsas vəzifəsi var: Iqtisadiyyatın bütün sahələrində müəyyən olunmuş inkişaf tempini təmin etmək.Maliyyə resurslarının iqtisadiyyatın sahələri, ölkənin regionları, istehsal və qeyri-istehsal sahələri, mülkiyyət formaları, əhalinin ayrı-ayrı qrupları arasında yenidən bölüşdürlməsi. Maliyyə sisteminin əsas həlqələrinin qarşılıqlı əlaqələri və bir-birindən asılılığı maliyyənin mahiyyəti ilə şərtlənir. Müxtəlif mülkiyyət formasında olan təssərüfat subyektlərinin maliyyəsi ölkənin vahid maliyyə sisteminin əsası olmaqla ictimai məhsulun və milli gəlirin yaradılması və bölüşdürülməsinə xidmət edir. Mərkəzləşdirilmiş pul fondlanmn maliyyə vəsaiti ilə təmin edilməsi təsərrüfat subyektlərinin maliyyə vəziyyətindən asılıdır. Maliyyə resurslarmdan səmərəli ıstifadə yalnız dövlətin aktiv maliyyə siyasəti əsasında mümkündür. Dövlət maliyyəsi təsərrüfat subyektəlirin maliyyəsi ilə üzvü surətdə əlaqədardır. Bir tərəfdən ümumdövlət maliyyəsinin əsas həlqəsi olan dövlət büdcəsinin mənbəyi maddi istehsalda yaradılan milli gəlirdir. Digər tərəfdən geniş təkrar istehsal prosesi 9 təkcə müəssisələrin xususi vəsaiti hesabına deyil, həm də büdcə təxsisatları və bank kreditindən istifadə formasında ümumdövlət pul vəsaitləri fondundan maliyyələşdirilr. Müəssisənin xüsusi vəsaiti çatmadıqda o pay haqları əsasında səhmdar kapitalı, yaxud qiymətli kağızlarla əməliyyatlar şəklində borc vəsaitlərin bu işə cəlb edə bilər. Bildiyimiz kimi, Azərbaycaın Respublikasında dövlət maliyyəsinin mühüm həlqələrindən biri də büdcədənkənar fondlardır. Bu fondlar bazarla tənzimlənən iqtisadiyyata keçid dövründə təşəkkül tapmağa başlamışdır. Bu fondlarm bəziləri əvvəllər büdcə vəsaiti hesabına yaradılırdı. Büdcədənkənar fondlar dövlət maliyyəsinin tərkib hissəsidir. Büdcədənkənar fondlar - əhalinin müəyyən sosial qruplarının xeyrinə dövlət tərəfindən milli gəlirin yenidən bölgüsü metodudur.Azərbaycan Respublikasında hal-hazırda aşağıdakı mühüm büdcədənkənar fondlar mövcuddur: > Dövlət Sosial Müdafıə Fondu; > Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafıə Fondu > Dövlət Büdcəsinin Ehtiyat Fondu; > AR Prezidentinin Ehtiyat Fondu; > Dövlət Neft Fondu; > Digər məqsədli fondlar (innovasiya fondları, ətraf mühitin qorunması fondu, təbiəti mühafizə fondları və s.) İstənilən səviyyədə yaradılmış büdcədənkənar fondun əsas təyinatı xüsusi məqsədli ayırmalar və sair mənbələr hesabına ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsidir. Burada vəsait yalnız qabaqcadan nəzərdə tutulmuş məqsədə yönəldilə bilər. Büdcədənkənar fondlar idarəetmə səviyyəsinə və funksional məqsədli təyinatma görə iqtisadi, sosial və təbiəti mühafizə xarakterli fondlara bölünürlər. İdarəetmə səviyyəsinə görə ümumdövlət., respublika, muxtar respublika və rayon əhəmiyyətli (bəzən regional) fondlar mövcuddur. Dövlət büdcədənkənar fondlar vasitəsilə aşağıdakı vəzifələri həyata keçirilir: - əhalinin sosial müdafıəsi; - əhalinin həyat səviyyəsinin yüksəldilməsi; - əhalinin sağlamlığının qorunması; - işsiz əhalinin sosial müdafıəsi; - əhaliyə sosial xidmətlərin göstərilməsi. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasımn Qanununda büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfındən hüquqi şəxs qisnıində təsis edilmiş və dövlət büdcəsində kənar, müstəqil büdcəyə malik olan məqsədli maliyyə fondudur. Başqa sözlə, büdcədənkənar dövlət fondları dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin büdcələrindən kənar yaradılan, vətəndaşlarm konstitııtsiya hüquqlarımn təmin edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələblərinin ödənilməsi üçün müəyyən edilmiş pul vəsaitləri fondlarıdır. Büdcədənkənar fondlar milli gəlirin yenidən bölüşdürülməsiformalarından biri olub maliyyə münasibətlərinin tərkib hissəsi kimi çıxış edir. Büdcədənkənar fondlar Azərbaycan Respııblikası qanunvericiliyi əsasında yaradılır, müstəqil hüquqi şəxs hesab olunur və büdcə sistemi ilə heç bir əlaqəsi yoxdur. Lakin Maliyyə Nazirliyinin xüsusi qərarı ilə əlahiddə hal kimi Azərbaycan Respublikasmda büdcədənkənar fondların vəsaiti dövlət büdcəsinin tərkibinə daxil edilmiş və xəzinədarlıq sistemi onun istifadəsinə nəzarət edir. Büdcədənkənar fondların fəaliyyəti xüsusi dövlət aktları ilə reqlamentləşdirilir. Bu qanunlarda onların yaradılması mənbələri, pul fondlarının təşkili və istifadəsi qaydaları göstərilir. Dövlət büdcədənkənar fondlarının funksiyası onun büdcəsinin gəlir və xərclərinin formalaşdırılması və bu fondun büdcəsinin icrasına nəzarətdən ibarətdir. Büdcədənkənar fondlar iki yolla yaradılır: büdcədən xüsusilə vacib təyinata malik müvafıq xərclərin ayrılması və büdcədənkənar fondların öz xüsusi gəlir mənbələri hesabına formalaşdırılması. Büdcədənkənar fondlarm formalaşdırılması zamanı yenidən bölgü prosesində milli gəlirin səfərbərliyə alınmasının əsas metodları aşağıdakılardır: xüsusi vergilər və yığımlar; büdcə vəsaitləri və istiqrazlar. Büdcədənkənar fondların büdcə gəlirlərinin formalaşdırılması mənbələri aşağıdakılardır: • büdcə vəsaitləri; • müvafıq qanunvericilik aktları ilə nəzərdə tutulmuş məcburi ödəmələr; • fıziki və hüquqi şəxslərin könüllü ödəmələri; • fondun hüquqi şəxs kimi həyata keçirdiyi kommersiya fəaliyyətindən mənfəət. Büdcədənkənar fondlar maliyyə sisteminin tərkib hissəsinə daxil olsada bir sıra mühüm, yalnız onlara xas olan xüsusiyyətlərə malikdir: > Dövlət idarəetmə və icra hakimiyyəti orqanları tərəfındən yaradılır, ciddi məqsədli təyinata malikdirlər; 13 > Büdcədənkənar fondların vəsaiti büdcənin tərkibinə daxil edilməyən dövlət xərclərini maliyyələşdirmək üçün istifadə olunur; > Hüquqi və fıziki şəxslərin məcburi tədiyyələri hesabma təşkil olunur; > Ancaq sonradan onlar digər gəlir mənbələrinə də malik ola bilərlər. Fonda sığorta ödəmələri və onların ödənilməsi prosesindəki qarşılıqlı əlaqələr vergi təbiətinə malikdir, vergilər kimi onlann da tarifləri dövlət tərəfındən müəyyən edilir və ödənilməsi məcburidir. Büdcədənkənar fondların pul resursları dövlət mülkiyyətindədir və qanunda nəzərdə tutulduğundan başqa digər məqsədlərə sərf edilməsi qəti qadağandır. Onun həmçinin büdcə vəsaiti kimi sərf edilməsi və hansı məqsədə isə yönləndirilməsi qəti qadağandır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onlarda bu fondların sayı çoxdur və vəsaitlərin həcmi bəzən büdcə vəsaitinə bərabərdir. Eyni zamanda məqsədli proqramların həllində büdcədənkənar fondlar getdikcə daha çox rol oynamağa başlayır. Büdcədənkənar fondların tarixi çox qədimdir. Onların bəziləri hətda büdcə yaranmamışdan çox - çox əvvəl mövcud olmuşdur. Dövlətin iqtisadi vəzifələri genişləndikcə bu proqramları həyata keçirmək üçün xüsusi hesablar və fondlar yaradılırdı. Büdcədənkənar fondların sayının artması bir sıra səbəblərlə izah olunur: - iqtisadiyyatın qeyri sabitliyi şəraitində dövlətin təsərrüfat həyatına müdaxiləsi və sahibkarlığa maliyyə köməkliyi göstərməsi üçün əlavə vəsaitə ehtiyacı yaradılır. - bu fondlar müstəqil olduqlan üçün onun vəsaiti dövlət tərəfındən yeni mühüm, xüsusi diqqət tələb edən vəzifələrin yerinə yetirilməsinə yönəldilə bilər. Məhz ciddi məqsədli təyinata malik olan büdcədənkənar fondların təşkili səmərəli dövlət nəzarərtini təmin edir. - büdcədənkənar fondlar müəyyənin şəraitdə, daha doğrusu onların müsbət saldo qalığı olarsa büdcə kəsirinin örtülməsi üçün istifadə oluna bilər. Büdcədənkənar fondlar iki qaydada ayrılır: 14 > Büdcədən xüsusi əhəmiyyət kəsb edən sahələrə müəyyən xərclərin aparılması hesabına; > Xüsusi gəlir mənbəyinə malik olan büdcədənkənar fondların yaradılması. Büdcədənkənar fondlar öz mahiyyətinə görə iki əsas qrupa bölünürlər: Sosial təvinatlı fondlar və iqtisadi fondlar. Hər iki fondların maddi mənbəyi milli gəlirdir.Milli gəlir vergilər və rüsumlar, istiqrazlar və büdcə vəsaıti şəklində büdcədənkənar fondlara cəlb edilir.Büdcədənkənar fondlar Milli Gəlirin dövlət tərəfındən əhalinin müəyyən sosial qruplarının xeyirinə yenidən bölüşdürülməsi formasıdır.Büdcədənkənar fondlarda cəmlənmiş vəsait sonradan geniş təkrar istehsalın ehtiyacları üçün istifadə olunur. Ümumiyyətlə, belə qəbul edilmişdir ki, dövlət büdədənkənar fondları dövlətin maliyyə resurslarının sosiaı-iqtisadi siyasətə uyğun bölüşdürülməsimexanizmlərindən biridir. Bu zaman dövlət əhali gəlirlərinin bir hissəsini müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsi məqsədli fondları səfərbərliyə alır. Büdcədənkənar fondlarının formalaşması dövlətin iki əhəıniyyətli vəzifəsinin həllinə şərait yaradır: iqtişadiyyatın öncül sahələrinin əlavə vasaitlərlə təmin edilməsi vəəhaliyə göstərilən sosial xidmətlərin genişləndirilməsi. Tarixən müəyyən edilmişdir ki, büdcədənkənar fondların büdcədən ayrılması tədricən baş vermişdir.Büdcədənkənar fondların yaranması dövlətin öz maliyyə resurslarının daha səmərəli istafadəsinə şərait yaratmışdır.Büdcədənkənar fondların əsas xüsusiyyəti onun dəqiq təhkim edilmiş gəlir mənbələrinə və bir qayda olaraq, vəsaitlərin məqsədli istifadəsinə malik olmasıdır. Müasir iqtisadi şərait bir tərəfdən maliyyə vəsaitlərinin dövlət şeviyyəsində cəmləşməsi, digər tərəfdən isə vaciblilik dərəcəsinə görə ictimai tələbatların ödəınilməsi üçün məqsədli pul fondlarımn yaradılmasına tələbat yaradır.Bununla əlaqədar olaraq dövlət büdcədənlcənar fondları sistemi islahatların əsas istiqamətlərinin müəyyən edilməsinin obyektiv zəruriliyi meydana çıxır.Müasir mərhələdə bu fondların fəaliyyətlərini tənzimləyən qanunvericilik bazasının 15 büdcədənkənar fondların formalaşması və istifadəsinin maliyyə mexanizminin transformasiyasına istiqamətlənən aktiv yenilənməsi həyata keçirilir. Bu baxımdan da dövlət büdcədənkənar fondlarınin formalaşması və istifadəsi problemlərinin tədqiqi zərurəti yaranmışdır.Eyni zamanda, büdcədənkənar fondların formalaşması və istifadəsinin maliyyə mexanizminin gələcək transformasiya istiqamətlərinin müəyyən edilməsi hələ də aktual olaraq qalır. Hazırda bütün dövlətlərdə, o cümlədən sənayecə inkişaf etmiş dövlətlərdə büdcədənkənar fondların yaradılması dövlətin qarşısında duran əsas məqsədlərindən biridir.Büdcədənkənar fondlar ilk dəfə ABŞ - da yaradılmışdır, sonradan isə bütün dövlətlərdə yayılmağa başlamışdır.Büdcədənkənar fondlar dövlətin müxtəlif mənbələrdən maliyyə ehtiyatlarımn toplanmasma və həmin ehtiyatlar hesabına özünün sosial iqtisadi məsələlərini həll etməsinə şərait yaradır. Büdcədənkənar fondlarla yanaşı sənayecə inkişaf etmiş ölkələrdə elmi tədqiqat fondu, investisiya fondu, kredit fondu, yol fondu, müvafıq yerli fondlar və s. yaradıhr.Həmin fondlar büdcədənkənar olsalarda özünəməxsus səciyyə daşıyırlar və "xüsusi fondlar" adı altında nəzərdən keçirilir.Bir sıra ölkələrdə xüsusi iqtisadi fondlar, hərbi - siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır. Xarici ölkələrin maliyyə sistemində xüsusi fondlar əhəmiyyətli yer tutur.Burada toplanmış vəsaitlərin həcmi olduqca böyükdür.Belə ki, Fransada xüsusi fondlar həcminə görə ölkənin dövlət büdcəsinə yaxındır. Yaponiyada xüsusi fondlardan dövlət xərclərinin yarıdan çoxu, Böyük Britaniyada 1/3 — ni maliyyələşdirilir. Xaricdə xüsusi fondlara muxtar və birləşdirilmiş büdcələr, büdcədənkənar fondlar, xüsusi smetalar və hesablar aiddir.Onlara hər şeydən əwəl iqtisadi və sosial funksiyalar həvalə edilir. Dövlət fondların vəsaitlərindən istifadə edərkən istehsal prosesinə qarışa bilir, müəssisələrə subsidiya, kreditlər və habelə borclar verə, əhaliyə sosial xidmət göstərə bilər. Xüsusi fondlar məqsədli xarakter daşıyır. Belə ki, sosial sığorta fondu sığorta olunanlara pensiya və müavinət vermək üçün, kredit fondları sahibkarlara və digər ölkələrə ssuda vermək üçün istifadə olunur. tstifadə olunması məqsədindən asılı olaraq xüsusi fondlar iqtisadi fondlara, elmi - tədqiqat fondlarına, kredit fondlarına, sosial fondlara, şəxsi və əmlak sığortası fondlarına, hərbi — siyasi fondlara, dövlətlərarası fondlara bölünür. İqtisadi fondlar - təsərrufat prosesinin məqsədi ilə yaranır. Bu fondlara investisiya fondları və modernləşdirmə fondları aiddir.

Ədəbiyyat

1. ”Büdcə sistemi haqqında” AR Qanunu. B., 2001.

2.AR Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinadarlığı haqqında Əsasnamə. B, 2000.

3.AR 2015-cu il dövlət büdcəsi zərfi 1 c.1.

4.D.A.Bağırov, M.X.Həsənli Maliyyə. B., 2012.



5.M.X.Həsənli Bazar iqtisadiyyatı ölkələrin verqi sistemlərinin formalaşması.

B., 2005.

Yüklə 57,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin