§2.2. Sintezin “qırılma” nöqtələri
Tarixilik (istorizm) rasionalizmə cavab reaksiyası kimi XVIII əsrin
sonunda meydana gəlmişdir. Bu yanaşma çərçivəsində zəka-ənənələrin
nüfuzu və ötən əsrlərin müdrikliyi ilə əvəzlənir. lkin variantda
mühafizəkar mövqedə dayanan tarixilik konsepsiyası sonralar siyasi
yönümünü dəyişmiş, kapitalizmi və azad ticarəti əsas “şər” anlayışları
kimi qəbul etmişdir.
Bəri başdan, qeyd etmək lazımdır ki, tarixiliyin tarixlə
eyniləşdirilməsi yanlışlıqdır. Tarixilik – enistemoloji doktrina olmaqla
keçmişə ona görə nəzər salır ki, gələcək haqqında fikir bildirsin. Eyni
zamanda, bu konsepsiyanın bəzi tərəfdarları belə bir qənaətdədirlər ki,
tarix – insan fəaliyyətinin öyrənilməsinin yeganə üsuludur və buna görə
də insan fəaliyyətinin ümumi nəzəri elminə heç bir ehtiyac yoxdur.
Digərləri tarixin elmi statusuna şübhə ilə yanaşır, nə qədər paradoksal
səslənsə də, pozitivzm fəlsəfəsinin müddəalarından yararlanmaqla yeni
elm formalaşdırmağa çağırırlar.
Yeni elm – tarixi təcrübəni araşdırmaqla tarixi təkamülün və
“dinamik” dəyişikliklərin qanunlarını ortalığa qoymalıdır.
Ümumiyyətlə, tarixliyin əsas məqsədi rasionalizm fəlsəfəsi və
iqtisad elminin birmənalı inkarına nail olmaqdan ibarətdir.
Dünya iqtisadiyyatının tarixi
39
Tarixiliyin əksər istiqamətləri, o cümlədən alman və Britaniya tarixi
məktəbləri, amerikan institusionalizmi və s. iqtisad elmini – yumşaq
şəkildə ifadə etsək – qəbul etmirlər.
Qarşılıqlı münasibətlərdə “qırılma” nöqtələrini (tarixçilərin
mövqeyindən) aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
1.
qtisad elminin teoremləri – aprior mühakimənin məhsulu
olduğuna görə məzmunsuzdur. Yalnız tarixi təcrübə real
məzmunlu iqtisad elmini formalaşdıra bilər. Bununla belə,
tarixilik konsepsiyası “unudur” ki, tarixi təcrübə həmişə çoxlu
sayda elementlərin qarşılıqlı təsiri nəticəsində formalaşan
mürəkkəb hadisələrin təcrübəsidir.
Belə təcrübədən konkret “fakt” əldə etmək son dərəcə
problematik bir məsələdir. qtisadi müstəvidə faktlar – istisnasız
olaraq – nəzəri “yüklü”dürlər. Bu mənada tarixi faktların
interpretasiyası konkret teorem çərçivəsində mümkündür. Tarixi
faktlar özləri-özlərini şəhr etmək iqtidarında deyildir. Başqa
sözlə, iqtisad elmi və tarixilik arasındakı ziddiyyət faktlara
münasibətdə deyil, onların interpretasiyasındadır.
2.
qtisadçıların iqtisadi qanun adlandırdıqları məfhum əslində
prinsiplərdən başqa bir şey deyildir və epoxal keçidlərdə mütləq
şəkildə dəyişilməyə məruz qalırlar. Başqa sözlə, bu prinsiplər
yalnız kapitalizm üçün doğrudur, sosializmə keçidlə öz
mahiyyətlərini dəyişirlər: xərclər və mənfəət kateqoriyaları
kimi. Mənfəət xatirinə istehsal istehlak xatirinə istehsalla əvəz
olunan kimi bu kateqoriyalar əhəmiyyətsizləşəcəklər.
Bu tezisin də rasional elmi yozumu yoxdur. Belə ki, xərclər –
hər hansı bir hadisənin özünəxas xüsusiyyətlərindən asılı
olmayaraq, insan fəaliyyətinin istənilən növündə vaz keçilməz
element kimi çıxış edir. Xərc - əslində əldə edilməsi istənilən
şeyin dəyəridir. Yaxud həmin şeyin qiymətidir. Xərcsiz əldə
olunan şey iqtisadi nemət hesab olunmur və bu anlamda da
iqtisad elminin maraq dairəsindən kənardadır. Analoji olaraq
mənfəətlə də bağlı yanaşmanın yalnışlığı üzə çıxarıla bilər.
Mənfəət – şeyin yüksək dəyərliliyi ilə onun yaranması
dəyərliliyi arasındaki fərqdir. Əks-situasiyada mənfəət itkilərlə
əvəzlənir. Aydındır ki, istənilən iqtisadi fəaliyyət növü itkilərə
istiqamətlənə bilməz – bu, sadəcə olaraq nonsensdir. Buna görə
də,
kapitalizmin
hansı
quruluşla
əvəzlənəcəyindən
(əvəzlənəcəkmi?), yüksək mənəvi-etik normaların, ədalət
Dünya iqtisadiyyatının tarixi
40
prinsipinin hansı miqyasda qərarlaşacağından asılı olmayaraq,
xərclər və mənfəət kateqoriyaları mövcud olacaqdır.
3.
qtisad elminin əsas səhvi insanı yalnız maddi rifaha can atan
eqoist kimi səciyyələndirməsidir.
4.
Tarixiliyin fundamental tezisi ondan ibarətdir ki, təbiətşünaslıq
elmləri, riyaziyyat və məntiq istisna olmaqla, tarixdən qeyri heç
bir bilik mənbəyi yoxdur. Belə ki, insan fəaliyyəti sferasında
qarşılıqlı əlaqələrin requlyarlığı və hadisələrin ardıcıllığı
yoxdur. Deməli, iqtisad elminin mövcudluğu, eləcə də iqtisadi
qanunların aşkarlanması mənasızdır. Yeganə gerçək metod –
tarixi metoddur.
5.
Həqiqi olan iqtisad elmi deyil, iqtisadi tarixdir. Bununla yanaşı,
iqtisadi nəzəriyyə olmadan iqtisadi tarixin necə, hansı yolla
interpretasiyasını vermək olar? Sualına susmaqla cavab verirlər.
6.
Tarixi təcrübədən aposteriori olaraq qanunları formalaşdırmaq
mümkündür ki, bunun da əsasında yeni elmlər – sosial fizika,
yaxud institusional iqtisadiyyat yaranar.
7.
Tarixçilər (periodalistlər) tarixi hadisələrin gedişini iqtisadi
qanunların xarakteristikasından çıxış etməklə müxtəlif dövrlərə
ayırırlar. Onların fikrincə, məhz bu qanunlar hər bir dövrün
iqtisadi məzmununu formalaşdırır. Beləliklə, qapalı dairə alınır.
qtisadi tarixin dövrlənməsi üçün hər bir dövrdə fəaliyyətdə
olan iqtisadi qanunları araşdırmaq lazım gəlir. Eyni zamanda,
həmin qanunların aşkarlanması isə yalnız digər dövrlərdə baş
verən hadisələri nəzərə almadan məhz həmin dövrün
araşdırılması nəticəsində mümkündür. Tarixçilərin məntiqi ilə
davam etsək, onda tarixin gedişi aşağıdakı məzmun kəsb
edəcəkdir: iqtisadi təkamülün mərhələləri (müxtəlif tarixi
dövrlər) bir-birini ardıcıl olaraq əvəz edir və hər bir mərhələdə
özünəxas olan iqtisadi qanunlar sabit, dəyişməz qalır. Bir
mərhələdən digərinə keçid haqqında isə heç nə deyilmir. Əgər
nəzərə alsaq ki, dövrlənmə - “göz qırpımında” baş vermir, yəni
müəyyən zaman intervalını əhatə edir, onda kifayət qədər
maraqlı suallarla qarşılaşacağıq: Bu keçid dövründə nə baş
verir, yaxud hansı iqtisadi qanun fəaliyyət göstərir?
Empirik
Keçid dövrü
Ontoloji
Dünya iqtisadiyyatının tarixi
41
Şə
kil 2.2. Tarixi dövrlənmənin zaman “çəkisizliyi” – keçid dövrü
Keçid dövrünün özünəxas olan qanunları varmı? Həmçinin, fərz
etsək ki, iqtisadiyyatın qərarlaşması qanunları tarixi faktlardır və buna
görə də tarixi hadisələrin dəyişməsinə uyğun olaraq, dəyişirlər, onda belə
alınır ki, heç bir dəyişikliyə məruz qalmayan dövrlərin mövcudluğu
haqqındakı təsbitlə ziddiyyət yaranacaqdır.
8.
Sosial və iqtisadi təkamülün tarixi təmayülləri (ələlxüsus, yaxın
keçmişdə) gələcəkdə də olacaqdır. Buna görə də, keçmişin
öyrənilməsi gələcəkdə baş verəcək hadisələrin xarakterini
indidən anlama imkanı verir. Qeyd edilən ehkamçı yanaşmaya
bir neçə istiqamətdən baxmaq olar:
−
“.... Cari epoxa” konsepsiyasının yanlış dərki; Yaxın
keçmişdə olanların mexaniki şəkildə cari duruma aid edilməsi
yanlışlıqdır. Müəyyən zaman çərçivəsində hansısa dövrü “indi”
kimi qəbul ediriksə, deməli, hansısa problemə münasibətdə bu
dövr ərzində şərtlərin sabit qaldığını nəzərdə tuturuq. Buna görə
Dünya iqtisadiyyatının tarixi
42
də fəaliyyətin müxtəlif istiqamətlərində “indi”nin konsepsiyası
müxtəlif cür təzahür edir
39
. Eyni zamanda, bu sabitliyin nə
qədər sürəcəyi və gələcəyin hansı zaman intervalını əhatə
etməyin lazım gəldiyi heç vaxt dəqiq müəyyən edilə bilməz. Bu
aspektdə irəli sürülən fikirlərdə, deyimlərdə bir ehtimal
elementi olmalıdır: Dünən vəziyyət belə idi, gözləyirik ki, hələ
bir müddət həmin vəziyyətdə dəyişiklik baş verməyəcəkdir.
−
Konkret iqtisadi siyasətin gələcəkdə nələrə gətirib çıxaracağını
indidən qiymətləndirmək mümkün deyildir. Belə ki, söhbət
istənilən halda keçmişdən gedir, yəni biz keçmişin tarixini
araşdırırıq, “gələcəyin” yox! Bu baxımdan yalnız bir ehtimal
irəli sürmək mümkündür ki, bugünkü şərtlər kompleksinin
dəyişməyəcəyi, sabit qalacağı halda gələcəkdə olacağı
gözlənilənlər
bugünkü
situasiyadan
o
qədər
də
fərqlənməyəcəkdir. Lakin əsas problem də məhz ondadır ki, bu
şərtlərin dəyişməyəcəyini əvvəlcədən müəyyənləşdirmək
mümkünsüzdür. Tarixilik (istorizm) – dəyişikliyin nə vaxt baş
verəcəyini bilmir. O, yalnız keçmişdəki təmayüllərdən danışır.
Bunun avtomatik olaraq gələcəyə aid edilməsi yalnışlıqdır.
Fələsəfi fikir təmayülünün metafizik təsəvvürlərini bir tərəfə
qoyaraq L.Mizes yazır ki, “... Biz başa düşməliyik ki,
təmayüllər dəyişə bilərlər... keçmişdə dəyişənlər gələcəkdə də
dəyişmə iqtidarındadırlar”
40
.
Tərəqqi və tənəzzül konseptlərinə münasibətdə iqtisad elmi hər
kəsin anlaya biləcəyi mövqedən çıxış edir. Bu problemə insan fəaliyyəti
nöqteyi-nəzərindən yanaşılır. Tezisin mahiyyəti son dərəcə anlaşıqlıdır:
Həyat şəraitinin yaxşılaşmasına yönələn hərəkət-tərəqqidir. Əlbəttə,
unutmaq olmaz ki, proses – obyektiv olaraq dərkedilən, tərəqqi isə -
subyekt qiymətləndirilən konseptlərdir.... Lakin iqtisadi nöqteyi-nəzərdən
məsələnin başqa cür qoyuluşu da ola bilməz.
Tarixi hadisələrin qiymətləndirilməsində “tarixi hissin” qabarıq
şəkildə ifadə edilməsinə (elmi tədqiqatda) canatma, sırf iqtisadi anlamda
yanılmadan başqa bir şey deyildir. Başqa sözlə, tarixi hadisənin düzgün
qiymətləndirilməsi yalnız və yalnız həmin hadisənin baş verdiyi tarixi
situasiyadan çıxış etməklə ortalığa qoyula bilməz. Məsələn, Qədim Roma
imperiyasında iqtisadi situasiyanı yaxşılaşdırmaq mümkün idimi? Yaxud
39
Мизес Л. Человеческая деятельность. M., 1992.- С. 97
40
Mises l. Planning form Freedom. South Holland, III., 1952., p.163-169.
Dünya iqtisadiyyatının tarixi
43
orta əsrlərdə Asiyada baş verən kütləvi yoxsulluq nədən
qaynaqlanmışdır? - sualına həmin dövrün tarixi məzmununa istinadla
cavab vermək kifayət qədər müşkül məsələdir. Amma iqtisad elminin
gerçəkliyi şübhə doğurmayan müddəalarına əsasən hər iki hadisəni
dəyərləndirmək mümkündür. Belə ki, əgər Roma imperatoru yüksək
qiymət siyasətini yerinə yetirməsə, o cümlədən pulların xarab edilməsi
ilə məşğul olmasaydı situasiya tamamilə başqa məzmun daşıyacaqdı.
Yaxud Asiya hökmdarları hüquqi və konstitusion sistem tətbiq etməklə
kapital yığımı prosesinə şərait yaratsaydılar, kütləvi yoxsulluğu önləmək
mümkün ola bilərdi. Bununla yanaşı, tarixi hadisələrin iqtisadi
məzmununun dəyərləndirilməsi, bir sistemli anlayış olmaq etibarilə
kifayət qədər problematikdir. Məsələn, 1929-33-cü illər böhranının
nəticələrinin aradan qaldırılması Keynsin nəzəriyyəsindən istifadə
edilməklə baş tutduğunun gerçək həqiqət olduğunu birmənalı şəkildə
söyləmək mümkün deyildir. Bu halda iqtisadi həqiqət öz “həqiqiliyini”
təkrar verifikasiyada (falsifikasionizmə münasibətdə də analoji məzmun
daşıyır) sübuta yetirməlidir. Lakin təkrar verifikasiyanın aparılması
mümkünsüzdür. Belə ki, bunun üçün gərək həmin dövr bütün
təfərrüatları ilə bərpa edilsin ki, bu da tamamilə qeyri-realdır.
Tarix və iqtisad elminin sintezinin “çat” verdiyi əsas məqamlardan
biri tarixi təcrübəyə münasibət məsələsidir. Aydındır ki, tarixi təcrübəyə
istinadla müxtəlif fəaliyyət üsullarının və eləcə də, ictimai institutların
ortalığa qoyduğu nəticədən nəinki planetar miqyasda, hətta ayrıca
götürülmüş bir region çərçivəsində qəbul edilə biləcək ümumi qaydalar,
ümumi yanaşma tərzi formalaşdırmaq mümkün deyildir. Amma bu
qənaət heç də o anlama gəlmir ki, tarix heç nəyi öyrətmir. Məsələnin
qoyuluşu, sadəcə olaraq tarixi prosesin məzmun identikliyini yaradanlara
münasibətdə qəlizləşir. Məsələn, tarix yox, iqtisad elmi xüsusi
mülkiyyətin hansı rol oynadığını (sivilizasiyanın inkişafı prosesində)
rasional şəkildə şərh etmək iqtidarındadır. Əlbəttə, əgər qeyd olunan
məsələ “xalis” tarixi müstəviyə keçirilirsə (tarixilik konsepsiyası bu
mövqedədir) onda, təbiidir ki, tarixdən heç bir örnək əldə edilə bilməz.
Dünya iqtisadiyyatının tarixi rakursunda tarixi prosesin real məzmunu
onun iqtisadi determinantları əsasında formalaşır. Yəni tarixin mənası
(qeyd edilən aspektdən) iqtisadi mahiyyətdə olanların formalaşdırdığı
məna kimi çıxış edir. Bu baxımdan tarixin mənasının anlaşılması bir
proses olmaq etibarilə sonsuzluğa qədər uzana bilər. Belə ki, hər bir
konkret tarixi situasiyada ötüb-keçənlərin qiymətləndirilməsi həmin
situasiyanı “yaradan”ların subyektiv baxışlarına şamil edilir.
Dünya iqtisadiyyatının tarixi
44
Başqa ifadə ilə, anlamanın hermenevtik dairəsi formalaşır. Məna
axtarışı prosesi dairəvi hərəkətdə olmaqla hər bir yeni tarixi dönəmdə
fərqli mahiyyət kəsb edir. Məna dəyişkənliyi gələn tarixi dönəmlərin
özünün məna tutumundan və bu mənanın xarakterindən asılı olaraq baş
verir. Məsələn, 1917-ci il oktyabr çevrilişi nəinki ayrı-ayrı tarixi-iqtisadi
hadisə və proseslərə, hətta bütövlükdə çevrilişə qədər mövcud olan
iqtisadi sistemə “yararsız” damğası vurdu. Az sonra, 1991-ci ildə isə
oktyabr çevrilişinin yaratdıqları inkar olundu...
Yaxud öz dövründə F.Listin əsərləri yumşaq şəkildə desək, qəbul
olunmurdu. 2008-ci ilin qlobal iqtisadi böhranı həmin əsərləri (o
cümlədən, marksizmi) yenidən gündəmə gətirdi. Göründüyü kimi, sırf
tarixi anlamda məna sabitliyi yoxdur və ola da bilməz!
Tarix və iqtisad elminin sintezinin “çat” verən digər məqamlarından
biri “tarixin təkrarlanması” tezisinə olan yanaşmadan qaynaqlanır.
Adətən, “tarix təkrar olunmur” deyilir. Aydındır ki, fiziki və xronoloji
aspektdən tarix təkrarlanmır. Amma bunun sosial, yaxud iqtisadi zamana
aidiyyəti yoxdur. qtisadi zaman təkrarlana bilmək xusisiyyətinə
malikdir.
Eyni zamanda, göstərilən rakursdan bəzi tədqiqatçılar tarixin,
ümumiyyətlə, olmadığını qeyd edirlər.
Tarix – hadisələrin ardıcıl gedişidir, əbədi təkrarlanmadır (F.Nitşe).
Yəni, tarix – hadisələrin burulğanında “itir”.
Tarix – insan fəaliyyətinin səlnaməsidir. Bu mənada tarixi proses
ideyadan qaynaqlanmaqla öz yolunu davam etdirir. Məhz ideya müəyyən
edir ki, mövcud situasiyanı daha da yaxşılaşdırmaq üçün nələri dəyişmək,
yaxud əlavə etmək lazımdır. Tarixi hadisələrin öyrənilməsi məhz
ideyadan başlamalıdır. Aydındır ki, sırf bu nöqteyi-nəzərdən tarix
təkrarlana bilməz. Belə ki, hər bir tarixi hadisə - ideyanın (digər
hadisələrdəki ideyadan fərqli) əsas məqsədinə doğru yönələn prosesin
yaratdığı şeydir. Yəni hər bir ideya bir növ innovasiya xarakteri daşıyır.
qtisadi sistem və onu formalaşdıran iqtisadi siyasət də ilkin olaraq
ideyadan qaynaqlanır. Lakin sonrakı prosesdə həmin “ideya” maddiləşir,
münasibətlər kompleksində “əriyir” və “yoxa çıxır”. Tarixi hadisəni
qiymətləndirən iqtisadçı artıq ideyanı deyil, həmin dövrdə formalaşmış
iqtisadi sistemin məzmununu əsas götürür və .... yekun olaraq, həqiqətin
aşkarlanması prosesində “obyektiv” yanılmalara yol verir. Eyni ilə, tarixi
hadisələrin (müxtəlif sivilizasiyalarda baş verən) müqayisəsinin də
mütləq anlamda qəbulu yalnışlıq hesab olunmalıdır. Hər şeydən öncə
tarixi hadisənin səbəbiyyət müstəvisində “yaradıcı” mexanizmləri
Dünya iqtisadiyyatının tarixi
45
aşkarlanmalı, sonraki mərhələdə empirik səviyyə qiymətləndirilməli,
mahiyyət üzrə konseptual ümumiləşdirmə aparılmalı, yalnız bundan
sonra digər analoji hadisələrlə müqayisəsi həyata keçirilməlidir.
Müqayisənin mahiyyət açıqlanmasından önə keçirilməsi dolaşıqlıq
yaratmaqdan qeyri heç bir nəticə verə bilməz.
§2.3. Metodoloji dilemmalar
Sübut etməyə ehtiyac yoxdur ki, hər bir elmin “elmlik” statusu ilə
onun metodologiyası arasında çox ciddi səbəbiyyət bağlılığı mövcuddur.
“Çox ciddi” ifadəsi qaçılmazlıq mənasındadır. Metodologiya – (yunan
mənşəli metod və loqos – “elm”) elmi idrakın quruluşu, metodları və
üsulları haqqında fəlsəfi təlimdir. Əksər hallarda, metodologiyanı
metodun ümumi nəzəriyyəsi də adlandırırlar.
Tarixi – iqtisadiyyatın (o cümlədən, dünya iqtisadiyyatının tarixi)
elmi araşdırmalarında istifadə olunan və bu gün də qüvvədə olan
metodologiyanın ümumi əsasları müxtəlifliyi ilə səciyyələnir. Yəni qeyd
edilən elmi istiqamətin vahid metodoloji konsepsiyası yoxdur.
Dünya iqtisadiyyatının tarixi
46
Şə
kil 2.3. Tarixi-iqtisad elminin metodoloji arsenalı
Göründüyü kimi, vahidlik yoxdur. Bir sıra metodların tətbiqi
(məsələn, eksperiment) ümumiyyətlə mümkünsüzdür və s. Eyni zamanda
dünya iqtisadiyyatının tarixi fənninin inteqrativ xarakter daşıması
metodoloji aspektdə mövcud olan problemləri daha da mürəkkəbləşdirir.
Bu mənada problemi aktuallaşdıran əsas səbəblər iki mənbədən
qaynaqlanır:
1.
Tarix və iqtisad elminin həm fəlsəfəsi, həm də
metodologiyasının adekvat şəkildə inkişaf etməməsi, həqiqətin
aşkarlanması kriteriyələrinin hamı tərəfindən qəbul edilə
biləcək səviyyədə işlənib hazırlanmaması, hər iki elmin
konseptual olaraq leviterizm mərəzindən hələ də xilas ola
bilməməsi;
2.
Hər iki elmə xas olan mücərrəd əqlinəticələr və müqəddəm
şərtlərin inteqrativ bağlılıqda doğurduğu ziddiyyətli məqamlar,
müxtəlif məzmunlu dilemma və dixotomiyaların meydana
çıxması.
Tarixin metodologiyası (o cümlədən, fəlsəfəsi) materializm →
idealizm, dualizm → monizm dilemmaları arasında savaş meydanını
xatırladır.
Qeyd edilən müstəvidə diskussiyalar bu gün də davam etməkdədir.
Metodologiyanın ümumi əsasları
Ümumidrak metodları
- Dialektika
- Abstraksiya
Əsas prinsiplər
- Nəzəriyyə və təc-
rübənin vəhdəti
- Müəyyənlik
- Konkretlilik
- Səbəbiyyət
- nkişaf
- Obyektivlik
- Dərkedilməklik
Empirik-nəzəri
metodlar
- Müşahidə
- Eksperiment
- Ölçmə
- Təsvir
Məntiqi-nəzəri metodlar
1)
Analiz və sintez
2)
nduksiya
3)
Deduksiya
4)
Analogiya
5)
Sair
Metodoloji
yanaşmalar
-Formasiyalı
sistem yanaş-
ması
- Texnoloji
yanaşma
- Sivilizasiya
yanaşması
Dünya iqtisadiyyatının tarixi
47
Q.Rikkert haqlı olaraq göstərirdi ki, tarixlə təbiətşünaslıq elmlərinin
metodları arasında fərq qoymaq lazımdır. Belə ki, təbiətşünaslıq
metodları qanunauyğunluqları müəyyənləşdirməyə yönəlirsə, tarixdə -
fərdi və təkrarolunmazın dərkedilməsi əsas vəzifə kimi ortaya qoyulur.
C.Klark “obyektiv tarixi həqiqətin itirildiyindən”
41
danışırdı. Bu o
deməkdir ki, tarix – sonsuz sayda mənalardan ibarətdir və onların hər biri
ayrı-ayrılqda mötəbər hesab olunmalıdır.
A.Berqsonun intuitivizm fəlsəfəsinə istinad edənlər gerçəkliyin
rasional inikasını tədqiqatçının intiutiv hissinə qarşı qoymağa çalışırdılar.
XIX əsrin sonu – XX əsrin əvvəllərində rus tədqiqatçıları (N. .
Kareev, R.Y.Vipper və s.) materializm, idealizm və ümumiyyətlə hər cür
ziddiyyətlərdən “yüksəkdə” durmağa cəhd etmişdilər. Məsələn, Kareev
42
tarix fəlsəfəsini tarixi biliklərin üçüncü – yüksək pilləsi hesab edirdi
(“tədqiqat” → “quruluş” → “təfəkkür”). Həm də hesab edirdi ki,
materialist və idealistlər, eləcə də dualizm → monizm arasındakı
diskussiyaların heç bir əhəmiyyəti yoxdur. Belə ki, buradan çıxış yolu
tapmaq mümkünsüzdür. O, eyni zamanda O.Kontun, Q.Spenserin və
K.Marksın nəzəriyyələrini qəbul etmir, eklektik sintezin yeganə düzgün
yanaşma olduğunu göstərirdi. R.Vipper də hesab edirdi ki, ayrı-ayrılıqda
həm materialist, həm də idealist yanaşmalar “... natamamdır, kifayətedici
deyil, birtərəflidir”.
43
L.Krasavin,
44
qərb tədqiqatçıları kimi, hesab edirdi ki, tarixin
predmeti – “təkcədir”, “fərdi-təkrarolunmazdır” və “sosial-psixolojidir”
(insanların fəaliyyətində).
Qarşılıqlı uyğunsuzluq (yanaşma tərzlərində) tarixin elmi statusunu
da müəyyən mənada şübhə altına salmışdır. Fransız tarixçisi Ş.Senobos
yazırdı ki: “... tarix elm deyil: O, yalnız xüsusi dərketmə prosesidir.”
45
F.Nitşe və O.Şpenqler tarixi “poeziya”, “incəsənət əsəri” hesab
edirdilər.
46
O.Şpenqler birmənalı olaraq göstərirdi ki, tarixi tarixçilər
yaradır və bunu Qərb metodologiyasının əsas tezisi kimi
səciyyələndirirdi. Fransız tarixçisi P.Veyn
47
hesab edirdi ki, tarixi – elm
41
Карр Э. История и факты // Современные тенденции в буржуазной философии и
методологии истории. Ч.1 и 2., М; 1969.- С.32
42
Кареев Н. Теория исторического знания. СПБ, 1913.- С.10.
43
Виппер Р. Кризис исторической науки. Казань, 1921.- С.13.
44
Красавин Л.П. Введение в истории. Пг. 1920.- С.8.
45
Сеньобос Ш. Исторический метод в применении к социальным наукам. М.,
1902.,
46
Шпенглер О. Закат Европы. Новосибирск., с.5, 1993.- с,160
47
Veyne P. Comment on ecrit histoire. Paris., 1971., p.9-10.
Dünya iqtisadiyyatının tarixi
48
elan etmək, “olmaq” və “bilmək” fellərini dolaşıq salmaq kimi bir şeydir.
Tarix – izahat vermir və onun metodu yoxdur. Eləcə də, postpozitivizmin
banisi K.Popper özünün “Нищета историцизма” əsərində tarixin elmi
statusunu inkar edir, ingilis filosofu və tarixşünası R.Kollinqvud tarixi
prosesin tədqiqatında dialektikanın tətbiqini mümkünsüz hesab etmişdir
və s.
Ümumiyyətlə, materializm → idealizm dilemmasi çərçivəsində
gedən
diskusiyalar
bütövlükdə
tarix
fəlsəfəsinin
eləcə
də
metodologiyanın inkişafında müsbət işarəli rol oynamışdır.
Sırf metodoloji nöqteyi-nəzərdən şübhə yoxdur ki, tarixi prosesdən
səbəbiyyətin “qovalanması” labüd olaraq təsadüfiliyin mütləqləşməsinə
gətirib çıxarır ki, bu da nəticədə sistemləşdirmə və ümumiləşdirmə
aparmağı əhəmiyyətli dərəcədə çətinləşdirir. Tarixə - hadisələrin
tənzimlənməyən axını kimi yanaşmaq onu adi xronikaya çevirir. Hal-
hazırda, qərb tədqiqatçılarının əhəmiyyətli dərəcədə böyük hissəsi tarixin
elmi statusunu qəbul edirlər.
A.Berr
48
yazır ki, “... Tarix – həqiqəti aşkarlamanın formalarından
biridir”, buna görə də onu bellestristikaya aid etmək yalnışlıqdır. Eyni
zamanda, hesab edilir ki, səbəbiyyət anlayışı tarixi şərhin əsas
kateqoriyası deyildir.
Tarixi tədqiqatlarda (o cümlədən, iqtisadi aspektdə) metodoloji
aydınlıq problemi XX əsrin sonlarına yaxın sürətlə aktuallaşmağa
başlamış, axtarış prosesi ziddiyyətli təmayüllərin tam “əsarətinə”
düşmüşdür. Tarixin əlahiddələşməsinə, tarixi biliklərin spesifikliyinin
qabardılmasına,
“antissientik”
istiqamətin
güclənməsinə,
postmodernizmin ön plana çıxarılmasına və s. yönümlərdə edilən cəhdlər
problemə yanaşmada arzuedilən nəticənin əldə olunmasına imkan
yaratmamışdır.
Elmin subyektivist konsepsiyasının dirçəldilməsi, pozitivizmdən
hermenevtikaya, kəmiyyət ölçülərindən keyfiyyət aspektlərinə keçid və s.
problemdən çıxış yolları istiqamətində aparılan axtarış prosesinin
müəyyən bir hissəsini təşkil edir.
49
L.Repina qeyd edir ki, “... Ssientik və humanitar antitezisin,
struktur və antropoloji yanaşmaların, makro və mikro tarixin, tarixi
48
Gardiner P. The Nature of Historical Explanation. London., 1952, p.33.
49
Репина Л.П. «Новая историческая школа» и социальная история. М; 1998.- С.27
Dünya iqtisadiyyatının tarixi
49
prosesə sistemli və dinamik proses kimi yanaşmanın aradan qaldırılması
tələb olunur.”
50
Fransız tarixçi – metodoloqu M.Emarın fikrincə, bu gün tarix
cəmiyyəti öyrənən digər elmlər, konsepsiyalar və hipotezlər üçün açıq
olmalı, metodlar və ümumiyyətlə, problemlərin qoyuluş tərzi əhəmiyyətli
dərəcədə yeniləşməlidir
51
.
Iqtisad elminin metdologiyasi ilə bağlı da analoji situasiya
müşahidə edilməkdədir. Dünya iqtisadiyyatında gedən qloballaşma
prosesi iqtisadi mahiyyət daşiyan hadisələrin daxili təbiətində binar
məntiqə sığmayan yeni keyfiyyət çalarları əmələ gətirmişdir. qtisadi
inkişafın paradiqmasının yeni tələblərə uyğun şəkildə formalaşdırıla
bilməməsi iqtisad elminin mövqelərini əməlli-başlı sarsıtmış, hətta bəzi
məqamlarda onun elmi statusu belə şübhə altına düşmüşdür. Böhranın
təzahür formaları onun mahiyyətindən daha kəskin xarakter almışdır. XX
əsrin sonu XXI əsrin əvvəllərində yaranmış situasiyanı bir sıra amillərlə
izah etmək olar:
1.
Sırf praktiki səciyyə daşıyan problemlərin həllində iqtisadçıların
gücsüzlüyünü;
2.
qtisadi nəzəriyyənin real dünyadan təcridi;
52
3.
Pozitivizmdən gözlənilənlərin alına bilməməsi;
4.
Tarixi və əxlaqi-etik dəyişənlərin nəzərə alınmasına nail ola
bilməmək;
5.
Ekoloji problemlər və gələcək nəsillərlə bağlı narahatçılığın
kəskinləşməsi.
Bütün bunlar yekun olaraq, iqtisadi nəzəriyyənin metodoloji
prinsiplərinə inamsız münasibətin ortaya çıxmasına, ümumiyyətlə,
çıxılmazlıq sindromunun yaranmasına səbəb olmuşdur.
qtisad elminin xeyli müddətdir ki, davam edən böhranı müxtəlif
səpgili baxışların ortalığa çıxarmasına ( daha doğrusu - güclənməsinə)
səbəb olmuşdur. D.Xausman iqtisadiyyatı əlahiddə elm kimi qəbul
edir.
53
F. Mirovskinin fikrincə isə iqtisad elmi – dəqiq elm deyil və “....
50
Yenə orada; c.43.
51
Эмар М. Образование и научная работа в профессии историка: Современные
подходы // Исторические записки. Вып. 1. (119). М., 1995.- С.15.
52
Ананьин О.И. Одинцова М.И. Методология экономической науки: современные
тенденции и проблемы// Истоки. Вып. Ч.М. 2000
53
Hansman D.M. The inexact and separate science of economics. Cambridge University
Press., 1992.
Dünya iqtisadiyyatının tarixi
50
işıqdan çox istilik buraxır.”
54
Bir sıra tədqiqatçılar isə, ümumiyyətlə çox
dərinə gedir və iqtisadiyyatı (neoklassik) elm hesab etmirlər.
55
Sözsüz ki,
qeyd edilən yanaşmaların meydana çıxmasında neoklassizmin
(meynstrim) və yeni klassik iqtisad nəzəriyyəsinin “rolu” danılmazdır.
Əslində, hər şey Valrasdan başlayır. XIX əsrin sonunda L.Valras
siyasi iqtisadi sosial riyaziyyata “dəyişdi”. O, təbiətşünaslığın
metodlarından yararlanmaqla ümid edirdi ki, alınacaq normativ elmi
nəticələr iqtisadçıların “obyektivliyini” tam şəkildə təmin edəcəkdir.
Problemin kökündə siyasi təsirin neytrallaşdırılması dayanırdı
( ctimai seçimin iqtisadiyyatından). Bunun üçün isə yalnız bir tezisi:
istənilən halda yeganə optimal həllini tapmağın mümkünlüyünü – sübut
etmək tələb olunurdu. J.Sapir
56
bu anlamda qeyd edir ki, müasir
meynstrimin (neoklassizm) antidemokratik “davranış”ları məhz
Valrasdan qaynaqlanır.
Faydalılıq funksiyasının inteqrasiya imkanlarının (Q.Loran)
təhlilinin nəticələri neoklassik iqtisadiyyatın Valras-Pareto “sübut”unun
əsassız olduğunu üzə çıxardı. Sonuncular sübut edirdilər ki, tarazlıq –
“təbii” yolla gəlinən situasiyadır.
Bu gün bütün çılpaqlığı ilə aydındır ki, ümumiqtisadi tarazlıq
nəzəriyyəsinin həm keçmiş, indi, həm də gələcək zamanda təsvir etdiyi
şey real iqtisadiyyatdan mahiyyətcə, kənardadır. Məsələn, bu nəzəriyyə
tələb əyrisinin qabarıq olduğunu deyir. Əslində isə, bu istisnadan başqa
bir şey deyildir. Ziddiyyətli, yaxud ziddiyyətlər məqamı da elə buradan
başlayır. Belə ki, qeyd edilən müqəddəm şərtsiz hər hansı bir tarazlığın
dayanıqlılığını nümayiş etdirmək yaxud yalnız bir tarazlıq mövcud
deyiminin həqiqiliyini sübut etmək mümkünsüzdür. Digər tərəfdən,
iqtisadi seçim – sözün geniş mənasında siyasi kontekst daşıyır.
.Stiqlisin
57
gerçəkliyə adekvat yanaşması çərçivəsində ümumi
tarazlıq nəzəriyyəsinin bir çox müddəaları ümumiyyətlə mənasızlaşır.
Məsələn, “işsizliyin təbii səviyyəsi” – mövcudluğu haqqında deyilənlər
çılpaq yanılmadır. Yaxud azad ticarət və maliyyə liberallaşdırılması,
eləcə də dövriyyədə olan pul kütləsinin azaldılması, yaxud infliyasiyanın
54
Mirovski P. More heat than light. Cambridge University Press., 1989.
55
Elchner A.W hy economics is not yet a science// New York., M.E. Sharpe, Armank,
1983, p.205-241.
56
Sapir J. les economists contre la democrate. Paris, 2002
57
Stiqlitz J.E. nformation and the change in the paradigm in economics// American
Economic Review. Vol.92, 2002, N3. p.460-501
Dünya iqtisadiyyatının tarixi
51
minimal səviyyədə saxlanılması ümumiyyətlə, məhvedici təsir göstərə
bilər.
Müasir situasiyanın incələnməsi heç bir şübhə yeri qoymur ki,
metodoloji kasadlığı, rasionalizm deyilən şeyin leviteral yozumunu
iqtisad elminə də aid edək. Bugünkü iqtisadi fikirdə “meynstrim” kimi
qəbul edilən neoklassizm çərçivəsində araşdırdığımız problemlə bağlı hər
hansı bir istinad nöqtəsi tapmaq mümkün deyildir.
Neoklassik nəzəriyyə yalnız “indiki” zamanla məşğuldur. O,
bazarın inkişafını deyil, konkret fəaliyyətini öyrənir. Yəni iqtisadi inkişaf
strategiyasının təhlili və işlənməsində neoklassikanın arsenalından
istifadə etmək mümkünsüzdür. Sözügedən nəzəriyyənin iqtisadi tarixə,
yaxud inkişaf problemlərinə münasibətdə isə əsas diqqəti ya elmi-texniki
tərəqqiyə, ya da son dövrlərdə insan kapitalına investisiya qoyuluşlarına
yetirilir.
Neoklassizm üçün zaman amilinin heç bir əhəmiyyət yoxdur.
Zamanla ilişkisi olmayan nəzəriyyə yalnız “xəyali”, “dəyişim”
nəzəriyyəsi ola bilər. Başqa deyimlə, neoklassizm bir “zamansız iqtisad”
anlamını ortaya qoymaqdadır. Hətta, o dərəcədə ki səbəb-nəticə
əlqaqələri arasında da zaman sürəcinin mövcudluğu nəzərə alınmır. Həm
səbəb, həm də nəticə (bu nəzəriyyəyə görə) eyni vaxtda “peyda” olurlar.
Bu cəhəti, əlbəttə, çox ciddi çatışmazlıq hesab etməklə yanaşı, qeyd
olunmalıdır ki, zaman anlayışına yer verməyən nəzəriyyənin gerçək
dünya ilə əlaqəsi qırılacaqdır.
Göründüyü kimi, metodologiya nöqteyi-nəzərindən maraqlı
məsələlərdən biri “zaman” konseptinə yanaşma tərzi ilə bağlıdır.
Paradiqma dəyişkənliyi, bir nəzəriyyədən digərinə, Meyersonun
dəqiq ifadəsilə “bir eyniyyətdən digər eyniyyətə” keçidlə real dünya
“unudulur”, “yaddan çıxır”, bir sözlə, “itirilir”. Dəyişiklikləri
qiymətləndirərkən keçmişdə olanla gələcəkdə gözləniləni eyniyyətə
gətirməklə dünyanın tarixi gedişini, ümumdünya tarixi prosesi
dayandırmış oluruq. Nəticədə nə baş verir? Zaman – bu eyniyyətlər
paradında “əriyir”, “yoxa çıxır”. Əgər, zaman – öz axarında müxtəlif
məna yüklü dəyişiklikləri ehtiva etmirsə, deməli, o yoxdur. Zaman ayrı-
ayrı fraqmentləri baxımından fərqlənmir və deməli, mövcud deyildir.
Eyni proses məkanla da baş verir. Problemə yanaşmanın qeyd edilən
tərzli məzmun daşıması təbii olaraq, mənasızlıqla yekunlaşacaqdır. Real
dünyanın səbəblərini eyniyyətdə axtarmaq o deməkdir ki, reallıq zaman
dəyişkənliyindən asılı olmayaraq əbədi bir dövretmə ilə həmişə özü
yaxud onun son mənbəyi (öz-özü) ilə eyniyyətdə olacaqdır. Yəni reallıq
Dünya iqtisadiyyatının tarixi
52
dediyimiz şey fərqlənməyən tərkib ünsürlərindən formalaşmaqla
keçmişdən gələcəyə doğru hərəkət edəcəkdir. Bu hal, əslində zamanın
“dayanması” deməkdir. Məhz bu aspektdən tarixi prosesin unitar-
mərhələli interpretasiyası özünün istənilən təzahür formasında zaman
“tələsindən” çıxmaq iqtidarında deyildir.
Dostları ilə paylaş: |