3. Fiziki enerjinin sərfi ilə görülən işlər neçə kateqoriyaya bölünür: a) Yüngül işlər I kateqoriya belə işlərin yerinə yetirilməsində işçi 172 Coul/san-yə (yaxud 150 kkal/saat) qədər fiziki enerji sərf edir (Belə işlərə misal olaraq oturmuş halda yaxud ayaq üstə heç bir yük qaldırmadan, daşımadan görülən işlər, idarə işləri aiddir).
b) Orta ağırlıqda olan işlər: (II kateqoriya) belə işlərin yerinə yetirilməsinə işçi 172-232 C/san-yə IIa kateqoriyası adlanır bu işlər gəzərək və ya oturaraq ağır yük götürmədən görülən işlər: - 232-293C/san IIb kateqoriya işlər bu işlər gəzərək 10 kq-ya qədər yük götürməklə görülən işlərdir (mis. Üçün müxaniki yığma sexlərində, dəmirçixanada və s. görülən işlər).
c) Ağır işlər (III kateqoriya) belə işlərin yerinə yetirilməsinə 293-528C/san fiziki enerji tələb olunan, əsəb sisteminin hissiyat orqanlarının daha çox gərginliyinə səbəb olur. (Krançıların, sürücülərin və s. işi).
istehsalat sahələrində və sexlərdə əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə metodik rəhbərlik və nəzarət;
sexlərdə və sahələrdə təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə illik planların tərtib edilməsi, əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yelirilməsinə nəzarət;
ərnək şəraitinin yaxşılaşdiriimasi və texniki təhlükəsiziiyin qorunması sahəsində yeni forma və metodlarla bağlı təkliflərin hazırlanması üçün elmi-tədqiqat və layihə institutları ilə əməkdaşlıq etmək;
kollektiv müqavilələrdə və perspektiv planlarda əməyin mühafizəsi üzrə nəzərdə tutulan məsələlərin icra vəziyyətini yoxlamaq.
5. Əməyin mühafizəsi xidmətinin əməkdaşları hansı hüquqlara malikdirlər?
müəssisənin bütün sex və sahələrində texniki təhlükəsizlıyın vəziyyətini yoxlamaq; sex, şöbə və istehsalat sahələrinin rəhbərlərinə texniki təhlükəsizliklə bağlı çatışmazlıqların və nöqsanların aradan qaldırılması üçün göstərişlər vermək;
işçilərin həyatı və sağlamlığı üçün təhlükəli olan maşın və aqreqatlarda işləməyi qadağan etmək və bu barədə müəssisənin rəhbərinə məlumat vermək;
texniki təhlükəsizliyin tələblərinə uyğun olmayan maşın və aqreqatların istismardan çıxarılması üçün tədbirlər görmək;
sex rəislərindən mövcud təlimata uyğun olaraq bədbəxt hadisələrin və qəzalar:n vaxtında araşdırılmasını tələb etmək;
texniki təhlükəsizliklə bağlı sex və sahə rəhbərlərindən lazımi arayış və izahatlar almaq; texnıki təhlükəsizlik məsələləri ilə bäğlı işçilərin bıliklərini yoxlamaq, müvafiq bilikləri olmayan ışçilər haqqında tədbirlərin görülməsi üçün sex və sahə rəhbərlərinə təkliflər vermək.