istismar zamanı açıq vəziyyətdə olmalıdır;
70 - 90
0
C ərimə temperaturlu ərimə qoymasına (gəmidə Registrin və ya digər
təsnifat cəmiyyətinin damğası vurulmuş 100% ehtiyat qoymaların saxlanılması
zəruridir) malik olmalıdır;
əl ötürücüsü ilə bağlanır, avtomatik ötürücüyə (solenoid, əriyən qoyma) və
məsafədən idarə edilən ötürücülərə (yeni gəmilərdə) malik olmalıdır;
bütün odadavamlı arakəsmələrdə (o cümlədən özübağlanan qapılar və avtomatik
ötürücüsü olan qapılar) elə qaydada quraşdırılmalıdır ki, hər iki tərəfdən bir
adamın əl gücü ilə açılma imkanı təmin olunsun;
qarşı bortun 3–50° yana əyilməsi zamanı yay qapının bağlanmasını təmin
etməlidir.
Kabel xətləri üçün arakəsmənin tipinə uyğun olan doldurma ilə kipkəc
qoyulur.
Boru xətləri tunelləri, havalandırma kanalları üçün 1 saat ərzində
odadavamlılığı saxlayan mastik doldurma ilə kipkəc hazırlanır.
Arakəsmələrdə və şaxta çəpərləmələrində olan illüminatorlar, harada ki, onlar
istisna olaraq mövcuddurlar, armaturlaşdırılmış şüşəyə malik olmalıdırlar.
Növbə xidməti müntəzəm olaraq (Gəmilərdə xidmət nizamnaməsinə
uyğun olaraq) örtmələrin, qapıların, havalandırma qapaqlarının yüngül və etibarlı
bağlanmaları üzrə vəziyyətlərini yoxlamalıdır.
Dostları ilə paylaş: