12
Balığı porsiyalaşdırılmış tikələrlə, bölmələrlə və yaxud bütöv cəmdəklər
halında qızardırlar. Bu zaman qızardılmanın müxtəlif üsulları tətbiq olunur:
yağda, yağda –früterdə, qızartma şkaflarında ( nərə balığı ), məhəccərdə və şişdə
qızardılmış balıq. Iri balığı qabaqcadan istənilən üsulla doğrayırlar ( müxtəlif
şə
kildə file ), 30
0
bucaq altında porsiyalaşdırılmış tikələrə ayırırlar və dərisini
kəsirlər. Daha sonra onları duzlayır, istiotlayır, unda urvalayır və 160
0
C
temperatura qədər qızdırılmış bitki yağında və digər yağlarda tavada qızardırlar.
Hər iki tərəfi qızardılmış balığı 5 dəqiqə müddətində 250
0
C temperaturlu
qızdırıcı şkafda qızardılmanı tamamlayırlar.
Qızardılmış balığa qarnir kimi bir çox hallarda qızardılmış kartof verilir.
Bununla yanaşı həmçinin kartof püresi və qaynadılmış kartof da verilə bilər.
Ə
lavə qarnir kimi duzlu xiyar və pomidor istifadə oluna bilər. Karasya, linya, leş
və çay xanı balıqlarını
səpilən qarabaşaq sıyığı ilə verirlər. Süfrəyə verilərkən
balığın üzəri yağla, əridilmiş yağla aşqarlanır yaxud da balığın üzərinə bir tikə
kərə yağı və digər bitki yağları qoyulur. Bəzən qızardılmış balığı souslarlada
verirlər: tomat sousu, tərəvəzli tomat sousu. Karasya, linya, çay xanı balığı xama
sousu ilə verirlər,qızardılmış nərə balığı üçün isə ayrıca turşuya qoyulmuş xırda
xiyarlı mayonez verilir.
Leninqrad sayağ
ı qızardılmış
balıq.
Balığı əsas üsulla qızardır və porsiyalı
tavalarda verirlər : balığın ətrafına dairəvi şəkildə doğranmış və əsas üsulla
qızardılmış kartof düzülür üzərinə isə halqavari şəkildə doğranmış və früterdə
qızardılmış soğan əlavə olunur.[35]
Dostları ilə paylaş: