Azərnaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra : Kimya
Fakultə : Metallurgiya və materialşünaslıq
Qrup : 452 a2
İxtisas : Metallurgiya mühəndisliyi
Müəllim : Rəkidə Nərmin
Tələbə : Rüstəmli Rəvan
Labaratoriay İşi 6
XromunTəcrübələri
Təcrübə 1. Xrom 3-oksidin alınması
Kristallizatorun içərisinə çini buta qoyub, yarıya qədər ammonium-bixromat duzu doldurun. Duzun içərisinə yanar çöp daxil edin. Parçalanma reaksiyası nəticəsində bozumtul yazıl rəngli xrom 3-oksidi alınır. Reaksiyanın tənliyini yazın.
(NH4)2Cr2O7 → Cr2O3 + N2 + H2O
Təcrübə 2. Xromatın bixromata və əksinə çevrilməsi
a) Sınaq şüşəsinə 2-3 ml kalium-xromat – K2CrO4 məhlulu üzərinə bir qədər durulaşdırılmış sulfat turşusu əlavə etməli və sarı rəngli məhlulun narıncı rəng almasını müşahidə etməli. Reaksiyanın tənliyini yazın.
K2CrO4 + H2SO4 → K2Cr2O7 + K2SO4 + H2O
sarı narıncı
b) Sınaq şüşəsinə 2-3 ml kalium-bixromat məhlulu töküb, üzərinə bir qədər kalium hidroksid məhlulu tökməli və məhlulun narıncı rənginin sarı rəngə çevrilməsini müşahidə etməli. Reaksiyanın tənliyini yazın.
K2Cr2O7 + KOH → K2CrO4 + H2O
narıncı sarı
Təcrübə 3. Bixromatların oksidləşdirici xassəsi
Sınaq şüşəsinə 2-3 ml kalium-bixromat məhlulu töküb, üzərinə turş mühit yaratmaq üçün 2-3 damcı duru sulfat turşusu əlavə edin. Qarışığın üzərinə bir qədər natrium-nitrit məhlulu tökərək, onun narıncı rənginin yaşıl rəngə çevrilməsini müşahidə edin. Reaksiyanın tənliyini yazın.
K2Cr2O7 + 3Na2SO3 + 4H2SO4 → 3Na2SO4 + Cr2(SO4)3 + K2SO4 + 4H2O
Dostları ilə paylaş: |