§ 3.2.2. Vəzifələr
“Dünya iqtisadiyyatının tarixi” elminin əsas vəzifəsi dünya
iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafında bu və ya digər
formada iştirak edən, konkret amillər kimi təsir göstərən və yekunda
ümumplanetar səviyyəli sistemli yaranışın meydana çıxmasına səbəb
olan “hər şeyi” araşdırmaq, öyrənmək və ümumiləşdirməkdən ibarətdir:
−
stehsalın (bölgünün, mübadilə və istehlakın) mahiyyəti, struktur və
formalarının təkamülü prosesinin öyrənilməsi;
−
Konkret tarixi dövrlərdə iri region, yaxud aparıcı ölkələr bölümündə
iqtisadi sistemin qərarlaşması və dəyişməsi dinamikasının
araşdırılması;
−
qtisadi sistemlərin alternativ inkişaf variantlarının tədqiqi və aşkara
çıxarılması;
−
Təsərrüfat fəaliyyəti təcrübəsinin toplanması və konseptual
ümumiləşdirilməsi;
−
Dünya iqtisadiyyatının gələcək inkişaf yolları üzrə tövsiyələrin
hazırlanması.
§ 3.2.3. Funksiyalar
A.Toynbi özünün “XVIII əsrdə ngiltərədə sənaye inqilabı”
əsərində yazırdı ki, tarixi-iqtisadiyyat elmi iqtisadi inkişafın fəlsəfəsi
kimi çıxış etmək iqtidarındadır. C.N.Keyns isə “Siyasi iqtisadın predmeti
və metodu”(1891) əsərində siyasi iqtisadla iqtisadiyyatın tarixi arasındakı
münasibətlərə xüsusi diqqət yetirmiş və bu fənnin 3 əsas funksiyasını
fərqləndirmişdir:
1. qtisadi nəzəriyyənin tarixi “nümayişi”.
2. qtisadi nəzəriyyənin tarixi tənqidi, yaxud tarixi müstəvidə
yoxlanılması.
3. Yeni iqtisadi nəzəriyyənin tarixinin əsaslandırılması.
Müasir dövrdə “dünya iqtisadiyyatının tarixi” fənninin əsas
funksiyalarına aşağıdakılar aid edilir:
1. Bəşəriyyətin təsərrüfat təcrübəsi üzrə məlumatlarının yığılması,
öyrənilməsi və ümumiləşdirilməsi; bu baxımdan iqtisadiyyatının tarixi
professional “yaddaşın” formalaşmasında müstəsna rol oynayır
(“Yaddaş” funksiyası).
Dünya iqtisadiyyatının tarixi
65
2. Dünya iqtisadiyyatının tarixindən götürülən konkret faktlar və
nümunələr əsas iqtisadi terminlərin məzmununun mənimsənilməsində bir
növ “hazırlıq” mərhələsi kimi çıxış edir (“Hazırlıq” funksiyası).
3. Dünyagörüşü funksiyası ümumbəşəri iqtisadi təkamülün elmi
mənzərəsini verməklə iqtisadi təfəkkürə tarixilik (историзм), miqyaslılıq
kimi mühüm anlayışları, inkişafın çoxvariantlılığını aşılayır;
4. qtisadi təfəkkürdə realizmin formalaşdırılması funksiyası: başqa
sözlə, tarixi-xronoloji inkişaf prosesinin təkcə pozitiv deyil, həm də
neqativ aspektlərini üzə çıxarır;
Metodoloji funksiya aşağıdakıları ehtiva edir:
- iqtisadi nəzəriyyənin ayrı-ayrı müddəaları (qanunları)
iqtisadiyyatın tarixindən götürülmüş faktlarla təsbit edilir;
- iqtisadiyyatın tarixi siyasi-iqtisadi təhlilin düzgünlüyünü,
elmiliyini yoxlayır (Tənqidi funksiya);
- yeni iqtisadi nəzəriyyənin elmi əsaslandırılması funksiyası;
6. Fundamental funksiya; dünya iqtisadiyyatının təkamülü
qanunauyğunluqlarının nəzəri ümumiləşdirilməsi;
7. Mədəni funksiya: dünya iqtisadiyyatı, yaxud regional iqtisadi
sistemlərdə mədəni xüsusiyyətlərin qorunub saxlanılması və inkişafı;
8. drak funksiyası: dünya iqtisadiyyatının inkişaf qanuna-
uyğunluqları və bütövlükdə inkişaf prosesi haqqında təsəvvür forma-
laşdırılması;
9. Mental funksiya: təsərrüfat fəaliyyətinin forma və metodlarında
mənəviyyatla bağlı ünsürlərin təhlili;
10. Proqnostik funksiya: əldə edilmiş tarixi-empirik məlumatlara
istinadla dünya iqtisadiyyatının gələcəyi haqqında fikirlərin irəli
sürülməsi.
Funksiyaların kompleks şəkildə realizasiyası dünya iqtisadiyyatının
tarixinin digər elmlər arasında yeri və rolunu müəyyən etməyə imkan
verir. Bu aspektdən
qeyd etmək lazımdır ki, “Dünya iqtisadiyyatının tarixi” əksər
ictimai-humanitar elmlərlə sıx bağlılıqda olmaqla iqtisad elmləri
sistemində “iqtisadi nəzəriyyə” və “iqtisadi fikir tarixi” fənləri ilə
yanaşı fundamental elm sahəsidir.
§ 3.2.4. Metodika aparatı
Müasir dövrdə “Dünya iqtisadiyyatının tarixi” üzrə aparılan
tədqiqatlarda əsasən aşağıdakı metodlar tətbiq olunur:
Dünya iqtisadiyyatının tarixi
66
1. Xronoloji: iqtisadi-tarixi materialın xronoloji ardıcıllıqla şərhi;
2. Sinxron: ölkə və kontinentlərin təsərrüfat həyatında baş verən
tarixi-iqtisadi hadisələrin eyni vaxt ərzində öyrənilməsi;
3. Dixron: dövrlənmə metodu;
4. Tarixi modelləşdirmə.
Ümumiyyətlə, iqtisadi-tarixi araşdırmalarda istifadə olunan
metodlar kompleksini iki qrupa ayırmaq olar:
Ə
nənəvi metodlar:
- tarixi (tarixi-genetik) metod: Tədqiq edilən obyektin təkamülü və
genezisi proseslərinin və faktların ardıcıl təhlilinə əsaslanır. Tədqiq
edilən reallığın təsvirində konkretliliyi təmin etməklə hadisələrarası
səbəb-nəticə əlaqələrini üzə çıxarmağa imkan verir;
- Sistemli-struktur metod: Tam və onun hissələrinin qarşılıqlı
əlaqədə olan sistem kimi öyrənilməsi;
- Tarixi-müqayisə metodu: iqtisadi-tarixi tədqiqatın obyektlərinin
zaman və məkanca müqayisəsinə əsaslanır.
Bu metodla iqtisadiyyat tarixində ümumi, xüsusi və təkcəni, ayrı-
ayrı
ölkələrin
inkişaf
yolları,
variantları
və
modellərini
müəyyənləşdirmək, iqtisadi-tarixi prosesin təsnifatı və tipologiyasını
vermək mümkündür.
- Tarixi-tipoloji metod: qtisadi həyatın müxtəlif hadisələrinin
eynicinsli xassə və cəhətlərinə əsaslanır. Bu metodla əsas əlamətlər
üzrə eynicinsli olan obyektlər fərqləndirilir.
Tarixi-iqtisadi tədqiqatlarda tipologiya mühüm əhəmiyyət kəsb
edir.
Tipologiya – elmi idrakın metodu kimi ümumiləşdirmə modeli
vasitəsilə obyektlər sistemi və onların müxtəlif qruplarının bölgüsünə
əsaslanır.
Tipologiyanın tətbiqində əsas məqsəd təsərrüfat çoxluğunun
adekvat şəkildə təsviridir.
Ən geniş yayılmış tipologiya aşağıdakı əlamətlərin məcmusuna
əsaslanır:
- Texnoloji: Əmək alətləri və texnologiyaların inkişaf səviyyəsi;
-
qtisadi: Mülkiyyət münasibətləri sistemi, istehsalçı ilə
istehlakçının əlaqə formaları;
- Sosiomədəni, o cümlədən təsərrüfat mədəniyyəti;
- nstitusional: istehsalın təşkilində dövlətin və digər ictimai
institutların rolu.
Dünya iqtisadiyyatının tarixi
67
Məhz bu cür yanaşma nəticəsində iqtisadi inkişafın milli və
regional xüsusiyyətlərini nəzərə almaqla tarixi aspektdə təsərrüfat
tiplərinin makromodelini formalaşdırmaq imkanı yaranır.
Yeni metodlar:
- Kəmiyyət (riyazi) metodları: qtisadi-tarixi inkişafın amilləri,
təmayülləri və qanunauyğunluqlarının aşkarlanmasında, hadisə və
proseslərin tipoloji təsnifatının aparılmasında, sistemdaxili və
sistemlərarası qarşılıqlı əlaqələrin təhlilində tətbiq edilir. Bu
prosesdə riyazi üsullardan – qruplaşdırma, dispersiya, korrelyasiya,
reqressiya, faktorlu təhlil və s. geniş istifadə olunur.
- Sosioloji tədqiqatlar və sosial-psixoloji metodlar: Xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, tarixi və iqtisadi proseslərdə xalq
kütlələrinin birbaşa təsirinin xarakterini öyrənir.
“Dünya iqtisadiyyatının tarixi” informasiya mənbələri kimi, bir
qayda olaraq aşağıdakılardan istifadə edir:
Arxeoloji
qazıntılar:
Dünya
iqtisadiyyatının
ayrı-ayrı
inkişaf
mərhələlərinə aid real maddi faktların (“sübutların”) əldə olunmasına
imkan verir.
Demoqrafiya: tarixin müxtəlif dövrlərində əhalinin uçotunun nəticələrini
tədqiq etmək imkanı yaradır;
Mətnlərin öyrənilməsi: keçmişə aid qanun mətnləri, tarixçi-iqtisadçıların
əsərləri və s.
Dünya iqtisadiyyatının tarixi
68
IV FƏ S L
ÜMUMDÜNYA TAR X - QT SAD PROSES N DÖVRLƏ NMƏ S :
NƏ ZƏ R BAXIŞ LARIN XÜLASƏ S
§ 4.1. Tarixi dövrlə nmə nin ə sas paradiqmaları
Tarixi prosesin dövrlənməsi tarixin, o cümlədən tarixi-
iqtisadiyyatın tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Heç bir
şübhə yoxdur ki, dövrlənmə - tarixi prosesin tədqiqinin ən effektiv
metodlarındandır.
Tarixin dövrlənməsi – sistemləşdirilmənin xüsusi növü kimi tarixi
prosesin şərti olaraq müəyyən xronoloji dövrlərə bölünməsidir.
Bəşər tarixinin ən uzun sürən dövrü - ən qədim dünya dövrüdür.
Bütün insanlar
69
bu dövrdə eyniyyətdə olmuşlar. Yəni Yer Kürəsində
canlı həyatın yaranmasından (təqribən 3 mlrd. il əvvəl), insanın meydana
gəldiyi dövrdən (təqribən 3 mln. il əvvəl) ibtidai icmanın formalaşdığı və
onun dağılmağa başladığı dövrə qədər insanların nəinki yaşayış, hətta
təfəkkür tərzi də eyni olmuşdur. Bu nöqtəyə qədər tarixi prosesə
münasibətdə irad tutulası elə bir şey yoxdur. Lakin maraqlı hadisələr
məhz bu dövrdən sonra başlanır... Tarixi prosesin həm zaman, həm də
məkanca prinsipial şəkildə fərqli məzmun daşıdığı üzə çıxır. Sanki “tarixi
proses” dediyimiz şey hər iki istiqamətdə (məkan və zaman) avtonom
intervallara parçalanır. Bu hal həm mövcudluq, həm də inkişaf
prizmasından gerçək məzmun daşıyır. Fikrimizcə, tarixi prosesin
vahidliyi (yeganəliyi) deyilən şey sadəcə olaraq, nonsensdir. O, məzmun
və keyfiyyətcə müxtəlifdir, heterogendir. Əks təqdirdə, biz “zamansız”,
yaxud “məkansız” tarixi prosesdən bəhs etməliyik. “Zamansız” tarix
müasir tarix elminin “nailiyyəti” də hesab oluna bilər. Məhz bu
aspektdən biz, K.Popperlə tamamilə şərikik ki, nəzəri tarix – mümkünsüz
olan bir şeydir. Məhz buna görə də, tarixi prosesin dövrlənməsi
problemin yalnız və yalnız kriterilərə bağlamaq, əsas çətinliyin sistemli
yekun verə biləcək kriteri axtarışında olduğunu ön plana çıxarmaq
əslində problemin “çıxılmaza” salınması deməkdir.
Teoloji paradiqmanın əsas məsələsi – insanın yer həyatının
məzmunu və mənasıdır. Dini nöqteyi – nəzərə görə tarixin mənası
69
Burada “xalq”lar termini yerinə düşmür. Belə ki, o dövrdə “xalq” yox idi. Sadəcə
insan sürüsü, sonraki mərhələdə ibtidai icma mövcud olmuşdur.
Dünya iqtisadiyyatının tarixi
69
bəşəriyyətin dönmədən, tədricən Allaha qovuşması, mütləq həqiqəti dərk
etməsindədir. Tarixi prosesin məzmunu insanın azadlığını, onun
dərrakəsi tarix qurucusu olmasını ehtiva edir. nsan tarixi – Adəm və
Həvvanın cənnətdən çıxarılmasından başlanır. Tarixin sonu – qeybdə
olandır və onu yalnız Allah bilir.
Cədvəl 4.1
Tarixi dövrlənmənin əsas paradiqmaları
Nəzəriyyənin
adı
Müəllifi, yaranma tarixi
Dövrlənmə
kriteriləri
Ə
sas anlayışlar
1.Dini
(Teoloji)
Xristian konsepsiyasının
müəllifi Evsey
Pamfil 311-ci il.
Son variant Avqustin (354-
430-cu illər)
lahi
öngörmə
Провиденсиализм (lat-
провидение). Tarixin
ilahi iradənin təzahürü
aspektində dini dərki;
əvvəlcədən hazırlanmış
və insanın xilasına
yönəlinən ilahi planın
həyata keçməsi
2.
Formasiyalı
XIX əsrin 40-60-cı illəri
K.Marks (V.Lenin və s.)
Sovet alimləri:
1930-1980-ci illər
Sosial-
iqtisadi
ctimai-iqtisadi formasi-
ya: cəmiyyətin tarixi tipi,
istehsal üsulu; Bazis,
üstqurum
3.
Sivilizasiyalı
XIX əsrin sonu – XX əsrin
əvvəlləri
N.Danilevski, O.Şpenqler,
A.Toynbi.
Sosial-
mədəni
Sivilizasiya – universal
tərifi yoxdur. Seçilən kri-
teridən asılı olaraq tərif
verilir. Əsas əlamətləri:
mövcudluğun zaman
sürəci; geniş əraziləri
əhatə etməsi; çoxlu sayda
insanları əhatə etməsi;
unikallığı
4. Passionar
L.Qumilyov
1939-cu il. Elmi dövriyyəyə
1970-ci illərdən etibarən
daxil edilib.
Etnosun
inkişaf
dinamikası
Etnos – vahid davranış
stereotipləri olan, digər-
lərinə qarşı duran, daxili
struktura malik insan qru-
pu.
Passionarlıq– ayrı-ayrı
fərdlərin yüksək səviyyəli
məqsədyönlülüyü (real,
yaxud illüziya olmasının
fərqi yoxdur), bu yolda
öz həyatını belə qurban
verməyə hazır olması və
digərlərini öz entuziazmı
ilə arxasınca aparması
Dünya iqtisadiyyatının tarixi
70
Formasiyalı
(rasionalist
paradiqma)
və
sivilizasiyalı
paradiqmaların gerçək məzmunu növbəti paraqraflarda şərh olunur.
Tarixi prosesin dövrlənməsinin orijinal versiyası L.Qumilyov
tərəfindən irəli sürülmüşdür. Onun nəzəri baxışlarının əsasında etnos
anlayışının ümumiləşdirilmiş və modernləşdirilmiş mənası dayanır.
Etnos, L.Qumilyovun fikrincə, insan orqaniziminə xas olan inkişaf
fazalarını - yaranma, artım, qocalıq, ölüm – eyni ardıcıllıqla keçir.
Etnosda əsas hərəkətverici qüvvə passionarlıqdır. Passionarlığın
səviyyəsi etnosun inkişaf mərhələlərini müəyyən edir. Həmin mərhələləri
L.Qumilyov orta hesabla, 1000 il götürür. ”Ölən ” etnosun yerinə yenisi
gəlir. Etnoslar – superetnoslar yaradırlar ki, onların qarşılıqlı təsiri məhz
tarixi prosesi doğurur. Kifayət qədər gözəgəlimli bir quruluş alınır.
Amma, etnosun ilkin passionarlığı necə alınır? sualının rasional yozumu
qaneedici deyildir. Müəllif bunu, yəni ilkin passionarlığı hansısa kosmik
şüalanma ilə izah edir?! Məhz bu aspekt L.Qumilyovun yanaşma tərzinə
bir mübhəmlilik xassəsi gətirir.
§ 4.2. Tarixəqədərki tarix: dövrlənmə problemi
Tarixin dövrlənməsi problemi ilə bağlı maraqlı məqamlardan biri
prosesin tam şəkildə əhatə olunmamasıdır. Əksər yanaşmalar çıxış
nöqtəsi kimi homo sapiensin meydana gəldiyi tarixi əsas götürürlər.
Həqiqətən də, nədən proses ilkin başlanğıcı (2.5 mln il əvvəl), yəni
qominid, hətta protoqominidləri əhatə etmir?
70
Əlbəttə, sözügedən
zamanın dövrlənməsi o qədər şərti olacaqdır ki, (real faktların olmaması
ucbatından), onun hər hansı bir məna yükü daşıması mümkünsüzdür.
Eyni zamanda dövrlənmənin əsasları konseptual və formal eyniyyətdə
olmaq məcburiyyətindədir. Bu anlamda elə bir kriteri müəyyənləşdirmək
mümkün deyildir ki, “ağıllı insana” qədərki dövrü əhatə edə bilsin.
Həmçinin, insanın
yaranması prosesinin (antropogenez) əsas
hərəkətverici qüvvəsi daha çox bioloji xarakter daşımışdır. Sosial amilin
rolu isə kifayət qədər cüzi olmuşdur. Eyni zamanda, digər bir problem
homo sapiensin yarandığı tarixlə bağlıdır. Bir qayda olaraq 40-45 min il
70
Гринченко С.Н Системная память живого (как основа его мегаэволюции и
периодической структуры).М.: ИПИРАН.,Мир,2004.
Dünya iqtisadiyyatının tarixi
71
əvvəlki tarix əsas götürülür. Bəzi tədqiqatlarda
71
“ağıllı ” insanın 100-
200 min il əvvəl meydana gəldiyi göstərilsə də, 40-45 minillik tarix
dəyişməz qalmaqdadır.
Məhz həmin dövrdən etibarən müasir mədəni insan tipindən,
ələlxüsus dilin meydana gəlməsindən və ümumiyyətlə, sözün həqiqi
mənasında, sosial təkamüldən danışmaq mümkündür.
§ 4.3. Tarixi dövrlə nmə problemi fə lsə fi müstə vidə
Təbiidir ki, sırf xronoloji aspektdən tarixi prosesin dövrlənməsini,
ayrı-ayrı epoxalara ayrılmasını ifadə etmək elə də müşkül məsələ
deyildir. Məsələn, qədim dünya → orta əsrlər→ yeni dövr → ən yeni
dövr tipli təsnifatın aparılması üçün hansısa bir sistemli araşdırmalara
ehtiyac yoxdur. Həm də, nəzərə almaq lazımdır ki, sonuncu dövrü
çıxmaqla əsrlər boyu qəbul edilmiş üçlük öz həyat qabiliyyətini saxlamaq
imkanında olmuşdur. O.Şpenqlerin “mistik üçlük”
72
adlandırdığı təsnifat
tarixi baxımından əksər filosoflar tərəfindən ( .Kant, V.Hegel, K.Marks,
M.Veber, Xaydeqqer və s.) qəbul edilmiş və bu gün də dövriyyədə
qalmaqda davam edir.
Bununla belə, məhz XX əsrdə tarixin dövrlənməsi üzrə müxtəlif
yanaşmalar meydana çıxmışdır. Aydındir ki, müxtəliflik dövrlənmənin
kriterisinə münasibətdə yaranmışdır. Belə ki, tədqiqatçılardan bir qrupu
(U.Rostou, D.Bell, O.Toffler) əsas kriteri kimi əmək alətlərini, T.Maltus
əhalinin artımını, Ş.Monteskye coğrafi mühiti və s.götürmüşlər.
Tarixi dövrlənmə probleminə münasibətdə fəlsəfi fikrin polyarlığı
daha qabarıq şəkildə nəzərə çarpır:
I.
Dövrlənmənin əsas kriterisi azadlıqdır, onun instinktdən
uzaqlaşma dərəcəsidir ( .Fixte). “...Insan nəslinin yerdəki
həyatının məqsədi – azadlıqdır və bütün münasibətlərin
ağılla qurulmasından ibarətdir”
73
.
.Fixte 5 epoxanı
fərqləndirir:
71
Клима В. Период человека разумного современного вида до начала производст-
ва пищи производящего хозяйства: Oбщий обзор. История человечества.М,
ЮНЕСКО, 2003
72
Шпенглер О. Закат Европы. Новосибирск, 1993, с.6
73
И.Г.Фихте. Основные черты современной эпохи // Мир философии: Книга для
чтения. Ч.2. М.1991.- С.445
Dünya iqtisadiyyatının tarixi
72
1.
Məcburiyyət olmadan insani münasibətlərin formalaşması
epoxası; Başqa sözlə, bütün münasibətlər kompleksi “ağıllı”
instinkt üzərində qərarlaşır;
2.
nstinktin zəiflənməsi, “seçilmişlər” tərəfindən hamı üçün
məcburi olan “xarici avtoritetə” çevrilməsi epoxası;
3.
Həmin avtoritetin və onunla birlikdə bu vaxta qədər yeganə
formada olan ağlın (zəkanın) inkarı epoxası;
4.
Zəkanın elm formasında ümumbəşəri miqyasda yayılması
epoxası;
5.
Elmin incəsənətlə birləşməsi; onun vasitəsilə həyatın elmə
uyğun şəkildə dəyişdirilməsi epoxası.
II.
Tarix – bir epoxadan digə rinə keçiddir (K.Yaspers).
Ekzistensializmə görə “insan varlığının tarixi substansiyası”
- ənənədir. Bəşəri vahidlik mövcuddur. Həmin bu vahidliyin
məzmununu izah etmək üçün K.Yaspers “əsas (осевой)
epoxa” (b.e.ə. I minilliyin ortaları) anlayışını elmi
dövriyyəyə daxil edir. Onun fikrincə, məhz həmin dövrdə
insan tarixi özünün məxsusi strukturunu əldə etmişdir. Hər
bir tarixi epoxa digərindən özünün spesifik tarixi situasiyası
ilə fərqlənir. Eyni zamanda, qeyd edilir ki, oxşar tarixi
situasiyaların yaranması da mümkündür. Məsələn, müasir
insan tipinin formalaşdığı dövrdə Çində, Hindistanda,
Fələstində oxşar tarixi situasiyalar mövcud olmuşdur. Məhz
həmin dövr dünya sivilizasiyasının “əsas epoxası” adlanır.
III.
Tarix – istehsal üsülunun, yaxud formasiyaların
də yiş mə sidir (K.Marks). “Formasiya” termini geoloji
anlayışdır. Marksist yanaşma ilk dəfə onun (F.Engelslə
birlikdə) yazdığı “ Alman ideologiyası” əsərində ( 1845 –
1846 ) formalaşmışdır. Sözügedən əsərdə cəmiyyətin
strukturu aşağıdakı kimi verilmişdir :
Məhsuldar
qüvvələr→istehsal
münasibətləri→siyasi
üstqurum→ictimai süurun formaları.
Eyni zamanda, tarixin dövrlənməsi probleminə də toxunulmuşdur.
Həmçinin, hökmran olan mülkiyyət formalarının ardıcıl şəkildə bir-birini
əvəz etməsi – insan cəmiyyətinin tarixi inkişafının əsas mərhələləri hesab
olunurdu:
1.
Tayfa;
Dünya iqtisadiyyatının tarixi
73
2.
Antik;
3.
Feodal;
4.
Burjua;
5.
Ümummülkiyyətin kommunizm forması.
Dostları ilə paylaş: |