Big data dövründə emal sənayesi tərəfindən kütləvi miqdarda big data ultra-yüksək ölçüyə malikdir. Bu ultra yüksək ölçülü məlumatlarla necə işləmək, onların potensial dəyərini istifadə etmək və yeni istehsal mühitinə uyğun olan məlumat axını modelini hazırlamaq çətin bir problemdir [2]. Hal-hazırda, big dataya əsaslanan analiz, 4.0 sənayesi çərçivəsində müvafiq yeni texnologiyaların qarşılıqlı dəstəyi ilə istehsal sektoruna daha mükəmməl üstünlüklər gətirəcəkdir. Məlumatların təhlili prosesi qərarların qəbul edilməsinin şəffaflığını artırmaq məqsədi daşıyır [3]. Böyük məlumatların təhlili əsasında qərarların qəbul edilməsi bütün istehsal sisteminin müəssisənin daxili strukturuna uyğun olaraq fəaliyyətini maksimum dərəcədə artırır. İqtisadi səmərəni maksimum dərəcədə artırmaq üçün istehsal resurslarından səmərəli istifadə edir.