§ 1.5. Tarixi proses: yanaşma tərzi və subyekt müəyyənliyi
problemi
Aydındır ki, tarixi proses kimi qəbul ediriksə, onda ən azı iki suala
konkret cavab vermək lazım gələcəkdir:
1.
Tarix, əgər prosesdirsə, onda inkişaf edən nədir, yaxud tarixi
prosesin real məzmunu nədən ibarətdir?
2.
Tarixi prosesdə subyekt keyfiyyətində çıxış edən nədir?
Bu suallara aydınlıq gətirmədən tarixi prosesin mahiyyətini
anlamaq mümkünsüzdür (Şəkil 1.2.).
Şə
kil 1.2 Tarixi prosesin subyekti: ibtidaidən aliyə doğru
Şəkildə göründüyü kimi, tarixi prosesin subyekt tərkibi sadədən
mürəkkəbə, ibtidaidən aliyə doğru dəyişir.
“Sosiotarixi orqanizm” nəinki təkcə tarix, iqtisadiyyatın tarixi,
ümumiyyətlə əksər ictimai elmlərin ilkin və ən mühüm kateqoriyasıdır.
Tarixi proses
Sosiotarixi orqanizmlər
ki
n
su
by
ek
t
Ayrı-ayrı
cəmiyyətlər
- cma
- Qəbilə
- Ölkə
Sosiotarixi
orqanizmlər
sistemi
- tarixi regi-
onlar
O
rt
a
sə
vi
yy
əl
i
(i
ki
nc
i)
s
ub
ye
kt
Bütövlükdə
bəşəriyyət
Ümumdünya
səviyyəsi
Y
ük
sə
k
sə
vi
yy
əl
i
(ü
çü
nc
ü)
s
ub
ye
kt
Dünya iqtisadiyyatının tarixi
29
Şə
kil 1.3. Sosiotarixi orqanizmin əsas tipləri və növləri (formaları).
Yeri gəlmişkən qeyd edək ki, L.Morqan cəmiyyətin iki əsas tipinin,
yaxud onun ifadəsi ilə desək, iki “planın” olduğunu qeyd edirdi.
32
1.
Şəxsiyyətə və sırf şəxsi münasibətlərə əsaslanan; bunu Morqan
“cəmiyyət” adlandırırdı.
2.
Ərazi və xüsusi mülkiyyətə əsaslanan; bunu isə “dövlət”
adlandırırdı.
Beləliklə, birinci tip – ibtidai icma dövrünə, ikinci tip isə
sivilizasiyaya aid edilirdi.
Əslində, həm şəkildə (şəkil 1.3) verilən, həm də L.Morqan
tərəfindən aparılan tipologiya şərti xarakter daşıyır. Belə ki, hər bir
konkret cəmiyyət, əsasında nəyin dayanmasından asılı olmayaraq, bu və
ya digər ərazi çərçivəsində mövcud olub. Bu mənada sosiotarixi
32
Морган Л.Г. Древнее общество. Л., 1934.- С.7
- Sosial-iqtisadi
strukturuna görə
Sosiotarixi orqanizm
Əsas tipləri
- qtisadiyyatın
əsas sferasına
(dominant) görə
- darəetmə
formasına görə
- Siyasi
rejiminə görə
-Hökmran
konfessiyaya
(din) görə
- btidai icma cəmiyyəti
-Quldarlıq cəmiyyəti
-Feodal cəmiyyəti
-Kapitalist cəmiyyəti
- Sosialist cəmiyyəti
-Aqrar cəmiyyət;
- ndustrial cəmiyyət;
-Postindustrial cəmiy-
yət
-Monarxiya
-Respublika
-Avtoritar cəmiyyət
-Demokratik cəmiyyət
- nduizm cəmiyyəti
-Xristian cəmiyyəti
- slam cəmiyyəti
-Bütpərəst cəmiyyət
Əsas növləri
- Daxili təşkili
üsuluna görə
Nəsil, yaxud
qan qohumluğu
Ərazi
Dünya iqtisadiyyatının tarixi
30
orqanizmlərin fərqləndirilməsində ərazi əlamətindən deyil, onların daxili-
təşkilati prinsiplərindən çıxış etmək lazımdır. Məhz həmin prinsiplər
əraziyə fərqli münasibətin sərgilənməsində əsas rol oynayırlar.
Y.Semyonov sosiotarixi orqanizmlər arasında sərhədlərin müəy-
yənləşdirilməsi probleminə yanaşmada iki əsas üsuldan bəhs edir:
33
1. Geososiotarixi orqanizm (geososior) - ərazi ilə bağlıdır və
“ölkə” anlamında səciyyələndirilir (məs: Azərbaycan, Fransa, Türkiyə və s.).
2. Demososiotarixi orqanizm (demososior) – daha qədim tarixə
malikdir. Fərdlərin “ittifaqı” kimi səciyyələnir.
Geososior - ərazidən kənarda, demososior isə “şəxsi heyətdən”
kənarda mövcud deyildir.
L.E.Qrinin fikrincə, tarixi prosesi heç bir halda ümumdünya
tarixinin sinonimi kimi başa düşmək olmaz. Təbiidir ki, tarixi proses
ümumdünya tarixinin konkret faktlarına əsaslanır, lakin əvvəla, proses və
dəyişikliklər nöqteyi-nəzərindən faktların hamısı deyil, daha mühüm
olanları seçilir; ikincisi, faktlar çoxluğunun qaydalaşdırılması və
interpretasiyası tədqiq olunan zaman və məkan miqyasına, bütövlükdə
bəşəriyyətin tarixi inkişaf məntiqi və təmayüllərinə, eləcə də inkişafın
bugünkü yekunlarına adekvat olaraq həyata keçirilir. Başqa sözlə, tarixi
proses nə müxtəlif xalqların, cəmiyyətlərin tarixinin mexaniki cəmi deyil,
nə də həmin xalq və cəmiyyətlərin zamanca hərəkət, yaxud inkişaf
prosesi anlamında çıxış etmir. Bu aspektdən bəşəriyyətin tarixi prosesi
anlayışına hansısa həmişə mövcud olmuş real sistem kimi yanaşma bir-
mənalı şəkildə qəbul edilə bilməz. Bu anlayışın ifadə etdikləri 1) Tədqi-
qatın müvafiq miqyasının seçilməsi və 2) Cəmiyyətin, sivilizasiyanın və
s. tarixinin bütün dövrləri ərzində inkişafın qeyri-bərabər olmasının
nəzərə alınmasından ibarətdir. Sırf metodoloji anlamda, bu o deməkdir
ki, tarixi prosesin təhlilində (digər məsələlərlə yanaşma) mühüm
əhəmiyyət kəsb edən məsələ inkişaf etmiş regionların geridə qalanlara
təsiri modelidir;
3) Bir mərhələdən digərinə keçidin miqyası bütün planeti əhatə
etmə dərəcəsinə qədər genişlənir; 4) Deməli, bəşəriyyətin tarixi prosesi –
avtonom və təcrid olunmuş sosiumlardan sıx qarşılıqlı təsirdə olan
sosiumlararası mürəkkəb sistemin formalaşması prosesidir; 5) Tarixi
prosesin bugünkü mənası yalnız o halda dəyişə bilər ki, bəşəriyyət real
fəaliyyətdə olan vahid subyektə çevrilsin.
33
Ю.Семенов. Философия истории.М; «Старый сад», 1999.
Dünya iqtisadiyyatının tarixi
31
Yekunda L.Qrinin
34
belə bir qənaətə gəlir ki, müasir qloballaşma
prosesi milli suverenliyi aradan qaldırmaqdadır və deməli, bütövlükdə
bəşəriyyətin vahid real subyektə çevrilməsi gerçəkləşəcəkdir. Yəni tarixi
proses sözün həqiqi mənasında ümumdünya tarixi prosesi mənasını əxz
edəcəkdir.
Ümumdünya tarixi prosesin interpretasiyası iki əsas istiqamətdə
aparılır:
1.
Unitar-mərhələli yanaşma: xətti-mərhələli yanaşma bunun
variantlarından biridir.
2.
Plüralist-tsiklik yanaşma.
Bəşər tarixinin unitar (latınca unitas- vahid) – mərhələli
konsepsiyası ilk dəfə olaraq .Florskinin (1130-1202) “Согласование
Ветхого и Нового заветов”
35
əsərində öz əksini tapmışdı. .Florski bəşər
tarixini (kifayət qədər abstrakt xarakter daşısa da) 3 mərhələyə bölürdü:
1.
Adəmdən Xristosa qədər olan dövr: “Ata- Allahın” dövrü;
maddi həyatın prioritetliyi, maddiyyata canatma, qanunlara
tabeçiliyin qorxu üzərində bərqərar olması; insanlar, sözün tam
mənasında, azad deyildirlər. Kölə tabeçiliyi (Allaha münasi-
bətdə).
2.
“Oğul-Allahın” dövrü: maddiyata canatma hələ də güclüdür,
lakin mütləq mahiyyət daşımır; ruhi inkişaf cücərməyə başlayır.
nsan – hələ də azad deyil. Amma qorxu şüurlu davranış,
intizamla əvəz olunur. Xristian kilsəsinin təşkili və inkişafı;
3.
“Müqəddəs ruh” dövrü: Ruhun tam azadlığı; qorxu və intizam
məhəbbətlə əvəz olunur. Əbədi ədalətin təntənəsi.
Maraqlıdır ki, o dövrün tanınmış simalarından biri olan F.Akvinski
(1225-1274) bu yanaşmanın əleyhinə çıxmış və onu inkar etmişdir.
Unitar-mərhələli yanaşma çərçivəsində real şəkildə mövcud
olanların sırası ayrı-ayrı sosiotarixi orqanizmlər və onların sistemləri ilə
məhdudlaşmır. nsan cəmiyyəti də (bütövlükdə bəşəriyyət) bütövlük və
tamlıq keyfiyyətinə malikdir. Ayrı-ayrı sosiotarixi orqanizmlər və onların
sistemli yaranışları birlikdə vahid ümumdünya tarixi prosesi
formalaşdırırlar.
Tarixə plüralist (latınca: pluralis - çoxluq) – tsiklik yanaşmanın
baniləri sırasında J.Qobino və Q.Rükket ön sırada gəlirlər. J.Qobino
34
Гринин Л.Е.Глобализация и национальный суверенитет. История и современ-
ность.(1).М;2005.- С.6-31
35
Антология средневековой мысли. Теология и философия европейского средне-
вековья. Т.1., СПБ., 2001
Dünya iqtisadiyyatının tarixi
32
özünün “Опыт о неравенстве человеческих расс” (1853-1855)
əsərində 10 sivilizasiyanı fərqləndirir (Hind, Misir, Assuriya, Ellin, Çin,
talyan, Alman, Alleqan, Meksikan və And). Q.Rükkert isə “Учебник
всемирной истории в органическом изложении” (1857) əsərində 5 ali
“mədəni tip”lərdən bəhs edir: Alman-xristian (Qərbi Avropa), Şərqi-
xristian (slavyan), Ərəb (islam), Hind və Çin.
Göstərir ki, hər bir mədəni-tarixi tipin öz tarixi var. Bəşər tarixi –
vahid proses deyil, həmin mədəni-tarixi tiplərin paralel surətdə gedən
inkişaf proseslərinin məcmusudur. Yəni tarixi inkişafda bir xətt yox,
xətlər çoxluğu mövcuddur.
Bu mənada, bəşəriyyət – real deyil, fikri vahidlik xassəsi daşıyır. Bu-
nunla yanaşı, qeyd edir ki, inkişaf xətləri eynigüclü deyildir. Belə ki, Qərbi
Avropa xətti (yeni dövrdə) üstün mövqedədir və ümumbəşəri ideyaya daha
yaxındır. Buna görə də, (Rükkertin fikrincə) əksər qeyri-Avropa xalqları
Qərbi Avropa mədəniyyətinə qovuşmalı, başqa sözlə, “avropalaşma” prosesi
getməlidir.
Tarixdə “təkrarolunan” axtarışı inkişafın tsiklik konsepsiyasının
yaranmasına gətirib çıxardı. Maraqlıdır ki, bu konsepsiya ilkin olaraq
Şərqdə, böyük mütəfəkkir
bn Xaldun (1332-1406) tərəfindən
formalaşdırılmışdır (“Müqəddimə” əsəri – 1375-1379-cu illər).
bn Xaldun tsiklik inkişafın 5 fazasını göstərirdi:
1.
Kənd yaşayış tərzi (köçərilik);
2.
Şəhər yaşayışı;
3.
nkişaf; eyni zamanda – təmtəraga meyшlliyin, vergi yükünün
artımı;
4.
Hakim sülalənin “qocalması”;
5.
Kənar müdaxilə və ərazinin zəbt edilməsi.
Onun fikrincə, hər bir hakim sülalənin orta hakimiyyət dövrü 120
ildən çox olmur.
Bu müddətdən sonra yeni gələn hakimiyyət də eyni aqibətlə üzləşir.
Hər bir tsikl köhnənin dayandığı yerdən öz hərəkətini davam
etdirir. bn Xaldunun baxışlarında bu məqam xüsusi əhəmiyyət kəsb edir.
O mənada ki, tsiklik yanaşma müəyyən aspektlərdə plüralist yanaşmadan
fərqli məzmun ortalığa qoyur. Konkret şəkildə ifadə etsək, .Xaldun
tsikllərin vahid proses çərçivəsində əvəzlənməsini, onlar arasında genetik
bağlılığın olduğunu göstərmişdir.
Plüralizm belə bir mövqedən çıxış edir ki, bəşər tarixi bir sıra
avtonom hissələrə bölünür və bu hissələrin də özünəməxsus, mütləq
mənada müstəqil tarixi var. Onların hər biri yaranır, inkişaf edir və
Dünya iqtisadiyyatının tarixi
33
süquta uğrayır. Məhv olanların yerinə yeniləri gəlir və eyni tsikl üzrə
hərəkət edirlər. Və, buradan da çox uzağa gedən nəticələr hasil olur:
-
Hər bir yeni tarixi yaranış hər şeyi əvvəldən başlayır, buna
görə də tarixə prinsipcə hansısa bir yenilik gətirmək
iqtidarında olmur;
-
Bütün bu yaranışlar eyniqiymətlidir, ekvivalentdir;
-
Onlardan heç biri inkişaf səviyyəsinə görə digərlərindən
fərqlənmir, yəni nə aşağı, nə də yuxarı səviyyədə olmur.
-
Bu yaranışlar müəyyən zaman çərçivəsində inkişaf edir,
lakin bütövlükdə bəşəriyyətin təkamülü baş vermir;
-
Tsiklik məzmunlu əbədi “dövriyyə” baş verir.
Beləliklə, bəşər tarixi həm məkan, həm də zamanca parçalanır,
çoxlu sayda tarixi yaranışlara uyğun olaraq tarixin “çoxluğu” meydana
çıxır. Bütövlükdə bəşər tarixi – çoxlu sayda ekvivalent proseslərin sonsuz
təkrarlanmasının, çoxlu sayda tsiklərin məcmusu kimi anlaşılır. Plüralist-
tsiklik yanaşmanın real məzmunu belədir.
Bu yanaşmanın məntiqi ilə davam etsək, onda belə alınır:
-
nsan cəmiyyəti bir bütöv, tam olaraq mövcud deyildir;
-
Bəşəriyyət – çoxlu sayda və tam müstəqil olan ictimai
vahidlərin cəmindən ibarətdir;
-
Bəşər tarixi bu vahidlərin tarixinin məcmusudur;
-
Bu hissələrin inkişaf prosesi vahid ümumdünya prosesini
yaratmır;
-
nkişafın vahid prosesi kimi dünya tarixi yoxdur.... və aydın
olur ki, insan cəmiyyətinin inkişaf mərhələləri, ümumdünya
tarixi
prosesin
dövrlənməsi,
epoxaları
haqqında
ümumiyyətlə, danışmağa dəyməz.
O.Şpenqler
36
yazırdı ki: “... “Bəşəriyyətin” – kəpənək növlərində
olduğu kimi, nə məqsədi, ideyası, nə də planı yoxdur. “Bəşəriyyət”-
zooloji anlayış yaxud boş sözdür”.
Beləliklə, dünya tarixi vahid proses kimi mövcud deyildir. Deməli,
bəşəriyyətin bütövlükdə inkişaf mərhələlərindən danışmaq mənasızlıqdır.
Plüralist – tsiklik
37
yanaşma ümumdünya tarixi əhəmiyyət kəsb edən
inkişaf mərhələlərini qəbul etmir.
36
Шпенглер О. Закат Европы. Т.1.М., 1993.- С.151.
37
Семенов Ю.И. Производство и общество // Социальная философия. Учебник.,
М; 2003.- С.147-160
Dünya iqtisadiyyatının tarixi
34
Sözügedən yanaşma Qərb tarixşünaslığında öz mövqelərini
saxlamaqdadır (S.Xantinqton). Amma, bununla belə əvvəlki kimi
populyar deyildir. Hal-hazırda, daha doğrusu, XX əsrin 50-60-cı
illərindən başlayaraq (Etnoqrafiyada) unitar-mərhələli konsepsiyanı
dirçəltməyə çalışırlar (Q.Lenski, O.Dunkan, C.Matras, T.Parsons və b.).
Əslində, modernizmin ilkin nəzəriyyələri, industrial və postindustrial
cəmiyyət nəzəriyyələri (R.Azon, D.Bell və b.), unitar-mərhələli
konsepsiyadan çıxış etməklə formalaşdırılmışlar.
Son dövrlərdə Qərb tarixşünaslığı daha çox antiistorisizmə (tarixi
aqnostizmə) meyl edirlər. Bu yanaşma yuxarıda təsvir etdiyimiz hər iki
konsepsiyadan fərqlənir. Onun əsas mahiyyəti K.Popperin “Открытое
общество и его враги” (1945) və “Нищета историцизма” əsərlərində
öz əksini tapmışdır. K.Popper həm postivist O.Kontu, K.Marksı,
O.Şpenqleri, A.Toynbini, həm də providensializmi (Avqustini) bu sıraya
daxil edir.Ümumiyyətlə, tarixçilik (историцизм) müxtəlif istiqamətlərdə
öz mövqelərini artıq çoxdan ortalığa qoymuşdur: teistik, spiritualist,
naturalist, iqtisadi və s.
Tarixçiliyin tənqidinə K.Popper metodoloji nominalizmdən
(mahiyyətcə- fenomenalizm) çıxış etməklə başlayır.
Ümuminin obyektiv varlığı yoxdur. Yalnız təkcə, yalnız hadisə
mövcuddur.
Tarix – sadəcə olaraq, “hadisələrin ardıcıllığıdır”. Vahid bəşər tarixi
yoxdur. Yalnız sonsuz sayda tarixlər məcmusu mövcuddur. K.Popper
tarixin elmi statusunu inkar edir. Hal-hazırda qeyd edilən yanaşma
kifayət qədər populyarlaşmağa başlamışdır (F.Xayek, R.Nisbet, Ç.Tilli,
R.Budon və əksər postmodernistlər).
Dünya iqtisadiyyatının tarixi
35
II BÖLMƏ
DÜNYA QT SAD YYATININ TAR X ELM K M
II FƏ SШ L
Tarix və iqtisad elmi: sintezin gerçə k mahiyyə ti
§2.1. Tə kamül və müasirlik
Tarixi-iqtisadiyyat elmi tarix və iqtisad elminin sintezindən
formalaşmış müstəqil elm sahəsidir. Tarixi – iqtisadiyyat yönümlü ilk
tədqiqat işlərinə XVI əsrin əvvəllərində təsadüf edilir. Bu baxımdan
1514-cü ildə Qilyam Byüd tərəfindən yazılmış “Assa
38
haqqında traktat”
əsərini göstərmək olar. XVI-XVIII əsrlər Avropasında dünya
iqtisadiyyatının genezisi ilə xüsusi olaraq aktuallaşan bır sıra məsələlərin
(maliyyə, ticarət, aqrar sfera, sənaye və s.) tədqiqi zəruriliyi meydana
çıxdı ki, bu da yekun etibarilə tarixi iqtisadiyyatın elm kimi formalaşması
prosesini əhəmiyyətli dərəcədə stimullaşdırmışdır.
qtisadi hadisə və proseslərin tarixi-xronoloji müstəvidə tədqiqinə
həsr edilmiş iqtisadi-statistik məzmunlu araşdırmalar aparılmağa
başlandı: U.Pettinin “Vergilər və rüsumlar haqqında traktat” (1662-ci il),
A.Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat”
(1776), eləcə də XVIII əsr çoxsaylı fransız tədqiqatçılarının əsərlərini
misal gətirmək olar.
Ümumiyyətlə, XVIII əsrdə iqtisadiyyatın və təsərrüfat həyatının
tarixi yönümündə çox sayda araşdırmalar aparılmışdır.
Məhz bunu əsas tutaraq XVIII əsri tarixi iqtisadiyyat elminin
yaranması əsri kimi də səciyyələndirirlər. XIX əsrin ortalarından etibarən
tarixi-iqtisadiyyat müstəqil elm sahəsinə çevrilir. Elmin “müstəqillik”
əldə etməsini bır sıra səbəblərlə izah etmək olar:
1.
qtisadi hadisə və proseslərin tədqiqində tarixi-genetik metodun
tətbiqi; Başqa sözlə, tarixilik (историзм) prinsipinin birmənalı
olaraq təsbiti (V.Hegel, K.Marks, F.Engels) və onun real
gerçəkliyin bütün sferalarının, o cümlədən təbiətin, cəmiyyətin
və təfəkkürün inkişaf proseslərinin araşdırılmasında mühüm
38
Assa - Qədim Roma pulu;
Dünya iqtisadiyyatının tarixi
36
əhəmiyyət kəsb edən metod kimi tətbiqi tarixi-iqtisadiyyatın
elmi statusunun formalaşmasında mühüm rol oynamışdır.
2.
Klassik siyasi iqtisadın böhranı;
3.
XIX əsrin ikinci yarısında Qərbin sürətli iqtisadi inkşaf yoluna
qədəm qoyması;
Tarixi-iqtisadiyyat elminin inkişafında (XIX əsrin ikinci yarısı –
XX əsrin əvvəlləri) A.Toynbi, C.Eşli, K.Byüxer, M.Veber, V.Zombart və
s. mütəfəkkirlər müstəsna rol oynamışlar.
XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisad elminin tarixi-iqtisadi
yönümünün formalaşmasına institutsionalizmin qərarlaşması da müsbət
təsir göstərmişdir. nstitutsionistlər iqtisadi sistemə geniş kulturoloji
spektrdən yanaşır və onu cəmiyyətin tarixi həyatının müəyyən pilləsi
hesab edirdilər. Əsas diqqət mərkəzi institutların – iqtisadi fəaliyyətin
təşkilinin real formaları, iqtisadi subyektlərin davranış normaları və
motivləri – üzərinə düşürdü.
XX əsrin 20-30-cu illərində “Annallar” məktəbinin yaranması ilə
təhlilin yeni metodları meydana çıxdı. M.Blok, L.Fevr və F.Brodelin əsas
ideyasına görə iqtisadiyyatın tarixi-müxtəlif nöqteyi-nəzərlərdən
yanaşılan insanların, hadisə, konyunktura və böhranların, ictimai
strukturların qlobal tarixidir. “Annallar” tərəfindən irəli sürülən yanaşma
tərzi xüsusi bir istiqamətin –“mentallığın tarixi”nin – yaranmasına gətirib
çıxardı. Tarixi mənbələr ilkinliyin əslində alman tarixi məktəbinə
(V.Roşer, V.Qilderbrand, K.Knis) məxsus olduğunu göstərir. Belə ki,
məhz həmin məktəb tarixin siyasi iqtisada tətbiqinin zəruriliyini
əsaslandırmağa çalışmışdır. Bunu da xalqların iqtisadi inkişaf qanunları
haqqında təlim kimi qəbul edirdilər. Hər bir konkret dövlətin tarixi
inkişaf təcrübəsinin ümumiləşdirilməsi qanun adlandırılırdı. qtisadiyya-
tın tarixnin əsas təyinatı “nümayiş” etmə rolunda təcəssüm edirdi.
1960-cı illərdə A.Konrad və C.Meyer müasir nəzəri iqtisadi
“əksfaktiki” (“alınmayan gələcək”) modelləri ABŞ-ın cənubunda
mövcud olan quldarlıq iqtisadiyyatının təhlilinə tətbiq etməklə
kliometrikanın banisinə çevrildilər.
Bu məktəbin iki nümayəndəsi – R.Fogel və D.Nort 1993-cü ildə
iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldülər.
Tarixi-iqtisadiyyat
elminin
inkişafında
iqtisadçı-tarixçilərin
yaratdıqları beynəlxalq təşkilat mühüm rol oynamışdı.
1960-cı ildən sonra həmin təşkilat tərəfindən müntəzəm olaraq
keçirilən iqtisadi tarix üzrə beynəlxalq konfrans elmin müasir
problemlərini aşağıdakı kimi müəyyənləşdirmişdir:
Dünya iqtisadiyyatının tarixi
37
- qtisadi artımın xüsusiyyətləri;
- Sənayeləşmə;
- Urbanizasiya;
- Demoqrafiya;
- Aqrar tarix;
- Kapitlizmin genezisi;
- Iqtisadiyyatın tarixinin metodologiyası və metodları.
- Ən qədim dövr
(ibtidai icma);
- Qədim dövr
(b.e.V əsrinə
qədər)
- Orta əsrlər;
- Yeni dövr;
Tarixi-iqtisadiyyat elmi
ƏLAMƏTLƏR
Funksion
al təyina-
tına görə
Tarixi epoxaya
görə
- Qədim dövr;
- Barbarlıq;
- Sivilizasiya
Şərti-zaman
əlamətinə görə
1. qtisadi tarix:
- Tarixi hadisələrin
iqtisadi səbəbləri və
nəticələri;
- Dövlətlərin iqtisadi
siyasəti;
- Sosial qrupların
(siniflərin) iqtisadi
psixologiyası
2. qtisadiyyatın
tarixi:
- Ölkələrin,
regionların, dünyanın
tarixi;
- stehsal üsulunun
tarixi;
- qtisadi sahələrin
tarixi;
- Təsərrüfat mexa-
3. qtisadi fikir
tarixi:
- Siyasi iqtisadın
tarixi;
- Sahəvi və funksional
iqtisadi elmlərin tarixi;
- Ayrı-ayrı iqtisadi
nəzəriyyələrin tarixi;
- qtisadi
metodologiyanın tarixi
Dünya iqtisadiyyatının tarixi
38
Şə
kil 2.1. Tarixi-iqtisadiyyat elminin tipologiyası.
Elmin formalaşması və inkişafı prosesinə paralel olaraq kateqorial
aparat təşəkkül tapmış, elmin predmeti, əhatə dairəsi və tədqiq sahəsi
müəyyənləşmişdir. Son 2 əsr ərzində elmin adı bir neçə dəfə dəyişmişdir.
lkin olaraq “ qtisadi tarix” adlanmış və ayrı –ayrı ölkələrin iqtisadi tarixi
kimi
qəbul
edilmişdir.
(“ ngiltərənin iqtisadi tarixi”). Tədricən tədqiqat oblastı genişlənməyə
başlamış, daha iri regionların, məsələn, Avropanın iqtisadi tarixi, sonralar
isə bütövlükdə dünya iqtisadiyyatının tarixi-xronoloji inkişaf prosesini
əhatə etmiş və yekun olaraq “Dünya iqtisadiyyatının tarixi” adlanmışdı.
Ümumiyyətlə, tarixi-iqtisadiyyatın bir elm sferası kimi müasir
tipologiyasını aşağıdakı əlamətlər üzrə vermək olar (şəkil 2.1).
Dostları ilə paylaş: |