AZƏ RBAYCAN RESPUBL KASI TƏ HS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
DÜNYA QT SAD YYATININ TAR X
(DƏ RSL K)
Dünya iqtisadiyyatinin tarixi
Azə rbaycan Respublikası tə hsil
nazirinin
19.05.2010-cu
il
tarixli 605 saylı ə mrinə ə sasə n
qrif verilmiş dir.
Bakı - 2010
Dünya iqtisadiyyatının tarixi
2
Dərslik Azərbaycan Dövlət qtisad Universitetinin “Beynəlxalq
iqtisadi münasibətlər” kafedrasında hazırlanmışdır.
Müəlliflər
Ş
.H.Hacıyev
i.e.d., professor
Ə
. .Bayramov
i.e.d., professor
Elmi redaktor:
H.F.Cəfərov
t.e.d., professor
Rə yçilə r:
R.Hə sə nov – qtisadi Araşdırmalar Elmi-Tədqiqat nstitunun
direktoru i.e.d., prof.
F.Ə.Rəhimli – “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının
dosenti, i.e.n.
Hacıyev Ş .H., Bayramov Ə . . Dünya iqtisadiyyatının tarixi. Bakı:
“ qtisad Universiteti”, 2010. - ........ sə h.
Dərslikdə dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı
mərhələləri sistemli şəkildə əhatə edilməklə qlobal inkişaf prosesinin
problemlər və hadisələr çoxluğu, ələlxüsus xüsusi əhəmiyyət kəsb
edənlərin hər biri ayrı-ayrılıqda şərh olunur. Qlobal iqtisadi sistemin
formalaşmasının daxili məntiqi və onun müxtəlif tarixi dövrlərdə
yaranmış iqtisadi situasiyalarda təzahür formaları ilə bağlı olan
problemlərə
ümumdünya
tarixi-iqtisadi
prosesin
“çoxölçülü”
məntiqindən yararlanmaqla münasibət bildirilir.
Dərslik iqtisad, tarix, hüquq, politologiya və sosiologiya ixtisasları
üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə
tutulmuşdur.
©
Hacıyev Ş.H., Bayramov Ə. . - 2010
©
qtisad Universiteti – 2010
Dünya iqtisadiyyatının tarixi
3
G R Ş
Tarixi-iqtisadi prosesin, yaxud tarixdə baş vermiş iqtisadi hadisə və
proseslərin araşdırılması keçmiş-indi-gələcək zaman oxu boyunca müəyyən
ardıcıllıq və nizamla gedən transformasiyanın daxili məntiqi və təbiətinin
dərk ediməsində xüsusi önəm daşıyır. Tarixi-iqtisadiyyat istiqamətli elmlər
sırasında əlahiddə yer tutan “Dünya iqtisadiyyatının tarixi” fənnini
öyrənmədən iqtisadi proseslərin mahiyyətini anlamaq, hər bir konkret tarixi
epoxada bu və ya digər dövlətlərin (xalqların) iqtisadi inkişafının səbəblərini
üzə çıxarmaq, ümumiyyətlə bir iqtisadçı-mütəxəssis kimi formalaşmaq son
dərəcə müşkül işdir. Tarixi-iqtisadi yönümlü bilik:
-
lkin təsərrüfat formalarından tutmuş müasir mürəkkəb konfiqura-
siyalı sistemli yaranışlara qədər olan iqtisadi təkamül prosesini
anlamağa;
-
Mühüm sosial-iqtisadi hadisə və prosesləri müqayisə və inkişaf pro-
sesində görməyə;
-
Bu və ya digər tarixi epoxalarda formalaşmış mülkiyyət formalar-
ının, istehsal münasibətlərinin, iqtisadi kateqoriyaların, təsərrüfat
mexanizmlərinin keçici xarakter daşıdığını, dəyişkənliyini,
yeniləşmə zəruriliyini dərk etməyə;
-
qtisadi inkişafın çoxvariantlılığını, vahid inkişaf reseptinin yaxud
modelinin olmadığını, prosesə təsir göstərən amillər çoxluğunun
müxtəlifliyini anlamağa imkan verir.
Dünya iqtisadiyyatının tarixinin öyrənilməsini zəruri edən mühüm mə-
qamlardan biri də onun böyük praktiki əhəmiyyət daşımasıdır. Belə ki,
iqtisadi siyasətin istiqamətlərini, yaxud inkişafın fəlsəfi əsaslarını formalaş-
dırarkən keçmişdə baş verənlərin dərindən öyrənilməsi, tarixi təcrübənin sis-
temləşdirilməsi və s. əsas şərtlərdən biridir.
Təqdim etdiyimiz dərslikdə yalnız real tarixi-iqtisadi hadisə və
problemlərə diqqət yetirilir.
Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı prosesinin
problemlər və hadisələr çoxluğu, ələlxüsus xüsusi əhəmiyyət kəsb edənlərin
hər biri ayrı-ayrılıqda şərh olunur. Dərsliyin əsas ana xəttini “çılpaq”
xronoloji dövrlənmələr deyil, qlobal iqtisadi sistemin formalaşmasının daxili
məntiqi və onun müxtəlif tarixi dövrlərdə yaranmış iqtisadi situasiyalarda
təzahür formaları təşkil edir.
Tarix – prosesdir! Onun iqtisadi, sosial, siyasi, mədəni və s. və i.a. tipli
tərkib ünsürlərinin “davranış tərzindən” asılı olmayaraq, “proses” kimi heç
bir xarakter dəyişikliyinə məruz qalmır.
Dünya iqtisadiyyatının tarixi
4
Məlumdur ki, bununla əksər tədqiqatçılar razılaşsalar da, onun
mahiyyəti prizmasından yekdil fikirdə deyillər:
1)
Tarix – yüksələn xətlə gedən inkişaf prosesidir, tərəqqidir.
2)
Tarix – sadəcə olaraq inkişafdır.
3)
Tarix – ancaq dəyişmədir.
Sonuncu baxış tarixi heç də həmişə proses kimi səciyyələndirmir.
Tarix – bir-biri ilə əlaqədə olmayan çox sayda müxtəlif təsadüflərin
qaydasız yığınıdır.
stənilən halda, tarixi prosesin mahiyyətini anlamaq üçün inkişaf
edənin “nə”, yaxud “kim” olduğunu, başqa sözlə, prosesin subyektini
müəyyənləşdirmək zəruridir.
Həmçinin, qeyd edilməlidir ki, tarixin subyekti elə tədqiq edilən
obyektin özüdür. Yəni, tarixi prosesdə tədqiqat nöqteyi-nəzərindən subyekt
– obyekt eyniyyəti mövcuddur.
Məhz bu prizmadan, dünya iqtisadiyyatının tarixində ən azı üç böyük
problem mövcuddur:
1)
Tarixi-iqtisadi prosesin dərkedilməsi və interpretasiyası problemi.
2)
Tarixi-iqtisadi prosesin əsasları və hərəkətverici qüvvələrinin
müəyyənləşdirilməsi problemi.
3)
Tarixi-iqtisadi prosesin xronoloji dövrlənməsi problemi.
Müasir tarixi-iqtisadi ədəbiyyatda, o cümlədən retrospektiv müstəvidə
sadalanan problemlərə yanaşma tərzləri ifrat çoxluğu, ziddiyyətliliyi və bir
çox hallarda tarixi gerçəkliyə adekvat olmamaları ilə səciyyələnir. Əgər
nəzərə alsaq ki, tarixi-iqtisadi prosesin hərəkətverici qüvvələri ilə tarixi-
iqtisadi prosesin düzgün dərkedilməsində mühüm rol oynayan səbəbiyyət,
determinizm, təsadüf və zərurət, imkan və gerçəklik, müəyyənlik və qeyri-
müəyyənlik, azadlıq və s. Problemlər sıx bağlılıqdadır, onda metodoloji
müəyyənliyin və gerçəkliyə adekvatlığın müstəsna rol oynadığını anlaya
bilərik.
Dərsliyin ənənəvi qaydada tərtib edilmiş dərsliklərə verilən tələblərə o
qədər də uyğun gəlmədiyinin fərqindəyik. Ənənəviçilik dərslikdə
ümumqəbul edilmiş elmi həqiqətlərin əks olunmasını, onların
mübahisəsizliyi və alternativsizliyini başlıca tələb kimi ortaya qoyur.
Əlbəttə, bu cür yanaşmanı qəbul etməmək mümkünsüzdür.
Amma təəssüf ki, “ dünya iqtisdiyyatının tarixi”ndə (eləcə də, əksər
ictimai-humanitar elmlərdə) bir elm kimi hamı tərəfindən birmənalı olaraq
qəbul edilən “həqiqətlər” yoxdur.
Bunun yerinə bir-birini inkar edən “həqiqətlər” bolluğu mövcuddur.
Elmin bugünkü metodoloji arsenalı çərçivəsində bu “həqiqətlər”dən
Dünya iqtisadiyyatının tarixi
5
hansının yeganə düzgün “həqiqət” olduğunu müəyyənləşdirmək
mümkünsüz görünür. Buna görə də, tələbələri “həqiqət” adı altında təqdim
edilən biristiqamətli yanılma çərçivəsinə salmaqdansa, bütövlükdə mövcud
olan çoxluğun panoramını verməyi daha məqsədəuyğun hesab edirik.
Bununla belə, bir çox məsələlərdə konkret müəllif mövqeyi də sərgilənir.
Dərsliyin tərtibi metodikası ənənəvi yanaşmadan həm məzmun, əhatə
dairəsi, həm də mahiyyətcə fərqlidir. Fərqlilik – real gerçəkliyin ifrat müxtə-
lifliyindən və ümumdünya tarixi-iqtisadi prosesin “çoxölçülü” məntiqindən
qaynaqlanmaqla aşağıdakıları ehtiva edir:
-
Tarixi-xronoloji müstəvidə, eləcə də müasir dövrdə baş verən
hadisə və proseslərin real məzmununa tam şəkildə adekvat
olan, hamı tərəfindən qəbul edilən vahid sinkretik
nəzəriyyənin yoxluğu;
-
Metodoloji baxışlarda ifrat müxtəliflik;
-
qtisadi-tarixi proses və hadisələrdə həqiqətin aşkarlanması
kriterilərinin mübahisəliliyi və ziddiyyətliliyi;
-
qtisadi məzmun daşıyan tarixi faktların interpretasiyasında
subyektivizmin həlledici rol oynaması; Faktların gerçəklik
dərəcəsini yoxlamaq imkanlarının ifrat məhdudluğu, yaxud
mümkünsüzlüyü.
Dərsliyin konkret strukturuna gəldikdə isə, qeyd etməliyik ki, ilkin
başlanğıç, yaxud biliklərin strukturlaşdırılması prizmasından fərqli yanaşma
ortalığa qoyulmuşdur.
Dünya iqtisdiyyatının bir sistem kimi yaranması və inkişafından çıxış
etməklə tarixi-iqtisadi prosesin xronoloji dövrlənməsində əsas kriteri kimi
kardinal dəyişikliklərlə sonuclanan keyfiyyət aspektləri götürülmüşdür.
“Kardinal dəyişiklik” ifadəsi təkcə iqtisadi sferada deyil, bütünlükdə
cəmiyyətin (qlobal sosium) yeni keyfiyyət mərhələsinə keçid anlamını
daşıyır. ctimai həyatın bütün sferalarında adekvat dəyişikliklərə səbəb olan
yeniləşmə
prosesi
4
böyük
(mahiyyətcə)
xronoloji
dövrdə
qruplaşdırılmışdır:
1)
“Mənimsəmə” iqtisadiyyatı.
2)
“ stehsal” iqtisadiyyatı.
3)
“Xidmət” iqtisadiyyatı.
4)
“ nformasiya” iqtisadiyyatı.
Fikrimizcə, qeyd edlən ardıcıllıqla verilən dövrlənmə:
Tarixi-iqtisadi prosesin interpretasiyasında hər hansı br nəzəri-
metodoloji çərçivədə “qapanmaq” məcburiyyətini aradan qaldırır. Tarixi
həqiqətin aşkarlanması nöqteyi-nəzərindən qeyd edilən qənaət əslində elmi
Dünya iqtisadiyyatının tarixi
6
tədqiqat prosesinin “azadlığı”na nailolma anlamını daşıyır. Həqiqətən də,
mövcud nəzəri-metodoloji və konseptual yanaşmalarda yer alan
yanılmalardan istifadə edilməsi ən yaxşı halda nəzəri yanılmanın gerçəkliyə
transferindən başqa bir şey olmayacaqdır.
Tarixi-iqtisadi prosesin ən kiçik nüanslarını belə nəzərə almaq imkanı
yaradır.
Dünya iqtisadiyyatının bir sistem kimi genezisi və inkişafında bu və ya
digər dərəcədə rol oynayan amillər çoxluğunun konseptual ümumiləşdiril-
məsinə imkan verir.
Dərsliyin birinci bölməsi “Girişə sözardı”... adı altında verilmişdir.
Girişdə tezis şəklində ifadə etdiklərimizin tarix fəlsəfəsində tarixin nəzəri
dərki ilə bağlı mövcud olan problemlərə müəyyən aydınlıq gətirilməsi
zəruriliyi məhz bu bölmədə öz əksini tapmışdır.
kinci bölmə dünya iqtisadiyyatının tarixinin həm elm, həm də fənn
kimi mahiyyət və məzmun açıqlamasına, eləcə də ümumdünya tarixi-
iqtisadi prosesin dövrlənməsi probleminə həsr edilmiş nəzəri baxışların
müqayisəli təhlilinə, hər bir konkret konseptual yanaşmanın üstün və naqis
cəhətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdir. Sonrakı bölmələr
birbaşa dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafı prosesinin
məntiqi ardıcıllıqla düzülüşünü özündə əks etdirir.
“Dünya iqtisadiyyatının genezisinəqədərki dövr” – III bölmə ən qədim
və qədim dövrləri, “mənimsəmə” və “istehsal” iqtisadiyyatlarını, erkən və
klassik orta əsrlərə qədər davam edən planetar dəyişikliklər prosesini əhatə
edir.
IV bölmə - “Dünya iqtisadiyyatının genezisi dövrü” son orta əsrlərdən
etibarən böyük əhəmiyyət daşıyan hadisə və prosesləri, real bazarın,
müstəmləkə sisteminin formalaşması, Böyük coğrafi kəşflərin sosial-iqtisadi
nəticələri, ilkin kapital yığımını, sənaye inqilabını və s. ehtiva etmişdir.
Sonrakı iki bölmə dünya iqtisadiyyatının qərarlaşması və inkişafı
dövrlərinə həsr edilmişdir.(“Xidmət” və “informasiya” iqtisadiyyatı).
Dərsliyin əsas aparıcı xətlərindən biri dünyanın Şərq-Qərb bölümündə
nəzərdən keçirilməsi və hər biri üçün tipik olan ayrı-ayrı ölkələrin (hər iki
regionda aparıcı rol oynayan) iqtisadi sistemlərinin təkamülü
xüsusiyyətlərinin aşkara çıxarılmasından keçir.
Dərslik müasir dünya iqtisadiyyatının inkişaf paradiqmasının tənqidi
və onun yeniləşməsi zəruriliyinin əsaslandırılması, konkret konseptual
baxışların ortalığa qoyulması ilə tamamlanır.
Dünya iqtisadiyyatının tarixi
7
Dərslik iqtisad, hüquq, sosiologiya, politologiya və tarix ixtisası üzrə
təhsil alan tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Eyni zamanda, dərslik geniş oxucu kütləsi üçün də əhəmiyyət kəsb edir.
“Dünya iqtisadiyyatının tarixi” dərsliyi respublikada ilk dəfədir ki, işıq
üzü görür. Dərslik haqqında konstruktiv fikir və tövsiyələrini bildirəcək
hörmətli oxuculara bəri başdan dərin minnətdarlığımızı bildiririk.
Müəlliflər
Dünya iqtisadiyyatının tarixi
8
I BÖLMƏ
G R ŞƏ SÖZARDI
I fə sil. Tarix fə lsə fə si: problemlə r, mülahizə lə r
Tarix fəlsəfəsi – elmin (tarix elminin) mühüm istiqamətlərindən biri
olmaqla ilk dəfə Avropada, intibah dövründə diqqət mərkəzinə gəlmişdir.
“Tarix fəlsəfəsi” terminini elmi dövriyyəyə Volter daxil etmişdir.
“Təsvirçi” tarixlə, yəni yalnız faktların aşkarlanması ilə məşğul olan
tarixlə tarixi prosesin nəzəri konstruksiyası arasında fərqin ilk dəfə ciddi
şəkildə əsaslandırılmasına J.J.Russonun əsərlərində rast gəlinir. Ona
qədərki dövrdə D.Vuko “yeni elmlə (tarix fəlsəfəsi)” əldə edilən “əbədi
ideal tarix” və ayrı-ayrı xalqların empirik tarixi anlamında fərqin möv-
cudluğunu göstərmişdir.
Sistemlilik prizmasından tarixi materialist baxışın əsas müəllifi
K.Marks olmuşdur. XX əsrdə tarix fəlsəfəsinin inkişafı N.Berdyayev,
K.Yaspers, R.Aronun əsərlərində geniş vüsət almışdır. Tarix fəlsəfəsinin
interpretasiyaları sırasında U.Rostou və A.Toynbinin konsepsiyaları daha
populyar mövqe tutur.
P.Qardiner
1
tarix fəlsəfəsinin mahiyyət açıqlanmasına özünəxas
tərzdə yanaşmışdır. Bu anlamda o, iki məsələni fərqləndirməyi təklif
edirdi: “Tarix daxili” və “Tarix haqqında”. Onun fikrincə, tarixçilər
birinci, filosoflar isə ikinci suala cavab verirlər.
Tarix fəlsəfəsi Qərb ölkələrində kifayət qədər populyardır. E.Karr
2
yazırdı ki, tarixin fəlsəfəsinə fikir verməyən tarixçilər.... “....bizim
həyətyanı bağçalarımızda cənnət yaratmağa” çalışanlardır.
Müasir tarix fəlsəfəsi – fəlsəfi biliyin nisbi müstəqil sahəsi olmaqla,
cəmiyyətin inkişafının təbiətdən fərqli keyfiyyət özünəməxsusluğunu
öyrənir.
Tarix fəlsəfəsi 4 əsas problemlə məşğuldur:
1.
Tarixin mənası və istiqaməti.
2.
Cəmiyyətin tipologiyasına metodoloji yanaşmalar.
3.
Tarixin dövrlənməsi kriteriləri.
4.
Tarixi prosesin tərəqqi (inkişaf) kriteriləri.
1
Gardiner P. The nature of Historical Explanation. London., 1965.,
2
Карр. Э. История и факты //Современные тенденции в буржуазной философии и
методологии истории. Ч. 1 и 2.. М., 1969.- С.24.
Dünya iqtisadiyyatının tarixi
9
Tarix fəlsəfəsinin bir elm sahəsi kimi geniş vüsət almasına
baxmayaraq, sadalanan problemin heç biri üzrə vahid yanaşma yoxdur.
Qeyd edilən yönümdə irəli sürülmüş baxışlar o qədər polyardır ki, onlar
arasında hansısa bir kəsişmə nöqtəsi tapmaq prinsipial olaraq mümkün
deyildir. Belə ki, filosofların bir qrupu tarixin mənasının olduğunu
əsaslandırmağa çalışır, digər qrup isə ümumiyyətlə, inkar mövqeyində
dayanır. Yaxud, bəzi müəlliflər tarixi qanunları qəbul edir, digərləri isə
bunu nonsens adlandırırlar.
Ziddiyyətli situasiya artıq elə bir səviyyəyə çatmışdır ki, hətta “tarixi
prosesin hərəkətverici qüvvəsi nədir” - sualına belə ən müxtəlif cavablar
verilir.
“Dünya iqtisadiyyatının tarixi” kursu üçün müəyyən əhəmiyyət kəsb
etdiklərini nəzərə alaraq yuxarıda sadalanan problemlər üzrə bu günə qədər
formalaşmış yanaşmaların panoramını verməyi məqəsədəuyğun hesab
edirik.
§ 1.1. Tarixi prosesin mənası varmı?
Bəri başdan qeyd edək ki, cəmiyyətin haradan gəlib hara getdiyini,
yaxud tarixi prosesin istiqamətini (yönümlülüyünü) xüsusi araşdırmağa
ehtiyac yoxdur. O mənada ki, yönümlülük sabit deyil, dinamikdir,
dəyişkəndir və hər bir tarixi dövrdə o dövrün gerçəkliklərindən çıxış
etməklə
formalaşır.
Yəni,
birdəfəlik
həll
edilən,
birdəfəlik
müəyyənləşdirilən deyildir.
1.
Antik fəlsəfədə problemə ikili baxış mövcud olmuşdur:
-
Sivilizasiya inkişaf etdikdə cəmiyyət “çürüyür”. Tarixi
proses “qızıl əsrindən ” “gümüş əsrinə”, oradan isə “dəmir
əsrinə” keçir.
-
“Dövriyyə nəzəriyyəsi”nin ilkin variantı Heraklit tərəfindən
irəli sürülmüşdür . Tarixi proses əbədi alov kimidir – gah
sönür, gah da yeni güvvə ilə yenidən alovlanır. “Dövriyyə
nəzəriyyəsi”nin müəllifləri sırasında Aristoteli, D.Vukonu,
O.Şpenqleri, A.Toynbini və digərlərini göstərmək olar.
2.
Tarixi – inkişaf kimi, cəmiyyətin ibtidaidən aliyə, ibtidai
həyat tərzindən daha təkmil səviyyəyə yüksəlişi kimi şərh
edən nəzəriyyələr (Kondorse, Tyurqo, .Kant, V.Hegel,
K.Marks). Marksist yanaşma belə bir mövqedən çıxış edir
ki, tarixin müəyyənləşmiş məqsədi və deməli, mənası var:
məqsəd – “azadlığın hökmranlığına” nail olmaqdır ki, bu-
Dünya iqtisadiyyatının tarixi
10
nun üçün də xüsusi mülkiyyət aradan qaldırılmalı və sinifsiz
cəmiyyət qurulmalıdır. A.Toynbi marksist ruhu... yəhudi
ruhu adlandırır. Belə ki, ... Marks Yahvanın (yəhudi Allahı)
yerinə “tarixi zərurət” ilahəsini, yəhudilərin yerinə - müasir
proletariatı qoymuş, peyğəmbərin hakimiyyətini isə
proletariat diktaturası kimi təsvir etmişdir.
3
3.
Ümumdünya tarixi prosesin vahidliyini irəli sürən
yanaşmalar (A.Avqustin). Teoloji xarakter daşıyan baxışa
görə tarix sa peyğəmbərin dünyaya gəlməsindən başlanır
və axirətlə başa çatacaqdır.
4.
Tarixin mənasını təbii zərurətlə, yəni səbəb-nəticə
əlaqələrinin daimi təkrarlanması ilə bağlayan yanaşmalar
(D.Vuko).Vukonun fikrincə, bütün xalqlar eyni yolu
keçirlər. Başqa sözlə, hər bir xalqa münasibətdə tarixi
prosesin 3 epoxası olub: lahi; qəhraəmanlıq; insanlıq; hansı
ki, bəşəriyyətin uşaqlıq, gənclik və yetkinlik səviyyələrinə
uyğundur. Və qeyd edilən dairə birdəfəlik qapanmır. Proses
başa çatdıqdan sonra yeni proses başlanır – həmin
mərhələlər yenidən keçilir.
5.
ntibah dövründə (XVIII əsr) tarixin mənası insan zəkasının
tərəqqisi ilə əlaqələndirilirdi. Buna adekvat olaraq
bəşəriyyətin tarixi həmin tərəqqinin mərhələləri üzrə hərəkət
kimi qəbul edilirdi. Cəmiyyətin tərəqqisi həqiqətə və
xoşbəxtliyə doğru hərəkətdir (Kondore).
6.
Tarixilik (историцизм) prinsipi ( .Qerder, V.Hegel). Hegel
iki əsas prinsipi qəbul edirdi:
-
Tarixin substansionallığı; tarixin əsas substansiyası zəkadır
və zəka – hüdudsuz gücə malikdir;
-
Tarixi prosesin bütövlüyü (tamlığı) və məqsədəmüvafiqliyi;
Ümumdünya tarixinin son məqsədi – ruhun öz azadlığını
dərketməsidir.
Marksizmdə “tarixilik” (историзм) “tarixiçiliyə” (историцизм)
çevrilir. Prinsipin real mahiyyəti kardinal şəkildə dəyişir və cəmiyyətin
və tarixin materialist dərkinə yönəlir.
Qeyd etmək lazımdır ki, filosofların böyük əksəriyyəti “tarixilik”
prinsipini ya qismən, ya da bütövlükdə inkar edirlər (P.Rikket,
V.Vindelband, K.Yaspers və s.) K.Yaspers insanlar tərəfindən fəaliyyətin
3
Toynbe A.J. A.Study of History. L., 1936, p. 178
Dünya iqtisadiyyatının tarixi
11
əsas oriyentləri keyfiyyətində irəli sürülən subyektiv xarici dəyərləri, yaxud
məqsədləri aşağıdaki kimi sistemləşdirir:
1.
Sivilizasiya və insanın humanistləşməsi; Məqsəd – özü
tarixidir.
2.
Azadlıq və azadlığın dərki:
3.
nsanın böyüklüyü, ruhi yaradıcılıq mədəniyyətin
ictimai həyata gətirilməsi, dahinin yaradıcılığı;
4.
Varlığın insanda aşkarlanması, ilahiyyatın aşkarlanması.
Yaspers qeyd edir ki, bu məqsədlər universaldır və hər bir tarixi
epoxada həyata keçirilə bilər və qismən də keçirilir.
4
Bu aspektdən
K.Popperin tənqidi daha səciyyəvidir. K.Popper tarixi prosesə marksist
yanaşmanı qəti olaraq qəbul etməmişdir. O, tarixin obyektiv qanunlarının
olmadığını
və
buna
görə
də
sosial
proqnozlaşdırmanın
mümkünsüzlüyünü irəli sürürdü. “... Tarixi zərurətə inam keçmişin
qalığıdır və bəşər tarixinin gedişini elmi metodlarla əvvəlcədən
müəyyənləşdirmək mümkün deyildir.”
5
K.Popperin əsas arqumentləri aşağıdakılardan ibarətdir:
1.
Bəşər tarixinin gedişi əhəmiyyətli dərəcədə insan
biliklərinin artımından asılıdır;
2.
Elmi biliyin artımının necə olacağını biz əvvəlcədən deyə
bilmərik;
3.
Deməli, biz bəşər tarixinin gedişini əvvəlcədən
müəyyənləşdirə bilmərik;
4.
Bu o deməkdir ki, biz nəzəri tarixin mümkünlüyünü inkar
etməliyik.
Göründüyü kimi, K.Popper tarixi tərəqqini inkar edir. Tərəqqi –
hansısa bir məqsədə doğru hərəkətdir, məqsəd – yalnız insana aiddir,
tarix üçün bu, sadəcə olaraq mümkünsüzdür. Buna görə də, K.Popper
hesab edirdi ki, yalnız insan inkişaf eləyə bilər. Beləliklə, K.Popper
tarixin subyektiv məna daşıyıcısı olduğunu göstərir: “... Baxmayaraq ki,
tarixin məqsədi yoxdur, biz ona öz məqsədlərimizi “yeridə” bilərik,
eynilə, tarixin mənası yoxdur, biz onu mənalandıra bilərik ”
6
.
Tarixin mənası varmı? - sualına cavab olaraq N. .Konrad yazırdı ki,
cavabın məzmunundan asılı olaraq: “… Tarix fəlsəfəsinin iki
konsepsiyası meydana çıxır: Heç bir məna yoxdur, sadəcə olaraq eyni
4
Ясперс К. Истоки истории и ее цель. Вып.2. М., 1994.- С.172.
5
Поппер К.Р. Нищета историцизма// Вопросы философии.-1992. N4.C.49.
6
Поппер К.Р. Открытое общество и его враги. М., 1992, Т.2, с.321
Dünya iqtisadiyyatının tarixi
12
şeyin fasiləsiz təkrarlanması mövcuddur. Məna var və tarix yüksələn
xətlə gedən fasiləsiz hərəkətdir. Birinci konsepsiya – dövriyyə
nəzəriyyəsi, ikinci isə - tərəqqi nəzəriyyəsidir. Və, hər iki nəzəriyyə
tənqid olunur”.
7
Tarixi proses nəyin naminə baş verir - sualına XX əsr fəlsəfəsində do-
minant mövqeyə malik olan ekzistensializmin (Sartr, Kamyu, Kafka,
Bovuar və s.) yanaşma tərzi də xüsusi orjinallığı ilə seçilmir. Onlar tarixin
mənasını məqsədlə və insanın mövcudluğunun mənası ilə bağlayırlar.
Məsələn, K.Yaspers insanın mahiyyətini azadlıqda görür. Hansı ki, insanın
ruhani gücünün sərbəst realizəsində təzahür edir.
Beləliklə, müasir filosofların böyük əksəriyyəti hesab edir ki, tarixi
prosesin məqsədi yoxdur və ola da bilməz.
Məqsədi – həm özü, həm də cəmiyyət qarşısında insan
müəyyənləşdirir. Bu məqsədə adekvat olaraq tarixin mənası formalaşır.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, tarix fəlsəfəsinin ümumi
problemlərinin həllində az ya çox dərəcədə inandırıcılığa nail olunması
yalnız tarixin müəyyən bir konsepsiyası çərçivəsində mümkündür.Əks
təqdirdə, yəni nəzəriyyədən kənar müstəvidə qeyd olunan problemlərin
araşdırılması konkret elmi nəticələr verə bilməz. Məhz bu anlamda tarix
fəlsəfəsi digər elmlərdən elə də fərqlənmir.
Ənənəvi olaraq tarix fəlsəfəsi tarixin mənası və yönümlülüyü
aspektində zatən heç vaxt “susmamışdır”. Belə qəbildən olan baxışların
əsasında sadə bir ideya dayanır: Bəşəriyyətin mövcudluğu mənasız ola
bilməz, onun konkret təyinatı və yönümlülüyü var; Bu anlamda da
bəşəriyyətin təkamülü konkret məna ilə “yüklənmişdir”.
Qeyd etmək lazımdır ki, “məna” konsepti tarixi prizmadan kifayət
qədər dağınıq və haradasa anlaşılmaz bir haldadır. K.Levit
8
qeyd edir ki,
“...Tarixin mənası anlayışı ilə digər ümumi problemlər arasında birbaşa
bağlılıq vardır”. “Məna” probleminin yalnış anlaşılması digər
problemlərin də gerçək dərkolunmasını mümkünsüz edir.
Maraqlıdır ki, son dövrlərə qədər tarix fəlsəfəsi “məna” problemini
əsas problem kimi həll etməyə çalışırdı. Lakin konkret nəticə əldə edə
bilmədiyinə görə tarix fəlsfəsinin bir elm kimi prinsipcə mümkünsüzlüyü
(müasir şəraitdə) qənaətinə gəlinməyə başlamışdı.
7
Конрад Н.И. Запад и Восток. М., 1972, с.455
8
Левит К. О смысле истории // Философия истории. Антoлогия.М; 1995. –C.263
Dünya iqtisadiyyatının tarixi
13
P.Tillix
9
problemə münasibətdə daha dərin qatlara nüfuz etməyə
çalışmış, mənanı təkcə ümumi problemlərlə deyil, həmçinin səbəbiyyət
əlaqələrinin aşkarlanması müstəvisində tarixi faktların seçimi problemi ilə
bağlayırdı. Onun fikrincə, tarixi prosesin interpretasiyası bir çox
səviyyələrdən ibarətdir:
Göründüyü kimi, interpretasiya, məzmunu və səviyyəsindən asılı
olmayaraq məna ilə birbaşa bağlılıqdadır.
Problemin mürəkkəbliyi həm də “məna” konseptinin özünün məna
tutumu ilə bağlıdır. “Məna”nın ən çox istifadə olan iki izahı mövcuddur:
1. Linqvistik yanaşma: Mənanı ifadənin məzmunu anlamında şərh
edir;
2. Teleoloji yanaşma: Hər hansı bir məqsədə “xidmət” edən
fəaliyyətin xarakteristikası.
Qarşıya qoyulmuş məqsədəçatma istiqamətində həyata keçirilən
fəlaiyyət “mənalı” fəaliyyətdir, əks-təqdirdə onun heç bir mənası yoxdur.
Eyni zamanda, qeyd olunan prizmadan məqsədin dərk edilib-
edilməməsinin heç bir əhəmiyyəti yoxdur. Beləliklə, məna = məqsəd
eyniyyəti meydana çıxır. Yalnız məqsədli olanın mənası ola bilər. “...
Təsadüfi deyildir ki, “məna” və “məqsəd”, yaxud “məna” və “niyyət”
bir-birini əvəz edə bilir ”.
10
“Tarixin mənası” haqqında danışarkən, birmənalı olaraq mənanın
teleoloji məzmunu əsas götürülür. K.Levit yazır ki, tarixi fəaliyyətin
yaxud hərəkətin son məqsədi haqqında o vaxt mühakimə yürütmək olar
ki, gələcək məqsəd aydın dərkedilən hala gətirilsin.
9
Тиллих П.История и Царство Божие // Философия истории. Антoлогия. М.,
1995.- С.235
10
Левит К. О смысле истории// Философия истории. Антология. М.. 1995.- С.263
Dünya iqtisadiyyatının tarixi
14
Şə
kil 1.1. Tarixi prosesin interpretasiya səviyyələri
“Tarixin mənası” haqqında danışarkən, birmənalı olaraq mənanın
teleoloji məzmunu əsas götürülür. K.Levit yazır ki, tarixi fəaliyyətin,
yaxud hərəkətin son məqsədi haqqında o vaxt mühakimə yürütmək olar
ki, gələcək məqsəd aydın dərkedilən hala gətirilsin.
Əgər tarixi hərəkətin istiqaməti və gedişi radiusu müəyyən
olunubsa, onun mənası (“tam” kimi götürülməklə) həmin hərəkətin
sonundan çıxış etməklə şərh olunur. “Tam”ın mənası var, ona görə ki,
onun müəyyən çıxış nöqtəsi və aydın dərk edilən sonu mövcuddur. Belə
olan təqdirdə sualı başqa cür də qoymaq olar: tarixin məqsədi varmı?
Ümumiyyətlə, nəinki tarixin, istənilən fəaliyyətin məqsədi öz-özlüyündə
mental yaranış olmaqla, dəyərliliyin növ müxtəlifliyinə aiddir.
Bu prizmadan tarixin mənasını tarixi prosesin hansısa dəyərə
istiqamətlənməsi kimi də başa düşmək olar. Aksiologiyada
11
dəyər əsasən
iki yerə bölünür: Daxili (öz-özlüyündə dəyərli olan) və xarici (hansısa daxili
dəyərin əldə olunmasına xidmət edən).
Məsələn, pul – öz-özlüyündə dəyərli deyildir. O, yalnız hansısa
daxili dəyərə malik şeyi əldə etməyə imkan verən universal vasitə kimi
dəyərə malikdir. Aydındır ki, yuxarıda qeyd etdiyimiz bölgü nisbi
xarakter daşıyır və birmənalı olaraq kontekstdən asılı dəyişən kimi çıxış
edir.
11
Ивин А.А. Основания логики оценок. М., 1970
nt
er
pr
et
as
iy
an
ın
s
əv
iy
yə
lə
ri
Nəzəri təminat: fərdi,qrup və kütləvi motivasiya nəzəriyyəsi,
sosial və siyasi fəlsəfə
Səbəbiyyət asılılığının qiymətləndirilməsi
Fərdi və ictimai strukturlar haqqında təsəvvür
Mühümlülük kriteriyasına uyğun olaraq tarixi faktların
seçilməsi
MƏNA
Dünya iqtisadiyyatının tarixi
15
Tarixin mənası probleminə yanaşmada dəyərin, yaxud məqsədin
digər bir bölgüsü: obyektiv və subyektiv bölgü də mühüm əhəmiyyət
kəsb edir.
Obyektiv dəyər, yaxud məqsəd: insanın fəaliyyəti, yaxud fəaliyyət-
sizliyindən asılı olmayaraq hadisələrin təbii gedişində həyata keçir;
Subyektiv dəyər, yaxud məqsəd ilə elə hadisə və situasiyaları ehtiva edir
ki, ona çatma yolunda insan düşünülmüş və aktiv fəaliyyət göstərir.
Sözügedən bölgülərə müvafiq olaraq tarixin mənası problemində 4
mümkün variant ortalığa çıxır:
1.
Tarix məna yükü daşıyır, belə ki, o, müəyyən dəyərləri əldə
etməyə imkan verən vasitə kmi çıxış edir. (Məsələn, azadlıq,
rifah, şəxsiyyətin hərtərəfli inkişafı və s.). Bu dəyərlərin əldə
edilməsi prosesi tarixi inkişafın nəticəsi olsa da, insanların
planlarından, tarixi dərketmə qabiliyyətindən, şüurlu
fəaliyyətindən asılı deyildir.
2.
Tarixin mənası var, belə ki, onun mövcudluğunun hər anı da
öz-özlüyündə dəyərlidir, eyni zamanda, tarixin daxili
dəyərliliyi
insanlardan
(bu
dəyərliliyi
anlayıb-
anlamamalarından asılı olmayaraq) qətiyyən asılı deyildir.
3.
Tarix bəşəriyyətin formalaşdırdığı ideallara çatma vasitəsi kimi
müəyyən məna daşıyır;
4.
Tarixin mənası var, belə ki, o, pozitiv olaraq, öz-özlüyündə
dəyərlidir və bu dəyər kənardan deyil, daxilindən qaynaqlanır
(insanlar tərəfindən).
Beləliklə, göründüyü kimi, tarixin mənası varmı? - sualının daxili
məntiqi və qoyuluşu dəyişir:
1. Tarix – öz-özlüyündə məna yükü daşıyır (1-ci və 2-ci
yanaşmalar). Bu, insanlardan və ümumiyyətlə, bəşəriyyətdən asılı
deyildir, yaxud həmin mənanın formalaşmasında nə ayrı-ayrı fərdlər, nə
də bütövlükdə bəşəriyyət iştirak etmir. Tarixin gedişi əvvəlcədən
müəyyənləşibdir.
2. Sonuncu iki yanaşmaya (3-cü və 4-cü yanaşmalar) görə isə tarixi
mənalandıran insandır.
P.Tillix tarixin mənasını bütövlükdə varlığın mənası ilə bağlayır.
“... Tarixi zaman – bütün digər zaman dəyişmələrini özündə ehtiva edən
Dünya iqtisadiyyatının tarixi
16
zaman olduğuna görə tarixin mənası... varlığın universal mənası kimi
çıxış edir”
12
.
Elə buradaca qeyd edək ki, Tillixin təsvir etdiyi əlaqə yalnız və
yalnız o halda gerçək məzmun daşıya bilər ki, tarixə obyektiv “don”
geydirilsin.
Dünya
iqtisadiyyatının
tarixi
kursunun
elmi
statusunu
müəyyənləşdirən arqumentlər sırasında istinad edilməsi zəruri və
qaçılmaz olan əsas problem əks bağlılığın “necə”liyindən birbaşa
asılılıqdadır. Başqa sözlə, iqtisad elminin tarixlə simbiozundan yaranmış
elmi istiqamətlər, o cümlədən dünya iqtisadiyyatının tarixi çərçivəsində
qarşılıqlı bağlılığın xarakteri əksər tarixi dönəmlərdə nəzər-diqqətdən
kənarda qalmışdır. qtisad elminin tarixə münasibəti necədir? - sualına
əsaslandırılmış cavab (daha doğrusu - cavablar) verilmiş, lakin iqtisad
elmi çərçivəsində tarixin mənası, əhəmiyyəti ilə bağlı məsələ açıq
qalmışdır. qtisad elminin qlobal böhranı fonunda qeyd edilən problem
xüsusi əhəmiyyət kəsb edir. Yalnız son dövrlərdə bu məsələ diqqət
mərkəzinə gəlmiş və kifayət qədər orijinal yanaşma formalaşdırılmışdır.
qtisadi təhlildə tarixi hadisələrin uçotunun mühümlüyünə istinadla irəli
sürülmüş konsepsiya – inkişafın əvvəlki yolundan asılılıq konsepsiyası
adlanır. Hal-hazırda sözügedən konsepsiya son dövrlərdə iqtisad elminin
ortalığa qoyduğu neoevolyusionizm (yeni təkamül nəzəriyyəsi)
çərçivəsində yer almaqdadır. lkin olaraq P.Devid
13
göstərmişdir ki, tarixi
və institusional amillərin təsiri altında, bazar üçün daha əlverişli
alternativlərin olmasına baxmayaraq, qeyri-effektiv texnologiyaların
bazar seçimi (təkamül prosesində) tamamilə mümkündür.
Sonrakı müddət ərzində həmin ideya B.Artur
14
tərəfindən daha
ciddi riyazi formada inkişaf etdirilmişdir. Artur belə bir tezis irəli sürdü
ki, tarix o halda mühüm əhəmiyyət kəsb edir ki, orada iqtisadiyyatın
texnoloji inkişafı çox kiçik, elə bir əhəmiyyəti olmayan hadisələrdən asılı
olur. Bu da istənilən etibarlılıq dərəcəsi ilə bazar bölgüsünü əvvəlcədən
müəyyənləşdirməni (öngörməni) mümkünsüzləşdirir. Qeyd edilən tezisin
daxili məntiqi ilə hərəkət etsək, onda belə alınır ki, iqtisadi gələcəyin
öngörməsində həm nəzəri, həm də praktiki hədlər mövcuddur.Yəni, heç
12
Тиллих П. История и Царство Божие// Философия истории. Антoлогия. М.,
1995.- С.236
13
David P.A. Clio and the Economics of QWERTY// The American Review. VOL/75,
N2, p.332-337
14
Arthur W.B. ncreasing Returns and Path Dependence in the Economy. Ann Arbor:
The University of Michiqan Press., 1994.
Dünya iqtisadiyyatının tarixi
17
bir halda elmi təfəkkürün, empirik təcrübənin hüdudsuzluğundan
danışmaq mümkün deyildir. Konsepsiyada əvvəlki inkişaf yolundan
asılılıq iki istiqamətdə nəzərdən keçirilir:
1.
Pozitiv: Əvvəlki inkişaf yolundan asılı olan proseslər mənfi
“yüklüdür” - əvvəl mövcud olmuş proseslərin istisnalar
sinfinə aiddir. Bu halda sistemin inkişaf tarixi üçün ayrı-ayrı
detallar heç bir əhəmiyyət kəsb etmir.
2.
Neqativ: öz keçmişindən “təmizlənmək” qabiliyyəti
olmayan proseslər nəticə etibarilə əvvəlki inkişaf yolundan
asılılıq doğurur.
Yəni əvvəlki inkşaf yolundan asılılıq prosesinin “məzmun”
dəqiqləşdirilməsi üçün təsadüfi proseslərin və dinamik sistemin xarak-
terik cəhətlərinin təhlili əsasında nəzəri-məhdudlaşdırıcı model
qurulmalıdır.
Beləliklə, ilkin interpretasiya (Devid-Artur) çərçivəsində sözügedən
konsepsiya: 1) tarixin əhəmiyyəti olduğunu təsbit edir; 2) qeyri-effektiv
texnologiya və institutların seçiminin önlənməsi prizmasından
iqtisadiyyatda “qapanma” effekti yarada biləcək hadisələrin əvvəlcədən
müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünü ortalığa qoyur; 3) yanlış
seçimdən qorunmanın mümkünlüyünü “əhəmiyyətsiz tarixi hadisələrlə”
bağlayır (yəni, elə hadisələr ki, standart təhlil prosesində ümumiyyətlə
nəzərə alınmır).
Bununla belə, əvvəlki inkişaf yolundan asılılıq konsepsiyasının
digər interpretasiyaları da mövcuddur.
Neoklassizmə söykənən tədqiqatçılar (Leyboviç, Marqulis)
15
əvvəlki inkişaf yolundan asılılıq fenomeninin üç dərəcədən ibarət
təsnifatını verirlər:
1.
Birinci dərəcə: Seçilən yolun keyfiyyətinin qərar qəbul
edildiyi
anda
müəyyənləşdirilməsi
mümkün
deyil
(anlaşılmazdır). Yalnız sonralar anlaşılır ki, bəzi alternativ
yollar daha çox fayda verə bilərdi.
2.
kinci dərəcə: nformasiyanın natamamlığı ucbatından
seçilmiş effektiv yol yaxud qəbul edilmiş effektiv qərar
retrospektiv planda effektiv olmaya bilər.
3.
Üçüncü dərəcə: lkin şərtlərdə həssas asılılıq qeyri-effektiv
nəticə ilə sonuclana bilər, lakin bu nəticə verilən şəraitdə
15
Liebowitz S.J. Marqolis S.E. Path Dependence,Lock-in, and History/ Journal of Law,
Economics and Organization VOL II N1. 1995, pp.205-226.
Dünya iqtisadiyyatının tarixi
18
düzəldilə biləndir. Başqa sözlə, daha yaxşı nəticə əldə etmək
üçün uyğun gələn mexanizm var, amma bu nəticə əldə
olunmayıbdır.
Sonuncu dərəcə o deməkdir ki, texnologiya və institutların
seçimində, bu və ya digər səbəbdən, daha effektiv alternativlərin
olmasına baxmayaraq, daha az effektiv olana üstünlük verilir.
Beləliklə, birinci dərəcə - sadəcə olaraq əlaqənin mövcudluğunu
təsbit edir (qeyri-effektivlik haqqında heç bir nəticəyə gəlmir).
kinci dərəcə - belə bir qeyd-şərtlə çıxış edir ki, zamanlararası
effekt səhvləri artırır.
Üçüncü dərəcə - nəinki bunu (səhvləri artırmanı) təsdiq edir, eyni
zamanda ondan qaçma imkanlarının olduğunu göstərir.
Konsepsiyanın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, “qeyri-
effektiv” texnologiya və institutların seçilməsi ilə olan tarixi hadisələrin
heç də hamısını neoklassik model və terminlərlə - bazarın fiaskosu,
Pareto-optimumu və s. ifadə etmək olmaz.
Problemin qəlizliyi ondadır ki, əvvəlki inkişaf yolundan asılılığın
yanlış interpretasiyası yanlış siyasətə gətirib çıxarır.
Dostları ilə paylaş: |