Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə gəlir və
xərclərinə dair məlumat
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci il
ərzində ARDNF-nin büdcə gəlirləri 17 614,1 milyon manat, büdcə xərcləri isə
11 455,6 milyon manat təşkil etmişdir.
2018-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı
gəlirləri 17 433,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından
16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı
ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1
milyon manata bərabər olmuşdur.
2018-ci il ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 959,0
milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi
köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-
Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-
Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat
vəsait ayrılmışdır. 7,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin
xarici
ölkələrdə
təhsili
üzrə
Dövlət
Proqramı"nın
maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci il ərzində ARDNF-nin idarə
edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin
büdcədənkənar xərci 1 557,3 milyon manat təşkil etmişdir.
2019-cu il yanvarın 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon
ABŞ dolları) nisbətən 7,56% artaraq 38 515,2 milyon ABŞ dollarına bərabər
olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə
edilməsindən əldə edilən gəlirləri hesabına olmuşdur.