§15.1. Dünya iqtisadiyyatı: Elmi-texniki inqilablar seriyası
Ümumiyyətlə, əksər tədqiqatçılar dünya iqtisadiyyatının genezisi,
qərarlaşması və inkişafı prosesində 3 əsas inqilabın həlledici rol
oynadığını qeyd edirlər: Neolit (Aqrar) inqilabı; Sənaye inqilabı; Elmi-
informasiya inqilabı.
Hər üç inqilab təkcə iqtisadiyyatla bağlı olan məsələlərə deyil,
bütövlükdə cəmiyyətin inkişafı prosesində yeni keyfiyyət mərhələsi kimi
çıxış edir.
Eyni zamanda, sırf elmi-texniki prizmadan sənaye inqilabı da daxil
olmaqla müəyyən xronoloji ardıcıllıqla baş vermiş 3 inqilabı da
fərqləndirirlər:
1.
Birinci elmi-texniki inqilab (sənaye inqilabı) (XVIII əsrin sonu-
XIXəsr).
2.
kinci elmi-texniki inqilab (XIX əsrin sonu-XX əsrin əvvələri).
3.
Üçüncü elmi-texniki inqilab (Elmi-informasiya inqilabı).
- Birinci elmi-texniki inqilab (XVIII əsrin sonu – XIX əsr) yeni
ictimai hadisə olmaqla baş verdiyi andan etibarən dünya
Dünya iqtisadiyyatının tarixi
385
iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilmişdi. nqilabın
əsas xarakterik cəhətlərinə aşağıdakıları aid etmək olar:
- stehsal vasitələrinin mexanikləşdirilməsi, buxar maşınlarından
istifadə dəyişikliklərə gətirib çıxardı;
- Dünya iqtisadiyyatının sahə və sferaları arasında mürəkkəb
qarşılıqlı əlaqələrin formalaşması, yeni sahələrin yaranması;
Elmi-texniki inqilabın hərəkətverici qüvvəsi kimi kapitalın
təmərgüzləşməsi prosesinin başlanması;
- Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi; Elm və
istehsalat arasında sürətli yaxınlaşma;
- stehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; Nəticədə sənaye
məmulatlarının maya dəyərinin azalması və onların daha geniş əhali
kütləsinin tələbatlarının ödənilməsinə yönəldilməsi;
- Son istehlakçıya istiqamətlənmə; Yalnız tələb olan məhsulların
istehsalına üstünlük verilməsi;
- darəetmə sisteminin rolunun yüksəlməsi, elmin sürətli inkişafı və
s.
Birnci elmi-texniki inqilab sənayeləşmənin həyata keçirilməsində
əsas çıxış nöqtəsi rolunu oynayırdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində baş verən ikinci ET dünya
iqtisadiyyatının strukturunda əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı.
kinci elmi-texniki inqilab, hər şeydən əvvəl, axın şərtlərinin və
konveyerin istifadəyə verilməsi ilə xarakterizə olunur.
Standartlaşdırılmış məhsul istehsalına keçid axın xəttləri
sisteminin meydana gəlməsini şərtləndirmişdir. Kütləvi axın istehsalı
sistemi təbii olaraq əməyin rasional təşkilinə, vahid, fasiləsiz texnoloji
prosesin yaranmasına gətirib çıxardı. Artıq 1914-cü ildə Q.Fordun
zavodlarında bir avtomobilin yiğilması tezliyi 1.5 saata çatmışdır.
nqilab sənaye istehsalının müxtəlif sferalarını əhatə edirdi.
Birinci elmi-texniki inqilabla müqayisədə texniki tərəqqinin həm sürəti
və yayılma tezliyi, həm də tətbiq edilən yeniliklərin sayı əhəmiyyətli
dərəcədə yüksək olmuşdu.
kinci elmi-texniki inqilabın mahiyyət özəlliklərinə aşağıdakıları
aid etmək olar:
1.
Öz xarakterinə görə sənaye çevrilişindən fərqli məzmun daşıyırdı.
Belə ki, sənaye çevrilişi maşınlı sənayenin yaranması və
cəmiyyətin sosial strukturunun dəyişməsinə (kapitalizmə keçid)
səbəb olmuşdursa, ikinci elmi-texniki inqilab nə istehsalın tipinə,
nə sosial struktura, nə də sosial-iqtisadi münasibətlərin
Dünya iqtisadiyyatının tarixi
386
xarakterinə heç bir təsir göstərməmişdir. Onun nəticələri yalnız
istehsalın texnikası və texnologiyasında, maşınlı sənayenin
yenidənqurulmasında, elmin rolunun yüksəlməsində təzahür
edirdi. Buna görə də, ikinci elmi-texniki inqilabı sənaye deyil,
elmi-texniki inqilab adlandırırlar.
2.
Bu inqilab sənaye istehsalı sferasında tamamilə yeni sahələrin
meydana çıxmasına səbəb olmuşdu: elektrotexniki, kimyəvi,
avtomobil, neft-kimya, təyyarəqayırma və s.
3.
Nəinki sahələrin, eləcə də sahədaxili sferaların diversifikasiyası
həyata keçirilirdi.
4.
Kütləvi standrtlaşdırılmış istehsalın tam şəkildə qərarlaşması başa
çatdı.
5.
stehsal prosesinin mürəkkəbləşməsi start götürdü.
6.
Təsərrüfat fəaliyyəti formalarının transformasiyası baş verirdi.
Mülkiyyətin və təsərrüfat fəaliyyətinin yeni formaları (səhmdar
cəmiyyət, fermer təsərrüfatı və s.) sürətlə inkişaf etməkdə idi.
7.
Əhalinin sayının kəskin şəkildə artıma istiqamətlənməsi;
8.
XIX əsrin sonu XX əsrin əvvəllərində texniki dəyişikliklər və
yeni sahələrin üstün artımı dünya sənaye istehsalının strukturunda
əhəmiyyətli dəyişikliklərə gətirib çıxarardı. Əgər ikinci elmi-
texniki inqilaba qədər “B” qrupu sahələri (istehlak şeyləri
istehsalı) üstünlük təşkil edirdisə, inqilab nəticəsində “A”
qrupunun (istehsal vasitələri istehsalı) xüsusi çəkisi əhəmiyyətli
dərəcədə artmış və ön plana keçmişdi.
9.
nqilabın əsas nəticələri sırasında həyat səviyyəsinin yüksəlməsi
xüsusi yer tutur. Beləliklə, ikinci elmi-texniki inqilab dünya
iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol oynamışdı.
XX əsrin ikinci yarısından start götürən üçüncü elmi-texniki inqilab
dünya iqtisadiyyatının, eləcə də ayrı-ayrı ölkələrin iqtisadi inkişafında və
yekun olaraq postindustrial cəmiyyətin formalaşmasında müstəsna
əhəmiyyət kəsb edirdi.
Üçüncü elmi-texniki inqilabın əsas xarakterik cəhəti onun
universal xarakter daşımasında, yəni ictimai həyatın bütün sferalarına –
siyasətə, ideologiyaya, mədəniyyətə psixologiyaya və s. təsir
göstərməsində, eləcə də elmin əsas məhsuldar qüvvəyə çevrilməsində
təzahür edir.
Üçüncü elmi-texniki inqilabı xronoloji prizmadan iki mərhələyə
bölmək lar:
1.
1940-1960-cı illər;
Dünya iqtisadiyyatının tarixi
387
2.
1970-ci ildən sonrakı dövr.
Bölgünün bu aspektdə aparılması dünyanı dəyişmiş qlobal
hadisənin daha dərindən öyrənilməsi ilə əlaqədardır.
Üçüncü elmi-texniki inqilabın baş verməsi bir tərəfdən geoiqtisadi
məkana çıxan korporasiyaların sabit mənfəət əldə etmək istəkləri ilə
bağlıdırsa, digər tərəfdən ABŞ – SSR qarşıdurmasının doğurduğu
hadisədir. Qeyd etmək lazımdır ki, Qərb ölkələrindən fərqli olaraq SSR -
də elmi yeniliklər yalnız hərbi sferaya tətbiq olunurdu.
Qərb ölkələrində, ələlxüsus ABŞ-da isə elmi-texniki potensialın
inkişafında əsas rol oynayan amil xarici siyasət sferası deyil, bazarın
konyuktur dəyişiklikləri olmuşdu.
Üçüncü elmi-texniki inqilabın təsiri altında sosial strukturda əsaslı
dəyişikliklər baş verirdi. Şəhərlərin sürətli inkişafı ilə yanaşı xidmət
sferasında çalışanların xüsusi çəkisi sıçrayışla artırdı. Belə ki, əgər 1950-
ci ildə (inkişaf etmiş ölkələrdə) xidmət sferasında çalışanların xüsusi
çəkisi 33% təşkil edirdisə, 1970-ci ildə bu rəqəm 44%-ə çatmış, sənaye
və nəqliyyatda analoji göstəricini ötüb keçmişdir; Təhsilin inkişafı,
ixtisaslı işçi qüvvəsinin hazırlanması geniş vüsət almışdı; əməkhaqqı
səviyyəsi yüksəlmiş, bununla əlaqədar həyat şəraitinin əsaslı sürətdə
yaxşılaşdırılmasına nail olunmuşdu.
qtisadiyyatda baş verən struktur dəyişiklikləri fəhlə sinfinin sahəvi
bölgüsünü də dəyişmişdir. Ağır fiziki əmək tələb edən sahələrdə
çalışanların xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalmış, yeni sahələrdə
(elektronika və s.) isə artmışdır.
1970-ci illərin əvvəllərində orta təbəqə əhalinin 1/3 hissəsini əhatə
edirdi. Kiçik və orta biznesin sürətli inkişafı başlanmışdı.
Üçüncü elmi-texniki inqilabın ikinci mərhələsində (1970-ci ildən
sonrakı dövr) sadalananların yüksəliş traektoriyası daha da sürətlənməyə
başladı. Qərb ölkələrində iqtisadiyyatın sosial yönümlüyü prioritet
mövqelərə keçdi. Elmi-texniki proqramların sosial ehtiyaclara daha da
sıx əlaqələndirilməsi həyata keçirilməyə başladı.
Mikroprosessorların kəşfi, elektron-informasiya texnikasının
inkişafı, biotexnologiya və gen mühəndisliyi sferalarında əldə edilən
nailiyyətlər üçüncü elmi-texniki inqilabın ikinci mərhələsinin əsas
məzmununu ehtiva etməklə “yüksək texnologiyalar cəmiyyətinə” –
informasiya erasına keçidi şərtləndirmişdir. Mikroprosessorlar əsasında
istehsal prosesinin tam avtomatlaşdırılması müxtəlif dəzgah və
mexanizmlərin, eləcə də xidmətçi personalın sayının dəfələrlə ixtisara
düşməsinə
gətirib
çıxardı.
Eyni
zamanda,
informasiyanın
Dünya iqtisadiyyatının tarixi
388
avtomatlaşdırılması prosesi təsərrüfatın digər sahələrinə - idarəetmə,
maliyyə, konstruktor işləri və s. sürətlə yayılmağa başladı. Informasiya
texnikasının özü sənayenin xüsusi sahəsinə, elm isə güclü bilik
industriyasına çevrilir.
nqilabın ikinci mərhələsində resurs və əmək tutumluluğun kəskin
aşağı düşməsi, ekoloji təmiz və elmtutumlu istehsalatın təşkili ilə aparıcı
ölkələrin iqtisadiyyatında kardinal struktur dəyişiklikləri baş verdi ki, bu
da sonda köklü sosial dəyişikliklərə yol açdı.
Bu gün informasiya və xidmət sferasında çalışanlar ümum məşğul
əhalinin 2/3 hissəsini təşkil edir.....
Ümumiyyətlə, XX əsr ərzində innovasiya prosesi bir sıra yeni
xüsusiyyətlər kəsb etmişdi:
I.
Elmi-tədiqiqat işləri (N OKR), həm elmi və peşəkar səviyyəyə,
həm də miqyasına görə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.
Şəxsi kəşflər və ixtiralar öz yerini peşəkarcasına təşkil olunmuş
mütəxəssislər qrupuna vermişdi. Eyni zamanda, yeniliyin təsadüflüyü
aradan qaldırılmış, innovasiyaların artımı sabit xarakter almışdı. Bu
sferada ABŞ-ın liderliyi birmənalı şəkildə təsbit olunmuşdu.
N OKR-a qoyulan vəsait (1957-1966) ABŞ-da 157 mlrd. dol.,
Qərbi Avropa ölkələrində isə cəmi 50 mlrd. dollar təşkil etmişdi. 1967-ci
ildə ABŞ-ın N OKR-a sərf etdiyi vəsait ÜDM-in 3.13%-dən çox
olmuşdu. qtisadiyyatın ənənəvi sahələrində tətbiq edilən innovasiya
“partlayış” effekti verir, yeni sahələrin meydana çıxmasına səbəb olurdu.
Məsələn, kimya sahəsində aparılan araşdırmalar toxuculuq sənayesinin
yeni yönümünü (sintetik liflər və s.) yaranması ilə nəticələnmişdır və s.
Bəzi sahələrdə “iqtisadiyyat innovasiya” prosesləri start
götürmüşdü.
Hal-hazırda
informasiya
iqtisadiyyatının
formalaşmasında müstəsna rol oynayır.
qtisadiyyatda innovasiya bir proses olmaq etibarilə bir sıra
şərtlərin mövcudluğu halında meydana çıxır, yaxud çıxa bilər:
1. Qabaqcıl texnologiyaların mövcudluğu;
2. Kommersiya faydalılığı;
3. Müasir idarəetmə sisteminin mövcudluğu;
4. Bazarın miqyasının böyüməsi.
Bəzi hesablamalara görə 1800-1971-ci illər arasında bu qəbildən
111 innovasiya olmuşdur ki, bunun da 58%-i ABŞ-ın, 38%-i Avropa
ölkələrinin, 4%-i isə Yaponiyanın payına düşmüşdür.
190
190
Ван. Дер Веe. История мировой экономики. М; Наука, 1995.- С.128
Dünya iqtisadiyyatının tarixi
389
- Məhsul istehsalına verilən patent və lisenziyaların 50%-dən çoxu
ABŞ-a məxsus olmuşdu.
Əksər tədqiqatçılar innovasiyaların yaranması xüsusiyyətləri kimi
aşağıdakıları qeyd edirlər:
- nnovasiyalar “salxım” formasında meydana çıxır;
-Bəzi dövrlərdə daha aktiv şəkildə yaranır;
-Onların meydana çıxma tezliyinin yüksəkliyi kəşflə ondan istifadə
arasında olan zaman kəsiyini azaldır.
II. kinici spesifik cəhət müəssisə və təşkilatların idarə olunmasının
yeni formalarının yaranmasıdır.
Əvvəlcə sırf amerikan “hadisəsi” kimi yaranan yeni idarəetmə
formalarını tezliklə “idarəetmədə inqilab” adlandırdılar. Avropa
ölkələrindən yalnız Almaniya (XX əsrin əvvələri) idarəetmədə
bütünlüklə amerikan sisteminə keçmişdi. Digər Avropa ölkələri yalnız II
dünya müharibəsindən sonra bu sistemi tətbiq etməyə başladı.
nnovativ inkişaf tipinin qərarlaşması prosesinin gerçək
məzmununu (ölkələr bölümündə) Pavitt modeli
191
çərçivəsində aydın
şəkildə görmək olar. Bu modeldə futbolun təşkili sisteminə istinadla
texnologiya və idarəetmə sferalarında mütərəqqi biliklər əldəetmə
imkanlarına uyğun olaraq dünya ölkələri 4 qrupa bölünür (şəkil15.1)
191
Зубарева Т.С. Исторuя экономики. Учеб. пособие, ч. III. Новосибирск: НГТУ,
2002,
Futbolun təş kili sistemi
Ölkə lə r
I
II
III
IV
“Virtuozlar”: texnologiya
və istehsalın təşkili sfe-
ralarında mütərrəqqi bi-
Sənaye məhsulunun
modifikasiyası
və
modernləşməsi pro-
Sənayeləşməni
kifayətqədər
asan keçənlər
Primitiv
iqtisadiyyat
Dünya iqtisadiyyatının tarixi
390
Şə
kil 15.1. Pavitt modeli
Model 1970-1980-ci illərin qlobal iqtisadi gerçəkliyinə istinadla
qurulmuşdur.
Bununla belə, elmi-texniki inqilabın neqativ hadisələrə də səbəb
olduğu ortalıqdadır. Xronik işsizlik məhz iqtisadiyyatda baş verən
struktur dəyişikliklərin ifrat tezliyindən, beynəlxalq əmək bölgüsünün
dərinləşməsi isə işçi qüvvəsinin kütləvi miqrasiyasından, sərt rəqabət
mübarizəsi şəraitində istehsalın rasionallaşdırılmasından qaynaqlanır.
Beləliklə, birmənalı şəkildə belə bir qənaətə gəlmək olar ki, üçüncü
elmi-texniki inqilab dünyanın “sima”sının dəyişməsində həlledici rol
oynamışdır.
§15.2. “ stehsal” iqtisadiyyatından “xidmət”
iqtisadiyyatına keçid
XX əsrin 70-ci illərindən etibarən “yeni iqtisadiyyatın” formalaşma
təmayülləri açıq-aydın şəkildə müşahidə edilirdi. “Köhnə industrial
qaydalar” informasiya texnologiyaları ilə cücərməyə başalayan “yeni
iqtisadiyyatla” əvəz olunurdu.
Texnoloji nöqteyi-nəzərdən baş verən dəyişikliyi elmi-texniki
tərəqqinin yeni mərhələsi kimi də səciyyələndirmək olardı. Lakin bu
mərhələnin başlıca xüsusiyyəti onun informasiya sferasına nüfuz etməsi,
insan fəaliyyətinin əksər növləri üçün mühüm əhəmiyyət kəsb edən
prosesləri ehtiva etməsidir. Bu proseslər iqtisadiyyat, siyasət və
mədəniyyət
sferalarında
köklü
dəyişikliklərə,
ictimai
şüurun
liklərin
sərhəddində
olanlar
sesində çətinliklərlə
üzləşənlər
ABŞ
AFR
sveçrə
sveç
Böyük Britaniya
Yaponiya
Kanada
Belçika
Hollandiya
taliya,
spaniya
“Dördüncü dünya
ölkələri
Şərqi Avropa,
Latın
Ameri-
kası,
Cənub-
Şərqi
Asiya
ölkələri
Dünya iqtisadiyyatının tarixi
391
dəyişməsinə, yeni, postindustrial cəmiyyət tipinin formalaşmasına gətirib
çıxarır...
Xidmət sferası, elm, təhsil real sektoru (kənd təsərrüfatı, sənaye)
üstələməyə başlayır, istehsal prosesində elmi biliklərdən istifadə intensiv
xarakter alırdı.
Artıq 1970-ci illərin əvvəllərindən bəşəriyyətin yeni dövrə qədəm
qoyduğu açıq-aydın şəkildə dərk edilməyə başlamışdı. Cəmiyyətin
istehsalla bağlı (maddiyyat anlamında) problemləri öz aktuallığını
itirmiş, biliklərin toplanması, sistemləşdirilməsi və yayılması ilə bağlı
olan müxtəlif xidmətlər ön plana çıxmışdı. Eyni zamanda, elmi-texniki
inqilabın məntiqi nəticəsi kimi elm əsas məhsuldar qüvvəyə, inkişafın və
təhlükəsizliyin başlıca amilinə çevrilmişdi.
Beləliklə, “xidmət” iqtisadiyyatının (postindustrial cəmiyyət)
keyfiyyət yeniliyinin əsasında dayanan başlıca məsələ xidmət istehsalının
məhsul istehsalına münasibətdə prioritet mövqeyə keçməsidir.
nformasiya və elmi biliklər istehsal resursuna çevrilir. Elmi
araşdırmalar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi kimi çıxış etməyə
başlayır.Əsas dəyərlər sırasında təhsil səviyyəsi, peşəkarlıq və kreativlik
ön mövqelərə sahiblənir.
Postindustrial cəmiyyətin ilkin mərhələsinin alt sistemi olan
“xidmət” iqtisadiyyatının mövcudluğu ÜDM-də xidmət sektorunun
xüsusi çəkisi ilə müəyyənləşir. Məsələn, ÜDM-da xidmət istehsalının
xüsusi çəkisi ABŞ-da 80%, Avropa ittifaqında (15 ölkə formatında) 69%,
Yaponiyada 67%, Kanada 70% təşkil edir.
§15.3. Dünya iqtisadiyyatı: inkişaf etmiş və inkişaf etməkdə
olan ölkə lə r: iki ə srlik (XIX-XX) inkiş af dinamikası
Dünya iqtisadiyyatında keyfiyyət yeniləşməsi prosesinin gedişini
son 2 əsr (XIX-XX) ərzində baş verən iqtisadi artımın kəmiyyət ölçüləri
ilə əlaqəsini aşağıdakı cədvəllərdən görmək mümkündür (cədvəl 15.1;
15.2;)
Cədvəl 15.1
Dünyanın iqtisadi inkiş afının ə sas göstə ricilə ri (XIX-XX ə sr)
(1993-cü ilin qiymə tlə ri ilə mlrd. dollarla)
Dünya iqtisadiyyatının tarixi
392
Göstə ricilə r
1820 1913 1913-1820-ə
nisbə tə n (%)
1998
1998
1820-ə
nisbə tə n
(%)
1913-ə
nisbə tə n
(%)
1. Qlobal Məcmu
Məhsul
2.Əhali (mln.nəfər)
3.Adambaşına QMM
isehsalı (dollarla)
831
1068
778
2941
1772
1660
+3.5 dəfə
+65.9 %
+2.1 dəfə
36836
5952
6189
+44.3 dəfə
+5.6 dəfə
+8.0 dəfə
+12.5 dəfə
+3.4 dəfə
+3.7 dəfə
Cədvəl 15.2
XIX-XX əsrlərdə iqtisadi artım (1993-cü ilin qiymətləri ilə - dol.)
Göstəricilər
Kumulyativ artım
(dəfə)
Adambaşına ortaillik
artım tempi (%)
18
20
-1
91
3
19
13
-1
99
8
18
20
-1
99
8
18
20
-1
91
3
19
13
-1
99
8
18
20
-1
99
8
1.QMM
3.5
12.5
44.3
1.37
3.02
2.15
2 .Ən aşağı göstəriciyə
malik ölkə
1.4
4.2
14.4
0.37
1.70
1.51
3. Ən yuxarı
göstəriciyə malik ölkə
493.6 132.9
6832.5
6.90
5.92
5.09
4.Əhali (mln.n)
1.7
3.4
5.6
0.55
1.44
0.97
5. Ən aşağı göstəriciyə
malik ölkə
0.6
1.1
0.7
-0.52
0.15
-0.20
6. Ən yuxarı göstəriciyə
malik ölkə
146.1
9.2
568.2
5.51
2.65
3.63
7. Adambaşına QMM
istehsalı
2.1
3.7
8.0
0.82
1.56
1.17
8. Ən aşağı göstəriciyə
malik ölkə
1.1
1.3
2.3
0.09
0.32
0.46
9. Ən yuxarı göstəriciyə
malik ölkə
4.4
20.8
26.8
1.61
3.64
1.87
Dünya iqtisadiyyatının tarixi
393
Son iki əsr – dünya iqtisadiyyatının tarixində görünməmiş inkişaf
dövrü olmuşdu. 1820-1998-ci illərdə Qlobal Məcmu Məhsul 831 mlrd.
dollardan 36836 mlrd. dollara qədər yüksəlmiş, yaxud 44 dəfə artmışdır
(1993-cü ilin qiymətləri ilə).
XX əsrdə iqtisadi tərəqqi əhəmiyyətli dərəcədə sürətlənmişdir. Əgər
XIX əsrdə (1820-1913) və qismən XX əsrin əvvəllərində QMM 3.5 dəfə
artmışdırsa, XX əsrdə (1913-1998) bu göstərici 12.5 dəfə təşkil etmişdi.
Ortaillik artım templərindən çıxış etsək, onda belə alınır ki, XX əsrdəki
inkişaf sürəti XIX əsrlə müqayisədə 2.2 dəfə (1.37% - 3.02% qədər) çox
olmuşdur.
QMM-un artımında dünya əhalisinin çoxalması və adambaşına
QMM istehsalının artımı mühüm rol oynamışdır. kincinin birincini
üstələməsini dünyada əmək məhsuldarlığının artımı kimi də
səciyyələndirmək olar. XX əsrdə (XIX əsrlə müqayisədə) hər iki amilin
artım sürəti daha yüksək olmuşdu: əhali 2.6 dəfə (ortaillik artım tempi: -
0.55% və 1.44%), adambaşına QMM istehsalı 1.9 dəfə (0.82% və 1.56%)
daha sürətlə artmışdır. Əgər son iki əsr ərzində dünya əhalisi 5.6 dəfə
artmışdırsa, adambaşına QMM istehsalı 8 dəfə çoxlamışdı.
Araşdırılan dövr ərzində dünya iqtisadiyyatının qeyri-bərabər
inkişafını açıq-aydın şəkildə görmək mümkündür. Belə ki, kumulyativ
artım üzrə ölkələr arasında böyük bir uçurum müşahidə edilir. Az və ya
çox dərəcədə müvafiq statistik məlumatların olduğu 50 ölkə arasında ən
zəif inkişaf tempi rlandiyaya xasdır: 1820-1989-cu illətdə cəmi 14.4
dəfə!
XIX əsrdə Çin (cəmi 42% artım), XX əsrdə isə Rusiya (cəmi 4.2
dəfə) daha çox geridə qalmışdır.
Hər iki əsrdə rekord göstərici Avstraliyaya məxsusdur: müvafiq
olaraq 494 və 6833 dəfə! XX əsrdə Tayvanda da yüksək artım tempi
müşahidə olunmuşdur: 133 dəfə!
Əhalinin artım tempinə görə də Avstraliya lider mövqeyindədir:
146 və 568 dəfə! XX əsrdə Qana ön plana çıxmışdı (9.2 dəfə). Ən az
artım yenə də rlandiyanın payına düşür. Əslində, rlandiyaya
münasibətdə azalma müşahidə olunur: 4.9 mln. nəfərdən 2.8 mln. nəfərə
qədər! Yalnız XX əsrin ikinci yarısından etibarən müsbət işarəli proseslər
yaranmağa başlamışdı.
Adambaşına ÜDM istehsalı göstəricisinə görə rekord göstərici hər
iki əsrdə Yaponiyaya (26.8 dəfə), XIX əsrdə Kanadaya (4.4dəfə), XX
Dünya iqtisadiyyatının tarixi
394
əsrdə isə Tayvana (20.8 dəfə) məxsusdur. Bu göstərici üzrə ən aşağı
səviyyədə Banqladeşdir (XIX əsrdə - 9%, hər iki əsrdə birlikdə 2.3 dəfə).
Qlobal səviyyədə inkişaf prosesi nöqteyi-nəzərindən qeyri-
bərabərlik, assimmetrik bölünmə tam məntiqi olaraq dünya
iqtisadiyyatında “müxtəlifliyin” daha da artmasına, dünya ölkələrinin
böyük əksəriyyətinin “xidmət” iqtisadiyyatına keçiddən kənarda
qalmasına gətirib çıxarmışdı. XX əsrin sonları üçün elmi dövriyyədə
müəyyən mövqe tutan ümumrifah nəzəriyyəsi inkişaf səviyyəsi və inkişaf
templərini aşağıdakı amillərin təsiri ilə izah edirdi:
- Əlverişli coğrafi mövqe;
- Əlverişli iqlim;
- Təbii resursların mövcudluğu;
- Əhalinin sayı (azsaylı, yaxud çoxsaylı olması);
- Fiziki kapital və yığım (yığım və investisiyalar);
- nsan kapitalı (əhalinin təhsili və sağlamlığı) və onun yığım tempi;
- Mədəni, əxlaqi və dini dəyərlər sistemi;
- Elmi-texniki tərəqqi;
- qtisadi inkişafın səviyyəsi və mərhələsi;
- Beynəlxalq ticarətdə iştirak dərəcəsi;
- Xarici istismara məruzqalma, yaxud xaricdən yardım alma;
- “Bazar kortəbiiliyinin elmi istiqamətləndirilməsi” və s.
Dünya
iqtisadiyyatının
yeni
keyfiyyət
mərhələsində
sərvətyaratmanın ənənəvi amillər kompleksi ictimai praktikada özünü
doğrultmayıbdır. Emprik təhlil uzunmüddətli iqtisadi inkişaf templəri ilə
sadalanan amillər arasında dayanıqlı əlaqələrin olmadığını üzə çıxarır.
Sözügedən dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin
inkişaf dinamikasının müqayisəsi qlobal vəziyyətin həqiqətən də kifayət
qədər mürəkkəb, çoxsaylı və çoxşaxəli olduğunu görməyə imkan verir.
Cə dvə l 15.3.
Aparıcı ölkə lə rin iqtisadi inkiş af dinamikası (1950-1980)
Göstə ricilə r
ABŞ
Böyük Britaniya
Fransa
AFR
Yaponiya
19
50
19
80
19
80
/1
95
0
n
is
bə
tə
n
(
%
)
19
50
19
80
19
80
/1
95
0
n
is
bə
tə
n
(
%
)
19
50
19
80
19
80
/1
95
0
n
is
bə
tə
n
(
%
)
19
50
19
80
19
80
/1
95
0
n
is
bə
tə
n
(
%
)
19
50
1.Əhali, mln
nəfər
2. nkişaf
etmiş
ölkələrin
sənaye
istehsalında
xüsusi çəkisi
(%)
3.Sənaye
istehsalının
həcmi
(1975=100)
4.Neft
hasilatı,
mln.t.
5.Elektrik
enerjisi
istehsalı,
mlrd kvt/s
6.Kömür
istehsalı,
ml.t.
7.
Polad
istehsalı,
mln.t
8.
xracat,
mlrd.dol.
9. dxalat,
mlrd.dol.
152
(1960)
39.6
41
267
408
505
88
10.3
8.8
229
39.6
125
424
2356
714
102
220.8
257.0
+50.6%
X
X
+58.8%
+5.72də fə
+41.4%
+15.9%
+21.4də fə
+29.2də fə
50
(1960
)
8.2
56
-
67
22
16.6
6
7
56
4.9
108
-
266
130
11.3
110.1
115.6
+12%
-3.3%
X
X
+3.9də fə
+5.9də fə
-32%
+18.3də fə
+16.5də fə
41.9
(1960)
8.6
28
-
33
50.8
8.6
3
3
53.4
7.9
117
-
254.
4
8.1
23.2
111.
1
135.
1
+27.4%
-0.7%
X
X
+7.7də fə
-6.3də fə
+2.7də fə
+37də fə
+45də fə
47.8
(1960)
15.7
21
-
45.5
111
12.1
2
2.7
59.7
13.3
118
-
36.9
87
43
192.9
188
+24.9%
-2.4%
X
X
-19%
-21.7%
+3.5də fə
+96.4də fə
+69.6də fə
85
(1960)
6.8
5.4
-
48
39
6.5
0.8
1
111.4
15.3 saylı cədvəldən göründüyü kimi, 1980-ci ildə dünya sənaye
istehsalında inkişaf etmiş 4 ölkənin (ABŞ, Böyük Britaniya, AFR,
Yaponiya) xüsusi çəkisi birlikdə 80.9% təşkil etmişdi. Əksər iqtisadi
göstəricilər üzrə artım 10 dəfələrlə ölçülür və s.
nkişaf etməkdə olan ölkələrdə isə tədqiq olunan dövr ərzində
iqtisadi inkişaf səviyyəsi müqayisəli şəkildə azalmağa doğru
istiqamətlənmişdir (cədvəl 15.4). Məsələn, əgər sözügedən göstərici
1913-cü ildə orta dünya səviyyəsinin 33%-ni təşkil edirdisə, 1987-ci ildə
27%-ə bərabər olmuş, yaxud 6% azalmışdı. nkişaf etmiş ölkələrin
analoji səviyyəsi ilə müqayisədə isə cəmi 7% (1987-ci il ) olmuşdur.
Postindustrial eraya keçid, informasiya cəmiyyəti quruculuğu
ərəfəsində inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatında yeri elə
bir əhəmiyyət daşıya biləcək səviyyəyə çatmamışdı (cədvəl 15.5).
Məlumatlardan göründüyü kimi, 128 inkişaf etməkdə olan ölkənin dünya
əhalisində payı 77.5% olduğu halda, Qlobal Məcmu Məhsulda 39.8%-lik
xüsusi çəkiyə malik olmuşdur.
Dünya sosializm sisteminin süqutu (1991) nəticəsində meydana
çıxan “keçid iqtisadiyyatlı” ölkələrdə ümumsosial-iqtisadi situasiya
inkişaf etməkdə olan ölkələrlə müqayisədə daha gərgin xarakter
daşımışdı.
Cədvəl 15.4
nkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf səviyəsi (%)
Göstəricilər
1913
1920
1938
1950
1987
1987/1913-ə
nisbətən
dəyişmə (+;-)
1. nkişaf etməkdə olan
ölkələr / orta dünya
inkişaf səviyyəsi
2. nkişaf etməkdə olan
ölkələr / inkişaf etmiş
ölkələr
3. nkişaf etməkdə olan
ölkələr /ABŞ
33
11
8
37
12
7
29
9
7
29
9
5
27
7
6
-6.0%
-4.0%
-2%
Cə dvə l 15.5
Dünya iqtisadiyyatının tarixi
397
nkiş af etmə kdə olan ölkə lə r dünya iqtisadiyyatında: ə hali, ÜDM,
ixracat (1998) (%-lə )
Regionlar
Ölkə lə rin
sayı
Ə
hali
ÜDM
xracat
1.Afrika ölkələri,
o cümlədən:
-Saxaradan cənubda olan ölkələr
2.Asiya ölkələri, o cümlədən:
- Çin
- Hindistan
- Sair Asiya ölkələri
3. Orta Şərq və Avropa ölkələri
4.Latın Amerikası ölkələri
51
48
27
1
1
25
17
33
11.9
10.8
52.2
21.2
16.5
14.5
5
8.4
3.3
2.4
22.8
12.0
4.4
6.5
4.7
8.9
1.8
1.4
8.1
3.1
0.7
4.4
3.4
4.4
nkişaf etməkdə olan ölkələr, cəmi:
128
77.5
39.8
17.7
Dünya
100
100
100
100
nkişaf etməkdə olan ölkələrin tərkibcə homogen olmadığı, inkişaf
prosesinə münasibətdə həm start, həm də potensial baxımından əsaslı
sürətdə fərqləndikləri açıq-aydın şəkildə müşahidə edilməkdədir.
XX əsrin sonlarında baş verən hadisə və proseslər sözügedən
ölkələr qrupuna müxtəlif istiqamətlərdən təsir göstərsə də, onların hamısı
üçün adekvat nəticələrlə yekunlaşmamışdır. Belə ki, bu ölkələrdə xeyli
gec başlayan və assimetrik xarakter daşıyan sənaye inqilabından fərqli
olaraq, qloballaşma prosesi çox qısa bir zaman kəsiyində həmin ölkələr
qrupunu öz orbitinə cəlb edə bilmişdi. Nəticə olaraq dövlətin
iqtisadiyyata müdaxiləsi imkanları əhəmiyyətli dərəcədə məhdudlaşmış,
milli mənafelərin ödənilməsi müstəvisində böyük problemlər
yaranmışdır.
Qeyd edilən asrpekt Latın Amerikası ölkələrində daha qabarıq
şəkildə təzahür etmişdi.
Dünya iqtisadiyyatının tarixi
398
1980-ci illərdə iqtisadi artım tempinə görə Latın Amerikası ölkələri
Ə T-nin üzvü olan ölkələrdən 2 dəfə geri qalırdı. 1988-ci ildə bu
ölkələrin birlikdə ÜDM-u 808 mlrd. dollar təşkil etmişdir ki, bu da
talyanın analoji göstəricisindən aşağı səviyyədə olmuşdu.
Əhalinin 40%-i yoxsulluq həddində yaşayırdı. 1990-cı illərin
əvvələrində Latın Amerikası ölkələrinin dünya ixracatında payı cəmi
3.9% olmuşdu.
1980-ci illərin əvvələrindən etibarən (dövlət kapitalizmi modelinin
böhran ilə əlaqədar olaraq) Latın Amerikası ölkələrində neoliberal
modelə keçid başlamışdı. Qloballaşmanın formalaşdırdığı inkişaf
imperativinə uyğunlaşa bilməyən Latın Amerikası şox tezliklə emal
sənayesinin tənəzzülü ilə qarşılaşdı.
Latın Amerikasından fərqli olaraq daha aşağı səviyyəli inkişaf
tempinə malik olan Afrika və Qərbi Asiya birbaşa itkilərdən mühafizə
oluna bilmişdi. Lakin son 9 il ərzində (2007-ci ilə qədər) emal
sənayesinin illik artım tempi 1.3-1.6% olmuşdur. Müqayisə üçün qeyd
edək ki, analoji göstərici Şərqi Asiyada 3.3%, Çində isə 5.5% təşkil
etmişdi. Bütövlükdə, Cənub-Şərqi Asiya ölkələrində situasiya tamamilə
başqa məzmun kəsb etməyə başlamışdı.
XX əsrin sonlarına yaxın dünya iqtisadiyyatında ABŞ və A ilə
yanaşı, üçüncü güc mərkəzi formalaşmağa başlayır. Bu mərkəzin əsas
xarakterik cəhəti ondan ibarətdir ki, bu günə qədər qeyd edilən regionda
artımın qütbləri arasında, başqa sözlə, gücün paylanması müstəvisində
konkret aydınlıq müşahidə edilmir. Hələ 1980-ci ildə regionun şəriksiz
lideri olan Yaponiya Çinin simasında güclü rəqiblə qarşılaşmışdır. Eyni
zamanda, bu ölkələrdə tətbiq edilən iqtisadi mexanizm milli psixologiya
və milli dəyərlər sisteminə istinadla hərəkətə gətirilir.
Məlumatlardan göründüyü kimi, inkişaf etməkdə olan ölkələrin
“daxili” müxtəlifliyi zaman keçdikcə daha qabarıq şəkildə təzahür edir
(cədvəl 15.6).
Eyni situasiya xarici ticarətdə də müşahidə olunur. 1985-ci illə
müqayisədə EOÖ-lərin dünya ixracatında xüsusi çəkisi 10%-dən çox
artaraq 33.1% (2004-cü il) təşkil etmişdir, bunun da 4/5 12 ölkənin
(sənaye məhsulları ixrac edən), o cümlədən, 1/3-i Çinin payına düşür.
2004-cü ildə EOÖ-lərin məcmu ixracının ¾-ü 12 ölkənin, o cümlədən
25%-i Çinin hesabına olmuşdur.
Həmin ildə Çin ixracın həcminə görə dünyada 3-cü yerə (Almaniya
və ABŞ-dan sonra, 2006-cı ildə isə ikinci yerə (Alamaniyadan sonra)
çıxmışdı. Çin qərb iqtisadiyyatının donoruna çevrilməkdədir.
Dünya iqtisadiyyatının tarixi
399
Analoji vəziyyət birbaşa xarici investsiyaların paylanmasında da
müşahidə edilir (cədvəl 15.7).
Cə dvə l 15.6
QMM-də və EOÖ-lə rin mə cmu daxili mə hsulunda ayrı-ayrı ölkə lə rin və
ölkə qruplarının xüsusi çə kisnin dinamikası (%)
(2004-cü ilin alıcılıq qabiliyyə tinin pariteti ə sasında)
Ölkələr və ölkə qrupları
1980
1990
2000
2005
2005/1980-ə
nisbə tə n (+ ;-)
nkişaf etməkdə olan ölkələr
( EOÖ) bütövlükdə:
O cümlədən:
1)Sənaye məhsulları ixrac edən
ölkələr:
2) Yeni sənaye ölkələri
3) Çin
4) Hindistan
5) Digər SM Ö
6 )Neft ixrac edən ölkələr
7) Digər EOÖ
Qlobal Məcmu Məhsulda (%)
28.9
15.7
1.5
3.0
3.5
7.7
4.8
8.4
31.7
19.6
2.5
5.3
4.3
7.5
4.5
7.5
39.4
26.9
3.4
10.3
5.5
7.7
4.5
8.0
43.3
30.5
3.4
13.4
6.3
7.4
4.7
8.1
+14.4
+14.8
+1.9
+10.4
+2.8
-0.3
-0.1
-0.3
EOÖ-lə rin Mə cmu Daxili Mə hsulunda (%)
1. Sənaye məhsulları ixrac edən
ölkələr
2. Yeni sənaye ölkələri
3.Çin
4. Hindistan
5. Digər YSÖ
6. Neft ixrac edən ölkələr
7. Digər EOÖ
54.3
5.2
10.4
12.1
26.6
16.7
29
61.8
7.9
16.7
13.6
23.6
14.2
24
68.3
8.6
26.1
14.0
19.6
11.4
20.3
70.4
7.9
30.9
14.5
17.1
10.9
18.7
+16.1
+2.7
+20.5
+2.4
-9.5
-5.8
-10.3
Dünya iqtisadiyyatının tarixi
400
Qeyd: 1. Sənaye məhsulları ixrac edən ölkələr qrupuna (SM Ö) 4
yeni sənaye ölkəsi, Çin, Hindistan, Braziliya, Meksika, Tailand, Türkiyə
və Filippin aid edilmişdir.
2. Neft ixrac edən ölkələr qrupu: cəmi 19 ölkə (Əlcəzair,
Anqola, Bəhreyn, Bruney, Venesuela, Qabon, Küveyt, Liviya, Niqeriya,
BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo).
Mənbə: Мировая экономика в эпоху глобализации. Прогноз
ИМЭМО РАН до 2020 г. Приложение.
Məlumatlardan göründüyü kimi, birbaşa xarici investisiyaların əsas
hissəsi həmin 12 ölkənin payına düşür.
Cədvəl 15.7
nkişaf etməkdə olan ölkələrin birbaşa xarici
investisiyalarda payı (%-lə)
Ölkələr və ölkə qrupları
1990
2000
2004
2004/1990-ci
ilə
nisbətən (+;-)
nkişaf etməkdə olan ölkələr
bütövlükdə,
o cümlədən:
1.Yeni
sənaye
ölkələri
(YSÖ)
2. ACEAN
3. Çin
4. Hindistan
5. Türkiyə
6. Braziliya
7. Meksika
20.4
5.0
1.6
1.2
0.1
0.6
2.1
1.3
30.0
10.7
1.8
3.3
0.3
0.3
1.8
1.7
25.0
7.9
1.1
2.8
0.4
0.4
1.6
2.1
+4.6
+2.9
-0.5
+1.6
+0.3
-0.2
-0.5
+0.8
Mə nbə : UNCTAD World Investment Report 2008., Annex Table B.2 mə lumatları
ə
sasında hesablanmışdı.
TMK-lar tərəfindən sözügedən ölkələr qrupunda həyata keçirilən
yeni layihələrin əhəmiyyətli hissəsi N OKR-la bağlıdır.
Belə ki, 2003-2004-cü illərdə Cənubi, Şərqi və Cənub-Şərqi
Asiyada (12 ölkənin 9-u bu regionda yerləşir) N OKR-ın payına yeni
layihələrin 11%-i, başqa sözlə, 6212 layihədən 690-i düşürdü. Müqayisə
üçün deyək ki, analoji göstərici inkişaf etmiş ölkələrdə 5% (7913
Dünya iqtisadiyyatının tarixi
401
layihədən 38-i), postsosialist ölkələri də daxil olmaqla yerdə qalan dünya
ölkələrində 1.4% (3374 layihədən 48-i) təşkil etmişdi.
192
Dostları ilə paylaş: |