Şpiqləşdirilmiş plastır
(şəkil 3.15) 2x2m
standart ölçüyə malikdir,
tikilmiş parusin parçasının (3) iki qatından ibarətdir.
Bir tərəfinə şpiqləşdirilmiş
mat (4) tikilmişdir. Plastır liktrosla (1) haşiyələnmiş, künclərində ilgəklər vardır.
Yuxarı hissəsinin ortasında dairəvi ilgək vardır. Dəliyin üzərinə plastır
şpiqləşdirilmiş tərəfi ilə qoyulur.
Şəkil 3.15. Şpiqləşdirilmiş plastır. 1 – plastırın liktrosu;
2 – liktrosun benzeli; 3 - parusin; 4 – şpiqləşdirilmiş mat.
Makarov (tədris) plastırı
uzununa və eninə
tikilmiş iki qatda parusini
özündə təmsil edir. Plastır liktrosla haşiyələnir, ipləri bərkitmək üçün künclərdə
ilgəklər qoyulur, həmçinin nəzarət (ölçü) ipini bərkitmək üçün plastırın
tərəflərindən birinin orta hissəsində bir ilgək vardır.
Yumşaq plastırın qoyulması.
Gəminin müxtəlif yerlərində böyük
dəliklərin müvəqqəti tutulması üçün yumşaq plastırdan istifadə olunur. Plastırın
uğurla qoyulması üçün bir sıra hazırlıq işləri keçirilir:
dəliyin dəqiq ölçüləri,
gəminin mövcud su xəttinə nisbətən hündürlükdə və uzunluğu (şpanqoutların
nömrəsi) üzrə yerləşməsi müəyyənləşdirilir. Əgər dəliyin ölçüsü olduqca
böyükdürsə və plastırın dəliyin daxilinə basılma təhlükəsi (qəzalı bölmədən suyun
boşaldılması zamanı) varsa, dəliyə falşşpanqoutun (polad trosun) qoyulmasını
nəzərdə tuturlar.
Dəliyə plastırın dəliyə praktiki qoyulması (şəkil 3.16, 3.17)
güclü unsan
səylərini (təxminən 12 nəfər) tələb edən ağır proseduradır və ümumi planda
aşağıdakı qaydada həyata keçirilir:
gəminin burun sonucundan yumşaq polad trosdan ibarət iki kilaltı sonuc
çəkilir, lakin gəmi böyük ölçülərə malikdirsə və arxa imkan verirsə (sükan, pər
129
çıxmırsa),
eləcə də o halda ki, dəlik arxa hissəyə yaxındırsa, ipləri arxa
sonucdan
çəkmək məqsədəuyğundur; gəmi hərəkətdə olarkən - yalnız
burundan (kilaltı sonucların pərə, sükana, çıxarılan qurğulara və digər çıxan
hissələrə düşməsinin qarşısını almaq üçün kilaltı sonucların orta hissəsində
yük bərkitmək lazımdır; bunun üçün məsələn, ağır takelaj bəndlərdən istifadə
etmək olar;
qəza bortuna əks bortda polad trosun iki sonucu çəkilir və yığmağa qadir olan
vasitələrə (tallara, bloklara, bucurqadlara) bərkidirlir;
qəza bortu rayonda leyerlər və dayaqlar götürülür, yumşaq plastır göyərtədə
açılır;
takelaj bəndləri vasitəsilə aşağı kənar ilgəklərə polad trosun digər sonucları
(kilaltı sonuc) bərkidilir;
plastırın yuxarı kənar ilgəklərinə kətan lifli və ya sintetik trosun ipləri
bərkidilir;
orta yan ilgəklərə kətan lifli və ya sintetik trosdan dartıcı iplər bərkidilir;
yuxarı orta ilgəyə nəzarət ipi bərkidilir;
göstərilən trosların etibarlı bərkidilməsindən sonra,
eyni zamanda qəza bortuna
əks bortda olan tallara bərkidilmiş kilaltı ipləri tədricən yığır, şkotları və
dartıcı ipləri isə buraxırlar;
plastırın dəliyə kip bərkidilməsini təmin etmək üçün şkot və kilaltı sonucları
plastırın tərəflərinə nisbətən 45
0
bucaq altında qoymaq lazımdır;
plastırı göyərtədən qəza bortu üzərinə endirərkən, imkan dairəsində onun borta
kip sıxılmasını təmin etmək lazımdır;
su səthindən dəliyə qədər olan məsafəyə, yəni plastırın qoyulma dərinliyinə
nəzarət şteri vasitəsi ilə nəzarət etmək lazımdır.
130