Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


 Yanğının gəmidə yayılma yolları. Gəmi üzrə dartma qüvvəsini, tüstü və



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə42/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   38   39   40   41   42   43   44   45   ...   84
Dənizdə təhlükəsizlik

2.3. Yanğının gəmidə yayılma yolları. Gəmi üzrə dartma qüvvəsini, tüstü və
alovun yayılmasını məhdudlaşdıran tədbirlər
Gəmidə alovun və tüstünün yayılması havalandırma kanalları, kabel
xətləri, isitmə boruları, dəhlizlər üzrə, arakəsmələr vasitəsilə, izolyasiya və tavan
örtüyü arasındakı boşluqlar və s. üzrə istilik ötürmə yolu ilə baş verə bilər. 
Tədbirlər: 

havalandırma kanalları qapaq və tıxaclar şəklində etibarlı örtmələrə 
malik olmalıdırlar;

qapılar etibarlı bağlama ötürücülərinə malik olmalıdırlar;

kabel və boru xətlərinin kipkəcləri yanğına davamlı doldurmaya malik 
olmalıdırlar;

izolyasiya yanmayan yapışqanla qoyulur;
97



çərçivələr (qapı yerləri), xüsusilə də, tavanlarda olanlar hər 14m-dən bir 
izolyasiya ilə tam doldurulmalıdır;

daxili otaqların nitroəsaslı boyalarla boyanmasına icazə verilmir. 
2.4. Yanğın siqnalizasiya sistemləri
Yanğın siqnalizasiya sistemləri
ilə
yaşayış, xidməti, yük, istehsalat,
fənər, rəngsaz və s. otaqlar təchiz olunur. Gəmi avtomatik yanğın aşkaretmə
sistemlərinin bir neçə növü mövcuddur: elektrik, pnevmatik tüstü siqnallı,
kombinasiya edilmiş. 
Avtomatik sistemlərin tərkibinə aşağıdakı elementlər daxildir: bildiricilər
(vericilər), bildiricinin qəbul etdiyi impulsu ötürmə xətti, bildiricilərdən siqnalları
qəbuletmə stansiyaları, qidalanma mənbələri (gəmi elektrik şəbəkəsi,
akkumulyatorlar, maşın bölməsindəki balonlarından sıxılmış hava). Adətən
avtomatik siqnalizasiya sistemləri iki mənbədən qidalanma alırlar. 
Elektrik yanğın siqnalizasiyası
bildiricilərin qoşulma üsuluna görə şüalı və
şleyfli ola bilər.
Birinci halda bir və ya bir necə bildirici siqnalları qəbul stansiyasından
çıxan ayrıca naqillər cütlüyünə (“Şüa”) qoşulur. Bildiricilərin bu cür
birləşdirilməsi zamanı yanğın yerləri hər şüanın təchiz edildiyi nömrəli siqnal
lampası vasitəsilə aşkarlanır.
İkinci halda yanğın bildiriciləri öz aralarında ardıcıllıqla bir ümumi naqilə
qoşulur (“Şleyf”). Yanğının baş vermə yeri, yəni bildiricinin nömrəsi dəyişdirici
açarlardan və ya kod bildiricilərindən müəyyənləşdirilir, hansılar ki, bu bildiriciyə
verilmiş koda müvafiq olan müəyyən sayda impuls göndərir. 
Yanğını

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin