Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


,0х1,0 1 1 1 1 1 1 1 1 1 1 2,0х2,0



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə55/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   51   52   53   54   55   56   57   58   ...   84
Dənizdə təhlükəsizlik

1,0х1,0
1
1
1
1
1
1
1
1
1
1
2,0х2,0
1
1
1
1
1
2
2
2
2
2
2,5х2,5
1
1
1
2
2
2
2
2
2
2
3,0х3,0
1
1
2
2
2
2
2
3
3
3
Gəmilərdə standart ölçülü 55x250x250mm, çəkisi 1,8 kq və 125x400x600
mm, çəkisi 19,5 kq olan yumşaq kənarlı taxta plastırlar tətbiq olunur. Zəruri
hallarda zədələnmə yerinə görə plastır qəza taxtalarından hazırlanır. 
Dəliyin tutulmasından əvvəl plastırın qoyulmasına və dəliyin tutulmasına
maneə törədən gəmi gövdəsinin zədələnmiş yerini izolyasiyadan, üzlükdən, boru
xətlərindən, kabellərdən və digər qurğulardan təmizləmək lazımdır. Əgər şərait
imkan verirsə və dəlikdə tilişkələr varsa, onların ağır çəkiclə, domkratla, açılan
dayaqla düzəldilməsi və ya dəmirçi qələmi ilə qırılması məqsədəuyğundur. Dəliyə
qoyulmuş plastırı pazlı taxta dirəklə, açılan metal dayaqla, universal məngənə
(vintli sıxac) ilə gövdəyə sıxır, mərkəzində dəlik olan taxta plastır isə açılan
başlıqlı boltlarla sıxıla bilər. 
Taxta plastırı qoyarkən ən azı üç nəfərin iştirak etməsi lazımdır. Onlardan
biri plastırı götürür və onu dəliyin kənarında saxlayır, digər iki nəfər plastırı taxta
dayaqla sıxır və pazlarla onu bərkidir. Plastırı kənardan dəlik istiqamətinə elə
qaydada gətirirlər ki, su təzyiqinin əsas gücü dayağa ötürülsün (şəkil 3.9).
Plastırın
tam bərkidilməsi taxta pazlar vasitəsi ilə həyata keçirilir. Pazlar cüt-cüt ağır çəkicin
sinxron zərbələri ilə vurulur. Konstruksiyanın möhkəmliyini təmin etmək üçün
pazlanmış dirək mismar və ya inşaat bəndləri ilə (skoba) təsbit edilir. 
122


Şəkil 3.9. Taxta plastırın dəliyə qoyulması və onun
bərkidilməsi. 
Əgər dəlik rayonunda gövdə üzərində şpanqoutlar varsa, plastırı universal
məngənə vasitəsi ilə bərkitmək olar (şəkil 3.10). Bu halda iki nəfər məngənəni
dəlikdən aşağıda və ya yuxarıda şpanqout üzərinə quraşdırır. Bu zaman şpanqoutun
profilini nəzərə almaq lazımdır (şəkil 3.11). 
Küncdə olan şpanqoutlara məngənə qoymaq üçün künc tutacaqları (şəkil
3.11, a), bulbaya oxşayanlara isə - bulba profilli şpanqoutların tutacaqları
(şəkil
3.11, b) tətbiq olunur. Yuxarıdan sıxıcı vintin altına üçüncü adam plastırı elə
qaydada qoyur ki, dəlikdən axan su şırnağı ona toxunsun. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin