Multikultural Vətəndaşlıq” anlayışını təşkil edir. Qrupa xas olan hüquqlardan bəhs edərkən Kimlika daxili məhdudiyyət və kənar müdafiə konsepsiyaları arasındakı fərqi göstərir. Daxili məhdudiyyət (buna Pis Qrup hüquqları deyilir) dedikdə, qrup tərəfindən onun daxilindəki münasibətlərdə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Burada qrupdaxili həmrəylik naminə qrup üzvləri arasında ayrı-ayrı fərdlərin azadlığına məhdudiyyət qoyulur. Kənar müdafiə (buna Yaxşı Hüquq da deyilir) isə qruplar arasında münasibətlərdə Həssas və zəif qrupların (ilk növbədə milli azlıqların) digərlərinə münasibətdə qorunmasını nəzərdə tutur. Kimlika bildirir ki, liberal prizmadan yanaşdıqda kənar müdafiəyə haqq qazandırıla bilər, çünki onun məqsədi bərabərliyin təmin olunmasıdır.. Amma bu müdafiə ifrat dərəcədə aparılmamalı, eləcə də təqib səviyyəsinə qalxmamalıdır.
Kənar müdafiəyə misal olaraq, Kanadanın Kvebek bölgəsini göstərmək olar. Kvebekdə əksəriyyət təşkil edən fransızdilli əhalinin Kanadanın ölkədə çoxluq təşkil edən ingilisdilli hissəsinə münasibətdə öz fransız irsini, adətənənəsini və mədəni kimliyini qoruyub saxlamaq istəyi kənar müdafiə anlayışı vasitəsilə təmin olunmuşdur. Eyni zamanda kənar müdafiə anlayışı vasitəsilə Kvebekin özündə fransızdilli çoxluğa nisbətdə azlıqda olan, amma bölgədə ilk ol məskunlaşmış İnuit və Amerindlərin öz dil və mədəniyyətlərini qorumaq Və inkişaf etdirmək hüquqları tanınır. Kimlika daxili məhdudiyyyətə haqq qazandırmır, çünki daxili məhdudiyyət fərdin azadlığını məhdudlaşdırır. Daxili məhdudiyyətə misal olaraq, qaraçıların öz uşaqlarını məktəbdən, təhsildən ayirmasını göstərmək olar. Qaraçılar uşağının məktəbə getməsini onların həyat tərzinə və “dəyərlərinə” zidd sayır və qaraçı icması daxilində həmrəyliyin pozulmasına gətirib çıxara bilər.
D igər bir misal isə odur ki, hər hansı bir dini icmaya mənsub şəxslərdən biri həmin icmanın dəyərlərinə və ənənələrinə zidd olan həyat tərzi sürərsə və ya davranarsa, icma həmin fərdə qarşı məhdudiyyət tətbiq edir. Məsələn, Fransada ictimai yerlərə, o cümlədən məktəblərdə müsəlman qızların hicab geyinməsi qadağan olunduqdan sonra bəzi ailələrin öz qız övladlarını məktəbdən uzaqlaşdırılmasını qeyd etmək olar. Fransada hicab məsələsindən bəhs edərkən belə bir maraqlı məqam ortaya çıxır ki, müsəlmanlara münasibətdə kənar müdafiə anlayışı tətbiq edilmir və çoxluğun iradəsi azlığa, yəni müsəlmanlara məcburən yeridilir.
Tanınmış politoloq, London iqtisad məktəbinin professoru