Fənn: Farmakologiya Müəllim: Rəsulova Aytən



Yüklə 34,41 Kb.
səhifə3/4
tarix16.12.2023
ölçüsü34,41 Kb.
#183600
1   2   3   4
farma 7.3.tb4

PREDiON — (Predionum) — 0,5 dozada həcmi 20 ml olan flakonlarda vena daxilinə yeridilmək üçün istifadəyə buraxılan poroşokdur. Predionun steroid quruluşlu olmasına baxmayaraq o, hormonal təsira malik deyil. Narkoztoradici güciünə görə barbitur turşusu törəmələrindən (tiopental natrium və heksenal) zəifdir.
 
PROPANiDiD-(Propanididum).Onun 5 %-li məhlulu (10ml) ampulalarda istifadəyə buraxılır və hər kq çəkiyə 4 mq hesabi ilə venaya yeridilir.
Propanidid qana keçdikdən sonra ЬəгаЬəг miqdarda orqan va sistemlərə yayılır və qanın qeyri-həqiqi xolinesteraza fermentinin təsirinə məruz qalaraq parçalanır, böyrəklər vasitəsilə kənar edilir. Xəstə ayılır, 20-25 dəqiqədən sonra orqan ve sistemlərin əvvəlki funksiyası barpa edilir. Propanidid cərrahiyyə təcrübəsində qısa müddət ərzində icrası mümkün olan, kiçik cərrahi əməliyyatlar və bəzi ağrısız diaqnostik müayinələr aparmaq, о cümlədən,oynaq çıxıqlarının oynaq çuxuruna salınması, sınmış sümüklərin düzəldilməsi, bronxoskopiya aparılması məqsədi ilə istifadə edilir.
KETAMIN — (Ketaminum, ketalar, kalipsol) Anesteziologiyada ona dissosiativ anestetik kimi baxılır. Çünki o, M.S.S.-nin bəzi məhdud sahalərini əhatə etməklə şərti narkoz törədir. Uşaq cərrahiyəsində o, əzələ daxilinə yeridilir. Narkoz bədənin tam ağrısızlaşması ilə gedir. Huş itir. Arterial təzyiq yüksəlir.Ketaminin təsirindən dərin cərrahi narkoz dövrü baş vermir.

Epilepsiya (Epilepsia - ürəkkeçmə tutması, bayılma) MSS-nin dövri tutmalarla müşayiət olunan xroniki xəstəliyidir. Epilepsiya psixi xəstəlikdir. Belə ki, epilepsiya zamanı qıcolma tutmaları və şüurun müvəqqəti olaraq itməsilə yanaşı insanın şəxsiyyətində də bir sıra xarakterik dəyişikliklər baş verir (qəzəb və ya qorxu, danışqanlıq, kiməsə nəyisə başa salmaq, məsləhət vermək cəhdi və s.).
Epilepsiyanın müxtəlif növlərini fərqləndirirlər: böyük qıcolma tutmaları — grand mal (şüurun itməsilə birlikdə qıcolma tutmaları); psixomotor ekvivalentlik (davranışın pozulması, şüurun dumanlanması, hərəki və psixi narahatlıqla müşayiət olunan tutmalar), kiçik tutmalar - Petit mal (şüur bir neçə saniyə itir, qıcolma baş vermir) və mioklonus-epilepsiya (bu zaman şüur itmir, qısa müddətli əzələ yığılmaları baş verir).
Bəzən böyük qıcolma tutmalarının tezliyi o qədər yüksək olur ki, xəstə bir qıcolma tutmasından özünə gəlməmiş növbəti qıcolma tutması baş verir. Bu vəziyyət epileptik status adlanır. Tənəffüsün pozulması nticəsində epileptik status ölümlə nəticələnə bilər.

Yüklə 34,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin