Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


partlayışdan qaçmaq üçün işə düşmürlər, soyuducu qurğu sistemindən



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə49/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   45   46   47   48   49   50   51   52   ...   84
Dənizdə təhlükəsizlik


partlayışdan qaçmaq üçün işə düşmürlər, soyuducu qurğu sistemindən
ammonyakın qəza buraxılışını həyata keçirmək lazımdır. 
2.8.2. Yaşayış və xidməti otaqlarda yanğın.
Yaşayış və xidməti otaqlarda yanğın izolyasiya və üzlük materialların,
boyanın, mebelin, paltarın, kağızın və s. yanması nəticəsində çox miqdarda
tüstünün ayrılması ilə müşayiət olunur. 
Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün əsasən su ilə
söndürmə, zəruriyyət yarandıqda isə - köpüklə söndürmə sistemlərini tətbiq etmək
lazımdır. İnsanlar olmayan bu cür otaqların çətin girilə bilən yerlərində yanğını
söndürmək üçün buxar, karbon odsöndürənlər və brom-etil tərkiblər istifadə etmək
olar. 
Yaşayış və xidməti otaqlarda, orada insanlar olarkən buxarla söndürmə,
maye və qazla söndürmədən istifadə etmək qadağandır.
Yanğının güclənməsinin və alovun yayılmasının qarşısını almaq üçün
qapıları açmamaq, yanğın lülələrini isə illüminatorlardan, filenkalardan və bu
məqsədlər üçün xüsusi olaraq açılan dəliklərdən vermək məsləhət görülür. 
Yananla qonşu olan otaqlarda yanğının bu otaqlara keçməsinin qarşısını
almaq üçün arakəsmələrə daima nəzarət edilir və zəruriyyət yarandıqda onları
sərinləşdirirlər. 
Təkrar alovlanmanı istisna etmək üçün yanğın söndürüldükdən sonra
yanma rayonuna mükəmməl baxış keçirmək lazımdır. Hər şey uzaqlaşdırılır və ya
su ilə isladılır.
Otaqda yanğın zonasından çıxış yolları kəsilmiş insanlar olan halda, ilk
növbədə onların xilas edilməsi üçün tədbirlər görülməlidir. Əsas yanğınsöndürmə
111


vasitələrini insanların çıxacağı yerlərdə cəmləşdirmək lazımdır. İnsanlar xilas
edildikdən sonra yanğının söndürülməsi üçün tədbirlər görülür. 
2.8.3. Yük otaqlarında yanğının söndürülməsi.
Yüklənmiş tryumlarda yanğının söndürülməsi özündə xüsusi
mürəkkəbliyi təmsil edir, çünki yanğın mənbəyinə yaxınlaşma əksər hallarda
məhdud və ya mümkünsüz olur. Belə yanğınların söndürülməsi üsullarını
müəyyənləşdirərkən və odsöndürmə vasitələrini seçərkən yükün fiziki-kimyəvi
xüsusiyyətlərini, onun tryumda və onunla qonşu otaqlarda yerləşməsini, eləcə də
lyuk qapaqlarının hermetikləşdirmə imkanını və tryum havalandırmasının etibarlı
bağlanılmasını nəzərə almaq lazımdır. 
Yüklənmiş tryumlarda yanğın baş verdikdə aşağıdakılar lazımdır:

yük əməliyyatlarını dayandırmaq; 

tryumun tam hermetikləşdirilməsini həyata keçirmək; 

bu bölmənin stasionar yanğınsöndürmə sistemini işə salmaq (buxarla, maye və
ya qazla söndürmə); 
- qonşu bölmələr tərəfdən arakəsmələrə müşahidə aparmaq; 

təhlükəli yüklə yüklənmiş tryumlar rayonunda və yanğın rayonunda yerləşən
göyərtələri, arakəsmələri və digər konstruksiyaları bortarxası su ilə
sərinləşdirməsini etmək; 

zəruriyyət üzrə yanğınla tutulmayan qonşu tryumlardan yüklərin boşaldılması;
Yük tryumlarında lifli yüklər və qofrotara yanan zaman tryumları effektiv
odsöndürmə vasitələrilə (çoxdəfəli hava-mexaniki köpük və s. ilə) doldurmaq
lazımdır. Özüalışan maddələrin (balıq unu, balıq tullantıları, yağlı əskilər və s.)
söndürülməsi köpüklə, qapalı otaqlarda isə inersiyalı qazlarla, su buxarı və
çoxdəfəli köpüklə həyata keçirilməlidir.
Xüsusilə ağır hallarda, yanğını gəmidə olan odsöndürmə vasitələri ilə
aradan qaldırmaq mümkün olmadıqda, tryumu su ilə basmaq lazımdır. Bu zaman
nəzərə almaq zəruridir: 

tryuma (bölmələrə) qəbul edilən suyun gəminin ləpəyə davamlılığına və üzmə
qabiliyyətinə təsirini; 

yanan yükün göyərtə altına qalxma ehtimalını; 
112



bəzi yüklərin həcminin artmasını (şişməsini);

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin