2)Qısa müddətətəsir göstərənlər -tiopental natrium, heksenal, ketamin, predion və s.
NATRiUM OKSiBUTiRAT — (Natrii oxybutiras) — O, qamma-oksiyag turşusunun natrium duzudur. Sintez üsulu ilə əldə edilir. Farmakoloji təsirinə və kimyəvi quruluşuna görə qamma-aminoyagturşusuna oxşayır. Onun 20 %-li sulu məhlulu həcmi 10 ml olan ampulalarda parenteral, poroşoku isə həm enteral həm də parenteral, 5 %-li şərbəti daxilə işlətmək üçün istifadəyə buraxilir. Birdəfəlik dozası bədənin hər kq-a 100-150 mq düşmək şərti ilə hesablanır. Onun zəif ağrıkəsici və öskürək əleyhinə təsiri ilə yanaşı, mülayim sedativ və yuxugətirici, lakin çox güclü narkoztörədici və antihipoksik təsiri vardır.
TiOPENTAL NATRiUM — (Thiopentalum — natrium) 0,5-1q miqdarında ,(2,5 %-li məhlul halında parenteral yolla işlədilmək üçün) poroşok halında, həcmi 20-40 ml olan flakonda istifadəyə buraxılır. İşıq və hava təsirindan parçalanır. Lazım olduqa 20-40 ml steril distillə olunmuş suda (birdəfəlik doza) həll edilir (mahlulu çox saxlamaq olmaz), hər bir kq çəkiyə 8-10 mq hesabı ilə və hər 20 saniyadə 1-2 ml olmaqla vena daxilinə yeridilir. Bir qədər gözlədikdən sonra qalan doza (eyni qaydada) tətbiq edilir. Qanda bərabər paylanır. Lakin təsir göstərdikdən sonra bir hissəsi piy toxumasında depo əmələ gətirir, digər hissəsi isəqaraciyərdə biotransformasiyaya uğrayaraq fəallığını itirir. Odur ki, preparatın təsiri nisbətən qısa müddətli olur. Parçalanma məhsulları böyrəklərlə ifraz olunur.
Tiopental azan sinirin tonusunu yüksəltdiyi üçün ürək və tənəffüsün ritmi seyrəlir, ürək fəaliyyəti zəifləyir, sekresiya güclənir.
HEKSENAL — Hexenalum — O, həcmi 10 ml olan flakonlarda 1q miqdarında poroşok halında parenteral yolla işlədilmək üçün istifadəyə buraxılır.
Heksenal bioloji baryerlərdən asan keçir. Qaraciyərdə tədricən biotransformasiyaya uğrayaraq farmakoloji fəallığını itirir. Böyrəklər vasitəsila ifraz olunur. Heksenalin təsiri altinda bağırsaq peristaltikası zəiflədiyinə göra onu appendisitdə və Keser əməliyyatları aparmaq məqsədi ilə işlətmək olmaz.