§ 4.8. Tarixi dövrlənmə: Neoevolyusionizm (Yeni təkamül
nəzəriyyəsi)
Neoevolyusionizmin marksizm və modernizm nəzəriyyələri ilə əsas
kəsişmə nöqtəsi bir xətlilik prinsipindən çıxış etməsidir. Bu nəzəriyyəyə
görə sosial təkamül ardıcıl diferensasiya və inteqrasiya vasitəsilə nisbi
qeyri-müəyyənlik və daxili əlaqələri olmayan homogenlikdən nisbi
müəyyən və daxili əlaqəli formalaşmış heterogenliyə keçiddir.
108
lk
olaraq L.Uayt mədəni təkamüldə iki mərhələ: “primitiv” cəmiyyət və
sivilizasiya, həmçinin mərhələli keçidin realizasiyasında 3 inqilabı –
aqrar, yanacaq və “nüvə yanacağı” - fərqləndirmişdir. XX əsrin 60-cı
illərində bir qrup antropoloq
109
tərəfindən tarixi dövrlənməyə yanaşmanın
daha geniş yayılmış sxemi ortalığa qoyuldu.
Bu yanaşmaya görə insan birliklərinin ilkin forması “lokal qruplar”
olmuşdur. Bu birliklərin eqalitar (bərabər) ictimai struktura malik olmuş
“istehsal” iqtisadiyyatına (əkinçilik və maldarlıq) keçidlə bağlı icma və
qəbilələr yaranmış, icmalararası liderlik institutu meydana çıxmışdır.
Növbəti mərhələdə (вождество) sosial təbəqələşmə getmiş, əsas insan
107
Коротаев А.В., Малков А.С., Халтурина Д.А. Законы истории: Математическое
моделирование развития Мир-системы. Демография, Экономика, Культура. М.:
Комкнига / URSS., 2007
108
Carneiro R. Chiefdom-Level Warfare as Exemplified in Fiji and the Causa vallery,
Cambridge, UK; 1990,
p.190-211
109
Салинз М. Экономика каменного века. М.: ОГИ, 1999.
Dünya iqtisadiyyatının tarixi
104
kütləsi idarəetmə sferasından kənarlaşdırılmışdır. Sonrakı mərhələdə
dövlət meydana gəlmişdir. Qeyd edilən konseptual baxış dəfələrlə təftiş
edilmiş və onun məzmununda müəyyən dəyişikliklər aparılmışdır.
Məsələn, bir qrup tədqiqatçı
110
qəbilənin təkamülün mərhələsi olmasını
şübhə ilə qarşılamış, digərləri
111
industrializməqədəri epoxanın dövləti ilə
“industrial” dövləti (dövlət-millət) ayırmağın zəruriliyi fikrini irəli
sürmüşdür və s. Çox vaxt birincini “arxaik”, yaxud “ilkin” dövlət
adlandırırlar. M.Fridin konsepsiyasında sosial təkamülün 4 səviyyəsi
fərqləndirilir: eqalitar, təbəqələşmə, təbəqələşmiş cəmiyyət, dövlət.
R.Adams
112
isə hakimiyyətin formalarının təkamülü prosesinə enerji
üzərində nəzarətin artımı aspektində yanaşmış və sosial inteqrasiyanın 6
səviyyəsini göstərmişdir:
1) Lokal qruplar; 2) Əyalət (вождество); 3) Ştat/ krallıq; 4) Milli
səviyyə; 5)Beynəlmillələşmə səviyyəsi; 6) Dünya səviyyəsi.
Hər bir səviyyə iki paralel axına bölünür – mərkəzləşdirilmiş və
razılaşdırılmış vahidlər. Mərkəzləşdirilmiş vahidlər M.Calinzin
inteqrasiya səviyyələri ilə üst-üstə düşür. Razılaşdırılmış vahidlərə isə
qəbilədən tutmuş BMT-ə qədər inteqrativ formalar aid edilir.
Ümumiyyətlə, Klassenin bir fikri ilə razılaşmaq olar ki, sosial təkamül –
cəmiyyətin bir struktur vəziyyətdən digərinə keçidinin keyfiyyətcə
yenidən təşkilidir. Müasir neoevolyusionizm özünün klassik variantından
fərqli olaraq sosiomədəni təkamülün çoxxətliliyi ideyasına qəbuledilməz
bir şey kimi baxmır.
§4.9. Tarixi dövrlənmə: çoxxətli nəzəriyyələr
Bu nəzəriyyələr tarixi prosesin xətti interpretasiyası ilə diskret
(sivilizasiyalı yanaşma) şərhi arasında orta mövqe tutur.
113
Daha konkret
şəkildə, bu o deməkdir ki, çoxxətli nəzəriyyələr eyni vaxt ərzində bir
neçə müstəvidə dünya tarixinin müxtəlif məzmunlu “ölçülməsi” ilə
məşğul olur.
110
Earle T. Chiefdams in Archaelogical and Ethnohistorical Perspective. Annual Re-
view of Anthropology, 1987. p.279-308
111
Классен Х.Й.М. Проблемы, парадоксы и перспективы эволюционизма. Аль-
тернативные пути к цивилизации. М; Логос, 2000.- С. 6-23
112
Adams R. Energy and Structure. A Theory of Social Poüer. Austin, TX; University
of texas press; 1975
113
Павленко Ю.В. Альтернативные подходы к осмыслению истории и проблема
их синтеза. Философия и общество 3. Киев., 1997.- С. 93-130
Dünya iqtisadiyyatının tarixi
105
Həmin müxtəliflik “tamamlama” prinsipinə uyğun şəkildə
ümumiləşdirilir və öyrənilən konkret hadisənin ümumdünya tarixi
prosesində yeri və rolu haqqında yekun təsəvvür yaradılır. Çoxxətli
yanaşma ideyasına ilk dəfə Ş.Monteskye müraciət etmiş, lakin ilk
konseptual baxış K.Marksın iqtisadi əlyazmalarında (1857-1861) ortalığa
qoyulmuşdur. Ümumiyyətlə, ilkin nəzəri ümumiləşdirmə K.Marks və
F.Engelsin Asiya istehsal üsulu ilə bağlı formalaşdırdıqları mövqedə öz
əksini tapmışdır.
K.Marks kapitalizməqədərki dövrü (sözügedən əsərində) üç
mərhələyə: Asiya, antik və alman-bölmüşdür ki, hər bir mərhələni də
dövlətçiliyə keçidin müstəqil modeli kimi qəbul etmək olar. kinci ideya
F.Engelsin “Anti-Dürinq” əsərində formalaşdırılmışdır ki, burada da
dövlətin təşəkkülünün iki yolundan bəhs olunur:
Şərq və antik. Yanaşma çoxluğu içərisində ən geniş yayılmışlardan
biri K.Vittfoqelin ikixətli nəzəriyyəsidir. Bu yanaşma birmənalı olaraq
Şərq→Qərb fərqliliyinə söykənir. “Asiya istehsal üsulunun” digər
tərəfdarları da bu mövqeni dəstəkləmişlər.
114
XX əsrin sonlarına yaxın
siyasi antropologiyadan yararlanan tədqiqatçılar, hətta “Asiya” yerinə
“dövlət istehsal üsulu” termini işlətməyi məqsədəuyğun hesab etməyə
başladılar. Antik model isə daha çox “xüsusi mülkiyyət istehsal üsulu”
kimi qəbul edilirdi. Eyni zamanda, Asiya, antik və alman modellərinin
vahidliyin hissələri və tarixi inkişafın mütəqil xətləri kimi
interpretasiyasına
söykənməklə
daha
mürəkkəb
modellər
formalaşdırılmağa başlandı. Fursovun
115
fikrincə, ümumdünya tarixi
proses iki müstəvidə gedir: Asiya modeli (dalana aparıb çıxarır və sistem
fərd üzərində hökmran mövqedə olur) və Qərb modeli (tərəqqiyə aparan
yol). M.Qodelyerin
116
mövqeyi isə belədir ki, həm Asiya, həm də antik
modellər çıxılmazlıq yaradır (dalana aparır), belə ki, müvafiq olaraq
yalnız asiya və yalnız quldarlıq istehsal üsulları ilə nəticələnirlər. Yalnız
alman modeli feodalizmə və məntiqi bağlılıqla kapitalizmə gətirib
çıxarır. O qeyd edir ki, hətta Yaponiya kapitalizmi Qərbdən “idxal”
edibdir. K.Melloti
117
isə təkamül variantlarının sayını 5-ə çatdırır:
114
Текен Ф.К теории общественных формаций. М.: Прогресс, 1975.
115
Фурсов А.И. Восток, Запад, капитализм. Капитализм на Востоке во второй по-
ловине XX века. М; Восточная литература.- С. 16-131
116
Godelier M. La notion de “production asiatique” et les schemas Marxistes devolution
des societes. Paris; 1969., p.7-100
117
Melotti K.D. Mark and the Third World. London; Macmillan., 1977
Dünya iqtisadiyyatının tarixi
106
bürokratik sosializmə aparan “rus” yolu və yapon kapitalizmini
formalaşdıran arxaik alman modeli.
Eyni zamanda, Qərb və Şərq arasındaki fərqliliyin heç də əsas rol
oynamadığı fikrində olan tədqiqatçılar isə “Monteskye qanununa”
əsaslanmaqla göstərirlər ki, cəmiyyətin ölçüsü ilə (iriliyi, yaxud kiçikliyi)
siyasi rejimin tipi arasında korrelyasiya əlaqəsi mövcuddur. Bu anlamda
ki, kiçik cəmiyyətlərə republika, orta səviyyəli cəmiyyətlərə - monarxiya,
böyük cəmiyyətlərə isə - despotizm xasdır.
Bu yönündə aparılan tədqiqatların əsas obyekti kimi dağlı xalqların
tarixi inkişaf prosesi çıxış edir. Yanaşmanın xüsusi olaraq vurğuladığı
məqam sosial təkamülün ikixətli olduğunu qabartmaqla bağlıdır. Yəni
iyerarxik strukturla yanaşı idarəetmənin, yaxud cəmiyyətin qeyri-
iyerarxik struktura malikliyi də tarixi fakt kimi ortalığa qoyulur. Bir sıra
tədqiqatçılar
118
qeyd
edilənləri
iyerarxiya→heterarxiya,
şəbəkə
→korporativ strategiya tipli dixotomiyalar kimi nəzərdən keçirirlər.
Çoxxətli yanaşmanın bu gün üçün kifayət qədər önəmli xarakter
daşıyan müddəalarından biri qədim yunan və Roma cəmiyyətlərinin
dövləti olmayan cəmiyyətlər kimi səciyyələndirilmələridir.
Bu məntiqlə yanaşsaq onda belə alınır ki, polis (şəhər) dövlət deyil,
buna görə də dövlətsiz cəmiyyəti ibtidai icma dövrünə aid etmək
yanlışlıqdır. Deməli, sivilizasiyanın mövcudluğu öz-özlüyündə dövlətin
mövcudluğu anlamına gəlmir. Tezisin empirik təsdiqi isə yalnız köçəri-
maldar tayfalarının tarixində yer almaqdadır.
§ 4.10. Tarixi dövrlənmədə müxtəlif konsepsiyaların xülasəsi
Tarixi prosesin ilk ciddi dövrlənməsi məhz L.Morqanın (1818-
1881) konsepsiyasında öz əksini tapmışdır. Yanaşmanın əsas nöqsan
cəhəti kimi, dövrlənmə kriterisinin yalnız texniki, istehsal amilləri ilə
məhdudlaşdırılmasında, bütövlükdə iqtisadiyyatın prosesdən sərf-nəzər
edilməsindədir (şəkil 4.4).
V.Oyken (1891-1950) tarixi dövrlənmədə əsas kriteri kimi
təsərrüfatın idarəedilməsi formasını götürməyi təklif edirdi. Bu yanaşma
öz məntiqi köklərini “Təsərrüfatın ideal tipləri” konsepsiyasından
götürmüşdür. darəetmə baxımından V.Oyken iki növü fərqləndirir:
118
Bondarenko D.M. Homoarchy: A principle of Cultures Organizatiom. The 13-th –
19-th Centuries Benin Kingdom as a Nonstate Supercamplex Society. M., KomKniqa/
URSS., 2006.
Dünya iqtisadiyyatının tarixi
107
1. Mərkəzləşdirilmiş idarəetmə təsərrüfatı (totalitarizm).
2. Bazar təsərrüfatı;
Neoliberallar birinci növə aşağıdakiları aid edirlər:
1.
cma;
2.
Quldarlıq;
3.
Qədim Misir və Roma təsərrüfatları;
4.
Feodalizm;
5.
Nasist kapitalist təsərrüfatı;
6.
Sosializm.
Yanaşma
tərzinə
görə
sadalananlar
birmənalı
olaraq
mərkəzləşdirilmiş idarəetmə təsərrüfatına (totalitarizm, kollektivizm,
qapalı cəmiyyət, məcburi təsərrüfat qaydaları və s.) aiddir.
V.Oyken, eyni zamanda mərkəzləşdirilmiş idarəetmə təsərrüfatın
mülkiyyətə münasibətdə də (xüsusi mülkiyyət, kollektiv mülkiyyət)
təsnifləşdirirdi.
Sosial-bazar təsərrüfatını liberallar ideal tip hesab edirlər.
Neoliberalizmin əsas ideoloqlarından biri – V.Repke (1899-1967) həmin
təsərrüfata xas olan əsas cəhətləri aşağıdaki kimi sıralayır:
1.
Personalizm (kollektivizmin əksinə olaraq);
2.
Azadlıq (hakimiyyətin təmərgüzləşməsinin əksinə olaraq);
3.
Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq);
4.
radəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq).
Qeyd edilən yanaşmanın əsas nöqsan cəhətləri ondan ibarətdir ki,
əvvəla, təhlilin obyekti kimi real deyil, “ideal” təsərrüfat tipləri çıxış edir;
ikincisi, bir qrup hadisənin qanunauyğunluğu olduğu kimi digər qrupa
şamil edilir. Yəni söhbət, sözün həqiqi mənasında, primitiv sofizmə
əsaslanmaqdan gedir.
Alman tarixi məktəbinin parlaq nümayəndələrindən biri olan F.List
sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin 5 mərhələsini
fərqləndirir:
1.
Vəhşilik;
2.
Maldarlıq;
3.
Əkinçilik;
4.
Əkinçilik-manufaktura;
5.
Əkinçilk-manufaktura-kommersiya.
P.Maslovun tarixi yanaşmasında əsas çıxış nöqtəsi kimi bir
mərhələdən digərinə keçiddə ekstensiv inkişafın gələcək
imkanlarının yoxluğu götürülür.
Dünya iqtisadiyyatının tarixi
108
Şə
kil 4.4. Tarixi dövrlənmənin L.Morqan təsnifatı
Yəni keçid – birbaşa ekstensiv inkişafın potensialından asılıdır və
bu nöqteyi-nəzərdən də 5 mərhələni fərqləndirmək olar:
1.
Qapalı (təcrid olunmuş) cəmiyyət;
2.
Geniş təsərrüfat (sənətkarlığın ilkin yaranışı);
3.
Rayon təsərrüfatı (şəhər və kənd arasında mübadilənin
genişlənməsi).
4.
Milli təsərrüfat (manufakturaların meydana gəlməsi);
5.
Dünya təsərrüfatı (fabrikin hökmranlığı).
Тарихи просесин дюврлянмяси
Ы мярщяля: Вящшилик
Мярщяляляр
Ы мярщяля: Байтарлыг
-Ашаьы мярщяля: Инсан нясли-
нин ушаглыьы;
-Орта мярщяля: Балыьын гида
кими истифадяси вя одун йа-
ранмасы;
- Али мярщяля: Ох вя каманын
ижады, овчулуг ясас фяалиййят
кими
-Ашаьы мярщяля: Дулушсчу
инжясяняти;
-Орта мярщяля: Шяргдя вящши
щейванлар ящлиляшдирилир, Гяр-
бдя суварма йолу иля мядяни
биткиляр йетишдирилир, эцн ал-
тында гурумуш кярпижлярдян
тикинтидя истифадя олунур;
- Али мярщяля: Дямир филизи
яридилир. Щярфляр йараныр. Бу
мярщяля, йунанларын гящря-
манлыг дюврц (б.е.я. ЫХ-ВЫ
ясрляр), Ромайа гядярки
италйан тайфалары (б.е.я. 753
ил), алманлар (б.е.я. 58-117-жи
илляри) аиддир.
ЫЫЫ мярщяля: Сивилизасийа
- Ямтяя истещсалы; метал пул-
лар; тажирлярин мейдана эял-
мяси; хцсуси мцлкиййятин
йаранмасы; гул ямяйи
Dünya iqtisadiyyatının tarixi
109
K.Bulüherdən sonra marksist ictimai-iqtisadi formasiyalar
nəzəriyyəsinə ikinci etiraz U.Rostoudan (1916) gəldi. O, “ qtisadi artımın
mərhələləri. Qeyri-kommunist manifesti” (1960) əsərində marksist sxemə
qarşı çıxan U.Rostou əsas kriteri kimi istehsalın və adambaşına gəlirlərin
əldə edilmiş səviyyəsindən çıxış etməklə cəmiyyətin inkişaf tarixini 5
mərhələyə bölmüşdür.
C miyy t
ə
ə
in inkişaf mərhələləri
Ə ə ə
n n vi
c miyy t
ə
ə
m rh l si
ə ə ə
Keçid c miyy ti
ə
ə
yaxud ir lil yi
ə ə şin
ilkin şərtlərinin
yarad
ılması
m rh l si
ə ə ə
H lledici
ə
ir lil yi
ə ə ş
m rh l si
ə ə ə
Yetkinlik
m rh l si
ə ə ə
Yüks k
ə
kütl vi
ə
istehlak
m rh l si
ə ə ə
- Bütün Şərq
tiranl
ığı;
-Yunan-Roma
sivilizasiyas
ı;
-orta əsr Av -
ropas
ı
(XVIIəsrin
sonuna q d r)
ə ə
- Avropa:
XVII-XVIII
əsrin
ə ə ə
vv ll ri;
XVIII-XIX srl r:
ə ə
- ngilt rə
ə - 1783-cü il;
-Fransa - 1860;
-
Ş
Ab - 1860;
-Rusiya - 1914;
-Kanada - 1914;
-Hindistan - 1950;
-Çin - 1950
- ngilt r
ə ə - 850 ;
1
-ABŞ - 1900;
-Almaniya v
ə
Fransa - 1910;
-Yaponiya - 1940;
-Kanada -1950.
nki af
ş
etmiş
ölk l rd
ə ə ə
müasir
dövr
Şə
kil 4.5. Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatı
U.Rostou sonuncu mərhələlərin əsas əlamətləri sırasına tikintidə
(şəhərətrafı, yol və s.) sıçrayış, avtomobil sənayesinin və bütövlükdə
xidmət sferasının güclü inkişaf tempini daxil edir.
Ümumiyyətlə, U.Rostou ənənəvi və müasir cəmiyyət arasındakı
fərqi əhalinin artımı və kapital qoyuluşunun səviyyəsi arasındakı nisbətlə
izah edir.
Yəni, əgər əhalinin artımına münasibətdə kapital qoyuluşunun
səviyyəsi aşağıdırsa, onda söhbət ənənəvi cəmiyyətdən gedir və s. Bu
Dünya iqtisadiyyatının tarixi
110
baxımdan, eləcə də tarixi prosesin əvvəlki dövrlənməsindən çıxış etməklə
“ənənəvi cəmiyyət” anlayışını dərk etmək mümkündür. Lakin Rostounun
sonrakı mərhələləri yeniləşmənin birtərəfli şərhindən başqa bir şey
deyildir.
“ qtisadi artımın mərhələləri” nəzəriyyəsi mahiyyətcə ümumdünya
tarixinin ənənəvi, industrial və postindustrial cəmiyyətlərə bölgüsünə
yaxındır.
Bu dövrlənmədə əmək vasitələrinin inkişafı əsas kriteri kimi
götürülmüşdür. Yəni hər iki halda bütöv sosiotarixi və sosiomədəni
orqanizm
kimi
cəmiyyətin
təkamül
prosesinin
sistemli
qiymətləndirilməsinə rast gəlmirik.
Daha konkret formada U.Rostounun “ qtisadi artımın mərhələləri”
nəzəriyyəsinin əsas nöqsan cəhətlərinə aşağıdakıları da aid edə bilərik:
1.
btidai dövrə ümumiyyətlə, baxılmır. Yəni nəzəriyyə
tarixi prosesi bütövlükdə deyil, yalnız son 250 illik dövrü
əhatə edir.
2.
Yuxarıda da qeyd etdiyimiz kimi, ictimai tərəqqinin
mürəkkəb konstruksiyası birölçülü texniki determinizm
prinsipinə aid edilir.
3.
qtisadi artıma sırf mexanistik yanaşma sərgilənir.
A.Frank
119
modernləşmənin xətti-mərhələli konsepsiyasını kəskin
şəkildə tənqid etməklə U.Rostounun “ qtisadi artım mərhələləri”
nəzəriyyəsini ümumiyyətlə, inkar edir. Onun fikrincə, Rostounun
sözügedən nəzəriyyəsi iqtisadi cəhətdən geri qalmış ölkələrin nə keçmişi,
nə də “indisi” ilə heç cür səsləşmir.
Yuxarıda da qeyd etdiyimiz kimi, U.Rostou üçün “ənənəvi
cəmiyyət = iqtisadi cəhətdən geri qalmış ölkə” eyniyyət təşkil edir.
qtisadi gerilik – birinci mərhələdir və bundan sonra inkişaf başlayır.
Lakin tarixi faktlar bu yanaşmanın gerçəkliyə adekvat olmadığını ortalığa
qoyur. Məsələn, Latın Amerikasında iqtisadi gerilik 400 ildir davam edir,
amma inkişaf təmayüllərini heç “üfüqdə” də görmək mümkün deyildir.
Bu gün dünyada elə bir cəmiyyət tapmaq mümkün deyildir ki,
“ənənəvi”liyə uyğun gəlsin. Onlar, eyni zamanda Rostounun ikinci
mərhələsinə - keçid mərhələsinə də uyğun gəlmirlər.
Gerilik – nə ilkin, nə də ənənəvi vəziyyət deyil. Gerilik – inkişaf
etmiş ölkələrin istismarının nəticəsidir.
119
Frank A.G. Sosiology of Development and Underdevelopment of Sosiology//
N.Y.1969
Dünya iqtisadiyyatının tarixi
111
Frank Rostou yanaşmasının digər bir cəhətini də diqqət mərkəzinə
çıxarır. Belə ki, sözügedən nəzəriyyədə inkişaf etmiş ölkələr sanki bütün
dünyadan təcrid olunmuş yolla gediblər və gedirlər. Əslində isə, bu
ölkələrin inkişafı qalan dünyanın geriliyindən qaynaqlanır.
.Vallerstayn U.Rostounu ngiltərə modelini qlobal miqyasda
yeganə düzgün olan kimi təqdim etməkdə günahlandırır. Bütün ölkələr
məhz həmin model çərçivəsində inkişaf etməlidirlər. “... Lakin təhlil
etmək lazımdır ki, bir mərhələdən digərinə keçid necə baş verir, nədən
bəzi millətlər digərləri ilə müqayisədə, ləng hərəkət edirlər və nəhayət, nə
etmək lazımdır ki, “artım” prosesi sürətlənsin?”
120
Amerikan sosioloqu Daniel Bell (1919) marksist və “industrial
cəmiyyət” konsepsiyalarının yalnız “bir ox” ətradında firlandıqlarını
(marksizm – iqtisadiyyat; “industrial cəmiyyət” – texnoloji, yaxud
texniki dəyişikliklər “oxu”) tənqid edərək, “Postindustrial cəmiyyət”
nəzəriyyəsini irəli sürür.
Tarixi dövrlənməyə yanaşmada əsas kriteri kimi texniki-iqtisadi,
mədəni və siyasi sferalardakı dəyişikliklərə söykənir. O, cəmiyyətə
texnologiya və biliklər prizmasından baxır. Bu prizmadan yanaşmaqla
amerikan cəmiyyətinin “postindustrial” olmasının 5 əlamətini göstərir:
1.
Əmtəə istehsalından xidmət istehsalına keçid;
2.
Peşəkar mütəxəssislər və texniki işçilərin xüsusi çəkisinin
böyüklüyü;
3.
Nəzəri biliyin aparıcı rolu;
4.
Texniki-iqtisadi mühitin texnologiyalar üzərində nəzarətə
istiqamətlənməsi;
5.
Yeni intellektual texnologiyalar əsasında qərarların qəbulunun
təminatı;
Ədalət naminə qeyd etmək lazımdır ki, D.Bell kifayət qədər pozitiv
olan məqamları görə bilmişdir:
1.
Elmin artan rolu;
2.
Elmin insan fəaliyyətinin mühüm sferasına çevrilməsi;
3.
Məşğulluq sferasında proqressiv dəyişikliklər;
4.
Kooperasiya olunmuş əməyin rolunun artması və s.
Cə dvə l 4.10
120
Wallerstein I. The Present State of the Debate on World ntequality // Montreal,
1975, p.14.
Dünya iqtisadiyyatının tarixi
112
Texnoloji amilə ə sasə n cə miyyə tin tarixi tiplə ri
Cəmiyyətin sosial təşkili
tipləri
Hakim olduğu
ölkələr
Xarakteri
Həyat
fəaliyyətinin əsas
istinad nöqtəsi
1. ndustrializmə qədərki tip
Afrika, Latın
Amerikası,
Cənubi Asiya
Əkinçilik,
heyvandarlıq,
balıqçılıq, dağ-
mədən, meşə
sənayesi.
nsan → təbiət
münasibətləri
2. ndustrial tip
Şimali
Amerika,
Avropa, keçmiş
sovet
respublikaları,
Yaponiya
Kütləvi
istehlak
malları
istehsalı
nsan →
yeniləşmiş təbiət
münasibətləri
3. Postindustrial tip
ABŞ, Yaponiya
(yeni başlayır)
Xidmət
istehsalı.
nformasiyanın
əldə edilməsi,
emalı,
saxlanması və
istifadəsinə
yönəlik əmək
məsrəfləri
“ nsan→insan”
münasibətləri
D.Bellin konsepsiyası “xidmət” iqtisadiyyatın məzmun açıqlanması
baxımından təqdirəlayiqdir (baxmayaraq ki, tarixi aspektdə elə bir
əhəmiyyətli
rol
oynamır).
“Xidmət”
iqtisadiyyatının
ilkin
parametrlərindən biri iqtisadi məşğul əhalinin sahələr üzrə strukturudur.
Belə ki, Afrikada məşğul əhalinin 2/3 hissəsi kənd təsərrüfatında çalışır.
ABŞ-da bu göstərici 3%-dən də azdır.
ABŞ əhalisinin 1/3 hissəsi sənayedə, 2/3 hissəsi xidmət sferasında
çalışır. Kəskin fərqlərin yaranması elmi-texniki tərəqqi ilə bağlıdır.
nkişaf etmiş ölkələrdə kənd təsərrüfatında əmək məhsuldarlığı inkişaf
etməkdə olan ölkələrin analoji göstəricisindən 15 dəfə yüksəkdir.
Postindustrial ölkələr üçün insan fəaliyyətinin bütün sferalarında
elm və texnikanın nailiyyətlərindən geniş istifadə ilə yanaşı, fundamental
elmlərin inkişafına istinadla daha təkmil texnologiyaların tətbiqi də
xasdır.
Əsas nöqsan cəhət kimi isə onu göstərmək olar ki, D.Bell yalnız
texniki-iqtisadi təmayüllərin təhlili əsasında ictimai inkişaf nəzəriyyəsi
qurmağın mümkünlüyünü sübut etməyə çalışırdı.
Dünya iqtisadiyyatının tarixi
113
Fərqli yanaşmalardan biri – amerikan sosioloqu və iqtisadçısı
D.Helbreytin “Yeni industrial cəmiyyət” nəzəriyyəsidir (şəkil 4.6). Bu
nəzəriyyə XX əsrin sonuna yaxın olan zaman üçün tarixin dövrlənməsini
əhatə edir. D.Helbreyt marksist yanaşmanın əksinə olaraq kapitalist
istehsalının əsas qanununu – maksimum mənfəətə yönəllik fəaliyyəti
inkar edir. O hesab edir ki, müasir korporasiyaların birinci və əsas
məqsədi texnostrukturun maksimal artım tempi və mənfəətin qarant
səviyyəsidir.
Şə
kil 4.6. Tarixi dövrlə nmə nin D.Helbreyt versiyası
Bu qəbildən olan digər nəzəriyyə fransız sosioloqu R.Aron
tərəfindən irəli sürülmüşdür. Onun “Vahid industrial cəmiyyət”
nəzəriyyəsi 5 əsas xarakterik cəhəti ilə səiyyələnir (şəkil.4.7).
Tarixi dövrlənmə: klassik və
müasir kapitalizm
“Yeni industrial
cəmiyyət”
Xarakteristikası
Klassik kapitalizm
“Yeni” kapitalizm
ctimai istehsalın
əsas hissəsinin
azsaylı sənaye
korporasiyalarının
əlində cəmlənməsi
ndividual
mülkiyyətçiliyin
hökmranlığı
ri korporativ mül-
kiyyət: korporati-
vizm prinsipi
Korporativ istehsal
çərçivəsində
“texnostrukturun”
yaranması
Sahibkarın özü
idarə edir
darəetmə sferası:
xüsusi sosial insti-
tut-texnostruktura
Korporativ və dövlət
planlaşdırılması
Əsas tənzimləyici
- Bazar
Dövlət və
korporativ
planlaşdırma
Dünya iqtisadiyyatının tarixi
114
Şə
kil 4.7. Tarixi dövrlənmənin R.Aron versiyası
Maraq doğuran yanaşmalardan biri də E.Tofferin (1928)
“Superindustrializm” nəzəriyyəsidir. “Üçüncü dalğa”(N.Y. 1980 – ingilis
dilində) əsərində E.Toffer tarixi dövrlənmədə əsas kriteri kimi “dəyişiklik
dalğalarının” ardıcıl növbələşməsini götürmşdür (şəkil 4.8).
Ənənəvi cəmiyyət
Vahid industrial
cəmiyyət
Birlikdə olmuşdur. Ailə-
təsərrüfat funksiyasını
yerinə yetirirdi
Ayrıdırlar
şçinin qabiliyyəti əsasında
Texnika və
texnologiyanın
xüsusiyyətləri
əsasında
Olmayıbdır
Əsas şərtlərdən
biridir
Primitiv səviyyədə
Əsas rol oynayır
Olmayıbdır
Güclü
təmərküzləşmə
Tarixi dövrlə nmə : ə nə nə vi və müasir
cə miyyə t
Xarakterik
əlamətlər
Müəssisə →
Ailə
münasibətləri
Texnoloji əmək
bölgüsü
Kapital yığımı
qtisadi hesab
(planlaşdırma
və s.)
şçi qüvvəsinin
təmər-
güzləşməsi
Dünya iqtisadiyyatının tarixi
115
Şə
kil 4.8. Tarixi dövrlə nmə nin E.Toffer tə snifatı
ndustrializmin böhranından çıxış etməklə “Super-industrializm”
nəzəriyyəsini irəli sürən E.Tofflerin yanaşma tərzindəki zəif məqamları
əksər tənqidçilər (azsaylı olsalar da) sosial dəyişikliklərin elm və
texnikadakı dəyişikliklərə bağlamasında görürlər.
“ ndustrial”
və
“postindustrial”
nəzəriyyələrin
fərqli
xüsusiyyətlərinə baxmayaraq, onların hamısı modernləşmə prosesini
aşağıdaki sosial dəyişikliklərlə bağlayırlar:
1.
Yerli bazarların dünya bazarlarına qovuşması;
2.
Qeyri-iqtisadi məcburetmənin ləğvi;
3.
Sosial proseslərin dinamikliyinin kəskin artımı;
Tarixin dövrlə nmə si
Də yiş iklik dalğ aları
Planetar dəyişiklik
dalğası, yaxud
sivilizasiyanın
industrial dalğası.
Avropa – XVIII
əsr (sənaye
inqilabı
)
Sivilizasiyanın
super indus-
trial dalğası;
XX əsrin 60-cı
illəri
-
Bərpa edilən enerji mənbələrinə əsaslanmaqla həyatın
yeni obrazının yaradılması;
-
Standartlaşdırılmış kütləvi istehsaldan – zavod
konveyerlərindən imtina;
-
Məktəb, korporasiya və s. yönümdə yeniləşmə.
Ə
SAS Ə LAMƏ TLƏ R
Sivilizasiyanın
aqrar dalğası;
b.e.ə. 10
minillik
Dünya iqtisadiyyatının tarixi
116
4.
Əməyin peşəkarlaşması;
5.
stehsalçı və istehlakçı rolların bölünməsi və s.
Qilderbrant
121
– Blüxerin
122
3 mərhələli modeli:
Alman alimləri (XIX əsr) təsərrüfatın tarixini 3 mərhələyə
bölmüşlər. Bölgü yaxud dövrlənmə əmtəənin (məhsulun) istehsalçıdan
istehlakçıya çatdırılması yolunun uzunluğu prinsipə söykənir:
-
“Təbii”, natural (yaxud ev) təsərrüfatı: ən qədim dövrdən
XII əsrin ortalarına qədər davam etmişdir. Məhsulun
çatdırılma yolunun uzunluğu bir mildən çox deyil (tarladan,
yaxud bostandan dəyirmana və oradan da istehlakçıya).
-
“Pul”(yaxud şəhər) təsərrüfatı: XII əsrin ortalarından XVIII
əsrin sonuna qədər davam etmişdir. Məhsulun istehlakçıya
çatdırılma yolunun uzunluğu bir neçə mildən 10 və daha
çox
milə
qədərdir
(Tarladan
yaxud
sənətkarın
emalatxanasından şəhər bazarları, yaxud yarmarkalar
vasitəsi ilə tacirlər tərəfindən istehlakçıya çatdırılma:)
-
“Kredit” (yaxud xalq) təsərrüfatı: XIX əsrdən başlanır.
Məhsulun çatdırılma yolunun uzunluğu yüz, min və daha
çox mildir.
Tarixi-xronoloji yanaşma: Aralıq dənizi regionu xalqlarının
tarixinə münasibətdə istifadə olunan ənənəvi yanaşmadır: 7 dövr
fərqləndirilir:
1.
Qədim dövr – XXXIII – VIII (b.e.ə.). Əmək
bölgüsü; əsas sosial institutlar – ailə, icma, mülkiyət,
hüquq, dövlət, din yaranmışdır;
2.
Antik dövr – b.e.ə. VII əsrdən b.e. V əsrinə qədər
olan dövr: Sənətkarlıq, ticarət, xüsusi mülkiyyət
(torpaq üzərində) və qullar meydana gəlmişdir.
3.
Orta əsrlər – VI-XV əsrlər: Müstəqil şəhərlər
yarandı, Avropanın əsas millətləri formalaşdı;
4.
ntibah dövrü – XV əsrin ortalarından XVII əsrin
ortalarına qədərki dövr. lkin kapital yığımı və
böyük coğrafi kəşflər dövrü.
121
Б.Гильдербранд. Политическая экономия настоящего и будущего. СПБ. 1860.-
С. 61-72
122
К. Вюхер. Возникновение народного хозяйства. Директмедиа Паблишинг; 1907
Dünya iqtisadiyyatının tarixi
117
5.
Maarifçilik dövrü – XVII əsrin ortalarından XVIII
əsrin sonuna qədərkı dövr. Dünyanın ərazicə
bölünməsi baş verdi.
6.
Azad rəqabət dövrü – XVIII əsrin sonu XIX əsrin
ikinci yarısına qədərki dövr. Sənaye inqilabı.
7.
nhisar rəqabəti dövrü – XIX əsrin sonu XX əsrin
40-50-ci
illərinə
qədərki
dövr.
Kapitalın
təmərgüzləşməsi və dünyanın iqtisadi cəhətdən
bölgüsü müstəvisində aparılan mübarizə böhranlara
və müharibələrə yol açdı.
8.
Sosial (bazar) təsərrüfat dövrü – XX əsrin
ortalarından başlanır və hal-hazırda da davam
etməkdədir. Ən çox inkişaf etmiş ölkələr sabitliyə
nail olmuş, yeni orta təbəqə və istehlak cəmiyyəti
formalaşmışdır.
Ənənəvi yanaşmalardan biri də ibtidai dövrdən sonrakı inkişaf
prosesini üç əsas epoxaya bölünməsidir:
1.Qədim aqrar cəmiyyət;
2.Orta əsrlərin aqrar-industrial cəmiyyəti;
3.Müasir industrial cəmiyyət.
Bu epoxaların hər birində bir, yaxud bir neçə sivilizaiya mövcud
ola bilər. Bu anlamda sivilizasiya – eyni zamanda həm hərəkətdə olan,
həm də sabit qalan yaranışdır.
Uzun minilliklər boyu mövcud olmuş aqrar cəmiyyətin forma
müxtəlifliyinə baxmayaraq, ümumi səciyyə daşıyan müəyyən xarakterik
cəhətləri olmuşdur.
Məhz bu cəmiyyətdə (bəşər tarixində ilk dəfə olaraq) nəzəri
təfəkkür formalaşmağa başlamış, “görünən” və real dünya arasında
fərqliliklər meydana çıxmış, dövlət yaranmışdır və s. Aqrar cəmiyyətin
əksər sakinləri qapalı icmalarda yaşayan kənd təsərrüfatı işçiləri
olmuşlar. Hakim (idarəedən) sinif əhalinin əsas kütləsindən ayrılır,
ağalıq→tabeçilik prinsipinə istinadla ideoloji baxışlar formalaşır. Hakim
sinfin özü də tərkib etibarilə yekcins deyildir – bir neçə təbəqəyə
bölünmüşdür (hərbiçilər, ruhanilər, inzibatçılar və s.)
Həmçinin, aqrar cəmiyyət – müasir terminologiyadan istifadə etsək
makrososial sabitliyi ilə seçilirdi. Dövlət tərəfindən bərabərsizliyin
qanuniləşdirilməsi, ona təbiilik görüntüsü verilməsi, labüdlüyü hər vəchlə
təsbit olunurdu. Cəmiyyətin milli əlamətlərə görə bölgüsü yox idi.
Dünya iqtisadiyyatının tarixi
118
Orta əsrlərin aqrar-industrial cəmiyyəti hər şeydən əvvəl, şəhərlərdə
təmərgüzləşən sənətkarlar təbəqəsinin artımı, pərakəndə halda mövcud
olan aqrar icmalar arasında ticarət və kommunikasiyaların kəskin inkişafı
və monoteist dinlərin hökmran mövqelərə keçməsi ilə səciyyələnir.
Bütün aqrar-industrial cəmiyyətlərdə mərkəzləşdirilmiş dövlətlər
yaranır. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz “makro-sosial” sabitlik
laxlamağa başlayır.
Ticarət və kooperasiyanın artımı ilə əlaqədar əmək bölgüsü sürətlə
mürəkkəbləşir. Məhz aqrar-industrial cəmiyyət dövründə təbəqələşmənin
daha da dərinləşməsi baş verir: Həkimlər, alimlər, qanunvericilər,
teoloqlar və s. formalaşır.
Bəzi tədqiqatlarda orta əsrlər cəmiyyətini birmənalı olaraq aqrar
cəmiyyətlərə aid edirlər ki, bu da tarixi prosesin real dərki nöqteyi-
nəzərindən problemli situasiyalar doğurur. Məsələn, belə olan təqdirdə
qədim Misir cəmiyyəti ilə Maya cəmiyyəti arasında bütün fərqliliklər
silinir. Əslində isə, aqrar və aqrar-industrial cəmiyyətlər arasında həm
struktur, ideoloji, həm də təfəkkür tərzi və maddi həyatın quruluşu
(yaşam tərzi) prizmasından prinsipial fərqlər mövcuddur. Orta əsrlər
cəmiyyətini birmənalı olaraq aqrar cəmiyyətlərə aidetmənin əsas
səbəblərindən biri həmin dövrə məxsus tarixi mənbələrdə hakim sinifə
həddən artıq yer ayrılması ilə şərtlənir. Belə təsəvvür yaranır ki, əslində
elə bir əhəmiyyətli dəyişiklik baş verməmişdir. Aqrar və aqrar-industrial
cəmiyyətlər arasında struktur fərqliliyi göstərmək üçün J.Qurviç
123
ən azı
beş “cəmiyyətin”, beş müxtəlif iyerarxiyanın mövcud olduğunu qeyd
edirdi.
1.
Ən qədim cəmiyyət – “senyer” cəmiyyəti;
2.
Teokratik cəmiyyət;
3.
“Ərazi” dövlət ətrafında formalaşan “gənc” cəmiyyət;
4.
Feodal cəmiyyəti;
5.
Şəhər cəmiyyəti.
Artıq X əsrdə, Qurviçin göstərdiyi kimi, şəhərlər – xüsusi dövlətlər,
xüsusi cəmiyyətlər, xüsusi sivilizasiya və iqtisadiyyatlar kimi çıxış
edirdilər.
Ümumiyyətlə, əgər son orta əsrlər aqrar-industrial epoxa hesab
edilməsə idi, onda çox qısa tarixi dövr ərzində aqrar cəmiyyətin kapitalist
cəmiyyəti ilə əvəzlənməsinin rasional yozumunu tapmaq müşkülə
çevrilərdi.
123
Gourvitch G. Determinismes sociauxet liberte humanaivie. Paris, 1963, p.261
Dünya iqtisadiyyatının tarixi
119
ndustrial cəmiyyətə keçid tarixən XVIII əsrdə başa çatmışdır. Bu
cəmiyyətin əsas xarakterik cəhətləri aşağıdakılardan ibarətdir:
1.
Əvvəlki epoxalardan fərqli olaraq kənd təsərrüfatı və sənaye
istehsalının sürətli artımı;
2.
Elm və texnikanın, o cümlədən kommunikasiyanın güclü
inkişafı;
3.
Əhalinin sürətli artımı;
4.
Həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi;
5.
Mürəkkəb əmək bölgüsü və beynəlxalq əmək bölgüsünün
sistemləşməsi;
6.
Mərkəzləşdirilmiş dövlət;
7.
Əhalinin
üfüqi
təbəqələşməsində
kəskin
fəsadların
“yumşaldılması”, şaquli təbəqələşmənin artımı (cəmiyyətin
millətlərə, regionlara və s. bölgüsü).
Kapitalizm iqtisadiyyatın yeni tipi ilə yanaşı, yeni həyat tərzi və
yeni təfəkkür tipi yaratdı. M.Veber hesab edirdi ki, bu – protestantizmin
yaranması ilə bağlıdır (kapitalizm XVI əsrdə formalaşmağa başlamışdır).
V.Zombart
124
kapitalizmin başlanğıcını XV əsr Florensiyası ilə
bağlayırdı. O.Koks isə ümumiyyətlə XI əsr Venesiyasını önə çəkirdi.
Kapitalizmin yaranması tarixi ilə əlaqədar mövcud olan fərqliliklər
onunla izah oluna bilər ki, əvvəla, orta əsrlər cəmiyyəti birmənalı olaraq,
aqrar cəmiyyət kimi qəbul edilirdi, ikincisi, kapitalizm – tərəqqinin
yekun mərhələsi keyfiyyətində səciyyələndirilirdi.
F.Brodel yazırdı ki, kapitalizm tarixi təkamülün son sözü deyil, “...
Onun süqutu,... mutasiyası heç də mümkün olmayanlar sırasında
deyildir”.
125
Müasir industrial cəmiyyətin qərarlaşması prosesini Brodel 3 dövrə
ayırır:
1.
Kapitalizməqədərki dövr (XIV-XVIII);
2.
ndustrial kapitalizm dövrü ( XVIII-XX);
3.
Postindustrial kapitalizm dövrü (XX əsrdən başlayaq).
124
В.Зомбарт. Буржуа: Этюды по истории духовного развития современного эко-
номического человека. М.: Наука.- 1999.
125
Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв.
1986, Т.1. Структуры повседневности: возможное и невозможное. С.34
Dünya iqtisadiyyatının tarixi
120
Kapitalizməqədərki dövrdə formalaşmaqda olan yeni münasibətlər
kompleksi dayanıqlı deyildir. Əslində, kapitalizmin XIX əsrdə tam
şəkildə qərarlaşması prosesinin 3 əsas şərtini ön plana çıxarır:
1.
Həyat qabiliyyətli və tərəqqiyə istiqamətlənmiş bazar
iqtisadiyyatının yaranması; O qeyd edir ki, ilkin dövrlərdə bazar
iqtisadiyyatı hər yerdə eyni məzmun daşıyırdı. “...Lakin belə formada
mövcud olan bazar iqtisadiyyatı kapitalist inkişaf prosesinin zəruri,
amma kafi şərti deyildi”.
126
2.
Cəmiyyət kapitalizmin inkişafına dəstək verməli idi. Sözügedən
“dəstək” təbii ki, minlərlə amili əhatə edir. Brodelin fikrincə isə, bu
daha çox siyasi, “tarixi” səciyyə daşımalıdır (nəinki iqtisadi və
sosial).
3.
Son nəticədə dünya bazarının mövcudluğu zəruri amil
keyfiyyətində çıxış edir.
Qeyd etmək olar ki, Rusiyada ikinci, Çində isə həm ikinci, həm də
üçüncüsü şərtlər olmayıb.
Postindustrial epoxa əvvəlki dövrlərdən hər şeydən əvvəl radikal
xarakterli dəyişiklikləri ilə fərqlənir. XX əsr bu anlamda – bəşər tarixində
xüsusi yer tutur. Məsələn, məhz XX əsrdə (əsasən əsrin ortalarından
başlayaraq) iqtisadi inkişaf sıçrayış xarakteri almışdır.
Hal-hazırda bəşəriyyətin istehlak etdiyi məmulatların 90%-i məhz
bu dövrdə yaradılmışdır. 1950-2000-ci illər ərzində sənaye istehsalı 50
dəfə, təbii qazdan istifadə 30 dəfə artmışdır. 600 mln-dan çox minik
maşınları istifadəyə verilmiş, 4000 süni peyk buraxılmışdır. 1980-2000-ci
illərdə istifadə olunan mineral ehtiyatlar bəşəriyyətin bütün tarixi boyu
istifadə etdiklərindən çoxdur.
Müasir postindustrial cəmiyyət ifrat dərəcədə mürəkkəb, çoxlaylı
və dinamik surətdə dəyişən sosial sistemdir. Bu cəmiyyətin ən ümumi
cəhətlərinə aşağıdakıları aid etmək olar:
1.
Qlobal səviyyədə hamı üçün keçərli olan vahid məqsəd yoxdur;
Məqsəd spontan şəkildə formalaşır;
2.
ctimai proseslər vahid mərkəzdən tənzimlənmir;
3.
Cəmiyyət daxili koordinasiya universal davranış qaydalarına
əməl etməklə formalaşır; Yəni koordinasiya – nə hansısa vahid
məqsədlə tənzimlənmir, nə də vahid mərkəzdən formalaşmır.
126
Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. XV-XVIII вв.
1986, Т.2. Игры обмена., с.609
Dünya iqtisadiyyatının tarixi
121
4.
Cəmiyyətin iqtisadi əsasını xüsusi mülkiyyət və sahibkarlıq
(özəl), bazar sistemi və rəqabət təşkil edir.
5.
Fərdlər avtonomdur, qanunla mühafizə edilən şəxsi həyata
malikdir, qərar qəbulunda müstəqildirlər;
6.
Fərdlər bütün fundamental azadlıqlara malikdirlər;
7.
Çoxpartiyalı cəmiyyətdir; partiyaların heç birinin hakimiyyət
səlahiyyətləri yoxdur;
8.
Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının
rəhbərləri ümumxalq səsverməsi ilə təyinat alırlar;
9.
Hakimiyyətin 3 qanadı var: qanunverici, icra və məhkəmə
(bunların hər biri müstəqildir).
Müasir fəlsəfi fikirdə F.Brodelin təsvir etdiyimiz yanaşması
birmənalı qarşılanmır. Əsas iradlar sırasına aşağıdakıları aid etmək olar:
1.
Tarixin Brodel tərəfindən aparılan dövrlənməsi səthi və
kobuddur. Onun, yəni bölgünün əsasında yalnız bir kriteri -
artımın səviyyəsi dayanır ;
2.
Bu baxımdan industrial cəmiyyətlə postindustrial cəmiyyət
arasındakı fərqlilik birmənalı olaraq iqtisadi artımın səviyyəsinə
ürcah edilir.
3.
Lakin son 3 əsrdə inkişaf etmiş cəmiyyətlərə münasibətdə bu
kriteri ikincidərəcəli əhəmiyyət daşıyır. Ön plana isə
mədəniyyət çıxır. Əsas diqqət son 300 illik tarixə yönəldilir.
Minilliklər boyu davam etmiş epoxa isə industrializməqədərki
dövr kimi ümumiləşdirilir.
Tənqidçilər belə bir qənaətə gəlirlər ki, postindustrial cəmiyyət –
müstəqil tarixi epoxa deyil, o, yalnız industrial epoxanın müasir
mərhələsidir və daxili eyniyyətə malikdir.
Ümumdünya tarixinin əsas mərhələlərinin elmi fikirdə qəbul
edilmiş təsnifatlarından biri də qlobal – mərhələli inkişaf konsepsiyası
çərçivəsndə öz əksini tapmışdır (şəkil 4.9).
Dünya iqtisadiyyatının tarixi
122
Şə
kil 4.9. Bəşəriyyətin inkişafının əsas mərhələləri.
Dostları ilə paylaş: |