Məhkum edilmiş şəxs Əzizov Mirsamil Ağafəlah oğlu apellyasiya şikayətində
237.2.1, 237.2.2, 237.2.3-cü maddələri ilə təqsirli hesab eləmir. Səbəbi də budur ki,
ifşa olunmuş dəstənin üzvləri ilə, yəni Eldar Məmmədov, Cavid Məmmədov, Dəyanət
Məmmədov, Sərraf Süleymanov ilə nə məhkəmə istintaqı zamanı, nə də ilkin istintaq
zamanı aralarında üzləşmə aparılmayıb. O, Saatlı rayonu ərazisində “Ovçu Qobu”
adlanan sahədə torpaq sahəsini özbaşına tutaraq yuxarıda adları çəkilmiş şəxslərə
bostan əkmələri üçün vermişdir. Onların həmin sahədə çətənə kolları əkmələri ilə bağlı
nə xəbəri olmuş, nə də onlara göstəriş verməmişdir. Buna baxmayaraq barəsində
çıxarılan hökmdə o mütəşəkkil dəstənin başçısı kimi göstərilmişdir. Lənkəran Ağır
Cinayətlər Məhkəməsində işə baxılarkən həmin şəxslərin şahid qismində dəvət
3
edilmələrini dəfələrlə xahiş etsə də, hakim buna məhəl qoymamışdır. Apellyasiya
şikayətinə həmin şəxslərin ifadə vermələrinin təmin edilməsi ilə baxılaraq ona CM-
nin 234.4.1, 234.4.2, 237.2.1, 237.2.2, 237.2.3-cü maddələri ilə bəraət verilməsini
xahiş edir. Himayəsində ahıl yaşlı valideynlərinin olmasını, Qarabağ müharibəsi
veteranı olmasını, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb ona
CM-nin 24 noyabr 2015-ci il tarixədək qüvvədə olmuş CM-nin 188-ci maddəsi ilə
aşağı həddə cəza verilməsini xahiş edir.
Dostları ilə paylaş: