Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


 Yanğınsöndürmənin əməliyyat-taktiki xəritələri (ƏTX)



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə46/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   42   43   44   45   46   47   48   49   ...   84
Dənizdə təhlükəsizlik


PARTLAYIŞ TƏHLÜKƏLİ. ODLA DAXIL OLMA!
»
2.6. Yanğınsöndürmənin əməliyyat-taktiki xəritələri (ƏTX) 
və əməliyyat-taktiki planları (ƏTP)
ƏTX özündə gəminin uzununa kəsik sxemini təmsil edir və aşağıdakıları əhatə
edir:

üzərinə yanğınsöndürmə və yanğın əleyhinə mühafizə vasitələrinin ştat
vasitələri çəkilmiş gəmi otaqlarının Yanğın əleyhinə zonalarının sxemini
(YƏZS); 

Maye yanğınsöndürmə stansiyasının (MYS) hesablanmış məlumatları; 

yanğın əleyhinə zonalarda Yanğın əleyhinə siqnalizasiya və yanğınsöndürmə
vasitələrinin ümumi cədvəli;

örtüyün və izolyasiyasının lak-boya qatının yanma dərəcəsi üzrə
xarakteristikaları. 
YƏZS yanğın əleyhinə zonalara bölünür, qrafiki olaraq hazırlanır və
ibarətdir: 

mərkəzi yanğın postunun (MYP) yerləşməsi; 

əsas stasionar və daşınan yanğınsöndürmə vasitələrinin yerləşməsi;

gəmidə yanğın əleyhinə və qəza əmlakının yerləşməsi; 
103



siqnalizasiya və havalandırmanın örtülməsi vasitələrinin yerləşməsi;

otaqların mühafizəsindən çıxarılmış yanğınsöndürmənin odsöndürən
vasitələrinin işə salınmasının məsafə ötürücülərinin yerləşməsi; 

yanğın əleyhinə və klinket qapıların və onların məsafədən bağlanma
ötürücülərinin yerləşməsi;

suyun qəbulu üçün beynəlxalq nümunəli keçid birləşməsinin saxlanılma
yeri;

yanğın əleyhinə və sukeçirməyən əsas arakəsmələrin yerləşməsi; 

yanğın və digər qəza hallarında ekipajın təxliyə yolları. 
Hər ekipaj üzvü YƏTX-ni mükəmməl bilməlidir. 
YƏTP YƏTX-nin tərkib hissəsidir və ekipajın yanğın əleyhinə konkret
zonada alovla mübarizə zamanı fəaliyyəti üçün rəhbər sənəddir və söndürmə
üsullarını göstərməklə və bu zonada yanğının söndürülməsi zamanı ekipaj
üzvlərinin fəaliyyətlərini müəyyənləşdirməklə gəminin yanğın əleyhinə zonalarının
texniki detallaşdırılmış sxemini özündə təmsil edir. 
YƏTP bütün yanğın əleyhinə zonalar üçün işlənilib hazırlanmışdır və
əhatə edir: 

zonanın otaqlarının qısa xarakteristikasını (onlarda yerləşən və ya
saxlanılanların tutumu və əsas ölçüləri, otaqlara daxil olma yolları və
yanğın baxımından onlardan ən təhlükəli olanlar); 

zonanın otaqlarında yanğının söndürülməsi üçün tövsiyə edilən vasitə və
üsullar; 

yanğın və tüstülənmə zonasından insanları təxliyə yolları və üsulları; 

qonşu otaqlara alovun və tüstünün keçməsinin qarşısını alma üsulları. 
Yanğının söndürülməsinin ən son hədd üsulu – otağın su ilə doldurulması
zamanı gəminin ləpəyə davamlılığının və batmazlığının əsaslandırılmış
hesablanması verilir.
Növbə köməkçisi gəmiyə gəldikdən dərhal sonra YƏTX və YƏTP-ni
öyrənməlidir və yanğın halında: 

ümumgəmi həyəcanı verməlidir; 

yanğın barədə dispetçerə xəbər verməlidir; 
104



yanğınsöndürmə komandasını və yanğınsöndürmə katerini çağırmalıdır; 

YƏTX və YƏTP-nin tövsiyələrindən istifadə edərək yanğının söndürülməsinə
rəhbərlik etməlidir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin