Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,Tibb bacısı 4
Mövzu: Epilelpsiya əleyhine maddələr.Narkoztörədicilər
Qeyri -inhalyasion narkoztörədici maddələrin istifadə olunma tarixi Kravkovd N.A. (1865-1924) adı ilə bağlıdır. Qeyri-inhalyasion narkoztörədici maddələrin (HB senal va tionental natriumun) təsir mexanizmi onunla izah edilir ki, onlar QAYT-ın benzodiazepin-barbitur reseptorları ilə qarşılıqlı təsir əlaqəsinə girir və bu zaman QAYT-ın ləngidici təsirini gücləndirir. Bu halda həm də postsinaptik reseptorlarda Cl ionlarının miqdari çoxalır, hiperpolyarizasiya yaranır. Nəticədə, ləngidici effekt ikiqat güclənə bilir. İmpulsların ötürülməsi çətinləşir.
Qeyri-inhalyasion narkoztörədici maddələr inhalyasion narkoztöradici maddələrlə müqayisədə bir sıra müsbət cəhətlərə malikdir. Onlar daha tez narkoz vaziyyati yaradır. Oyanma dövrü müşahidə edilmir, xəstələr qorxu-həyəcan hissləri keçirmir, (çünki xəstəyə palatada manipulyasiya aparildiqdan sonra cərrahi otağa gətirilir), əlavə təsirlər, ağırlaşmalar çox az olur. Lakin qeyri-inhalyasion narkoztörədici maddələrin çatışmayan mühüm cəhəti narkozun dərinliyinin tənziminin çətin olmasıdır. Onların səhvən böyük dozası işlədildikdə dozanı qanda azaltmaq mümkün olmur və xəstə hayati təhlükə qarşısında qalır.
Digər tərəfdən onların törətdiyi narkoz, dərin cərrahi narkoz dövrünə uyğun gəlir. Odur ki, mürəkkəb cərrahi əmaliyyatların aparılmasina imkan vermir.
Onlar vena daxilinə, bəzən isə (eksperimentdə) əzələ içərisinə, dəri altına, plevra və periton boşluqlarına, hətta enteral yolla daxilə və ya düz bağırsağa təyin edilir. Onların narkoztörədici tam dozası birbaşa deyil, üç üsulla venaya yeridilir. Birbaşa,damcı ilə və hissə-hissə. Praktikada II və III üsullardan daha təhlükəli hesab edilir.
Ona görə də bu üsuldan istifadə etdikdə qısa müddət ərzində narkozun tam dozası qana keçə bilir və onun qatılığı çox yüksəlir (xüsusən də qaraciyar çatışmazlığı olduqda) həyati mərkəzləri təhlükə altına alır. Onun artıqlılığını heç cür azaltmaq (qan almaq, əvəzində qan köçürmək lazımdır) olmur. Bəzən də dərmana qarşı həssasliq yüksək olur. Odur ki, 2-3 üsullardan istifadə olunduqda həmin arzuolunmaz hallar baş vermir. Əks-təqdirdə onun qarşısının alınması asan olur.II üsul texniki cəhətdən bir qədər çətindir. Ill üsul isə təhlükəsizdir.Hətta xəstənin yatağında və s. şaraitdə onu icra etmək mümkündür.
Təsir müddətinə görə onlar 3 qrupa bölünür:
1)Uzun müddətə təsir göstərənlər: natrium — oksibutirat;