Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Maşın-qazanxana bölməsində yanğın



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə48/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   44   45   46   47   48   49   50   51   ...   84
Dənizdə təhlükəsizlik

2.8.1. Maşın-qazanxana bölməsində yanğın.
MQB-də yanğının başvermə səbəbləri qısa qapanma zamanı qığılcım,
forsunkaları alışdıran zaman yanma, mühərrikin qızmar hissələrinə yanacağın
düşməsi, əskilərin öz-özünə alışması və s. ola bilər. 
Təzyiq altında olan zədələnmiş yanacaq borusundan sızma xüsusi
təhlükəni təmsil edir, haçan ki, yanacaq şırnaq şəklində böyük səpələnmə ilə çıxır.
MQB-də yerləşən yanacaq tanklarının ölçü borularının özübağlanan nasaz
klapanları eyni təhlükəni təmsil edir. Yanacaq səpələnərək maşınların qovşaq və
mexanizmlərini, boru xətlərini nazik qatla örtür və döşəmənin altında yığılır. 
108


Qığılcım əmələ gələn halda, artıq MQB otaqlarının temperaturuna qədər,
bəzən də ondan da çox qızmış yanacaq və yağ buxarları bir anda alışır. Bu zaman
alov tez yayılır, hava-buxar qarışığının partlayışı mümkündür. 
MB və ya QB-də yanğın baş verdikdə birinci növbədə mühərriklərə,
qazanlara və məsrəf çənlərinə yanacağın daxil olmasını kəsmək, yanan otağın
elektrik enerjisini söndürmək, ventilyatorları dayandırmaq və dərhal stasionar və
daşınan yanğınsöndürmə vasitələri ilə yanğınla mübarizəyə başlamaq lazımdır. 
QB-də odluqları söndürmək lazımdır. 
Əskilərin, axıdılmış yanacağın, boya və digər materialın kiçik yanmaları
əl və ya daşınan odsöndürənlərin köpüyü və yanğın lülələrinin səpələndirilən suyu
ilə aradan qaldırılır. 
Qazan və mühərriklərin altında yanacaq alışarkən, onu söndürmək üçün hava-
köpük lülələri ilə verilən köpük və səpələndirici taxmaları olan əl lülələrinin
səpələndirilən suyu tətbiq olunur. MQB-də temperatur olduqca çox yüksələn
zaman suvarma sistemini işə salmaq lazımdır.
Əgər yanğının yayılmasına qədər insanlar MQB-dən çıxa bilməyərlərsə, o
zaman yanan otaqdan çıxmanın mümkün olması üçün çıxış şaxtalarının
suvarılması işə salınır. 
Döşəmənin üstündə yanacaq yanan zaman stasionar köpüklə söndürmə
sistemini və ya su səpələmə sistemini işə salmaq lazımdır.
Əgər bu sistemlərlə
söndürmə heç bir effekt vermirsə və ya yanan yanacağın səthi su və köpükdən
döşəmə, boru xətləri və mexanizmlər ilə bağlıdırsa, yanğını karbonlu və mayeli
stasionar qurğularla söndürürlər.
Pilləkənlərlə yaşayış otaqları tərəfə yanğının yayılmasının qarşısını
alınmaq üçün su örtüyündən istifadə etmək lazımdır. 
MQB-də stasionar yanğınsöndürmə sisteminin işə salmazdan əvvəl
aşağıdakılar yerinə yetirmək zəruridir: 

bütün mexanizmlərin fəaliyyətini dayandırmaq; 

bölmənin hermetikləşdirilməsini həyata keçirmək və havalandırmanı
söndürmək; 

stasionar yanğınsöndürmə sistemini işə salınması barədə siqnal vermək və
otaqdan bütün insanları çıxarmaq; 

göstərilən sistemlərin işə salınması ilə eyni zamanda qəzalı otaqla qonşu olan
bütün otaqların arakəsmələrini və göyərtələrini su ilə sərinləşdirmək.
109


Stasionar karbonlu, kimyəvi, mayeli və gəmidə olan digər stasionar
yanğınsöndürmə sistemləri yalnız kapitanın icazəsi və baş mexanikin göstərişi ilə
işə salınırlar. Təxirə salınmaz hallarda və yaranmış şəraitdə kapitandan icazə almaq
mümkün olmayan zaman stasionar yanğınsöndürmə sistemlərinin işə salınması
haqqında komanda bilavasitə baş mexanik tərəfindən verilə bilər, hansı barədə ki,
dərhal növbə köməkçisinə məruzə edilməlidir. 
Cərəyan altında olan yanan elektrik avadanlığını alovunu söndürməzdən
əvvəl imkan daxilində onu tezliklə cərəyandan ayırmaq lazımdır. Əgər gərginliyi
dərhal ayırmaq mümkün olmadısa, cərəyan altında olan elektrik avadanlığını
söndürmək üçün quru karbonlu və ya aerozollu odsöndürənlərdən, içməli su
əsasında hazırlanmış hava-mexaniki köpükdən və asbest gəbədən istifadə etmək
lazımdır. Digər vasitələrin istifadəsi qadağandır. 
Cərəyan altında olaraq yanan elektrik avadanlığının söndürülməsində iştirak edən
şəxslər dielektrik əlcəklərdə, eləcə də çəkmələrdə və ya qaloşlarda və imkan
çərçivəsində rezin gəbənin üstündə işləməlidirlər. 
Əgər yanan elektrik avadanlığının cərəyandan ayrılıbsa, onu istənilən
yanğınsöndürmə vasitələrinin köməyi ilə söndürmək olar. Lakin elektrik
avadanlığının korlanmasından qaçmaq üçün imkan çərçivəsində karbonlu, o
olmadıqda isə, içməli su əsasında hazırlanmış və ya hazırlanmış hava-mexaniki
köpüklə və ya içməli su ilə söndürmək tövsiyə olunur. Bu zaman aşağıdakıları
nəzərə almaq lazımdır: 

karbon elektrik avadanlığının izolyasiya müqavimətinin azalmasına təsir
göstərmir; 

hava-mexaniki köpük və şirin su izolyasiya müqavimətini azaldır, buna görə
də onların tətbiqindən sonra elektrik avadanlığını mükəmməl qurutmaq
lazımdır;

dəniz suyunu və ya kimyəvi köpüyü tətbiq etdikdən sonra elektrik qurğusu
sıradan çıxa bilər.
Akkumulyator olan otaqlarda yanğın baş verdikdə onların elektrik
doldurulmasını saxlamaq, batareyaları ayırmaq, qaz qarışığının partlayışının
qarşısını almaq üçün ventilyatorlarla otaqdan güclü dartmanı yaratmaq, yanğını
pambıqla, ayaqaltı, asbest gəbə, şirin su əsasında hazırlanmış hava-mexaniki köpük
və quru karbon ilə söndürmək lazımdır. Dəniz suyu elektroliti ayırır. 
110


Aşağıdakıları daima yadda saxlamaq lazımdır:

MQB-də yanğın olduqca tez inkişaf edir, artıq yanğının ilk dəqiqələrində
yuxarı hissədən otağa giriş çətinləşir

yanğının effektiv söndürülməsini təmin edən əsas amillərdən biri MQB
otaqlarında olan bütün dəliklərin tutulmasıdır; 

MQB-də yanğını söndürərkən ən effektiv vasitə karbon və yüksək dəfəlikli
köpükdür, eləcə də səpələndirilmiş su və halloidokarbohidrogen əsasında
tərkiblərlə söndürməkdir. 
Soyuducu bölmədə yanğın zamanı, haçan ki, temperaturun yüksəlməsi
nəticəsində borularda və aparatlarda təzyiq qalxır, qoruyucu klapanlar isə
Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin