(şəkil 3.5) plastırı istifadəyə daimi hazırlıqda, yığılmış şəkildə saxlanılır, tutacaqlı
qayka sıxıcı boltun yivli hissəsinin üst tərəfində olmalıdır.
Şəkil. 3.5. SB-1 metal plastırı. 1 – sıxıcı bolt; 2 - qayka; 3 – sıxıcı disk;
4 – rezin kipləşdirici; 5 –fırlanan qulp; 6 – sıxıcı yay.
Plastırı dəliyə qoymaq üçün lazımdır:
spiralvarı yayın gücünü rəf edərək fırlanan qulpu sıxıcı boltun oxuna paralel
qoymaq;
fırlanan qulpu sıxıcı boltu dəliyə elə qaydada qoymaq lazımdır ki, o, üzlüyün
xaricinə çıxaraq yayın təsiri altında sıxıcı boltun oxuna perpendikulyar olaraq
çevrilsin;
bolt vasitəsilə plastırı tutaraq qulpu ilə qaykanı fırlatmaqla, dəlikdən su sızması
kəsilənədək sıxıcı diskli rezin kipləşdiricini üzlüyə sıxmaq.
118
Plastırın qeyri-işçi səthləri sülügənlə rənglənir, işçi hissələri (sıxıcı bolt,
yay, qaykanın yivləri) solidolla yağlanır, rezin kipləşdirici isə tabaşirlə sürtülür.
3.3. Metal klapanlı plastırın quraşdırılması
Kiçik və orta dəliklərin tutulması üçün
metal klapanlı plastır
(şəkil 3.6)
tətbiq olunur. Onu bölmənin həm xaricindən, həm də daxilindən istifadə etməklə
dəlikləri tutmaq olar. Plastırlar iki ölçüdə olur: 75x250x350mm, çəkisi 7,8 kq;
100x400x600 mm, çəkisi 15,8 kq.
Dostları ilə paylaş: