Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi adnsu nəzdində Sənaye və Texnologiya Kolleci



Yüklə 38,67 Kb.
səhifə3/4
tarix25.12.2023
ölçüsü38,67 Kb.
#193954
1   2   3   4
multikulturalizm.

Çandran Kukatasın multikulturalizmə yanaşması klassik liberalizmə əsaslanır. Bununla da o, müasir liberalizmə söykənən Kimlikadan fərqlənir. Klassik liberalizm hökumətin rolunu azaldaraq əsas diqqəti fərdin azadlıqları üzərində cəmlədiyi halda, müasir liberalizm ədalət və bərabərliyə nail olmaq istiqamətində tərəqqini sürətləndirmək üçün hökumətdən istifadə olunmasını müdafiə edir. Klassik liberalizmdən fərqli olaraq, müasir liberalizm dövlətin müdaxilə etməməsi prinsipini cəmiyyətin əziyyət çəkdiyi məsələlərin əlacı kimi qəbul etmir. Klassik Liberalizm fərdi azadlığı dövlət üzərinə qoyulan məhdudiyyətlərin nəticəsi kimi qavradığı halda, müasir liberalizm dövlət tərəfindən yeni hüquqlar yaradılması məqsədini güdür. Klassik liberalizm fərqli mədəni azliqların mövcudluğuna daha tolerant yanaşır, çünki liberal cəmiyyətdə mədəni azlıqların olması tamamilə məqbuldur. Buna görə də, liberalizmin əsas vəzifəsi müxtəlif dəyərlərin daşiyicilarının dinc və münaqişəsiz yanaşı yaşamasına imkan verən yol axtarıb tapmaqdır. Belə axtarış zamanı ziddiyyətlər və çətinliklər meydana çıxsa da, liberal yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, nəyin yaxşı və düzgün olması barədə ziddiyyətlər yarandıqda, məsələ dominant fikrin digərlərinə yeridilməsi yolu ilə həll edilmir. Belə hallarda ziddiyyət və ixtilaflara rəğmən dinc yanaşı yaşayışa səy göstərilir. Ona görə də liberalizm cəmiyyətdə mədəni müxtəlifliyə rəğbətlə yanaşır və insanlar bu cəmiyyətdə hansı mədəni dəyərlərə və meyarlara uyğun yaşamağı seçməkdə azaddırlar. Amma bir önəmli şərt var ki, insanlar həmin azadlığı digər, fərqli Mədəniyyətli insanlara da tanımalıdırlar. Məhz bu şərt liberal doktrinanı ifadə Edir. Birinin azadlığı digərinin azadlığını məhdudlaşdırmamalıdır. Bu, Con Stuart Millin irəli sürdüyü “Zərər vurma!” prinsipinə əsaslanır

. Liberalizmin və multikulturalizmin əsaslarını təşkil edən bu prinsip Con Mill tərəfindən aydın surətdə belə ifadə olunur: “Bir insana digər bir insanın hərəkət azadlığına müdaxilə etmək ixtiyarı yalnız və yalnız özünümüdafiə məqsədi illə verilə bilər. Hər hansı bir insan üzərində onun öz iradəsinin əleyhinə olaraq güc yalnız və yalnız başqalarına zərər vurulmasının qarşısını almaq məqsədilə haqlı olaraq tətbiq oluna bilər”. Başqa sözlə və qısa ifadə etsək, hər kəs istədiyi hə şeyi edə bilər, bir şərtlə ki, başqalarının azadlığını məhdudlaşdırmasın və ya hərəkətinə müdaxilə etməsin. Multikulturalizm kontekstində bu, o anlama gəlir ki, insan həyatını istədiyi tərzdə, istədiyi dəyərə uyğun olaraq yaşaya bilər, yəni insan mədəni, dini və s. Baxımdan seçimlərində azaddır ki, bu da klassik multikulturalizmin əsas prinsipidir. Liberal ehkama görə, bir insanın və ya qrupun digərinin üzərinə öz iradə və ya istəyini məcburi yeritməsi yolverilməzdir.


Beləliklə, klassik liberalizmdə bir təfdən fərdiyyətçilik ön plandadır, digər təəfdən isə burada tolerantlıq zərurət kimi özünü büruzə verir. Artıq yuxarıda qeyd edildiyi kimi, müasir liberalizmdə qruplar və qrup hüquqları ön plandadır və Vil Kimlikanın İrəli sürdüyü “kənar müdafiə” konsepsiyası vasitəsilə həssas və zəif olan müxtəlif qrupların, xüssusən də mill azlıqların başqalarına münasibətdə qorunmasının və bərabərliyinin təmin olunmasını nəzərdə tutur. Kimlika qrup üzvü olan ayrı-ayrı fərdlərə qarşı tətbiq edilən daili məhdudiyyətlərə haqq qazandırmır, amma bununla belə o, fərdləri ön plana da çəkmir.

London İqtisad Məktəbinin professoru Çandran Kukatas multikulturalizmin klassik və müasir liberal yanaşmalara əsaslanan versiyalarını müvafiq olaraq “zəif multikulturalizm” və “güclü multikulturalizm” kimi xarakterizə edir. O, özü “zəif multikulturalizm” tərəfdarı kimi çıxış edir və Kimlikanın nəzəriyyəsini isə “güclü multikulturalizm” hesab edir. Bu iki yanaşma arasındakı əsas fərq ondan ibarətdir ki, zəif multikulturalizmdə dövlətin rolu və ya müdaxiləsi azdır. Kukatas qeyd edir ki, azlıqlar dövlət müdaxiləsindən azad olmalıdırlar. Onun konsepsiyasına görə, birləşmə azadlığından açıq cəmiyyət doğur və digər mədəniyyətlərin nümayəndələri bu cəmiyyətin mənsublarına qoşularaq onun üzvünə çevrilə bilərlər. Eyni zamanda yeni qoşulmuş üzvlər və ya kosmopolit mühitin bir hissəsi olaraq öz ənənələrinə uyğun surətdə, yaxud da digərləri ilə yalnız minimal həddə əlaqəyə girərək mədəni azlıqların nümayəndələri kimi rahat yaşaya bilərlər. Kukatasın bu konsepsiyası xüsusən “Dözülməzə Dözmək” (Tolerating theIntolerable) adlı əsərində ifadə olunmuşdur.



Kimlika isə dövlətin müdaxiləsini və aktiv rolunu dəstəkləyir. O, bildirir ki, qruplar arasında münasibətlər sadəcə dözümlə kifayətlənərsə, onda qrup daxilində üzvlərlə bərabərhüquqlu davranılma təmin olunmaz. Buna görə də, Kimlika “qrup-differensasiyalı hüquqlar” vasitəsilə tanınma (recognition) konsepsiyasını irəli sürür. Bu cür hüquqları iki kateqoriyaya bölür: ayrı-ayrı qrupların bir-birlərinə münasibətdə olan hüquqlarını nəzərdə tutan qrup hüquqları və hər hansı qrupun öz daxilində onun üzvlərinin fərdi hüquqları. Bir məqamı da qeyd etmək lazımdır ki, qrup hüquqları bəzən öz müqqəddaratını təyinetmə hüququ kimi də qavranılır və bu səbəbdən də multikulturalizm həm də etnik millətçiliklə əlaqələndirilə bilir. Bunun da səbəbi qrup hüquqlarının özündə təmsilçilik və özünü idarəetmə hüquqlarını ehtiva etməsidir. Özünü idarəetmə və təmsilçilik hüququ əldə etmiş qruplar bir tərəfdən özünü idarəetməni öz müqəddaratını təyin etmə səviyyəsinə qaldrmağa meyl edirlər, digər tərəfdən isə öz müqəddəratını təyinetmə hüququnu müstəqil dövlət formasında reallaşdırmaq istəyirlər. Bu da etnik millətçiliyin inkşafına rəvac verir. Misal olaraq, multikulturalizm siyasətinin ən uğurlu nmunələrindən sayılan Kanadada Kvebek bölgəsi əsas etibarilə fransızdilli olan vəəcdadları Fransadan köçmüş insanlardan formalaşmışdır. Kvebek bölgəsi Kanada dövləti daxilində yüksək muxtariyyətə, yəni özünüidarəetməyə malikdir. Amma bununla kifayətlənməyərək, Kvebekin Kanadadan ayrılaraq müstəqil dövlətə çevrilməsi istiqamətində aparılan ciddi cəhdlər müəyyən gərginliyə səbəb olmuşdur və bu zəmində etnik millətçilik özünü büruzə vermişdir. Hətta bölgənin müstəqilliyi ilə bağlı 1980-ci və 1995-cı illərdə iki referendum keçirilmişdir.
Çandran Kukatas bildirir ki, klassik multikulturalizm prinsipləri üzərində qurulmuş multicultural cəmiyyətdə bir sıra qeyri-liberal elementlər də mövcud ola bilər. Amma həmin elementlər nə təqibə, nə də assimliyasiyaya Məruz qalmamalıdır. Sadəcə ollaraq onlara tolerant münasibət göstərilməlidir. Çünki yad mədəniyyətlər və ənənələr, hətta liberalizmə və liberal dəyərlərə uyğun olmadıqda belə onlara tolerantlıqla yanaşmaq lazımdır. Məhz bu baxımdan klassik liberal Multikultural rejim ən tolerant rejim kimi xarakterizə oluna bilər.
Məsələ ondadır ki, belə rejim hətta ona qarşı çıxanların mövcud olması ilə də barışmağa hazırdır. Amma heç bir qrupa və ya icmaya hansısa xüsusi üstünlük vəya imtiyaz verilmir. Eyni zamanda klassik liberal multikulturalizm heç kəsin öz dəyərlərinə riayət etməsinə və ya müəyyən ənənələrini dəstəkləməsinə mane olmamalıdır, lakin heç bir məqsəd və ya ənənəyə də xüsusi üstünlük verməməli və ya təbliğ etməməlidir.
Kukatasın qənaəti ondan ibarətdir ki, klassik liberal multikulturalizm qorxu və ya favoritizmin olmadığı bir yanaşmadır. Multikulturalizmə klassik libeeral yanaşmasının əsas problemi ondan ibarətdir ki, ona real həyatda praktik olaraq heç bir nümunə yoxdur. Hətta Çandran Kukatas özü də bu faktı etiraf edir və onu belə izah edir ki, klassik liberal multikulturalizmdə qeyri-real dərəcədə yüksək standart müəyyən etdiyinə görə onu faktiki olaraq həyata keçirmək mümkün deyil. Həmin standart mütləq tolerantlıq standartıdır. Bunları nəzərə alaraq, klassik liberal multikuturalizmi utopik və ya romantik multikulturalizm kimi də xarakterizə etmək olar.
Multikulturalizmə liberal yanaşmasından bəhs edərkən bir önəmlı məqamı nəzərə almaq lazımdır. Bu da ondan ibarətdir ki, liberal multikulturalizm məfhumu ilə multikulturalizmə liberal yanaşması eyniləşdırilməməlidir. Multikuluralizmə Vil Kimlikanın və Çandran Kukatasın liberal yanaşmaları müvafiq olaraq müasir liberal multikulturalizm və klassik liberal multikulturalizm kimi xarakterizə oluna biilər. Yəni multikulturalizmə bu iki müəllifin liberal yanaşmaları (klassik və müasir)liberal multikulturalizm anlayışına münasibətdə sinonim kimi çıxış edə bilər.
Amma bu hal həmişə belə olmur. Misal olaraq, eqalitar liberalizmin nümayəndəsi, Britaniyalı filosof Brayan Barrinin yanaşmasını qeyd etmək olar. O, multikulturalizmə liberal mövqedən yanaşır, amma multikulturalizmin qəti əleyhinə çıxır və hesab edir ki, liberal dövlət qeyri-liberal elementlərə tolerantlıqla yanaşa bilməz. Lakin burada problem ondan ibarətdir ki, hansı dəyərin liberal, hansı dəyərin qeyri-liberal olması mübahisəli məsəlidir. Digər ziddiyyət isə odur ki, liberalizmin digər nümayəndələrinə, məsələn, Çandran Kukatasa görə, liberal cəmiyyətdə hətta qeyri-liberal elementlərə də yer olmalıdır və həmin elementlərə tolerantlıqla yanaşılmalıdır, çünki bu liberalizmin mahiyyətindən irəli gəlir.

Barri “Mədəniyyət və Azadlıq” (Culture and Equality) adlı əsərində Multikulturalizmə eqalitar liberalizm nöqteyi-nəzərindən yanaşır. O, etnik,dinii irqi və mədəniyyət fərqlərinin tanınmasından doğan patologiyalardan bəhs edərək multikulturalizmə tənqidi baxışla yanaşır. Barrinin eqalitar liberal nəzəriyyəsinin əsası ondan ibarətdir ki, hər kəs üçün eyni qanun tətbiq edilməlidir və heç bir istisna olmamalıdır və yaxud da həmin qanunun mövcudluğu əsaslı deyildirsə, ləğv edilməlidir.


Beləliklə, Barri müxtəlif dini və ya mədəni səbəblərlə bağlı olan mənfi, xoşagəlməz ənənə və ya prakitikalarla bağlı qanuna istisnanı nəzərdən tutan Multikulturalizm strategiyasının əleyhinə çıxır. Bu o deməkdir ki, hər hansı etnik, mədəni və ya dini səbəbdən fərdlərin qanun qarşısında bərabərliyi pozulmamalı, hamı eyni hüquqa malik olmalı və eyni dərəcədə məsuliyyət daşımalıdır. Barriyə görrə, multikulturalizmdə fərdlərin bərabərlik prinsipinə istisnalar baş verə bilir ki, bu da nəticə etibarı ilə insanların bərabər imkanlardan məhrum olmasına gətirib çıxarır. Həmin mənfi, xoşagələməz ənənə və ya prakitikalara misal olaraq, Barri qaraçılara öz uşaqlarını lazımi təhsildən məhrum etmək hüququ verən qanunları numunə gətirir. Barri hər kəs üçün eyni qanunun tətbiq edilməsini və burada heç bir İstisnaya yol verilməməsini, hər kəs üçün bərabər qanunları müdafiə edir və istisnaların yolverilməzliyini vurğulayır. Buna baxmayaraq, o, uşaqlar üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədilə bəzi istisnaları dəstəkləyir. Məsələn, Barri Fransada müsəlman qızların dövlət məktəb sistemində hicab geyinməsinin Fransanın dünyəvilik prinsipinə təhdid törətmədiyini bildirir. Başqa sözlə desək, Barrinin bərabər qanunları müdafiə etməsi ilə bərabər təhsil
İmkanlarının dəstəkləməsi arasında müəyyən ziddiyyətin olduğu görünür. Bu ziddiyyəti fərdiyyətçilik və xüsusən də bərabərlik prinsipləri ilə izah etmək olar. Məhz buna görə də, Barrinin eqalitar liberal yanaşmasını
Yüklə 38,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin