48. Yanğının insanlara təsir edən təhlükəli amilləri hansılardır?
- açıq alov və qığılcımlar; - ətraf mühitin və əşyaların yüksək temperaturu; - zəhərləyici yanma maddələri, tüstü;
- oksigen çatişmazlığı;
- tikinti konstruksiyalarının, aqreqatların və qurğuların uçulub düşən hissələri, həmçinin partlayışların təhlükəli amilləri.
49. Kollektiv mühafizə vasitələrinin tətbiqi və tipləri:
İki və ya daha çox işçini qorumaq üçün işlədilən vasitələr kollektiv mühafizə vasitələri adlanır və aşağıdakı tiplərə bölünür: a) istehsalat otaqlarında və iş yerlərində hava mühitini normallaşdıran vasitələr; b) istehsalat otaqları və iş yerlərinin işıqlanmasını normallaşdıran vasitələr; c) səs-küy, titrəyiş və ultrasəsdən mühafizə vasitələri; d) elektrik cərəyanı ilə zədələnmədən mühafizə vasitələri; e) ətraf mühitin yüksək və alçaq temperaturlarından mühafizə vasitələri; f) mexaniki amillərin təsirindən mühafizə vasitələri;
50. Təyinatına görə fərdi mühafizə vasitələri hansı növlərə bölünür?
Təyinatına görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür:
insan bədəninin mühafizəsi üçün - xüsusi geyimlər, yəni kombinezonlar, pencəklər, şalvarlar, şalvar və gödəkcələr, sırıqlı şalvar və gödəkcələr.
əlin mühafizəsi üçün - xüsusi iş əlcəkləri, pastalar, kremlər;
ayaqların mühafizəsi üçün - ayaqqabılar, çəkmələr, valinkalar;
başın mühafizəsi üçün - ləçəklər, xüsusi quruluşlu baş geyimləri, kaskalar;
sifətin mühafizəsi üçün - maskalar, sipərlər, pastalar;
tənəffüs orqanlarının mühafizəsi üçün- toza qarşı respiratorlar, müxtəlif tipli əleyhqazlar, skafandrlar;
görmə orqanlarının mühafizəsi üçün müxtəlif tipli şüşə eynəklər, rəngsiz sınmayan şüşə, sifəti tamam örtən ekranlar;
eşitmə orqanlarının mühafizəsi üçün - antifonlar, baş geyimləri, qulaq tıxacları;
hündürlükdən yıxılmaqdan mühafizə üçün - qoruyucu kəmərlər, kəndirlər, sürüşməyən yumşaq ayaqqabılar, zəncirlər və s.;
titrəyişdən mühafizə üçün-məsaməli rezinlə örtülmüş əlcəklər, qalın altlıqlı ayaqqabılar, vibromeydançalar, amortizasiya kovrikləri;
elektrik cərəyanından mühafizə üçün-dielektrik rezin əlcəklər, qaloşlar, izoləedilmiş dəstəkli əl alətləri, izoləedilmiş ştanqlar, gərginlik indikatorları, rezin xalçalar və s.;
radioaktiv şüalanmadan mühafizə üçün - xüsusi qurğuşun və şüşə kostyumlar, xüsusi izoləedici ekranlar;
Tərtib etdi fənn müəllimi : Qurbanova Ofelya
“Ümumtexniki və ümumtəhsil” fənn birləşməsinin iclasında
müzakirə olunub qəbul edilmişdir
Protokol №____ “____” _______________ 2023-cü il
Fənn birləşməsinin sədri: Abdullayeva Leyla
Dostları ilə paylaş: |