Sarı – “Diqqət”, “Ola biləcək təhlükəniun xəbərdarlığı”, Yaşıl – “Təhlükəsiz”, “İcazə verilir”, “Yol boşdur”, Göy – “Məlumat”.
36. Bütün yüklər işlənmə vəziyyətindən, çəkisindən, fiziki-kimyəvi xüsusiyyətlərindən asıi olaraq hansı kateqoriyalara və qruplara bölünür? Çəkisindən asılı olaraq yüklər 3 kateqoriyadan ibarətdır:
çəkisı 80 kq-dan çox olmayanlar. həmçinin kiçik qabaritli yüklər:
Təhiükəsizlik baxımından yüklər 7 qrupa bölünür:
aztəhlükəli yüklər (geniş istifadə olunan materiallar, xammal, tikinti materialları və s.)
yanma təhlükəli yüklər (spirt, benzin, mazut, kerosin, neft, yanan kimyəvi maddələr və s.)
tozlanma və yanma təhlükəli yüklər (sement, bitum, asfalt, un, şəkər tozu və s.)
yandırma təhlükəli yüklər (kislota, kimyəvi yağlar və s.)
sıxılmış qazla və həlledicilərlə doldurulmuş qablar(balonlar)
qabaritinə görə təhlükəli yüklər (iriqabaritli yüklər)
xüsusi təhlükəli yüklər (parlayıcı və zəhərli maddələr)
37. İnsanın elektrik cərəyanı ilə zədələnməsinin xüsusiyyətləri hansılardır? Birinci xüsusiyyət –elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradan xarici əlamətlər yoxdur. İnsan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir, iyləyə bilmir, yaxud nədənsə vaxtından əvvəl aşkar edə bilmir.
İkinci xüsusiyyət – elektrikdən insanın zədə almağının ağırlığıdır. Bu zaman əmək qabiliyyətinin itirilməsi, bir qayda olaraq, uzun müddətli olur; hətta ölümlə nəticələnə bilər.
Üçüncü xüsusiyyət- ondan ibarətdir ki, sənaye tezlikdə 10-25 mA (milliamper,cərəyan şiddəti ampermetrlə ölçülür) qiymətində cərəyan insan əzələlərinin intensiv qıcolmasına səbəb ola bilər, bunun nəticəsində cərəyanaparan hissələrə insanın “yapışması” hadisəsi baş verir. Bu zaman insan elektrik cərəyanının təsirindən özü xilas ola bilməz.