Şəkil 3.9. Taxta plastırın dəliyə qoyulması və onun
bərkidilməsi.
Əgər dəlik rayonunda gövdə üzərində şpanqoutlar varsa, plastırı universal
məngənə vasitəsi ilə bərkitmək olar (şəkil 3.10). Bu halda iki nəfər məngənəni
dəlikdən aşağıda və ya yuxarıda şpanqout üzərinə quraşdırır. Bu zaman şpanqoutun
profilini nəzərə almaq lazımdır (şəkil 3.11).
Küncdə olan şpanqoutlara məngənə qoymaq üçün künc tutacaqları (şəkil
3.11, a), bulbaya oxşayanlara isə - bulba profilli şpanqoutların tutacaqları
(şəkil
3.11, b) tətbiq olunur. Yuxarıdan sıxıcı vintin altına üçüncü adam plastırı elə
qaydada qoyur ki, dəlikdən axan su şırnağı ona toxunsun.
Dostları ilə paylaş: